Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                     Amerika Azərbaycanı rüsumla “vurur”? .....                     Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB .....                     Daha bir MTK gərgin yöndə irəliləyir .....                     YAĞ MAFİYASI İŞ BAŞINDA... .....                     Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? .....                     Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. .....                     Paşinyan Qərbə sülh görüntüsü verir, amma... .....                     Bakıda daha bir reper həbs olundu .....                     Moskva Bakı üzərindən özünü “vurdu” .....                     Cənubi Qafqazda vəziyyəti izləyirik .....                     "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı .....                     Suriya lideri Dəməşqi tərk edib .....                     BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib .....                     Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür .....                     Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                 

“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...” - Sərdar Cəlaloğlu
Tarix: 26-08-2020, 08:44 | Çap et
“Məhkəmədən qayıdan sonra sudan zəhərləndim, az qalırdı ölüm...”
Rusiyalı siyasətçi Aleksey Navalnının həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb. Bu barədə Berlində yerləşən “Şarite” klinikasından bildirilib. Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir. Həmçinin bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyəti ağır olsa da, həyatı üçün ciddi təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Xatırladaq ki, Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Şarite” klinikasına aparılıb.

Bəs, Azərbaycanda tanınan siyasətçilər yeməyi harada yeyir, suyu harada içirlər? Ümumiyyətlə, zəhərlənmək qorxusu yaşayıblarmı?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, siyasətçilərin zəhərlənməsi halları antik dövrlərdən var: “Həbsdə olduğum dövrdə zəhərlənmişdim. Məhkəmədən həbsxanaya qaytarılandan sonra soyuducuda olan suyu götürüb içdim. Çox ağır şəkildə zəhərləndim, az qalırdı ki, ölüm. Deyə bilmərəm ki, suya nə isə qatmışdılar. Amma həddindən artıq çox ağır şəkildə zəhərlənmişdim”.

Partiya sədri deyir ki, növbəti dəfə dostları ilə restoranda çörək yeyəndən sonra çox ağır şəkildə zəhərlənib: “Dostlarla bir yerdə oturub çörək yedik. 1 saat sonra çox qeyri-adi formada zəhərlənmə əlamətləri baş verdi. Qusma, tərləmə, öyümə oldu. 4-5 saat çox ağır duruma düşdüm. Çoxlu su, dərmanlar içdim, vəziyyətdən çıxdım. 2 dəfə çox ağır şəkildə zəhərlənmişəm. Bu zəhərlənmələrin qəsd olub-olmadığını deyə bilmərəm. Yemək keyfiyyətsiz olub, su soyuducuda qalıb deyə belə zəhərlənmişəm və ya bu kənardan olub, bunu bilmirəm”.

Sərdar Cəlaloğlu ixtisasca həkim olduğundan zəhərlənmə halları zamanı atılacaq addımları da bilir. Deyir ki, müxtəlif növ zəhərlənmələr var və hər birinə qarşı da atılacaq addımlar fərqlidir: “Həkim kimi deyirəm ki, dəm qazından zəhərlənmə zamanı ancaq təmiz hava lazımdır ki, insan vəziyyətdən çıxsın. Ağır metan duzları var, ondan zəhərlənəndə təsirini ötüşdürmək çətindir. Çünki metan duzundan zəhərlənmə zamanı böyrəklər sıradan çıxır. Qida toksiki infeksiyaları var, bu zaman öyümə baş verir. Bu zaman zəhərlənən çoxlu maye qəbul edib qusmalı, mədə yuyulmalıdır. Bəzi zəhərlənmələrdə şirin yeməklər çox yaxşı təsir göstərir. Zəhərlənmələr müxtəlifdir. Qan zəhərlənməsi, tənəffüs zəhərlənməsi, dərmanların özündən də zəhərlənmək mümkündür. Zəhərlənmə bərk maddə udandan sonra baş veribsə, həmin maddə mütləq şəkildə bədəndən çıxarılmalıdır. Maye zəhərlənməsidirsə, bu halda maye bədəndən çıxarılmalıdır. Zəhərlənən şəxsin vəziyyətdən çıxarılması zəhərin xarakterindən asılıdır”.

Partiya sədri deyir ki, söhbət hansısa siyasətçini ortadan götürməkdən gedirsə, ən yaxşı vasitə zəhərləməklə neytrallaşdırmaqdır: “Putin KQB-nin İngiltərəyə qaçan əməkdaşı Litvinenkonu orada radioaktiv maddələrlə zəhərlətdirdi. Haaqa Məhkəməsi də bu haqda qərar çıxarıb. Navalnının da zəhərlənməsində Kremlin izlərinin olması haqda söhbətlər gəzir. Antik dövrlərdən siyasətçilərin, ictimai xadimlərin zəhərlə öldürülməsi halları var. İmam Kazım, imam Həsən, başqa imamlarımız zəhərlənərək öldürülüb. Zəhərlənmə siyasi terrorlarda, siyasi qisas almalarda ən geniş yayılmış üsullardan biridir. Zəhərlənmələrdə adətən bunun kim tərəfindən törədildiyinə birbaşa sübutlar olmur, bunu təyin etmək çox çətin olur. Bir qayda olaraq məişət zəhərlənməsi baş verir. Qida ilə, su ilə zəhəri verirlər. Müəyyən etmək olmur ki, zəhər suda, qidada olub yoxsa zəhəri suya, qidaya sonradan əlavə ediblər”.

Partiya sədri deyir ki, zəhərlənəcəklərini düşünənlər tədbirli olmalıdırlar: “Əlbəttə, kimsə düşünürsə ki, hakimiyyət onu zəhərləyə bilər, zəhərlənməklə aradan götürüləcəyini hesab edirsə, harada nə yediyinə, nə içdiyinə diqqət etməlidir. Siyasi opponentlərin zəhərlənmədən başqa yolları da var. Məsələn, gecə vaxtı hücum edib döyüb öldürmə, oğurlama. Bütün dünyada ən geniş yayılmış üsul, əlbəttə ki, zəhərlənmədir. Rus çarı vaxtında Raxmanini öldürmək istəyirdilər. Çünki o, Anna Pavlovnanı o qədər öz təsirinə salmışdı ki, Nikolay onun məsləhəti olmadan heç bir addım atmırdı. Hətta deyirdilər ki, Birinci Dünya müharibəsində də Nikolayın bütün addımlarını Raxmanin müəyyənləşdirirdi. Həmin vaxt knyazlar bir yerə toplaşıb Raxmanini zəhərləməklə aradan götürməyə qərar veriblər. Raxmanini zəhərləməklə aradan götürmüşdülər. General Potyomkin vardı, II Yekatirinanın sevgilisi idi. Saraydakılar onun hərəkətlərini təhqir hesab edirdilər. Yığışıb onu zəhərləməklə aradan götürmək qərarını vermişdilər. İntəhası zəhəri - mışyakı ona şirin yeməklərin içində veriblər. Zəhər, yəni mışyak şirin yeməkdə təsirsiz olur. Potyomkinə şirin yeməklərin içində mışyakdan nə qədər veriblərsə, ölmədiyini görüblər. Düşünüblər ki, Potyomkin ölümsüzdür. Əslində isə mışyak şirin yeməkdə təsirini itirib. Belə siyasi zəhərlənmələr tarix boyu çox olub. Mülkiyyət məsələlərində də varisin zəhərlənməsi halları çox rast gəlinən qəsdlərdəndir”.

Partiya sədri deyir ki, zəhərlənmə ən müxtəlif dövrlərdə, ən müxtəlif motivlərlə törədilən qəsd olub və bu gün də var. Ona görə də zəhərlənəcəyini düşünən kəs bu cür ölümdən yaxa qurtarmaq üçün tədbirini görməlidir. “Zəhərlənmə qorxusu olan siyasətçi suyu da üfürə-üfürə içməlidir”, deyə S.Cəlaloğlu bildirib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
"Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14
Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55
Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01
Simonyan arvadından boşandı
Dünən, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru