Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu .....                     Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur .....                     Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... .....                     Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib .....                     Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı .....                     Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... .....                     Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı .....                     Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU .....                     Boksçumuz erməniyə qalib gəlib çempion oldu .....                     Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi .....                     KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? .....                     “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 .....                     Müəyyən səbəbdən iş yerində olmayan işçinin... .....                     Vilayətinin SURİYA SANCISI... .....                     Azərbaycanın Karapetyanı KİM OLACAQ? .....                     "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur .....                     Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... .....                     Trampın vaxt qoymaqlığı... .....                     Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” .....                     Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb .....                     Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI .....                     İrəvanla Bakı arasında yekun anlaşma... .....                     Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır .....                     Göyçay sakinləri niyə narazılıq edir? .....                     Qusarda tənəzzül edən təhsil sistemi .....                     Ev tikmək istəyənlərə vacib xəbər .....                     "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" .....                     Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ .....                     Səbail məhkəməsinin icraçıları qanun tanımır .....                     "ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı .....                     Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... .....                     Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? .....                     Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında .....                     Trampın Zəngəzur planı .....                     " “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." .....                     İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu .....                     "Anam mənim evimdir" .....                     "Qumar kralı"nın adamları azadlığa çıxdılar .....                 

“Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar” - Qulamhüseyn Əlibəyli
Tarix: 11-11-2020, 08:26 | Çap et
“Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində öz siyasi rəqiblərini də unutmadı. Dövlət başçısı bu günlər ərzində hakimiyyətin yanında dayanan, milli həmrəylik nümayiş etdirən ölkə müxalifətinin bu mövqeyinin vacibliyindən söz açdı, pozitiv yöndə danışdı, rəqib düşərgəyə birlik mesajları da göndərdi.

İ.Əliyevin qələbə nitqinin bu hissəsini təqdim edirik: “Mən bu gün bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır-dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. ”İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır" fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Fəxr edirik, xalqımızla ordumuzla".

AĞ Partiya başqanı Tural Abbaslı iqtidar-müxalifət münasibətlərinin gələcəyindən ümidlidir: “Həqiqətən 45 günlük müharibə dönəmində Azərbaycan siyasi səhnəsi, elitası tam şəkildə vahid mövqedən çıxış etdi. Heç bir halda fərqli mövqe sərgilənmədi. Bir sözlə, vəziyyətdən sui-istifadə cəhdləri olmadı. Müxalifət birmənalı şəkildə Ordunun, iqtidarın və Ali Baş Komandanın yanında olduğunu sərgilədi. Hətta bəzi hallarda razı qalınmayan məqamlar olsa da, bu məsələ qabardılmadı. Vahid mövqedən çıxış edilməsi üçün müxalifət əlindən gələni etdi. Bu nüansın Prezident tərəfindən qeyd edilməsi önəmlidir. Düşünürəm ki, Vətən müharibəsi iqtidarla müxalifətin münasibətlərini yeni mərhələyə çıxardı. Müharibəyə qədər olan münasibətlər sistemi dəyişməli, daha sivil, daha demokratik çərçivələrə yönəlməli, iqtidar və müxalifət əl-ələ getməlidir. İndi bunun necə olacağını zaman göstərəcək. Bu bir çox hallarda münasibətlərin yenidən formalaşması iqtidardan və şəxsən Prezidentdən asılı olacaq. Ümid edirəm ki, yeni dönəm başlayacaq. Bu dönəmin daha gözəl, daha pozitiv olacağına inamım yüksəkdir. Nəhayət ki, Azərbaycan normal siyasi münasibətlər sisteminə qədəm qoyacaq. Düşmənçilikdən rəqabətə keçid dönəmi başlayacaq. Dövlət idarəçiliyində nəhayət müxalifət də protokola qəbul olunacaq”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Prezidentin dediklərini son bir ildə başlayan proseslərin davamı kimi qəbul edir: “Hesab edirəm ki, son bir il ərzində Prezident Administrasiyasında dəyişikliklər baş verəndən, siyasi partiyalarla əlaqələr şöbəsi yaradılandan sonra Ədalət Vəliyevin təşəbbüsü ilə doğrudan da siyasi partiyalarla isti münasibətlər formalaşmağa başladı. Dövlət siyasi partiyalarla əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etdi və siyasi partiyaların da böyük hissəsi bunu qəbul etdi. İndi formalaşan milli həmrəyliyin əsası əslində o vaxtdan qoyulmuşdu. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə iqtidar-müxalifət söhbəti olmadığı kimi bundan sonra ölkəmizin gələcəyi ilə əlaqədar məsələlərdə nə qədər ki, bu problem həll olunmayıb, milli məsələlərdə bir dəyişiklik olmayacaq. Bundan sonra da siyasi partiyalar Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi planını dəstəkləyəcək. Məsələlərə bu yöndə yanaşmaq lazımdır. Əgər siyasi partiyalar Prezidenti, Ali Baş Komandanı bu məsələlərdə dəstəkləyirsə, onlara yönəlik bu cür münasibət sərgilənməsini təbii hesab edirəm. Bəli, İlham Əliyev cənabları çox düzgün vurğuladı, siyasi partiyaların mövqeyini çox düzgün qiymətləndirdi. Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar. Gələcəkdə azad edilmiş ərazilərimizin bərpası işləri başa çatandan, o cümlədən siyasi islahatlar prosesi sürətlə davam edəndən sonra münasibətlər daha da yaxşılaşacaq. Gələcəkdə cəmiyyətdə qarışıqlı anlaşma, bir-birinin mövqeyinə hörmətlə yanaşma münasibətləri formalaşacaq. Buna çox ümid edirəm. Bunun da Azərbaycan dövlətinin inkişafı üçün çox mühüm əhəmiyyəti olacaq”.

VİP sədri Əli Əliyev: “Bu məsələni pozitiv hal kimi qəbul edirəm. Ümumiyyətlə, bu hal Azərbaycan siyasi praktikasının son illəri üçün xarakterik deyil. Bu bir yenilikdir. Ölkə müxalifəti bu proseslərin gedişində yetkinlik nümayiş etdirərək iqtidara, müharibə edən, cavabdehlik daşıyan tərəfə tam dəstək verdi. Ancaq mənə elə gəlir ki. bu dəstək və sayğı qarışıqlı olmalıdır. Məsələn, hesab edirəm ki, gecə imzalanan sənədi partiyalarla, sabahkı iqtidarla müzakirə etmək zərurəti var idi. Düşünürəm ki, Prezidentin ifadə etdiyi fikir Azərbaycan müxalifətinin əlli partiyasının göstərdiyi nümunəyə görə idi. Müxalifətin mövqeyi həm də cəmiyyətin bütövlüyünü ifadə etdi. Prezident bunu qeyd edərək, olan faktın altını cızdı. Sənədlə bağlı ümumi məsləhətləşmələrin aparılmasının ümumi işimizə ancaq xeyri olardı”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26
Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24
Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19
Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13
Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04
Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59
Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55
Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53
KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47
“Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27
Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22
Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17
Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04
Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55
Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52
Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44
İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38
Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36
Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20
Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15
Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11
"Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08
Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06
Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02
"ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39
Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35
Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32
Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21
Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18
" “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11
İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06
"Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36
"Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13
Paşinyan yeni katolikos axtarır
Dünən, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru