Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: .....                     Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb .....                     İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi .....                     Hacı Vəliyevin DURUMU AĞIRDIR... .....                     Baba Vəziroğlu nazirə nə hədiyyə edib? .....                     Su kanallarında boğulmalar artır .....                     Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... .....                     Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib .....                     “Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” .....                     Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... .....                     Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu .....                     Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur .....                     Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... .....                     Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib .....                     Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı .....                     Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... .....                     Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı .....                     Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU .....                     Boksçumuz erməniyə qalib gəlib çempion oldu .....                     Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi .....                     KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? .....                     “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 .....                     Müəyyən səbəbdən iş yerində olmayan işçinin... .....                     Vilayətinin SURİYA SANCISI... .....                     Azərbaycanın Karapetyanı KİM OLACAQ? .....                     "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur .....                     Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... .....                     Trampın vaxt qoymaqlığı... .....                     Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” .....                     Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb .....                     Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI .....                     İrəvanla Bakı arasında yekun anlaşma... .....                     Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır .....                     Göyçay sakinləri niyə narazılıq edir? .....                     Qusarda tənəzzül edən təhsil sistemi .....                     Ev tikmək istəyənlərə vacib xəbər .....                     "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" .....                     Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ .....                 

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir” - deputat
Tarix: 13-11-2020, 09:32 | Çap et
“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir”
Milli Məclisin deputatı Cavid Osmanovun Pravda.az-a müsahibəsi:

- Hazırda müharibə başa çatıb. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi cəmiyyətə hansı ab-havanı gətirdi?

- İlk növbədə başda Prezident İlham Əliyev olmaqla, xalqımızı təbrik edirəm. Bu, Azərbaycanın tarixi və şanlı qələbəsidir. Son 500 ildə ilk dəfədir ki, işğal altında olan torpaqlarımız azad edilir. Təbii ki, bunun əsasında Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində qurduğu güclü iqtisadiyyat, ordu quruculuğu, ictimai-siyasi sabitlik dayanır. Azərbaycan xalqı Prezidentinə inanır, güvənir. Bu müharibə Azərbaycan xalqının milli qürurunu, mənliyini özünə qaytardı. 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi, erməni vandalları bizim hisslərimizə toxunurdular. Nəticədə düşmən layiqli cavabını aldı. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. 44 gün ərzində Azərbaycanın rəşadətli ordusu misilsiz qələbə çaldı, düşmənin “məğlubedilməz ordu” mifini darmadağın etdi. Ordumuz düşmənin başından elə vurdu ki, hələ də özünə gələ bilmir. Ən önəmli məqamlardan biri də odur ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəddə Naxçıvanla kommunikasiyanın yaradılması əksini tapıb.

- İmzalanan bəyanat günlərdir ki, müzakirə olunur. Rusiya sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsindən narahat olanlar var. Sizcə, Rusiya sülhməramlıları Qarabağa niyə gəldi?

- Bəyanatın bəndlərinə baxsaq, görərik ki, hər biri ölkəmizin xeyrinədir. Sənəddə bildirilir ki, Ermənistan nəzarət etdiyi Kəlbəcər rayonunu 15 noyabradək, Ağdamı 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarır. Bu ərazilər döyüşsüz itkisiz Azərbaycana qaytarılır. Xankəndi, Xocalı və Xocavənddə də Azərbaycan qanunları işləyəcək, orada bayrağımız dalğanacaq. Doğrudur ki, insanları Rusiya sülhməramlılarının bölgəyə gəlişi narahat edir. Sülhməramlıların iştirakı vacibdir. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir. Bu, Rusiyanın hərbi bazasının yaradılması deyil. Bu qüvvələrin məqsədi sırf sülhü bərqərar etməkdir. Göründüyü kimi, sülhməramlıların sayı çox deyil, belə ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. İnsanlar elə başa düşməsin ki, 1990-cı illərdir, zaman dəyişib, ölkəmiz güclənib. Rusiya ilə Azərbaycan yaxın tərəfdaşdırlar, mehriban qonşudurlar. Hər kəs gördü ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytrallıq nümayiş etdirdi. Qeyd etdi ki, döyüşlər Azərbaycanın ərazisində gedir, müdaxilə etmək etmək haqqımız yoxdur. İnsanlar əmin olsunlar ki, narahatlığa əsas yoxdur. İşğala qədər orada yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olmaqla qalacaqlar. Sülhməramlı qüvvələr həm ermənilərin, həm də azərbaycanlıların təhlükəsizliyini təmin edəcək. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddəti növbəti 5 il üçün uzadılır. Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Qurum Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq. Təəssüf edirəm ki, şanlı qələbəmizə anti-milli qüvvələr kölgə salmağa çalışırlar. Onlar Azərbaycan xalqının bir nömrəli düşmənləridir. Həmin şəxslər milli birliyə zərbə vururlar. İnsanlar onları tamamilə təcrid ediblər.

- Birgə yaşayışla bağlı fikirləriniz maraqlıdır, mümkün olacaqmı?

- Müharibədən sonrakı prosesin ən çətin dövrü budur. Nəzərə alın ki, 30 il müddətində qan tökülüb, düşmən münasibətdə olmuşuq. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində xüsusi vurğulayıb ki, işğala qədər orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bundan sonra da onların yaşayışı üçün nə lazımdırsa, ediləcək. Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayırlar. Ölkədə 30 mindən artıq erməni var, onlarla bağlı hər hansı problem yaşanmayıb. Yəni biz birgəyaşayışa hazırıq. Amma Ermənistan isə monoetnik dövlətdir. Ona görə də bir qədər çətin olacaq. Burada əsas məsələ ərazi bütövlüyümüzün bərpa olunmasıdır, bu, qələbədir. Sentyabrın 27-dək bəzi güzəştlərə hazır idik, amma hazırda diktə edən tərəfik. Bu uğurun əsasında Prezident İlham Əliyevin qətiyyətli olması dayanır. Ermənilərin abır-həyaları olsaydı, o ərazilərə gəlməzdi, amma gələcəklər də, yaşayacaqlar da...

- Naxçıvan dəhlizinin Azərbaycan üçün önəmi nədən ibarətdir? İddia edirlər ki, dəhliz Ermənistana daha çox sərf edir, qismən blokadan çıxır…

- Bu, yanlış fikirdir. Dəhlizin önəmi Azərbaycanla Naxçıvanı quru yolla birləşdirir. Ermənilər ağılsızlıq edəcəklərsə, o dəhlizdən də məhrum olacaqlar. Ermənilər “dəmir yumruğu” yaddan çıxarmayacaqlar. Ağılla hərəkət etsələr, digər ölkələr kimi bölgənin iqtisadi potensialından istifadə edərlər. Ermənilər Azərbaycan torpaqlarını işğalda saxlamaqla öz iqtisadiyyatlarını məhv etdilər, özlərini dilənçi gününə saldılar. İnkişaf etmək istəyirlərsə, sülh şəraitində yaşamalıdırlar.

- Ermənistan bundan sonra hansı davranışı sərgiləcək, sizcə? Hər hansı təxribat meyilləri ola bilərmi?

- Ermənistanın hazırki vəziyyəti Azərbaycanın 1990-cı illərdəki vəziyyətinə bənzəyir. Ölkədə hakimiyyətsizlik, xaos hökm sürür. Ermənistanda böhran daha da dərinləşib. Düşmənimiz məkrlidir, namərddir. Terror təşkilatlarının çoxu elə Ermənistanda formalaşıb. Bütün bunları nəzərə alaraq, diqqətli olmalıyıq, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin tövsiyələrinə əməl etməliyik. Ermənilərdən hər şey gözləmək olar. Düşmənin məkrli olduğunu heç zaman unutmamalıyıq. Azərbaycan yaxın gələcəkdə daha güclü dövlətə çevriləcək. Prezidentin qurduğu strategiya ölkəmizi önə aparır.

- Bəzi siyasətçilər Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması təklifi ilə çıxış edirlər. Sizcə, bu mümkündür?

- Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı dünyaya nümunədir. İkinci belə nümunə yoxdur. Azərbaycan və Türkiyə həmsərhəddirlər, hansısa ölkəyə təhdid olarsa, bir-birilərinə dəstək verirlər. Türkiyənin hərbi bazaları öz ərazisində, Azərbaycanın da hərbi bazaları öz ərazisindədir. İstənilən məsələdə Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni dəstəkləyir.

- Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

- Azərbaycan qələbə çaldıqdan sonra Fransa Xarici İşlər Nazirliyi qərəzli bəyanat yaydı. Fransa döyüşlər başlayandan Ermənistana açıq dəstək verirdi. Fransa unudur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir, mandatı var. Onlar insan haqları məsələsinə də toxunublar. İlk növbədə Fransanın özündə insan haqlarının tapdanmasını görməlidirlər. “Sarı jiletli”lərin aksiyaları hər kəsin yadındadır, onlarla insan qətlə yetirildi. TF1 telekanalı cəbhədən reportaj hazırladığına görə təhdid edilirdi. Amma buna qarşı Fransanın hansısa rəsmisi etiraz etmədi. Azərbaycan xalqının hüquqları ermənilər tərəfindən 30 ildir, tapdanır. Biz bu məsələdə Fransanın heç bir bəyanatını görməmişik. Ermənistan terrorçu dövlətdir, Fransa da Ermənistanı dəstəkləyirsə, deməli, beynəlxalq terrorizmə dəstək verir. Biz bundan təəssüflənirik. Bütün bunlar bizə mane ola bilməz, artıq qələbə çalmışıq. Fransa rəhbərliyi bilməlidir ki, Qarabağ Azərbaycandır!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: - rəsmi ittiham aktında polisin əzilməsi, zorakılıq və açıq təfərrüatlar
Bu gün, 11:39
Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb - KİV
Bu gün, 11:37
İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi - "Ölkədə hər büdcəyə uyğun yaltaq var"
Bu gün, 11:36
Hacı Vəliyevin DURUMU AĞIRDIR... - Aclıq aksiyası keçirir...
Bu gün, 11:34
Baba Vəziroğlu nazirə nə hədiyyə edib? - "Mən olacağam"
Bu gün, 11:32
Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ
Bu gün, 11:29
Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... - ŞOK FAKTLAR...
Bu gün, 11:19
Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib - 4 ildən artıqdır ki...
Bu gün, 11:10
“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06
Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31
Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26
Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24
Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19
Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13
Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04
Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59
Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55
Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53
KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47
“Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27
Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22
Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17
Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04
Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55
Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52
Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44
İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38
Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36
Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20
Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15
Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11
"Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08
Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06
Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02
"ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39
Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35
Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32
Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21
Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18
" “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11
İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06
"Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36
"Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru