Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                     Amerika Azərbaycanı rüsumla “vurur”? .....                     Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB .....                     Daha bir MTK gərgin yöndə irəliləyir .....                     YAĞ MAFİYASI İŞ BAŞINDA... .....                     Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? .....                     Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. .....                     Paşinyan Qərbə sülh görüntüsü verir, amma... .....                     Bakıda daha bir reper həbs olundu .....                     Moskva Bakı üzərindən özünü “vurdu” .....                     Cənubi Qafqazda vəziyyəti izləyirik .....                     "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı .....                     Suriya lideri Dəməşqi tərk edib .....                     BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                 

"Kafaya qoyublar ki, Erkin “fob”-du..." - Natiq Cəfərli
Tarix: 7-09-2020, 08:24 | Çap et
"Kafaya qoyublar ki, Erkin “fob”-du..."
Alternativ reallıq. (Düşünmək üçün)

Bu yazıda səmimi şəkildə düşündüklərimi ziyanımıza olsa da, paylaşacam, haminizi diqqətlə oxumağa və düşünməyə dəvət edirəm. Müzakirələrə açığam, amma lütfən bayağı, primitiv sözlər deyil də, əks-arqumentlərlə danışaq.

Xatırladıram ki, indi 2020-ci ildi, həm dünyada, həm bölgəmizdə, həm də ölkəmizdə yeni, maraqlı, çətin, ağıllı analizə ehtiyac olan proseslər gedir. Yəni, indi nə 90-cı illərdir, nə 2000-ci, nə hətta 2019-cu il deyil – yəni, bu günə keçmiş uduzulan döyüşlər pəncərəsindən baxmaq ziyanlı və mənasızdır. İqtisadi böhran, siyasi təlatümlər, neftin hələ uzun müddət aşağı qiymətlərdə olması ölkəmizdə yeni bir situasiya yaradıb. Azərbaycan hakimiyyətinin illərdir apardığı mənasız iqtisadi və siyasi gedişlər, ritorika fiaskoya uğrayıb. Ölkənin qarşısında duran çığırışlar o qədər ciddiləşib ki, artıq kosmetik dəyişikliklər, islahat “nağılları” keçərli deyil, sistem “error” verib – köhnə oyun qaydaları, əlaqələr, dağıdılıb, yenisi isə hələ qurulmayıb.

Qısa tarixi arayış: 2016-2017-ci illərdə REAL olaraq biz ilk dəfə ölkədə “oliqarxiq” sistemin “menecer” sistemi ilə əvəz olunduğunu, siyasi loyallığın baha olması səbəbi ilə “köhnə komandanın” vurularaq, yerinə loyallığın daha ucuz alındığı və “Paşayevlər” brendi altında İlham Əliyevin 15 ildən sonra nəhayət ki, öz komandasını formalaşdırdığını yazmışdıq, demişdik. O zaman da ciddi təhqirlərə (bizə qarşı cüzi tənqid olur, arqumentli tənqid yox səviyyəsindədi, əsas təhqir və qarayaxmadır) məruz qaldıq, amma yenə haqlı çıxdıq – bu gün baş verən prosesləri 3 il öncədən proqnozlaşdırın danışırdıq. Və o gündən bu günə bizi söyənlərin kimin kurasiyasında olduğu yavaş-yavaş üzə çıxır: Məsələn, şəxsən mənə israrla Qurban Məmmədov 5-6 dəfə zəng edib efirə çağırdı, getmədim, adam çıxıb efirdə dedi ki, Natiq Cəfərli mənim efirimə çıxmağa qorxur, çünki mən hakimiyyətə ən müxalif kanalam – indi məlum olur ki, adam kimlərin nəzarətində idi, kimlərin sifarişini yerinə yetirirdi.

Gələk bu günə REAL-a qarşı olan mənasız ittihamlara, qarayaxmalara və onları səsləndirənlərə: 1) REAL satılıb – belə əclaf və alçaq ittihamlarla çıxış edənlərin “sübutu” nədir: A) “İlqar bəraət və 234 min kompensasiya aldı” – İnsan (elə deyək) nə qədər axmaq olmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsinin qərarının icrasını satqınlıq kimi qələmə versin – elə bu həftə Avropa Şurası Nazirlər Komitəsi bəraət və kompensasiyanı alqışladı, bunun ciddi addım olduğunu, hətta Avropa Şurası ölkələri üçün prisident yaradan qərar kimi təqdir etdi. Bəzi mənasız adamlar məhz 234 minə satıldığımızı deyəndə lap gülməyim gəlir – elə bunu 235 min edərdik də, 1000 manat endirimmi etmişik?! B) “Erkin Qədirli mandat aldı, deməli satılıblar” – Bu haqda geniş yazmışam, bir tək onu deyim ki, 2000-ci ildən Erkini parlamentdə görmək istəyirdilər, hər dəfə özü razılıq vermirdi. Və bunu deyən çevrələr və onlara yaxın adamların hər biri 2 dəfə, 10 il mandat almış, bu gün də hökumətin verdiyi evlərdə yaşayanlardır. Yəni, absurddur, mandat almaq pis idisə niyə hərəniz 10 il o binada oturmuşdunuz?! Təbii ki, istəsəydilər Erkini buraxmazdılar – istədilər ki, keçsin və bu gün dəqiq bilirik ki, niyə bunu istəyiblər: Leqal, normal körpü qurmaq üçün, D) “Partiya qeydiyyatdan keçdi, deməli satılmısınız” – Dəhşət “arqumentdi”, bunu deyənlər əksəriyyəti qeydiyyatı olan partiyaların nümayəndələridir, yaxşı, sizin şikəst məntiqinizə görə qeydiyyat satılmaqdırsa, sizlər 25 ildir, satılmısınız, eləmi?! Bircə deməsinlər ki, o vaxt zaman fərqli idi, biz çoxdan qeydiyyatdan keçmişik, Əliyevlərin basqıcı sistemi istəsə 15 dəqiqəyə qeydiyyatlarını ləğv edə bilərdi – etməyib, deməli, bu “arqument” də mənasız və absurddur, C) “Erkini Nurullayevin yanında otuzdurdular, REAL-ı onun partiyası ilə bir gündə qeydiyyata aldılar, deməli siz də elə onun tayısız” – Hakimiyət çox ağıllı tərpənir, ictimayi sektorda öz adamları olması ilə yanaşı, bu seqmentin primitiv düşüncə və davranış qaydalarını əzbər bilir. Bu məsələni çox gözəl hesabladılar və öz adamları vasitəsi ilə ictimai müzakirə açdılar – bilirdilər ki, primitiv düşüncə tərzinə malik insanlar bu “yemi udacaqlar”. Erkin kinoya bilet almayıb ki, özünə yer seçsin, qeydiyyat vəsiqəsini təqdim etmə gününü də biz təyin edə bilməzdik – bunlar hakimiyyətin öz nəzarətində olan məsələlərdir. Sadəcə, gözəl bildikləri oyunu oynadılar – bəziləri də təkərə düşüb fırlandı.

Təbii, hakimiyyətin ÖZ marağı var ki, REAL danışıq masasında olsun, amma heç vaxt istəməz ki, REAL ciddi nüfuz qazanıb proseslərdə önə çıxsın. Ona görə də öz adamları və səmimi “təkərə düşənlər” vasitəsi ilə kampaniyalar aparır ki, nüfuz artmasın.

Gələk indi kampaniya aparanlara - əslində bir qurumlar olaraq, bir də fərdlər olaraq kampaniya düzənlənir. Milli Şuranın “zoomParkını” gördüz, hər verlişdə dərdləri-sərləri REAL idi, bunlarla hər şey aydındır, mənasız insanlar toplusudur. Amma dünən bu xora sevimli Müsavat Partiyasının başqanı da qoşuldu – şər, böhtan dolu status yazdı. Xatırladım ki, Müsavata qarşı “arayiş satırlar” kampaniyası gedəndə bir dəfə də olsun bu mövzuya girmədik, anladıq ki, nə olub-olub, amma hakimiyyət bundan istifadə edib Müsavatı daha da zəiflətmək istəyir. Xora qoşulmadıq, heç bir ittiham səsləndirmədik – amma Tofiq Yaqublu kimi fədakar insanı Müsavatda rəhbər orqanlara seçilməyə imkan verməyən, onu daim “cəbhəçi” adlandıran şəxs, indi Tofiq Yaqublu “kartından” istifadə edib xal yığmağa, xora qoşulub REAL-ı aşağılamağa çalışır. Özü də böhtan atır, yalan danışır – dəyəndə ki, gəlin “canlı yayıma”da danışaq, söhbətdən qaçır.

Gələk bəzi fərdlərə:

Çox sevdiyim Bəxtiyar Hacıyev – 2 ildir REAL-a qarşı kampaniya aparır, “arqumenti” də yuxarıda qeyd etdiyim məsələlərdir, “niyə mandatı qəbul etdiz, niyə danışığa getdiz və s.”, adam ölkədə rəsmi qurum qalmayıb ki, ora CV göndərməsin, düz də edib – bacarıqlı insandır, bir iş versəydilər, cəmiyyətə xeyri dəyərdi. Yaxşı, CV göndərmək satılmaqdır, yoxsa yox?! Məncə deyil, ola da bilməz. Qəbul etsəydilər, o CV-lərdən birini, o zaman nə olacaqdı?! Mən, şəxsən, təbrik edib uğurlar diləyəcəkdim.

Çox sevdiyim Altay Göyüşov – hocam məni dostluqdan çıxartsa da (səbəbini hələ də bilmirəm), onunla tonlarla çörək yemişik, səfərlərdə olmuşuq, yəni, başımı da kəssə, ona cavab vermərəm. Amma dəqiq bilirəm ki, münasibəti “şəxsi zəmində” dəyişib, yəni, ideoloji və ya siyasi zəmin deyil. Amma o boyda hocamın gedib “Karlson Qiyasla” ağız-ağıza verməsi içimi incidir.

Çox sevdiyim Xədicə İsmayıl – Doğdudan da, o adamın duruşuna, mövqeyinə heyranam, çox sevdiyim, dəyər verdiyim insandır, amma o da məsələlərə ya yaxın olduğu siyasi təşkilatın, ya da “şəxsi münasibətlər” pəncərəsindən baxır. İlqardan zəhləsi gedir (səbəbini bilənlər bilir), Erkini dostluqdan silib (halbuki, 15 il çox yaxın olublar, yəni, Xədicə xanım 15 ilə Erkini tanımadan sevibmi, dostluq edibmi – buna inanmıram), indi ingiliscə postlar yazıb, bizim nüfuzumuza zərbə vurmağı düşünür. Tutalım, bəyənmirsən, azərbaycanca yaz, ictimaiyyətə müraciət et, tənqid et, yıx-sürü və JURNALİST kimi davran, siyasi mənsubiyyəti olan bir üzv kimi yox. Hər şeyə rəğmən onu çox istəyirəm.

Bəzi kiçik qruplar (feministlər, azlıqlar, liberallar) – Onların əsas qıcığı Erkindir, yazıq haqqında əfsanələr uydurub yayırlar, ona qıcıqdılar. Halbuki, feminist qruplarla dəfələrlə seminar demişik, görüş keçirmişik, feminizmin iqtisadi təməlləri haqqında yazılar, mühazirələr demişik, amma nə fayda – kafaya qoyublar ki, Erkin “fob”-du, problem də odur ki, Erkin liberalizmi liberaldan, solu solçudan, azlıqların hüququnu onların özündən yaxşı bilir – bu da qıcıq mənbəyi olub.

Keçdik öz səhvlərimizə, bəli, zaman-zaman ifadələrin, cümlələrin seçilməsində İlqar da, Erkin də, mən də yanlışlığa yol verib mənasız diskurs yaratmışıq, buna görə üzr istəyirəm, amma dediklərimiz də, etdiklərimiz də səmimiyyətdən doğur. Hakimiyyət nümayəndələri ilə bütün görüşlər haqqında özümüz ƏTRAFLI məlumat yaymışıq, ilk görüşdən belə qərar verdik ki, bütün məsələlər açıq olmalıdı. Heç kim bizdən tələb etməyib, edə də bilməz ki, görüşlər haqqında məlumat yayaq - bilərəkdən özümüz etmişik və nə qəribədir ki, şəffaflıq, dürüstlük istəyənlər buna görə üzərimizə gəlirlər. Nə edək? Məlumat yaymayaq, bölüşməyək?! Siyasət səhnəsi necə 30 ildi qaranlıqlarla dolu idisə, indi də elə davam etsin?! Bunu istəyirsiniz?! Prezidentin təbrik etməsini də ÖZÜMÜZ yaydıq, düz eləmədik?! Bilmirdikmi ki, primitiv siyasi əlaqələrin kök atdığı cəmiyyətdə bu birmənalı qarşılanmayacaq?! Bilirdik, amma sözümüzü tutduq, bütün görülər haqqında məlumat verdik-verəcəyik. Son görüşdə ən çox müzakirə olunan məsələlərdən biri Tofiq bəyin məsələsi olub, onun dərhal azad olunması yolları müzakirə edilib, pisdi bu?! Daha bir məsələ yeni QHT qanunu məsələsi olub, payızda qanun yaxşıya doğru dəyişməlidir, pisdir bu?! Dəyişsə, bu gün bizi söyənlərin bir qismi rahat qrant alıb işləməyə başlayacaq – bunu istəmirdilər?!

Bir daha: Bu hakimiyyətin xislətini bilirik, burada nə baş verirsə xoş niyyətdən yox, zərurətdən doğur. İndi yeni zərurətdən doğan münasibətlər formatı yaranır, amma hakimiyyət heç vaxt REAL-ın nüfuzunun şişməsinə imkan verməyəcək. Ona görə də, ya öz şəbəkəsi, ya da sadə, səmini insanların “təkərə düşməsi” vasitəsi ilə əlehimizə həmişə kampaniya aparacaq. Belə, düşünün, müzakirələrə başlayaq...

Natiq Cəfərli
REAL Partiyanın funksioneri










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru