"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                 

"Çox yaxşı... amma gecikmişik, gərək bu, çoxdan olaydı" - Partiya sədri
Tarix: 15-02-2021, 08:13 | Çap et
"Çox yaxşı... amma gecikmişik, gərək bu, çoxdan olaydı"
Torpaqlarımızın işğaldan azad edilməsi yeni idarəçilik modellərinin tətbiqinə imkan verir. Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Qeyd edilir ki, A.Kərimov bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. “Ağ şəhər” layihəsinin icrasında iştirak edib və bu cür layihələrin icrasında təcrübəyə malikdir.

Prezidentin bu təyinatı da, böyük ehtimalla Şuşa şəhərinin yenidən qurulması prosesinə təcrübəli kadrın cəlb edilməsi, aparılan quruculuq və bərpa işlərinə nəzarəti həyata keçirməkdir. Çünki nəinki Şuşada, həmçinin işğaldan azad edilmiş bütün ərazilərdə yenidənqurma, abadlıq, tikinti işlərinə birbaşa Prezidentin özünün nəzarət edəcəyi məlumdur. Bunu cənab Prezident özü də vurğulayıb. Gözlənilir ki, işğaldan azad edilmiş bütün ərazilərə yaxın zamanda xüsusi nümayəndələr təyin olunacaq və bu da ölkədə xüsusi nümayəndəlik institutunun formalaşması ilə yekunlaşacaq.

Milli Məclisin ötən gün keçirilmiş iclasında da Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavininin və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusu müəyyən edilib. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək. Təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Yeni idarəetmə strukturu ilə yerli icra hakimiyyəti strukturu arasındakı fərq də hazırda müzakirə mövzusudur. Xüsusi nümayəndənin səlahiyyətləri ilə icra başçılarının səlahiyyəti üst-üstə düşmür ki? Burda bir məqamı vurğulamaq yerinə düşər ki, son illərdə icra hakimiyyətlərindən narazılıqlar xeyli artıb. Neçə icra başçısı məhz vəzifəsindən sui-istifadə etdiyinə, korrupsiyaya bulaşdığına, yeyintilərə yol verdiyinə, dövlət büdcəsinə ziyan vurduğuna görə vəzifəsindən kənarlaşdırılıb və hüquqi çərçivədə məsuliyyətə cəlb edilib. Yəni bu illər ərzində kabinetindəki seyfindən dəstə-dəstə pullar çıxan icra başçılarını da gördük, müğənnilərdən tutmuş sıravi vətəndaşlara qədər işğaldan azad edilmiş yurd yerlərini ziyarət edənlərə rəğmən ermənilər hər yeri minalayıb deyə Şuşaya “gedib çıxa bilməyən” icra başçılarını da. Elə bu məsələlər də icra hakimiyyətlərinin lazımsız bir qurum kimi, daha doğrusu, yeyinti mənbəyinə çevrilmiş bir qurum kimi ləğvi məsələsini aktuallaşdırıb. Bu baxımdan Prezidentin xüsusi nümayəndələrinin təyinatı yaxın zamanda icra hakimiyyəti strukturunun tamamilə ləğv ediləcəyi ehtimalını gücləndirir. Hələliksə, idarəetmə strukturlarının hər ikisi fəaliyyətdədir. Kim nəyə nəzarət edəcək, kim hansı işi görəcək?

ADP sədri Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, sabiq prezident Əbülfəz Elçibəyin zamanında fərqli adla, lakin təxminən eyni səlahiyyətlərə malik qurum fəaliyyət göstərib:

- Prezident Administrasiyasında Prezident İnspeksiyası yaradılmışdı. Bu inspeksiyanın işi yerlədə icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət etmək idi. Faktiki Prezidentin sərəncam və göstərişlərinin icrasına nəzarət edən qurum idi. Mən illər öncə bu təkliflə çıxış etmişdim ki, Prezidentin fərman və sərəncamlarının, göstərişlərinin, tapşırıqlarının icrasına nəzarət edəcək bir qurum yaradılsın, mən ona rəhbərlik edərəm. Çünki belə bir strukturun olması çox vacibdir. Bu struktur Prezidentin vəzifəyə təyin etdiyi, hansısa tapşırıq verdiyi adamların üzərində nəzarəti həyata keçirməlidir. İndi Prezidentin xüsusi nümayəndələrinin statusu müəyyən edilib, bununla bağlı qanuna müvafiq düzəlişlər, yeniliklər edilib. Çox yaxşı. Amma gecikmişik. Gərək bu, çoxdan olaydı.

S.Cəlaloğlu qeyd etdi ki, Prezidentin xüsusi nümayəndəsinin, onun müavini və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusunun müəyyən edilməsi nəzarətin həyata keçirilməsində faydalı olacaq:

- Bu, yeni nəzarət mexanizmi kimi düşünülüb. Xüsusən nümayəndə Prezidentin sərəncamlarının, göstərişlərinin icrasına nəzarət edəcək. İcra hakimiyyəti sərəncamları, verilən tapşırıqları icra etmək üçündür. Xüsusi nümayəndəlik isə icraya nəzarət üçün lazımdır. Bəzən Prezident özü də narazılıq edirdi ki, yerlərdə nəzarət zəifdir, nəzarət mexanizmi güclü olmalıdır. Xüsusi nümayəndəliklər bu işin öhdəsindən gəlməlidir. Şuşaya Prezidentin xüsusi nümayəndəsi təyin olunduğu kimi, işğaldan azad edilmiş digər ərazilərdə də xüsusi nümayəndələr olmalıdır.

S.Cəlaloğlu Türkiyə idarəetmə modelində də belə nəzarət mexanizminin olduğunu dedi:

- Türkiyədə bir qədər fərqli sistemdir. Valilik, kaymakamlıq var, bələdiyyə var. Məsələn, vali prezidentin təmsilçisidir. Prezidentin nümayəndəsi. Hökumətin səlahiyyətli nümayəndəsidir. İdarəetmənin geidişi ilə maraqlanır. Bəzi ölkələrdə qubernator vəzifəsi ilə eynidir. Kaymakam isə rayonun - mahalın (vilayətin) mülki idarə əmiridir. Valinin təmsilçisidir. Onun əmrlərini, tapşırıqlarını yerinə yetirir. Bələdiyyənin də fəaliyyətinə nəzarət edir. Türkiyədə bölgə, mahal, ilçe kimi inzibati bölgülər var və əhali sayına, vilayəti təşkil edən kəndlərin sayına görə dəyişir. Hər ölkədə fərqli idarəetmə sistemi ola bilər. Amma Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi, indiki vaxtda xüsusilə də işğaldan azad edilmiş ərazilərimiz üçün vacibdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru