Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                 

“Yeniliyə xidmət edən, inkişafa gətirən layihəni dəstəkləmək lazımdır” - Partiya sədri
Tarix: 25-02-2021, 08:53 | Çap et
“Yeniliyə xidmət edən, inkişafa gətirən layihəni dəstəkləmək lazımdır”
Bəzi müxalifət partiyalarının sədrləri və ekspertlər işğaldan azad edilən ərazilərdə “Ağıllı kənd” və “Ağıllı qəsəbə (şəhər)” layihələrinə qarşı çıxışlar edirlər. Onların fikrincə, kənd rayonlarında köhnə dədə-baba qaydasında kəndlər qurulmalıdır, “Ağıllı kənd” layihəsi həmin ərazilərdə effekt verməyə bilər.

Qeyd edək ki, ekspertlərin hesablamalarına görə, azad olunmuş bütün kənd və rayonlarımızda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması üçün çox böyük məbləğdə vəsait lazımdır. Söhbət 1-2 milyarddan getmir. Burada 10 milyarddan yuxarı vəsaitdə, söhbət gedir. Çünki ermənilər o kəndləri, şəhərləri faktiki olaraq tamamilə məhv ediblər. Hər şey sıfırdan başlanmalıdır. Öncə ərazilər minalardan təmizlənməlidir, sonra kütləvi tikinti-quruculuq işləri həyata keçirilməlidir. İşlər bütün rayonlarda paralel olaraq aparılmalıdır. İnsanların bəzilərində ““Ağıllı kənd” layihəsi nə deməkdir" kimi fikirlərə rast gəlinir. “Ağıllı kənd” müasir tələblərə cavab verən, faktiki şəhər statusuna yaxın kənddir. Şəhər tipli kəndlər və qəsəbələrdən söhbət gedir. Çağdaş texnologiyalardan istifadə etməklə şəhər və ya kəndin idarəçiliyində ən yüksək səmərəyə nail olmaq: hədəf budur. Yəni real zaman kəsimində şəhər və ya kəndlə bağlı bütün informasiyalar müəyyən mərkəzdə cəmləşir və həmin informasiyalar üzərindən situasiyanın tələbinə uyğun olaraq effektiv addımlar atılır. Bu üsul 2000-ci ildən dünyanın gündəmindədir. Getdikcə daha çox ölkə (inkişaf etmiş və inkişafa can atanlar) bu üsuldan yararlanmağa çalışır.

Avropa Birliyində bu məsələ xüsusi önəm daşıyır. Ağıllı şəhər və kəndlərin çoxalması üçün göstərilən təşəbbüslərə hərtərəfli dəstək verilir. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) 10 ölkə daxildir. Sinqapur başda olmaqla, bu ölkələr də ağıllı şəhər konsepsiyasına ciddi maraq göstərir. Bu istiqamətdə, hətta bir çox Qərb ölkələrini geridə qoyublar. Çin və Hindistan kimi əhalisinin sıxlığı ilə seçilən ölkələr də müasir texnologiyalara istinadən idarə olunan ağıllı şəhərləri getdikcə daha çox ön plana çıxarırlar. ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də bu konsepsiya ciddi uğur qazanıb.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, 30 ilə yaxın işğalda olmuş və artıq azad etdiyimiz ərazilərimizdə ilkin olaraq minalardan təmizlənmə işləri çox ciddi şəkildə həyata keçirilməli və bundan sonra bərpa-quruculuq işləri aparılmalıdır. Hökumət də işi məhz bu cür qurub: “Ağıllı kənd, qəsəbə” layihəsinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilməsini təqdir eləyirik. Çünki müasir texnologiyalarla təchiz olunmuş müasir tipli kənd və qəsəbələrin salınması orada məskunlaşacaq insanların həyat şəraitinin, fəaliyyətinin də müasir texnologiyalara uyğunlaşmasına rəvac verəcək. Bu baxımdan həmin layihəni biz dəstəkləyirik, lazımlı hesab edirik. Biz işğaldan azad olunan ərazilərimizin bərpası ilə bağlı təkliflərimizi hökumətə yazılı şəkildə təqdim etmişik. Təkliflərimizdən biri də ondan ibarətdir ki, yeni texnologiyalara əsaslanan kəndlər, qəsəbələr qurulsun. Təklif etmişik ki, həmin ərazilərə qayıtmaq, köçmək istəyən və öz gücü ilə bərpa işləri görmək imkanları olan sahibkarlara şərait yaradılmalıdır ki, onlar da quruculuq, bərpa işlərinə dəstəklərini verə bilsinlər. Heyvandarlıqla məşğul olacaq sakinlərin, iş adamlarının fəaliyyətinə yeni texnologiyalar müsbət təsir göstərə biləcək. Məhsuldarlığın yüksək səviyyədə olması üçün heyvandarlıq və əkinçilik sahəsi də müasir texnologiyalardan yararlanmalıdır. Biz köhnəliyə meyl etməli deyilik, müasirliyə üstünlük verməliyik".

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, işğaldan azad olunmuş kəndlərimizi və şəhərlərimizi köhnə, dədə-baba qaydasında deyil, müasir texnologiyalarla bərpa edib qurmaq lazımdır. Necə ki, Azərbaycan Ordusu 20-ci əsrin müasir müharibəsini ortalığa qoyub uğur qazandı, eləcə də bərpa məsələsində biz müasir dövrün tikinti mədəniyyətini tətbiq etməliyik: “Yenilikçi ideyanı, yeniliyə xidmət edən, inkişafa gətirən layihəni dəstəkləmək lazımdır. Bu cür layihələrin əleyhinə çıxmağın mənası yoxdur”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, heç kəs yeniliyin qarşısını ala bilməz və bu yeniliklər kəndlərə də getməlidir: “Bəziləri yenilikləri çətinliklə qəbul edir. Bu, başa düşüləndir. Amma qərəzli şəkildə çıxış etmək yolverilməzdir. ”Ağıllı kəndlər"in yaradılması çətin bir prosesdir, texniki problemləri həddindən çoxdur. Lakin son nəticəni nəzərə alsaq bu çətinliklərə dəyər. Ona görə də bu prosesə hamılıqla qoşulmalıyıq, partiyalar da, ağıllı ekspertlər də öz imkanlarını bu məsələyə səfərbər etməlidirlər. Niyə İsveçrədə, başqa bir yerdə kənddə istənilən müasir şərait, texnoloji imkanlar olmalıdır, amma Azərbaycan kəndlərində yox?! Bu prosesin işğaldan azad olunmuş rayonlarda başlamasının ideoloji təbliğat xarakterli əhəmiyyəti də var. Bunlar da nəzərə alınmalıdır. Arzumuz isə ondan ibarətdir ki, dövlət bu işə ciddi yanaşsın, yarımçıq qalmasın. Məsələn, Bakıda “ağıllı dayanacaqlar” da yaratmışdılar, avtobusların gəlməsini əyani şəkildə göstərirdi. Sonradan o aparatlar xarab oldu, indi gülüş hədəfinə çevrilib. İstərdik ki, “Ağıllı kənd”lərimiz də o vəziyyətə düşməsinlər".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
12-07-2025, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
12-07-2025, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
12-07-2025, 05:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru