Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                 

"Metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil" - deputat
Tarix: 9-08-2022, 08:27 | Çap et
"Metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə  getmək etik deyil"
Hərbi geyimi qanunsuz daşıyanlarla bağlı məsələ yenidən gündəmə gəlib. Son günlər adi vətəndaşların hərbi forma geyinərək özlərini ordu generalı, zabit kimi təqdim etməsi halları artıb. Hərbiyə aidiyyəti olmayan bu şəxslər hərbi rütbəli formalar geyinməklə sosial hesablarında şəkil və videolar paylaşır, hətta bəziləri dələduzluq edirlər. Hərbi geyimdə olan mülki şəxslərin iştirakı ilə dələduzluq hərəkətləri belə qeydə alınıb. Bir neçə gün əvvəl isə sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib.

Bu dəfə isə sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayılıb. Müdafiə Nazirliyinin məlumatına görə, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".
Hərbi ekspertlər hesab edir ki, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir.

Xatırladaq ki, hərbi geyim formasını daşımaq hüququna Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi lisey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.

Hüquqşünas Əli İbrahimov hesab edir ki, hərbi geyimdən sui-istifadə edənlərin cəzalandırılması ilə bağlı tədbirlər daha da sərtləşdirilməlidir: “Bu məsələ zaman-zaman mətbuatda yer alır. Hərbi geyimə icazəsi olanlar bu formadan istifadə etməlidir. Çünki formanın özünün müəyyən tələbləri var və onu geyən şəxslər müvafiq qaydalara əməl etməlidirlər. Vətən savaşından sonra hərbi geyimdən istifadə edənlərin sayı daha da artıb. Əlbəttə ki, odlu-alovlu müharibədən çıxmış hərbçilərimizin və qazilərimizin hələ də o hisslərlə yaşadığını anlayırıq. Prinsip cəhətdən qazilərimiz hərbi geyimin qaydalarına əməl edirlər. Amma bəziləri bu formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Hətta özlərini müharibə iştirakçıları kimi aparırlar ki, bu, yolverilməzdir. Hərbi geyimin ucuzlaşdırılmasından qazi və müharibə veteranlarının özləri də narahatdırlar”. diaaz.space xəbər verir ki, millət vəkili Fazil Mustafanın “Şərq”ə açıqlamasına görə, hərbiyə aidiyyəti olmayan şəxslərin forma geyinib şəkil, video paylaşması, şəhərdə o formada gəzməsi, guya, vətənpərvərlik nümunəsi kimi göstərilsə də, hoqqabazlıq elementidir:

“İnsanlar, hərbi, dini və başqa bir sahəyə mənsub geyimlərlə manipulyasiya edirlər. Hərbiyə aidiyyəti olmayan insanların hərbi geyimdə olması üçün müvafiq strukturların razılığı olmalıdır. Bundan əvvəlki müdafiə nazirinin dövründə millət vəkillərinin hərbi hissələrə səfərləri təşkil edilirdi. Bu səfərlər çərçivəsində biz də hərbi geyimlər geyinirdik və bu geyimlər bizə nazirlik tərəfindən təqdim olunurdu. Bu səfərlər bir növ təbliğat xarakterli olduğu üçün milət vəkili və ya digər dövlət qurumu əməkdaşlarının hərbi hissələrə gedərkən əsgərlə eyni geyimdə olmağı effektiv hal kimi dəyərləndirilirdi. Amma dələduzluq və hoqqabazlıq məqsədi ilə hərbi geyimlərdən sui-istifadə etmək yolverilməzdir. Fikir versəniz, ordudan tərxis olunmuş insanların bir qismi də özlərini göstərmək üçün hər yerə hərbi formada gedirlər. Hansı ki axtarsan, həmin şəxslərin çoxu fərari çıxar. Əsl qazilər, döyüşçülər belə şeylərlə diqqət mərkəzinə gəlməyi xoşlamırlar. Döyüş yolu keçən şəxslərin paradlarda, hərbi tədbirlərdə medallarını taxmaq üçün hərbi forma geyinməsi başadüşüləndir. Amma metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil. Düzdür, ortada dələduzluq faktı olmadığı müddətdə hərbi geyimdə gəzdiyi üçün kimisə cəzalandırmaq doğru deyil. İnsanlarımız özləri diqqətli olmalı və bu cür həssas mövzular üzərindən reytinq yığmamalıdır. Hərbi geyim konkret xidmət göstərən insanlara aid bir formadır. Heç bir tələb olmadığı halda kimlərinsə özünü vətənpərvər kimi göstərmək üçün bu geyimi geyinməsi səmimiyyətdən uzaqdır”.

Deputat deyib ki, hərbi geyimdən dələduzluq məqsədi ilə istifadə edənlərə gəldikdə isə onlarla bağlı ciddi addımlar atılmalı, sərt cəzalandırılmalıdırlar. Bununla bağlı Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilməlidir: “Özünü rütbəli şəxs kimi təqdim edərək şəhid ailəsini, qaziləri aldadan, onların etibarından sui-istifadə edən, bu məqsədlə insanlardan pul yığan adamlara qarşı məhkəmədə yüngülləşdirici hallar tətbiq edilməməlidir. Onlara qarşı ən ağır cəzalar verilməlidir ki, bu tendensiya ənənə halını almasın”.

Hərbi formaların açıq satışda olduğunu vurğulayan millət vəkili onları əldə etməyin elə də çətin olmadığını deyib:

“Hətta hərbiçilərin özləri belə formalarını adi mağazalardan alır deyə onun satışını məhdudlaşdırmaq mümkün deyil. Bu məsələdə cəmiyyət ayıq-sayıq olmalı, hərbi geyimlə dələduzluq edən ünsürlərin ifşasında müvafiq qurumlara dəstək verməlidir. Əgər kiminsə qonşusu bu cür fırıldaqçılıqla məşğuldursa, buna qarşı həssas olmalı və aidiyyəti qurumların diqqətinə çatdırmalıdır ki, başqaları da zərər görməsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru