Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                 

“Açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxmaz” - deputat
Tarix: 6-04-2021, 08:47 | Çap et
“Açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxmaz”
Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Bununla belə, tez-tez mətbuatda, sosial şəbəkələrdə kimlərinsə gizlin şəkildə toy və nişan məclisləri keçirməyə cəhd etdiyi, polisin bu məclisləri basdığı haqda məlumatlara rast gəlirik. O da gizlin deyil ki, fevral ayından etibarən Bakının bir sıra şadlıq sarayları və restoranlarında kiçik heyətlə toy-nişan məclisləri keçirilir. Məclislərdə bəy-gəlin toy paltarı geyinmir və yaxud məclislər yalnız qadınlardan ibarət olur və sairə. Bu barədə ara-sıra şou-biznes nümayəndələrinin dilindən eşidirik.

Məsələn, Xatirə İslam ötən gün sosial şəbəkədə qeyd etmişdi ki, gün ərzində 500-dən çox toy keçirilir və sənətçi kimi həmin məclislərə dəvət alır. Eləcə də bir müddət öncə sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini bildirmişdi.

İki həftə öncə Naxçıvan MR-də toylara icazə verildiyi haqda məlumat yayıldı. Məlumata görə, şadlıq evlərində qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək mümkündür.

Pandemiyanın nə zaman bitəcəyi, həyatımızdan çıxacağı məlum deyil. Üstəlik, mütəxəssislər virusun yeni mutasiyaya uğramış variantlarının ortaya çıxması ilə yenidən yoluxma və ölüm hallarının artacağı haqda proqnozlar verir. Bütün bunları nəzərə alaraq, ölkədə kiçik heyətlə toyların keçirilməsinə icazə verilməsi mümkündürmü?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb:

“Birmənalı şəkildə toylar keçirilməlidir. Toy keçirmək, qız köçürüb, oğul evləndirmək hər bir ailənin həm də təbii haqqıdır.

Lakin bir ildən çoxdur ki, nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilmir, insanlarda da dözüm qalmır.

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı? Ona görə də insanlar məcburən gizlin şəkildə toy etmək fikrinə düşürlər və cərimələnir, toyları dərd-qəmə çevrilir, toy keçirmək istəyib, qəmlə üzləşirlər. Hesab edirəm ki, insanlara bu cür stresli vəziyyət yaşatmaq olmaz. Bir sözlə, toylara icazə vermək lazımdır. Operativ Qərargah bunun yollarını tapıb, bəy-gəlini, insanları razı salacaq şəkildə icazə verməlidir.

Hazırda havalar da isinib. Fikrimcə, açıq havada toylar keçirmək olar. Məsələn, bir çox şadlıq saraylarının geniş həyətləri, əraziləri var, orada toy təşkil etmək olar. Və yaxud şadlıq saraylarının bütün pəncərələrini açıb, ventilyasiya sistemini işə salıb, məhdudlaşdırıcı tədbirlər də təşkil etməklə toy keçirmək olar.

Axı toy təkcə bəy-gəlin məsələsi deyil. Şadlıq evlərinin işləməsi nəticəsində Azərbaycanda az qala 1 milyona yaxın insan evinə çörək pulu aparırdı. İndi o qədər insan çörək pulundan məhrum olub, işsiz qalıb.

Ümumiyyətlə, toylar demək olar ki, iqtisadiyyatımızın aparıcı qüvvəsi idi. Bir şadlıq sarayından ən azı 500 nəfər ailəsinə çörək pulu aparırdı. Bu baxımdan toylara icazə verilməlidir. Hesab etmirəm ki, bu cür isti havalarda açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxar".

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, artıq müəyyən şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilməlidir:

“Bir ildən çoxdur ki, toy, nişan mərasimləri qadağan olunub. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə alıb, deyə bilərik ki, bu heç də cəmiyyətdə birmənalı, xoş qarşılanmır. Məşhur bir deyimdə deyildiyi kimi - ”Elmizin toy kimi bir adəti var", yəni övladının evlənməsini, toy etməsini istəyən valideynlər də təbii ki, istəyir ki, arzularındakı toyu həyata keçirsin.

Hər halda, bəzən gizlin şəkildə toylar keçirilir və bu zaman epidemioloji qaydalara riayət olunmur. Hesab edirəm ki, bunun baş verməməsi, həmçinin cəmiyyətimizin gələcəkdə demoqrafik problem yaşamaması üçün artıq Operativ Qərargah bəzi şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir.

Təbii ki, burada ekpsertlərin də fikir və rəyləri nəzərə alınmalıdır".

Sosioloq Əhməd Qəşəmoğlu isə açıq havada toyların keçirilməsini təklif edib:

“Təklif edirəm ki, bundan sonra toylarımız açıq havada təşkil edilsin. Bu bizim qədim toy adət-ənənəmizdir. Lakin bu zaman toylarda məclis təşkil olunmasın. Burada əsas məqsəd iki adamın təntənəli şəkildə ailə qurmasıdır və bunu da təşkil etmək lazımdır. Əvvəllər bu cür açıq toylar olanda insanlar əsasən rəqs edirdilər. İndi də o toylarımızda rəqs meydançasını təşkil etmək lazımdır. Bir sözlə, biz son 50 ilin toy modelindən qaçmalıyıq. Əsas məsələ insanların ailə qurmasıdır. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu budur”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib: “Azərbaycanda toy mərasimlərinə qadağa qoyulması iqtisadi aktivliyə də ciddi mənfi təsir göstərən amilə çevrilib. Çünki toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi.

İlk günlərdə aydın idi ki, virusla bağlı problemlərin yeni olması, tibbin buna hazır olmaması sərt karantin rejimi, toylara qadağanın məntiqini anlamağa imkan verirdi. İndi isə havalar da isinib və buna görə də ən azı açıq havada toy mərasimlərinin keçirilməsinə icazə verilməlidir. Çünki bu həm demoqrafik, həm də ailə siyasətinə aid məsələdir. Ona görə toylarla bağlı qadağalardan artıq çıxmalıyıq.

Şadlıq evlərinin açılması ilə bağlı məsələ olacaqsa, burada isə az sayda qonaqla toylara icazə verilməsi effekt verməyəcək. 500-600 nəfərlik şadlıq saraylarında 50 nəfərlik məclislərə icazə verilsə, bu zaman şadlıq evlərinin sahiblərinə sərf etməyəcək. Çünki işçilərin maaşı, kommunal ödənişlərə sərf olunan xərc 50 nəfərlik qonaqların hesabına qarşılanmayacaq. Bu zaman ya qiymətləri kəskin halda artırmalıdırlar, ya da qeyd etdiyim kimi, sərf olunan vəsaiti götürə bilməyəcəklər.

Ona görə də ən azından açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Bu gün, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Dünən, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Dünən, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Dünən, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Dünən, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Dünən, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Dünən, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Dünən, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Dünən, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Dünən, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Dünən, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Dünən, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Dünən, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Dünən, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Dünən, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Dünən, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Dünən, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Dünən, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru