Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                 

Laçın məsələsini Zəngəzur məsələsi ilə əlaqələndirməyin tərəfdarı deyiləm – Tofiq Zülfüqarov
Tarix: 8-08-2022, 09:08 | Çap et
Laçın məsələsini Zəngəzur məsələsi ilə əlaqələndirməyin tərəfdarı deyiləm
DİA.AZ Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovun hafta.az-a müsahibəsini təqdim edir:

-Tofiq müəllim, necə hesab edirsiz, Londondakı səfirliyimizə hücum hansı mərkəzlərdən qaynaqlanır? Maraqlıdır ki, hücumu təşkil edən radikal təşkilat İranlı ayətullah Şirazi ilə bağlı olsa da, hazırkı İran rejiminin əleyhinədir...

-Əvvəla, dünyada buna bənzər qruplaşmalar onlarladır. Onlar müxtəlif təriqət və məzhəblərə xidmət edir, özlərinə uyğun müxtəlif hansısa dinə bənzər modellər yaradırlar... İkincisi də, əldə olan informasiyalar əsasında belə nəticəyə gəlirəm ki, bəhs edilən radikal qrupun London səfirliyimizdə törətdiyi təxribatın birbaşa Azərbaycana aidiyyatı yoxdur. Sadəcə, o qrupun məqsədi ondan ibarət olub ki, bu və ya digər üsulla özlərinə diqqət cəlb etsinlər və gündəmdə qalsınlar...

Biz onu da başa düşməliyik ki, bu və ya digər diplomatik missiyanın təhlükəsizliyi ölkə təmin etməlidir. O da çox maraqlıdır ki, belə bir radikal qrup Britaniya təhlükəsizlik xidmətlərinin diqqətindən kənarda qalıb. Yaxud ona nəzarət lazımi səviyyədə olmayıb. Əgər normal nəzarət olsaydı, hadisə baş vermədən öncə hücumu hazırlayan şəxslər zərərsizləşdirilərdi. Üçüncü məsələ ondan ibarətdir ki, son dövrlər Britaniyada radikal qrupların iştirakıyla müxtəlif ölkələrə qarşı bənzər olaylar mütəmadi baş verir. Odur ki, Azərbaycan və digər ölkələr belə insidentlərlə bağlı iradlarını ilk növbədə Britaniyanın təhlükəsizlik sisteminə bildirməlidir. Xüsusi xidmət qurumları ölkədə bu cür təhlükəsizlik boşluqları yaratmamalıdırlar ki, radikal ünsürlər bundan istifadə etsin. Yəni Azərbaycan səfirliyinə qarşı bəhs edilən insident də məhz belə təhlükəsizlik boşluqlarının nəticəsi olub.

O ki qaldı konkret Azərbaycanın diplomatik missiyalarının təhlükəsizliyinin təmin olunmasına, bu, müxtəlif ölkələrdə müxtəlif cür təmin olunur. Və hesab edirəm ki, Azərbaycan diplomatları beynəlxalq təcrübəyə, Vena konvensiyasının uyğun olaraq ilk növbədə dərhal Britaniya polisinə xəbər veriblər və özləri də təlimata uyğun davranıblar. İnternet saytları və sosial şəbəkələrdə belə fikirlər də paylaşılır ki, diplomatlar gərək ərazini müdafiə edəydilər, silah tətbiq etməliydilər. Bu, bir az populist baxışlardır. Çünki bu cür hərəkətlərin diplomatiya, beynəlxalq reaksiya baxımından hansı fəsadlar verə biləcəyini hadisəni törədən radikal qruplaşma da nəzərə ala bilərdi. Odur ki, bir daha Londondakı diplomatlarımızın təlimata uyğun hərəkət etmələrini təqdirəlayiq hesab edirəm. Əminəm ki, zəruri xidməti araşdırma aparıalacaq və lazımi qərarlar qəbul olunacaq...

Mən öz təcrübəmdə Londondakına bənzər bir situasiya ilə qarşılaşmışam... Estoniyada səfir kimi çalışarkən Ramil Səfərovun Budapeştdə erməni hərbçisinə qarşı törətdiyi hadisə ilə bağlı erməni diasporası tərəfindən bütün dünyadakı Azərbaycan diplomatik nümayəndələrinə qarşı təhdidlər səsləndirilirdi. O günlər bizə gələn məlumata görə, ermənilər bizim səfirlik qarşısında da hansısa etiraz tədbirləri həyata keçirməyə hazırlaşırdı. Və çox yaxşı bir hal oldu ki, gözlənilmədən Azərbaycanın Estoniyadakı diasporası bu haqda xəbər alan kimi qısa müddətdə Tallində olan soydaşlarımıza məlumat verib. Nəticədə 100 nəfərdən çox azərbaycanlı səfirlik ətrafında toplaşaraq canlı sədd qurmuşdular və polislə birgə Azərbaycan səfirliyinə qarşı istənilən təxribatın qarşısını almaq əzmini nümayiş etdirmişdilər. Və bu, o zaman çox təsirli bir olay kimi qarşılandı. Bu haqda diplomatalarımız səviyyəsində uzun müddət təqdiredici söhbətlər getdi... Yəni müxtəlif hallarda müxtəlif üslublar tətbiq olunmalıdır. Konkret Londondakı olay terrorist olayına bənzəyir. Odur ki, hesab edirəm ki, diplomatlarımız çox təmkinli və düzgün hərəkət ediblər...

-Belə versiyalar da var ki, Londondakı səfirliyimizə hücum Azərbaycan ordusunun Qarabağdakı son uğurlu antiterror əməliyyatlarından sonra ermənilərin də bağlı olduğu müəyyən güc mərkəzlərinin bununla Azərbaycana təzyiq etmək cəhdidir...

-Mən belə bir əlaqəni görmürəm. Məndə olan məlumatlar da bunu göstərir... Yenə də deyirəm ki, həmin radikal təşkilatın məqsədi, sadəcə, özünə diqqət cəlb etmək olub. Və Britaniyanın təhlükəsizlik sistemində tapdıqları boşluqdan yararlanaraq Azərbaycan səfirliyinə qarşı bu aksiyanı icra ediblər. Bizim bundan sonra görəcəyimiz əsas iş ondan ibarət olmalıdır ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi qarşısında həmin ölkədəki diplomatik missiyamızın təhlükəsizliyinin təmin olunması və gələcəkdə belə insidentlərin təkrar olunmamasına təminat verilməsi məsələsini qaldırmalıyıq...

-Bəzi şərhçilər Qarabağdakı son antiterror əməliyyatının başlanmasına səbəb kimi Rusiyanın oradakı qanunsuz erməni silahlı birləşmələrinin əli ilə törətdikləri təxribatları göstərir. Bu versiyaya söykənənlər belə hesab edir ki, Rusiya Kosovo, Moldova, Gürcüstan kimi, Qarabağda da hərbi qarşıdurmaların yaradılmasına çalışmaqla diqqəti Ukraynadakı əsas cəbhədən yayındırmaqda maraqlıdır. Ancaq digərləri isə Güney Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında Qərbin, ABŞ, Avropanın maraqlı olduğunu söyləyir... Siz necə düşünürsüz?

-Bilirsiz, tərəflər, yəni bu halda üçüncü oyunçular Qarabağ və Zəngəzur məsələlərində daim özlərinə uyğun taktikalardan yararlanırlar. Və müxtəlif hallarda münaqişəni qızışdırmaqdan öz xeyirlərinə istifadə etməkdən çəkinmirlər. Son 30 il ərzində biz buna nümunələri çox görmüşük və yaşamışıq. Odur ki, biz həmişə diqqətli olmalıyıq və həm Rusiyanın, həm də Qərbin siyasətini dərindən təhlil edib hansı mərhələdə kiminsə bizə zidd olan, amma həmin tərəfə faydalı olan davranışlarını əvvəlcədən bilməliyik. Yəni bizim üçün deyilən tərəflər arasında nə daimi düşmən var, nə də daimi dost. Bizim etibarlı müttəfiqimiz Türkiyədir. Və əsasən Türkiyə ilə bir yerdə biz bütün qalan məsələləri həll etməyə qadirik.

Hazırkı mərhələdə Qarabağda silahlı qarşıdurma yaşanmasında kimin maraqlı olduğunu söyləmək isə çətindir. Hər halda bəllidir ki, Qərb proseslərdən kənarda qalmaqdan narahatdır. Və istənilən halda istəyir ki, bu proseslərə müdaxilə etsin. O da bəllidir ki, Rusiya da Qərbin Qarabağ və Zəngəzur məsələlərinə qarışmasını istəmir. Və Rusiya Qərbi məsafədə saxlayır. Moskvanın bu konfliktə təsirini isə Azərbaycan-Türkiyə müttəfiqliyi bu və ya digər şəkildə neytrallaşdırır. Vəziyyət təxminən belədir. Yəni biz bu formatda çox incə bir diplomatik oyun aparmalıyıq. Bir vaxtlar vardı ki, biz Rusiyanın Qarabağ məsələsinə təsirini Qərb ilə neytrallaşdırmağa çalışırdıq. Amma 30 ilin təcrübəsi, xüsusən də Minsk qrupunun işi ilə bağlı təcrübə göstərir ki, Avropa və ABŞ istənilən halda Rusiya ilə öz aralarında dil tapıb bizə qarşı qeyri-adekvat mövqe nümayiş etdiriblər və etdirə bilərlər. Yəni Rusiyanı neytrallaşdırmaq üçün Qərb yetərli tərəfdaş deyil... Qərbin ikiüzlülüyü Ukraynada da özünü göstərir və o da yeri gələndə digər ərazilərdə işğalçılıqla məşğul olur. Odur ki, ABŞ və Avropa səmimi müttəfiq deyil. Yəni bu baxımdan qoy Rusiya Qərbi məsafədə saxlasın. Rusiyanın həmlələrini isə biz Azərbaycan-Türkiyə tandemi ilə dəf edək. Mən bu müdafiə sxeminin tərəfdarıyam...

- Azərbaycan ordusunun növbəti uğurlu əməliyyatından sonra Paşinyan birdən-birə dedi ki, rəsmən bəyan edirəm, azərbaycanlılar Ermənistanın istənilən nöqtəsindən bu ölkənin qanunlarının icrası, yəni gömrük haqqı-filan ödəmək şərti ilə, keçib Naxçıvana gedə bilər. Bəlkə bununla demək istəyir ki, Ermənistan vətəndaşı olan ermənilərin də Laçından eyni şərtlərlə keçməsinə razıyıq?

-Məntiqi davam etsək, belə çıxır... Amma əslinə qalsa, Zəngəzur dəhlizi mövzusu yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin qurulmasını ehtiva etmir. Burada eyni zamanda tarixi ədalətin bərpası məsələsi var. Yəni bu baxımdan bizdə bəzən belə fikirlər səslənir ki, Zəngəzur məsələsi vasitəsi ilə Laçın məsələsini də həll edək. Ancaq Laçın məsələsi faktiki olaraq həll olunub, Qarabağ məsələsi həll olunub. Sadəcə, hansısa bir müddətdə, mərhələdə tam şəkildə həll edilməsi hələ də müəyyən siyasi fəallığı gözləyir. Bəlkə də hərbi-siyasi fəallığı... Amma məsələ nəticə etibarilə artıq bəllidir. Ona görə də Laçın məsələsini Zəngəzur məsələsi ilə əlaqələndirməyin tərəfdarı deyiləm. Biz Laçın məsələsini onsuz da, Zəngəzursuz da tam şəkildə həll edəcəyik. Ancaq 10 noyabr razılaşmasına görə ermənilərin öhdəliyi var ki, Zəngəzurdan bizə dəhliz versinlər və onu verməlidirlər. O da var ki, eyni sənədə əsasən Laçın yolu öhdəliyi Azərbaycan üçün 5 illikdir. Fəqət, yenə də 10 noyabr sənədinə uyğun olaraq Zəngəzur dəhlizini Ermənistan bizə müddətsiz verməlidir. Rusiya sərhəd qoşunları isə 10 noyabr bəyanatına əsasən yox, 1992-ci ildə Ermənistanla Rusiya arasında imzalanmış sənədə əsasən oradadırlar. Bəzi tənqidçilər bu məsələni də nəzərə almırlar. Ona görə yenə də təkrar edirəm, Laçınla Zəngəzurun əlaqələndirilməsinin tərəfdarı deyiləm...

-ABŞ və Çinin Tayvanla bağlı qarşıdurmasına necə yanaşırsız? ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin Tayvana məlum səfərindən sonra yaranmış durumu nə cür dəyərləndirirsiz?

-Əslində bu, böyük bir mövzudur. Amma qısaca şərh etsək, anlamalıyıq ki, ABŞ-ın Tayvana aid siaysətinin nizamlanması, onun bünövrəsi xüsusi qanun çərçivəsində təsbit olunub. Həmin qanun hələ 1979-cu ildə Cimmi Karterin prezidentliyi dövründə qəbul edilib. Və bu qanuna əsasən Tayvan Çini tərkib hissəsidir. Amma onun bilavasitə Çinə birləşməsinin sülh yoluyla baş verməsi tələb olunur. Eyni zamanda Vaşinqtonun mövqeyi ondan ibarətdir ki, Tayvanla Çin eyni dövlətə daxil olsa da, müxtəlif siyasi sistemlərə malikdir. Buna yəqin ki, çoxları diqqət etməyib. Amma bir neçə həftə öncə ABŞ prezidenti Co Bayden Cənubi Koreyada səfərdə olanda bəhs edilən qanuna zidd müəyyən bəyanatlar verib və mövcud gərginlik ondan sonra başlayıb. Pelosinin səfərinə gəldikdə, düzdü, bu, böyük diqqət cəlb etdi. Ancaq hesab edirəm ki, bir məsələyə də lazımi diqqət verilmir. Pelosi “Vaşinqton-Post” qəzetində Tayvan haqda xüsusi bəyanat dərc etdirib. Həmin bəyanatda göstərilir ki, ABŞ Tayvanla bağlı siyasətini sözügedən prinsiplərə uyğun həyata keçirir və Pelosinin səfəri məhz həmin prinsiplərə sadiqliyi nümayiş etdirmək məqsədi daşıyır. Yəni hesab edirəm ki, bu səfər prezident Baydenin səhvini düzəltmək kimi qəbul olunmalıdır. Beləliklə, Çin öz istəyinə nail olub. “Vaşinqton-Post”dakı bəyanatı oxusaq, hər şey daha aydın olar...

-Qərb Ukraynaya “HİMARS” və digər müasir texnologiyalı silahlar verdikdən sonra cəbhə xəttində Ukrayna artıq nəzərə çarpan üstünlüklər əldə edib. Rusiya isə öncəki aylardakı kimi irəyliləyişlərə nail ola bilmir. Hadisələrin sonrakı inkişafını necə görürsüz?

-Bilirsiz, “HİMARS”ların sayı o qədər də çox deyil. Sadəcə, belə düşünürəm ki, artıq Rusiya-Ukrayna cəbhəsində hansısa bir stabilləşmə prosesi görünməkdədir. Çünki təmas xətti də, demək olar ki, təsbit olunub. Hiss olunur ki, Rusiya da bir çox yerlərdə vəziyyətin dondurulmasına hazır olduğunu bəyan edib. İndi, Ukrayna buna nə vaxt hazır olacaq – zaman göstərəcək. “HİMARS” vəziyyəti dəyişəcək, yoxsa yox? Amma doğrusu, mən yenə də inanmıram ki, hərbi baxımdan real dəyişikliklər olsun. Çünki Ukraynanın hərbi potensialı Rusiyanınkından çox fərqlidir. Və bu artıq siyasət yox, riyaziyyatdır... Və bu reallığı görməmək mümkün deyil...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru