Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                     Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi .....                     Nicat Rəhimovun səhhətində problem yaranıb .....                     Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? .....                     İzzət Bağırov buna görə çimərlikdən qorxur .....                     Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? .....                     Xanım aparıcı metronun mətbuat katibi təyin edildi .....                     Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir .....                     İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır .....                     İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... .....                     Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                     “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” .....                     “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” .....                     Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb .....                     “Buna görə razılıq vermirəm” .....                     Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU .....                 

"Hərbi-siyasi yol seçilərək düşmənlə düşmən kimi rəftar etmək lazımdır..."
Tarix: 18-04-2020, 10:47 | Çap et
"Hərbi-siyasi yol seçilərək düşmənlə düşmən kimi rəftar etmək lazımdır..."
Koronavirus pandemiyasının nəticələri, Azərbaycanda bununla bağlı görülən tədbirlərin qiymətləndiirlməsi və digər məsələlərlə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədov Moderator.az-ın suallarını cavablandırıb.

- Etibar bəy, karantin rejimini necə və harada keçirirsiniz?

- Bakıdayam, hamı kimi qaydalara riyaət edirik.

- Pandemiyaya qarşı Azərbaycanda aparılan işlərlə bağlı nə deyə bilərsiz?

- Koronavirus pandemiyası bütün dünyanı əhatə edib. Təbii ki, Azərbaycan da bundan kənarda qala bilməzdi.

Ancaq Azərbaycanın vaxtında preventiv tədbirlər görməsi yaxşı hal idi. Bu tədbirlər də öz nəticəsini göstərdi. Bizim həkimlərimizin fədakarlığı, o cümlədən təşkilati işin uğurlu aparılması sayəsində xəstəlik geniş yayılmadı və son statistikalar göstərir ki, azalmağa doğru gedir. Digər tərəfdən, mənim müşahdəmə görə, digər ölkələrlə müqayisədə Azərbaycan əhalisi karantin vəziyyətində özünü daha intizamlı göstərdi. Qoyulmuş qaydalara əhali daha yaxşı riayət edir və bunun da nəticəsi müsbət təzahür edir.

Onu da qeyd edim ki, bu pandemiya ümumi bir bəladır və biz hamımız bu bəlanın qarşısının alınmasında iştirak etməliyik. Bu, hər kəsə aid olan problemdir. Karantin qaydalarından kənara çıxmaq hər birimizin özü və ailəsi üçün təhlükə ola bilər.

- Pandemiyanın dünyada yeni münasibətlər sistemi yaradacağı barədə proqnozlar səsləndirilir. Siz bu iddiaları necə qiymətləndirirsiniz?

- Təbii ki, münasibətlərdə dəyişikliklər olacaq. Artıq bu prosesin getdiyi göz önündədir. Pandemiya dünyanın bütün iqtisadi sistemini durğunluq vəziyyətinə gətirib. Ölkələr arasındakı əlaqələr minimuma enib. Demək olar ki, dünyanın hər yerində sənaye müəssisələrinin işləri dayanıb və yaxud xeyli məhdudlaşıb.

Bir sıra ölkələr dövlət büdcəsi hesabına bu zərərləri qarşılamağa çalışırlar. Hər ölkə bunu müxtəlif formada həyata keçirir. Lakin iqtisadiyata dəyən bu zərərin bərpa olunması uzun müddət vaxt alacaq.

- Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri böhrana adekvatdırmı?

-Bununla bağlı bir məsələni xüsusi qeyd etmək istəyirəm. Mən ilk dəfədir müşahidə edirdim ki, bu hökumət nəhayət vahid komanda kimi fəaliyyət göstərə bildi. Pandemiya ilə bağlı komanda birgə işləməyə başladı və bunun da müsbət nəticələri özünü göstərdi. Yəni, hökumətin bütün zümrələri nəhayət ki, komanda şəklində işləməyin nümunəsini göstərə bildilər.

Uzun müddət idi ki, Azərbaycanda hökumətin varlığını heç kim hiss etmirdi. Yəni prezidentin fərmanları, sərəncamları olurdu, bu ayrı. Bir də var ki, onların icrası ilə məşğul olan hökumət. İlk dəfə idi ki, Operativ Qərargah timsalında hansısa krizis idarə olunmağa başladı. Əsas odur ki, pandemiyanın yaratdığı krizis hökumət tərəfindən idarə olunan səviyyədədir. Bununla da hökumət ilk dəfə öz mövcudluğunu göstərdi.

Görünən odur ki, biz digər ölkələrlə müqayisədə böhranı qismən yaxşı keçirəcəyik. Əsas odur ki, pandemiya geniş yayılmadı.

- Sizcə, hökumətin vahid təşkilatçılığının təzahürü nə ilə bağlı idi?

- Hökumətdəki kadr dəyişikliyi və gənclərin cəlb edilməsi fəaliyyəti daha da operativləşdirib. Bu, krizislə bağlı fəaliyətin müsbət nəticələrində özünü göstərdi. Ümid edirik ki, gələcəkdə bu proses digər sahələrdə də davam etdiriləcək.

- İslahatlardan söz düşmüşkən, son aylarda ölkədə aparılan kadr dəyişikliklərinə münasibətiniz necədir? Yeni parlamentdə də bir sıra dəyişikliklər baş verdi.

-Bütün bunlar hər kəsin istədiyi və gözlədiyi dəyişikliklər hesab edilə bilər. Hamının istəyi odur ki, daxili siyasətdə dəyişiklik baş versin, yumşalma olsun, qarşıdurmalar olmasın və siyasət düşmənçilik arenasına çevrilməsin. Ona görə də istənilən dəyişikliyi müsbət qəbul etmək lazımdır, ancaq bunu kifayət hesab etmək olmaz. Bu, lazım olanın kiçik bir hissəsidir. Hətta, deyərdim ki, çox kiçik bir hissədir.

- Yəni, prosesi tamamlanmış hesab etmək tezdir sizcə?

- Bəli. Bundan sonra da çox ciddi dəyişikliklərə ehtiyac var. Bunların həyata keçirlməsi hər bir Azərbaycan vətəndaşının arzususdur. Hər bir vətəndaş dövlətin idarə olunmasında özünü məsul hiss etməlidir. Digər tərəfdən idarə edənlər də buna şərait yaratmalıdır. Hakimiyyət elə etməlidir ki, hər kəs bu prosesdə iştirak edə bilsin. Bu da təbii ki, hələlik yeni yol kəşf olunmadığına görə, yalnız seçki yolu ilə baş verməlidir. Buna görə də seçki islahatları da dərinləşməlidir. Seçki sistemində də, parlament sistemində də hələlik problemlər var, parlamentin səlahiyyətləri məsələsinə də baxılmalıdır. Bir sözlə, xeyli dəyişikliklərə ehtiyac var hələ.
Ona görə də bu dəyişim prosesini nə çox şişirtmək lazım deyil, nə də təbii ki, çox kiçiltmək də olmaz. Əsas odur ki, proses var və davamlı olmalıdır. Dünyada gedən proseslərə uyğun olaraq bu dəyişiklikləri dərinləşdirmək zəruridir. Azərbaycan xalqı bundan da artığına layiqdir.

- Etibar bəy, ən böyük problemimiz olan Dağlıq Qarabağla bağlı sual verməsək olmaz. 30 ildir davam edən nəticəsiz prosesi dəyişmək üçün konkret hansı addımlar atılmalıdır?

- Bu məsələ ilə bağlı dəfələrlə demişik. Bu, mənim təmsil olunduğum siyasi təşkilatın da, mənim də şəxsi mövqeyimdir ki, Dağlıq Qarabağ probleminin həlli yolu yalnız hərbi-siyasi yoldur.

Hər şey nəticəyə bağlıdır. Aparılan danışıqlar və görülən işlər nəticə vermirsə, bunu qəbul edilən hesab etmək olmaz. Nəticənin olması üçün isə hərbi-siyasi yol seçilməlidir. Düşmənlə düşmən kimi rəftar etmək lazımdır. Bunun üçün həm də müvafiq qanunvericilik aktları qəbul edilməlidir.

Hələ ki, işğal olunmuş ərazilərlə bağlı bizdə qanun qəbul edilməyib. Düşmən dövlətlə əlaqələr haqqında da qanun olmalıdır. Bu qanunlar qəbul edilməldiri ki, hər kəs: sıravi vətəndaşdan tutmuş vəzifəli şəxsədək nə edib, nə edə bilməyəcəyini bilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Bu gün, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Bu gün, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Bu gün, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Bu gün, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Bu gün, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Bu gün, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Bu gün, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Bu gün, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Bu gün, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Bu gün, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Bu gün, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Bu gün, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Bu gün, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Bu gün, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Bu gün, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Bu gün, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Bu gün, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Bu gün, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Prezidentdən qəti mövqe: - Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyə məcbur qalacaq
Bu gün, 12:01
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
Bu gün, 11:57
Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır - “Forbes”
Bu gün, 11:54
Rus politoloqların isterikasının isti dövrü – çılğınlıq əndazəsini aşır
Bu gün, 11:52
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq
Bu gün, 11:46
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir? - DOSYE
Bu gün, 11:43
Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru