"Terror və təxribat riskləri varsa, Azərbaycan hökuməti özü daxili təhlükəsizlik tədbirlərini artırmalıdır" - ÇAĞIRIŞ
Tarix: 10-08-2022, 09:36 | Çap et
 Böyük Britaniyadakı səfirimiz Elin Süleymanov Londonda Azərbaycan səfirliyinə edilən hücumla bağlı bir sıra məqamlara aydınlıq gətirib. Səfir bildirib ki, hadisə zamanı səfirliyin əməkdaşlarının əksəriyyəti məzuniyyətdə olub. Həmin anda səfirlikdə yalnız 4 nəfər şəxs çalışırdı. Hücum vaxtı isə 3 nəfər səfirlik binasında idi, bunlardan biri xanım əməkdaş olub: “Mən özüm Bakıda idim. Hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi dərhal Londona qayıtmışam”. Elin Süleymanov səfirlik nümayəndələrinin qınanılmasına da münasibət bildirib. Deyib ki, səfirlik əməkdaşları bütün təhlükəsizlik protokollarına riayət etməlidir. Həmin protokollar belə bir hücum qarşısında hansısa təmas və ya qarşıdurma yaratmaqdan çəkinməyə çağırır: “Üç nəfər diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub. Səfirlikdə olan vacib sənədləri qoruyub və bir saata yaxın binadan çıxmayıblar. Yəni onlar təhlükəsizlik protokoluna uyğun davranıblar. Əsas prioritet odur ki, vətəndaşlarımız, diplomatik heyətimiz heç bir xəsarət almasın, onlara ziyan dəyməsin”. Səfir qeyd edib ki, Britaniya polisinin olaya reaksiyası onu qane etməyib: “Ümumiyyətlə, diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var. Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyi, istərsə də London polisinə bildirmişik”. diaaz.space-ın məlumatına görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq nazir müavini Sülhəddin Əkbər “Şərq”ə bildirib ki, diplomatlar təlimatlarda nəzərdə tutulan çərçivədə hərəkət ediblər. Onun sözlərinə görə, burada əsas vəzifə səfirliyimizin təhlükəsizliyinə cavabdehlik daşıyan ölkənin üzərinə düşür:
“Söhbət Böyük Britaniyadan gedir. Əsas tələb Böyük Britaniyanın müvafiq qurumlarından olmalıdır. Əlimizdə hər hansı video-görüntü yoxdur ki, səfirliyimizin əməkdaşlarının da hərəkətlərinə dair fikir yürüdək. Əgər həqiqətən də səfirin dediyi kimi orada cəmi 3 nəfər diplomat olubsa, o cür hallarda təlimata uyğun davranmalıdırlar. Səfirlik əməkdaşlarının vəzifəsi təhlükəsizliyi təmin etmək deyil. Hadisənin mahiyyətini ancaq istintaq yolu ilə çözmək mümkündür. Araşdırma, təhqiqat aparmadan kənardan baxmaqla hansısa fikir yürütmək qeyri-ciddi yanaşma olardı. Baş vermiş olay ciddi araşdırılmalı, nəticə çıxarılmalıdır. Həmin nəticələr əsasında da həm London, həm də Bakı müvafiq addımlar atmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın”.
S.Əkbər vurğulayıb ki, terror və təxribat riskləri varsa, Azərbaycan hökuməti özü daxili təhlükəsizlik tədbirlərini artırmalıdır:
“Dünyanın aparıcı və böyük ölkələrinin səfirliklərində ciddi təhlükəsizlik önləmləri alınır. ABŞ və İsrailin təcrübəsi öyrənilməlidir. Bilmirəm, Azərbaycanın diplomatik nümayəndələrinin qorunması üçün hökumət tərəfindən hansısa addım atılır, yoxsa yox. Əgər indiyədək heç bir addım atılmayıbsa, bundan sonra risklər mütləq nəzərə alınmalıdır. Məsələn, hansı ölkədə terror və təxribat təhlükəsi yüksəkdirsə, həmin yerdəki ABŞ səfirliyinin qorunmasına “dəniz piyadaları” qüvvələri cəlb olunur. Səfirlikdə kəşfiyyat, təhlükəsizlik xidməti və hərbi mühafizə qüvvələri olur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37 |
|
|
|
• Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33 |
|
|
|
• Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30 |
|
|
|
• Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23 |
|
|
|
• Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15 |
|
|
|
• Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14 |
|
|
|
• Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05 |
|
|
|
• "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54 |
|
|
|
• Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52 |
|
|
|
• Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44 |
|
|
|
• Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36 |
|
|
|
• “Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22 |
|
|
|
• Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20 |
|
|
|
• Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19 |
|
|
|
• Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17 |
|
|
|
• Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15 |
|
|
|
• "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11 |
|
|
|
• ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07 |
|
|
|
• Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29 |
|
|
|
• Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15 |
|
|
|
• Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13 |
|
|
|
• Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33 |
|
|
|
• Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28 |
|
|
|
• Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22 |
|
|
|
• “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58 |
|
|
|
• Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51 |
|
|
|
• Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40 |
|
|
|
• Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38 |
|
|
|
• Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32 |
|
|
|
• "Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28 |
|
|
|
• ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22 |
|
|
|
• “AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20 |
|
|
|
• Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11 |
|
|
|
• "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08 |
|
|
|
• İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04 |
|
|
|
• SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00 |
|
|
|
• Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52 |
|
|
|
• “Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44 |
|
|
|
• "Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21 |
|
|
|
• Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11 |
|
|
|
• Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06 |
|
|
|
• Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45 |
|
|
|
• Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40 |
|
|
|
• Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35 |
|
|
|
• Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24 |
|
|
|
• "Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21 |
|
|
|
|