20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                     Ağdaş sakinindən İTTİHAM YAĞIŞI .....                     Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi .....                     5 il əvvəl yanmış evinə təzminat ala bilmir .....                     Gömrükdəki tenderlər: özgəsinin nə işi var? .....                     Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... .....                     "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" .....                     Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik .....                     Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? .....                     ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... .....                     SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... .....                     "Heç kəs bilmədi ki, mənim nə problemim var" .....                     “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? .....                     Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina .....                     Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… .....                     Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                     Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır .....                 

"Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur"
Tarix: 3-02-2022, 09:40 | Çap et
"Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur"
Azərbaycanda bundan sonra dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.
Bununla bağlı məsələ Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. DİA.AZ-ın məlumatına görə, qanun dəyişikliyi ilə bağlı “Şərq”ə açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, ilhaiyyatçı Turan İrfan bildirib ki, bu qanun müvafiq sahədə şəffaflığı təmin edəcək:

“Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur. Sadəcə, nəzirin onlayn formada verilməsi haqda qərar var. Bu da müasirliklə bağlıdır. Artıq həm dünyada, həm də ölkəmizdə alış-veriş və digər məsələlər kart vasitəsi ilə həyata keçirilir. Bundan sonra hər hansı şəxs uzaq bir ölkədən, yaxud rayondan, məsələn, Bakıda yerləşən ibadət ocağına, yaxud da ziyarətgaha onlayn nəzir, ianə göndərə biləcək. Burada bir qəbahət yoxdur. Nəzir qutularının buna paralel olaraq məscidlərdə qalması da ola bilər. Çünki məscidlərdə kifayət qədər ehtiyaclar, çıxarlar var. Kommunal xərcləri ödəyə bilmədiyinə görə kifayət qədər işığı, qazı, suyu kəsilən məscidlərimiz var. Onlar ora toplanan nəzir pulu ilə ehtiyaclarını ödəyirlər. Müəyyən məbləğ toplanmadıqda isə məsciddə ibadətə uyğun şərait olmur. Məsələn, qışda suyu isitmək olmursa, insanlar soyuq su ilə dəstəmaz alıb xəstələnirlər.

Bunlarla yanaşı onu da deməliyəm ki, bəzi pirlərdə isə əksinə, daha çox pul toplanır və o pulu bir neçə şəxs mənimsəyir. Şəffaf olmayan şəkildə, heç yerə hesabat vermədən öz maddi maraqları üçün istifadə edirlər. Ona görə qanunun sayəsində bu məsələnin də kökündən tənzimlənməsi gözlənəndir”.

İlahiyyatçı həmçinin qeyd edib ki, Azərbaycanda yaşayan və fəaliyyət göstərən hər bir ruhani, imam, inanclı insan və hər bir ibadət yeri Azərbaycan qanunlarına tabe olmalı və şəffaf, hesabatlı şəkildə fəaliyyət göstərməlidir.

“Azərbaycanda ibadət yerlərinə, yəni məscidlərə və ziyarətlərə təyinatın müvafiq icra orqanına verilməsini də alqışlayıram və bunu çox düzgün qərar hesab edirəm. İndiyə qədər bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Onlar da əsasən İranda, Qumda oxuyan şəxslərə üstünlük verirdi. O şəxslər də oxuyub təhsil aldıqları ölkənin siyasi xəttini təbliğ edir, o ölkənin özünə məxsus islam modelini ölkəmizdə təbliğ edirdilər. Xurafatçılıq da buna görə yayılırdı. Çünki xarici qüvvələr fanat insanları xurafat vasitəsilə daha asan təsir altına sala bilirlər. Bununla yanaşı ziyarətgahlarda da toplanan ianələr, nəzirlər, yardımlar qeyri-şəffaf şəkildə mənimsənilirdi.

İstər İran təmayüllü siyasiləşmiş yerli ruhanilərə, istər Səudiyyə Ərəbistanı təmayüllü radikallığa meyilli şəxslərə milli dəyərlərimizə və dövlət qanunlarımıza müvafiq fəaliyyət göstərmələri üçün bu qanun birbaşa təsir edəcək.
Ancaq yenə də diqqətli olmaq vacibdir ki, xarici təsirlərdən qaynaqlanan ünsürlər yenə də məscidlərə sızmasın.
Habelə pirlərə, ziyarətgahlara təyin edilən şəxslər də milli dövlətçilik ənənələrinə vaqif olan şəxslər olsun.

Çünki insan məscidə inancına görə gedir. Oranı müqəddəs hesab edir və inanır ki, orada danışılanların hamısı həqiqətdir. Odur ki, məscid imamlarını təyin edərkən də hər şeydən öncə xaricə bağlı olub-olmaması aydınlaşdırılmalıdır. Əgər zərrə qədər Azərbaycan Respublikasının siyasi xəttinə, ərazi bütövlüyünə, hər hansı maraqlarına qarşı gələn ölkədə təhsil alıb, təlim görübsə, əsla onu Allah evinə yaxın qoymaq olmaz.

Düşünürəm ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sayəsində bütün bunlar öz müsbət həllini tapacaq. Daha Qumda yarı siyası, yarı dini təhsil alanlar yox, yerli dini məktəblərdə oxumuş, milli ruhlu, ənənəvi islamı qavramış şəxslər məscidlərə təyinat alacaqlar.

Çünki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin indiyəcən olan fəaliyyəti və kifayət qədər savadlı, dini dərindən bilən kadr potensialı onlarda var.

Həm də dövlət qurumu olduğuna görə səlahiyyəti daha böyükdür.

İnanıram ki, həm məscidlərə rəhbər təyinatı, həm də nəzir məsələsi sarıdan bu qərarın verilməsi din sahəsində keçirilən müsbət islahatların önəmli hissəsidir və bu, çox doğrudur”.

Nəzir ödəmələrinin onlayn şəkildə təşkili barədə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Emin Qasımovun sözlərinə görə isə nəzir ödəmə sistemləri onlayn alış-veriş sistemlərindən fərqlənməyəcək.

“Ödəmə sistemləri ianələri müəyyən bir bankın hesabına mədaxil edəcək. Ödənişlər tam şəffaf formada reallaşacaq. Sui-istifadə və ya kənar hesablara köçürülmə hallarından söhbət gedə bilməz. Artıq bir çox ölkələrdə “nəzir vermək” anlayışına bənzər “Donate” ve “Help” onlayn maddi dəstək xidmətləri var. Bunlara yanğınla mübarizə, müharibədən zərər görənlərə yardım və s. istiqamətləri də aiddir.
Koronavirus bəlasından qurtulmadığımızı və pandemiya şəraitində həyatımıza davam etdiyimizi unutmamalıyıq.
Onlayn ödənişlər vasitəsilə lüzumsuz təmaslardan, risklərdən qorunub, özümüzün və yaxınlarımızın xəstələnmək ehtimalını minimuma endirəcəyik.
İstənilən bank kartları (pensiya kartları daxil olmaqla) vasitəsilə hər hansı bir ödəmə terminalından ianələr etmək mümkün olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
"Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17
“Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14
Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12
Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru