“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                 

"Ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil"
Tarix: 4-08-2022, 08:44 | Çap et
"Ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil"
Avqustun 2-də Füzulidə 3 nəfər minaya düşüb. Minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı - 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynov ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşüblər. Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Ötən həftə isə Kəlbəcərdə briqada komandiri Vüqar İsbəndiyarov minaya düşdü, bir ayağı amputasiya edildi.

Nəzərə çatdıraq ki, 10 noyabr 2020-ci il bəyanatından 1 avqust 2022-ci il tarixədək olan müddətdə ermənilərin mina terroru nəticəsində 102 mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfər həlak olub. Eyni zamanda 124 hərbçi minaya düşüb, onlardan 7-si həlak olub.

Ermənilərin verdiyi mina xəritələri tam olmamaqla yanaşı, təqdim etdikləri xəritələr də maksimum 30 faiz düzgündür. Ötən 2 il müddətində dünya sanki bu mina terroruna kor olub! Qarabağda və Şərqi Zəngəzurda minatəmizləmə işlərinə beynəlxalq təşkilatlar niyə ciddi dəstək vermir, vəsait və böyük kontingent ayırmır? Axı burada söhbət insan talelərindən gedir!

Digər bir narahatedici məsələ odur ki, artıq neçənci dəfədir ki, minaya minatəmizləyənlər özləri düşür. Bu naşılıqdır, yoxsa başqa səbəblər var? Mümkündürmü minadan təmizlənmiş ərazilər sonradan Qarabağdakı erməni silahlı dəstələri, diversiya qrupları tərəfindən yenidən minalansın?

Bu arada Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında avqustun 3-də həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.

Bəs bu kifayətdirmi? Əlbəttə yox. Beynəlxalq qurumlar minatəmizləməyə dəstəyi niyə artırmır? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı ekspert Azad İsazadə “Yeni Müsavat”a danışıb:

“Beynəlxalq Attava Konvensiyası var, hansı piyada əleyhinə minaları qadağan edən konvensiyadır, Azərbaycan və Ermənistan vaxtilə bu konvensiyaya qoşulmamışdı. Bu da məntiqli idi, çünki müharibə şəraitində yaşayırdıq, bizdə faktiki cəbhə zonası idi və cəbhə zonası minalanırdı. Bu vəziyyət indiyə qədər də qalır, həmin konvensiyaya qoşulmamışıq. Amma konvensiyaya qoşulan ölkələrə kifayət qədər yardım ayrılır, lazımi texnikalar verilir. Biz hələ o qrantları tam formada əldə edə bilmirik. Amma bu o demək deyil ki, ayrı-ayrı ölkələr bizə köməklik etmir. Hansısa formada bəzi ölkələrdən texniki və maliyyə alırıq. Amma konvensiyaya qoşulandan sonra bütün bizə lazımi köməklik ediləcək. Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaq və Azərbaycan da həmin konvensiyaya qoşulacaq. Çünki bu problem uzun müddətlidir, yəni on illərlə bu problem öz həllini tapmayacaq. Hətta görürük ki, indinin özündə belə Avropanın hansısa ölkəsində Birinci və İkinci Dünya müharibəsindən qalmış minalar partlayır. Məsələn, təxminən 10-15 gün əvvəl ölkələrin birində meşə yanğınları başlayanda Birinci Dünya müharibəsindən qalan mina və sursatlar partlamışdı. Əsasən də yay mövsümündə təsərrüfat işləri vaxtı yaylağa qalxan çobanlar belə problemlə rastlaşa bilər. Biz sadəcə özümüz üçün müəyyənləşdirməliyik ki, hansı zonalar təhlükəlidir və orada iş aparılmalıdır. Amma bir daha qeyd edirəm ki, periodik olaraq bu problemlə rastlaşacayıq.

Digər tərəfdən, mina xəritələri heç vaxt yüz faiz düz olmur. Bizdə bu məsələ daha mürəkkəbdir. Çünki təxminən 1993-1994-cü ildə iki tərəf minaları basdırmağa başlamışdı. 1993-cü ilə qədər isə basdırılmış minaların, ümumiyyətlə, xəritəsi yoxdur. Ona görə də anlamalıyıq ki, ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil.

Həmçinin minalardan başqa torpaqda partlamamış sursatlar da kifayət qədər var. Onlar minadan heç də az təhlükə yaratmır. Belə ki, onlar torpağa düşür, partlamır, daha sonra üzərini ot basır və nə vaxtsa kimsə orada kənd təsərrüfatı işi aparanda partlayır. Deməli, burada təkcə təmizlik deyil, maarfiləndirmə, izahat işləri aparmalıyıq, əsasən də kənd yerlərində. Doğrudur, bu işlər Qırmızı Xaç Komitəsi tərəfindən aparılır, amma lazımdır ki, daha geniş aparılsın.

O ki qaldı minadan təmizlənmiş ərazilərin sonradan Qarabağdakı erməni silahlı dəstələri, diversiya qrupları tərəfindən yenidən minalanmasına, bu məsələni istisna etmirəm. Çox güman ki, bu baş verir, baxmayaraq ki, əlimizdə fakt yoxdur. Bir şeyi başa düşməliyik ki, minalar uzunmüddətli təsirə malikdir. Deməli, minanın dünən, yoxsa 10 il öncə basdırılması əsas deyil, əsas odur ki, o, nə vaxtsa partlaya bilər. Başa düşməliyik ki, düşmən bütün fürsətlərdən istifadə edəcək. Ona görə də həmin minaları axtarıb tapmalı, təmizləməliyik. Yeni basdırılan minaları daha rahat tapmaq olur, nəinki köhnələri, çünki onlar paslanmış olur və tapmaq çətinləşir. Bəzən isə birinci toxunmadan partlamaya bilir, bu zaman insanlar arxayınlaşır ki, ərazidə heç nə yoxdur. İkinci, üçüncü toxunuşdan sonra mina partlamış olur və belə bir fikir yaranır ki, yəqin mina yenicə basdırılıb".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru