Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                     “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi .....                     Azərbaycanla sərhəddə gizli toplantı .....                     Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir .....                     Qida Sənayesi Kolleci adlı BAZAR... .....                     Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                     Adil Vəliyev şəhid ailəsinə qarşı... .....                     “FSB”nin Bakıda kəsilən “qolu” .....                     `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... .....                     Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                 

"Naxçıvan dəhlizinin açılması üzərində ciddi cəhdlə işlər başlanmalıdır" - Partiya sədri
Tarix: 16-12-2020, 08:44 | Çap et
"Naxçıvan dəhlizinin açılması üzərində ciddi cəhdlə işlər başlanmalıdır"
Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı hələ də müzakirə mövzusudur. Çünki Azərbaycan həmin parad vasitəsi ilə dünyaya yeni mesajlar verdi, Azərbaycan-Türkiyə birliyini bir daha nümayiş etdirdi və Cənubi Qafqazda yeni siyasi vəziyyətin yarandığını göstərdi.

Milli təhlükəsizlik nazirinin keçmiş müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Reyting.az-a müsahibəsində həm dünyaya verilən mesajları, həm də Azərbaycanla bağlı son vəziyyəti müzakirə edib:

- Azərbaycan parad vasitəsi ilə dünyaya mesaj verib bildirdi ki, artıq əvvəlki Azərbaycan deyil. Azərbaycanın paradı yeni dövlətin qurulduğunun elanı, bir dövlət olaraq yeni inkişaf mərhələsinə keçidin bəyan olunması idi.

Bu parad, həm də Türkiyə-Azərbaycan münasibətlərinin yeni səviyyəyə keçdinin mesajıdır. Artıq yeni bir mərhələnin qapısının aralandığı elan olundu.

- Hərbi parad zamanı Prezident Əliyevin çıxışında İrəvan, Göyçə və Zəngəzurun Azərbaycanın əzəli əraziləri olduğu bir daha vurğulandı. Artıq rusiyalı, erməni mütəxəssislərin də toxunduğu Zəngəzur məsələsi siyasi gündəmə gətirilə bilərmi?

- Biz bu məsələyə yalnız Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Rusiya savaşı və ya Rusiyanın Ermənistan vasitəsilə bizimlə vəkalət müharibəsi aparması kontekstində baxsaq səhv etmiş olarıq. Bu müharibə artıq geopolitik xarakter alıb, dünyada və regionda gedən geopolitik savaşın tərkib hissəsidir. Ona görə də, bu məsələyə tam və hərtərəfli obyektiv qiymət vermək üçün dünyada və regionda gedən savaşın, yeni dünya düzəni quruculuğunun bir ünsürü kimi baxmalıyıq. Yalnız bu halda məsələlərə hərtərəfli və obyektiv qiymət verə bilərik. Yalnız belə halda aydınlaşar ki, Böyük Britaniyanın, Çinin, İsrailin buradakı maraqları nədən ibarətdir. Eləcədə Türkiyə və Pakistanın maraqları nədir. Həmçinin İran və Rusiyanın maraqlarına diqqət etməliyik.

Bu geopolitik savaş hələ yeni başlayıb, biz onun birinci fazasından keçdik, hələ bu faza tam başa çatmayıb. Nəzərə alın ki, bizim ərazimizin kiçik də olsa, bir hissəsi Rusiya və Ermənistanın hərbi birliklərinin nəzarəti altındadır. Qarşıda Zəngəzur məsələsi var. Hələ üçüncü məsələ də İran-Cənubi Azərbaycan məsələsidir. Ona görə də hesab edirəm ki, bizi qarşıda müharibə potensialı olan üç böyük problemli məsələ gözləyir.

Birincisi rus-erməni silahlı dəstələrinin hələdə nəzarətində qalan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yerdə qalmış ərazisi və Laçın dəhlizi.

İkincisi, Zəngəzur.

Üçüncüsü İran və Böyük Azərbaycan məsələsi.

Hesab edirəm ki, bu məsələni müzakirə edərkən Çinin “Bir kəmər, bir yol” kimi böyük strateji layihəsini unutmayaq və bunun da arxasında London və Pekinin durduğunu nəzərə alaq. Eləcədə dünya yəhudi lobbisinin regiondakı maraqlarını da unutmamaq vacibdir. Sözsüz ki, Türkiyə və Pakistanın da öz maraqları mövcuddur. Bunları nəzərə almaqla məsələlərə doğru-dürüst qiymət verə bilərik.

Qarşıdakı dövrdə, xüsusilə ABŞ-da hakimiyyətin dəyişdiyini, Bayden administrasiyasının Rusiyanı əsas təhdid saydığını hesaba almaqla demək olar ki, 2021-2022-ci illərdə Rusiya məsələsi gündəmə gələcək. Rusiya ilə birlikdə postsovet məkanı və Azərbaycan məsələsi də gündəmdə olacaq. Biz bütün Şərqi Avropada, Baltik-Qara dəniz xəttində, Xəzər regionunda vəziyyətin gərinləşməsinin şahidi olacağıq.

İkincisi, Bayden administrasiyası Trampdan fərqli olaraq Avropa Birliyi və NATO ilə birgə hərəkət edəcək. Bu kontekstdə Türkiyənin önəminin artacağını da gözləmək lazımdır.

Ücüncüsü də, Böyük Birtaniyanın Çinlə birlikdə, amma hələlik ayrı hərəkət etdiyini nəzərə almalıyıq.

London-Pekin xəttinin ABŞ-Avropa Birliyi-NATO xəttinə qoşulub-qoşulmayacağını da yaxın gələcəkdə görəcəyik. Azərbaycan və Türkiyənin də Pekin-London xəttində olduğunu nəzərə almalıyıq. Yaxın gələcək bu xətlərin birləşib-birləşməyəcəyi ortaya qoyulacaq. Bu da çox önəmli geopolitik gəlişmə olacaq.

- Ancaq ilk dəfə siz qeyd etmişdiniz ki, müharibədən sonra Ermənistana təzminat iddiası qaldırmaq, onun milyardlarla dollar cərimələnməsinə nail olmaq, bu təzminatı ödəyə bilməyəcəyi təqdirdə Zəngəzuru tələb etmək lazımdır...

- Bəli, doğru deyirsiniz. Sadəcə, mən məsələyə bir qədər geniş baxdım. Adətən mən bir məsələni deyirəm və digər mütəxəssislər mövzu haqqında danışmağa başlayanda, mən bir daha bu məsələyə qayıtmıram. Yəni niyyət o deyil ki, hər dəfə bildirim ki, bunu mən demişdim. Təbii ki, məsələni gündəliyə gətirməyin ən münasib yolu budur. Azərbaycan beynəlxalq ekspert və təşkilatları cəlb etməklə qiymətləndirmə aparır. Məncə, bu iş genişləndirilməlidir və düşünürəm ki, hazırda bu istiqamətdə ciddi iş görülür. Sonra beynəlxalq məhkəmələrdə müvafiq iş açılmalı, Ermənistan qarşısında təzminat davası başlanmalıdır. Düşüncəmə görə, bu davaların miqyası böyük olacaq və Ermənistanın bunu ödəmək imkanı olmayacaq. Bu zaman Azərbaycan qanunauyğun şəkildə və beynəlxalq praktikanı nəzərə alaraq təzminatın torpaqla ödənməsi məsələni qaldıracaq. Məncə, niyyət də budur. Qənaətimcə, Azərbaycan və Türkiyə rəhbəliyinin yanaşmasından da bunu görmək olar. Bu, sevindirici haldır. O mənada ki yanaşma tamamilə doğrudur. Hesab edirəm ki, bu istiqamətdə davam etmək lazımdır. Sözsüz ki, bunun tarixi aspektləri də var. Amma biz tarixi aspektləri indi qabartmaqla yanlışlığa yol vermiş olarıq. Biz məsələyə beynəlxalq hüquq və praktika kontekstində yanaşmalı, müharibə təzminatını qaldırmalı və bunu ödəmək iqtidarında olmayan Ermənistandan torpaq tələb etməliyik.

- Sizcə, Mehri dəhlizindən Naxçıvana çıxış imkan veriləcəkmi?

- Hesab edirəm ki, üçtərəfli sazişdə nəzərdə tutulduğu kimi, Naxçıvan dəhlizinin açılması üzərində ciddi cəhdlə işlər başlanmalıdır. Eyni zamanda sənəddə nəzərdə tutulduğu kimi, əlavə yolların və kommunikasiyaların açılmasına çalışmalıyıq. Yəni gözləməməliyik ki, təzminat məsələsi gündəmə gəlsin. İndidən bunun alt yapısını Azərbaycan hazırlamalıdır.

Azərbaycan tərəfi çalışmalıdır ki, Zəngəzur dəhlizindən keçəcək bütün yolların və kommunikasiya xətlərinin xərcini özü çəksin. Bu, gələcəkdə bizim öz iddiamızı əsaslandırmaq baxımından münasib element olacaq. Buna xüsusi məsələ kimi yanaşmaq lazımdır.

- Amma erməni siyasətçilərin açıqlamalarından aydın görünür ki, onlar bu dəhlizin açılmasına qarşıdır. Yeri gəlmişkən, 10 dekabrda imzalanan üçtərəfli sazişdən bu yana Ermənistan Baş naziri Nikol Paşinyan bir dəfə də olsun bu barədə danışmayıb...

- Məncə, perspektivlə bağlı məsələlərə sual-cavab tapmaq üçün prosesə geopolitik baxımdan yanaşmaq lazımdır. Yəni prosesə qlobal, geopolitik, yeni dünya düzəni quruculuğu kontekstində yanaşmalıyıq. Əgər Bayden administrasiyası dönəmində Vaşinqton-Brüssel xətti ilə Pekin-London xətti arasında anlaşma olacaqsa, burada Ermənistanın, hətta Rusiyanın fikrinə heç kim baxmayacaq və bu dəhliz açılacaq. Yox, əgər Vaşinqton-Brüssel xətti ilə Pekin-London xətti arasında indiki ziddiyyət davam edəcəksə, Türkiyə və Azərbaycanın London-Pekin xəttində olduğunu nəzərə alaraq Vaşinqton-Brüssel xətti Ermənistanla birlikdə bu prosesi yubada, qarşısına ala bilər. Odur ki, bu məsələdə diqqətli olmalıyıq. Yəni qarşıdakı dövrdə Vaşinqton-Brüssell xətti ilə London-Pekin xətti arasında münasibətlər necə qurulacaq? Bizim marağımız tələb edir ki, bu xətlər arasında anlaşma olsun. Anlaşma olacaqsa, bizi qarşıda gözləyən və üç müharibə təhlükəsi yarada biləcək məsələdə maraqlarımızı qoruya biləcəyik. Bizə lazım olan budur ki, qarşıdakı 4 ildə Ankara və Bakının olduğu London-Pekin xətti ilə Vaşinqton-Brssel xətti arasında yaxınlaşma və uzlaşma olsun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru