“Vaxtı çatanda Şimali Kipri tanıyan ikinci dövlət Azərbaycan olacaq” - deputat
Tarix: 11-08-2022, 07:49 | Çap et
 Prezident İlham Əliyev Türkiyədə səfərdə olarkən Şimali Kipr Türk Respublikasının rəhbəri Ersin Tatarı qəbul edib. Söhbət zamanı türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar görüşlə bağlı tviterdə qısa açıqlama verib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”.
Məlumat üçün bildirək ki, Şimali Kipr Türk Respublikası sadəcə Türkiyə tərəfindən rəsmən tanınır. Ankara adadakı problemi iki dövlətin qurulması və rəsmən tanınması şəklində görürdü. Əvvəl Türkiyənin mövqeyi bu idi ki, ortaq bir dövlət yaradılsın və idarəetmədə türklərə siyasi hüquqlar verilsin. 1959-1960-cı illərdə imzalanan Sürix və London müqaviləsi bunun hüquqi əsasını təşkil edirdi. Lakin adanın yunanlar yaşayan tərəfi bununla razılaşmadı. Nəticədə Türkiyə də rumların təktərəfli idarəetməsindən imtina etdi. Təəssüf doğuran budur ki, yunan Kiprini ağuşuna alan Avropa Şimali Kiprə qarşı ayrı-seçkilik nümayiş etdirməkdə davam edir. İllər boyu Azərbaycanın da Şimali Kipri tanıması məsələsi müzakirə mövzusu olub. Ələlxüsus, torpaqlarımızın işğaldan azad olunmasından və Qarabağ münaqişəsinin bitməsindən sonra tanınma məsələsi yenidən gündəmə gəlib. Rəsmi Bakının Şimali Kipri tanıması yönündə tələblər irəli sürülüb. Şimali Kiprin tanınması üçün Azərbaycanın önündə artıq əngəl qalmadığı vurğulanıb. Əslində Şimali Kiprlə Azərbaycan arasında təhsil və ictimai sahələrdə müəyyən əlaqələr var. Hətta Şimali Kiprin Azərbaycanda nümayəndəliyi də mövcuddur. Eyni zamanda millət vəkillərimizin adaya səfərləri təşkil olunub. Lakin Bakının rəsmi mövqeyi üçün davamlı və ətraflı müzakirələrə ehtiyac olduğu da söylənilir. Bir qisim isə hesab edir ki, Qarabağ məsələsinin tamamilə yekunlaşmasını gözləmək daha məqsədəuyğundur. diaaz.space-ın məlumatına görə, millət vəkili Elman Məmmədov “Şərq”ə bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasını rəsmən tanıyacaq. Deputatın sözlərinə görə, bu tanınma gec-tez mütləq olacaq:
“Hər kəsin bildiyi müəyyən məsələlərə görə bir qədər zamana ehtiyacımız var. Vaxtı çatanda Şimali Kipri tanıyan ikinci dövlət Azərbaycan olacaq. Şimali Kiprin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir və tərəflərin müəyyən sahələrdə əlaqələri yüksək səviyyədədir. Azərbaycanın millət vəkilləri Şimali Kipr Türk Respublikasının yaranmasının ildönümləri ilə bağlı keçirilən tədbirlərdə iştirak edirlər. Əlaqələrimizi mümkün qədər genişləndirməyə çalışırıq. Konyada cənab Prezidentin Şimali Kipr rəhbəri ilə səmimi görüşü, əlaqələrin inkişafının müzakirə olunması yeni proseslərdən xəbər verir. Biz Şimali Kipri tək qoymayacağıq, hər zaman onların yanında duracağıq. Necə ki, türk qardaşlarımız 44 günlük müharibədə bizi tək buraxmadı. Şimali Kipr bizimlə həmrəy olduğunu dəfələrlə vurğulayıb. Azərbaycan da əlindən gələni əsirgəməyəcək. İnşallah, yaxın vaxtlarda rəsmi tanınmanın şahidi olacağıq. O günə çox qalmayıb”.
Parlament üzvü təəssüflə vurğulayıb ki, dünyanın aparıcı dövlətləri, BMT və digər beynəlxalq qurumlar Şimali Kiprə münasibətdə çox ədalətsiz mövqe sərgiləyirlər. Dünyanın haqq-ədalətlə, hüquqi prinsiplərlə idarə olunmadığını ən yaxşı bilən bizik.
Qlobal aləm güclə, zorla idarə olunur. Şübhə yox ki, Türkiyə və türk-islam dünyası gücləndikcə, öz şərtlərini diktə etməyə başladıqca, Şimali Kiprin tanınması ilə nəticələnəcək.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən konfransda söylədi ki, “meydanda gücü olmayanın masada sözü keçmir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37 |
|
|
|
• Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33 |
|
|
|
• Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30 |
|
|
|
• Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23 |
|
|
|
• Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15 |
|
|
|
• Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14 |
|
|
|
• Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05 |
|
|
|
• "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54 |
|
|
|
• Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52 |
|
|
|
• Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44 |
|
|
|
• Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36 |
|
|
|
• “Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22 |
|
|
|
• Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20 |
|
|
|
• Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19 |
|
|
|
• Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17 |
|
|
|
• Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15 |
|
|
|
• "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11 |
|
|
|
• ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07 |
|
|
|
• Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29 |
|
|
|
• Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15 |
|
|
|
• Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13 |
|
|
|
• Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33 |
|
|
|
• Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28 |
|
|
|
• Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22 |
|
|
|
• “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58 |
|
|
|
• Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51 |
|
|
|
• Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40 |
|
|
|
• Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38 |
|
|
|
• Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32 |
|
|
|
• "Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28 |
|
|
|
• ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22 |
|
|
|
• “AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20 |
|
|
|
• Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11 |
|
|
|
• "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08 |
|
|
|
• İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04 |
|
|
|
• SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00 |
|
|
|
• Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52 |
|
|
|
• “Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44 |
|
|
|
• "Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21 |
|
|
|
• Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11 |
|
|
|
• Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06 |
|
|
|
• Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45 |
|
|
|
• Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40 |
|
|
|
• Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35 |
|
|
|
• Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24 |
|
|
|
• "Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21 |
|
|
|
|