YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                 

"Daha çox öz kreslolarını itirməmək barədə düşünürlər" - Partiya sədri
Tarix: 24-08-2021, 08:20 | Çap et
"Daha çox öz kreslolarını itirməmək barədə düşünürlər"
Hakim Yeni Azərbaycan Partiyasının çox geniş resurslarının olduğu bəllidir. YAP-ın ən ciddi resurslarından biri Milli Məclisdə deputatlarının sayının çox olmasıdır. Partiyanın parlamentdə deputat sayı çox böyükdür, amma hökumətin gördüyü işlərin təqdimatından onların fəaliyyəti, təbliğatı çox zəifdir. Ölkə başçısı səhnədə və kameralar qarşısında olanda ictimai əhval müsbətə doğru dəyişir, ictimai rəy hakimiyyətin xeyrinə yüksəlir. Prezident çıxışlarına bir qədər ara verən kimi, 3-5 müxalif “qırğı” hakimiyyətin və Prezidentin gördüyü işləri qaralayır, gözdən salmağa çalışır. Bu ideoloji müharibədə 5-6 deputatı çıxmaqla, kimsə onlarla döyüşmür, tələblərə cavab vermir. O zaman o sayda deputatı Milli Məclisə niyə gətirirdilər? Deputat istənilən siyasi qüvvənin-müxalifətin, iqtidarın danışan dilidir. Amma əksər hallarda iqtidar deputatlarının çoxu danışanda vəziyyət hökumətin xeyrindən çox ziyanına dəyişir. Bəs bu vəziyyəti və Milli Məclisin tərkibini dəyişmək haqda iqtidar nə düşünür və düşünməlidirmi?

Hakimiyyətyönlü Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətin ilk növbədə 44 günlük müharibə və ondan sonra yaranmış vəziyyətlə bağlı mövqeyinin xalqa çatdırılmasında ciddi problemlər mövcuddur: “Əsas çətinlik ondan ibarətdir ki, dövlət başçısı hər şeyi açıq şəkildə demək imkanına malik deyil. Bu təbiidir. Çünki bu, xalqın və dövlətin maraqlarını gözləmək, dünya siyasətini və mövcud reallıqları dərindən bilmək, tutduğu yüksək dövlət vəzifəsinin məsuliyyətini daim hiss etmək və s. amillərlə bağlıdır. Müxalifətin isə belə bir ”dərdi" yoxdur. Əsas odur ki, onların dedikləri “dərin” fikirlər “xal” gətirsin, hazırlıqsız kütlənin xoşuna gəlsin, ona “oğulsan” deyənlərin və rəqibləri küçə söyüşləri ilə söyənlərin sayı durmadan artsın.

Şübhəsiz ki, bizim-hakimiyyəti təmsil edən və dəstəkləyən siyasilərin əsas çətinliyi təkcə bununla bağlı deyil. Bu gün bu mövqeni müdafiə etmək yüksək hazırlıq, ciddi mütaliə tələb edir. Əks mövqedə durmaq, hakimiyyəti “inandırıcı” tərzdə tənqid etmək üçün nə mütaliəyə, nə savada ehtiyac yoxdur. Bazarda xırda ticarətlə məşğul olan bir həmvətənimizin öz həmkarları qarşısında az qala hər gün səsləndirdiyi fikirləri oğurlayıb, ondan bir az aşağı səviyyədə söyləmək kifayətdir ki, “böyük siyasətçi” titulunu qazanasan və “xalqın nəzərində” avtoritetə çevriləsən. Ancaq dövlətçilik mövqeyində dayanmaq üçün hər gün ən azı 8-10 saat mütaliə etməli, öz üzərində işləməlisən. Azərbaycanda nə qədər siyasətçinin buna həvəsi və ciddi mətnləri öyrənmək potensialı var? Belə potensialı olanların içərisində yüksək natiqlik qabiliyyəti olan neçə nəfər var? Onların içərisindən nə qədəri özünü bu mübarizəyə atmaq, küçə söyüşlərinə və təhqirlərə qarşı dayanmaq dəyanətinə malikdir? Təəssüf ki, belələrinin sayı barmaqla sayılacaq qədər son dərəcədə azdır".

Partiya sədri fikrinin davamı olaraq qeyd etdi ki, burada ikinci mühüm məqam ortaya çıxır: “Sayı onsuz da az olan bu dəyərli insanların hakimiyyət strukturları ilə əlaqə saxlamaq, onlardan vaxtında zəruri məlumatları almaq imkanı varmı? Müvafiq qurumlar Prezidentin mövqeyini xalqa çatdırmaq, onunla çiyin-çiyinə mübarizə aparmaq istəyən insanlara kömək göstərmək barədə düşünürlərmi? Dövlət və hakimiyyətə yaxın televiziya kanallarına rəhbərlik edənlərin təbliğatı yüksək səviyyədə qurmaq, bütün potensialı bu işə cəlb etmək kimi bir dərdi varmı?

Təəssüf ki, bu suallara təsdiqləyici cavab vermək qeyri-mümkündür, təbliğatın, xalqla əlaqənin yüksək səviyyədə olmasına cavabdeh vəzifəli şəxslər bu işi qurmaq barədə deyil, daha çox öz kreslolarını itirməmək barədə düşünürlər. Bunun yolu isə çox sadədir: nə qədər faydalı olsa da fərqli fikir söyləyənləri yaxına buraxma, meydanı çox vaxt mənasız, ictimai rəyə heç bir təsiri olmayan, ancaq “xatasız” fikirlər söyləyənlərə ver və kresloda rahat otur, ictimai rəyi şikəst edən “liderlərin” Prezidentə qarşı açdığı cəbhəni, xalqın hər gün aldadıldığını, çaşdırıldığını qətiyyən özünə dərd eləmə".

A.Səmədov vurğuladı ki, yuxarıda qeyd etdiyi problemlər həll edilməyincə, Milli Məclisin tərkibinin dəyişilməsi də ciddi nəticə verməyəcək: “Ona görə də ilk növbədə hakimiyyətin mövqeyinin xalqa çatdırılmasına, xalqla əlaqələrə cavabdeh olan vəzifəli şəxslər iş üslublarını dəyişməlidir, ya da onlar dəyişməlidir. Yalnız həm parlamentdə, həm də kənarda olan siyasətçilərə düzgün qiymət veriləcəyi, onlara zəruri yardım göstəriləcəyi təqdirdə təbliğatı yüksək səviyyədə qurmaq, Prezidentə real yardım etmək mümkündür. Əks halda, yenə də bütün ağırlıq dövlət başçısının üzərində qalacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru