"Bu Fond çətin ki, digər vətəndaşlara kömək edə bilsin, bunu ummaq da ədalətsiz olar" - deputat
Tarix: 26-03-2020, 09:39 | Çap et
 “Çox seçicilər, vətəndaşlar mənə müraciət edir və kömək istəyirlər. Görüşmək, üz-üzə danışmaq istəklərini bildirirlər. Bilirsiniz ki, qapım hər zaman açıqdır, görüşlərim də açıq olub. Xahiş edirəm ki, başa düşəsiniz, indi virusla bağlı görüşlərimiz məhdudlaşıb. Amma telefon və internet üzərindən yenə də işləyirik, qayğılarla məşğuluq, əlimizdən gələni etməyə çalışırıq”.
Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. R.Nurullayev vətəndaşları daha çox narahat edən məsələlərdən danışıb:
“Məsələ burasındadır ki, ölkədə işləyən insanların bəlkə də 60-70 faizi ya müqaviləsiz, ya da günəmuzd çalışıb. Bütün rayonlardan gəlib Bakıda işləyib, ailələrinə pul göndəriblər. Bir çoxu ailəsini də Bakıya gətirib kirədə qalıb. İndi bu insanlar çox ağır vəziyyətlə üzləşiblər. Onların “qara bazar”da işləməsi və kölgə iqtisadiyyatına töhvə verməsi onların günahı deyil. Buna məcbur olublar və ya ediliblər. Hətta bunu cənab Prezident də bir çıxışında vurğulayıb. İndi bu insanlar ilişib Bakıda qalıblar, digər hissəsi isə kirə pulunu necə ödəyəcəyini düşünür, ailəsini necə saxlayacağının əzabını çəkir, kommunal xərcləri necə ödəyəcəyindən narahatdır. Cənab Prezident 1 milyard ayırıb, vəzifəli məsul şəxslər vurğulayıb ki, 12 iqtiqamət üzrə planlar və yardımlar hazırlanır. Ümid edirəm ki, bir hissə də günəmuzd və müqaviləsiz işləyənlərə aid olacaq”.
R.Nurullayevin fikrincə, ən təxirəsalınmaz məsələ bu kateqoriya insanlar olmalıdır:
“Bu məsələ nə qədər tez həll olunarsa, faydalı olar. Narahatlıqlar çoxdur və təbii ki, mən dövləti, ölkə rəhbərliyini çox gözəl anlayıram. Bir yandan neftin qiymətinin düşməsi, bir yandan sərhədlərin bağlanması, digər yandan hər kəsin evdə oturması hökumətin üzərində böyük, çəkilməsi zor olan yük yaradıb. Buna baxmayaraq, mövcud resurslar hesabına vətəndaşlara kömək gecikməməlidir. Qaz və elektrik enerjisinə qoyulan məhdudiyyətin aradan qaldırılması zərurətə çevrilməkdədir və ümid edirəm ki, hökumət tezliklə buna baxacaq. Ölkə Prezidenti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması çox gözəl təşəbbüsdür. Bura toplanan vəsait karantinə alınan şəxslərin müalicəsinə, saxlanılmasına, otellərin xərcinin ödənilməsinə, dərmanların alınmasına yönələcək. Çox böyük xərclər tələb olunur və Fond da bu xərcləri qarşılamağa yardım edəcək. Bu Fond çətin ki, digər vətəndaşlara kömək edə bilsin, bunu ummaq da ədalətsiz olar. Dediyim müqaviləsiz və günəmuzd işçilər isə ən həssas kateqoriyaya çevrilib. Bəziləri rayona qayıtmağa pul tapa bilmir, bəziləri kirayədən çıxmalı olub, bəziləri gündə bir dəfə qidalanmağa imkan tapmır. Heydər Əliyev Fondu ciddi işlər görür, yardımlar edir. Amma bir Fond bu qədər yükü çəkə bilərmi? Bunun üçün də bu sahədə də təxirəsalınmaz tədbirlərə ehtiyac var və bəlkə də bir yeni Zərərçəkmişlərə Yardım Mərkəzi da olmalıdır ki, imkanı olanlar ora da pul köçürsünlər və Mərkəz sırf olaraq bu kimi zərərçəkmişlərə birbaşa maddi yardım göstərsin. Azərbaycanda və xaricdə pulu-parası olan çoxlu həmyerlilərimiz var. Koronovirusla bağlı yaradılan Fonda pul köçürürlər, çox sağ olsunlar. Bununla bərabər, zərərçəkmişlərə birbaşa yardım da göstərməkdən çəkinməsilər. Bir köməkçi ayırın və sosial şəbəkələri izləsinlər, minlərlə ehtiyac içində kömək istəyənləri görəcəksiniz. Ümid edirəm ki, dövlət onların dadına çatacaq. Amma, bu yalnız dövlətlə həll oluna bilməyəcək. Hər kəsin əlini daşın altına qoyma, yardımlaşma, paylaşma zamanıdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02 |
|
|
|
• ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00 |
|
|
|
• Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03 |
|
|
|
• “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55 |
|
|
|
• Peskov DEYİR Kİ...
Dünən, 17:52 |
|
|
|
• "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47 |
|
|
|
• İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30 |
|
|
|
• 244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42 |
|
|
|
• Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37 |
|
|
|
• Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32 |
|
|
|
• Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23 |
|
|
|
• Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04 |
|
|
|
• 12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58 |
|
|
|
• Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53 |
|
|
|
• "Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51 |
|
|
|
• Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17 |
|
|
|
• BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13 |
|
|
|
• Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06 |
|
|
|
• “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03 |
|
|
|
• “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55 |
|
|
|
• Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50 |
|
|
|
• "Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40 |
|
|
|
• Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
• 9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15 |
|
|
|
• Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11 |
|
|
|
• Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06 |
|
|
|
• İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00 |
|
|
|
• Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57 |
|
|
|
• Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53 |
|
|
|
• Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Dünən, 10:51 |
|
|
|
• Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Dünən, 10:48 |
|
|
|
• "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Dünən, 10:38 |
|
|
|
• Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Dünən, 10:26 |
|
|
|
• Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Dünən, 10:18 |
|
|
|
• “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 10:14 |
|
|
|
• Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Dünən, 10:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Dünən, 09:53 |
|
|
|
• Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Dünən, 09:47 |
|
|
|
• 15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Dünən, 09:45 |
|
|
|
• "Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Dünən, 09:41 |
|
|
|
• “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Dünən, 09:33 |
|
|
|
• Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Dünən, 09:31 |
|
|
|
• Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Dünən, 09:18 |
|
|
|
• Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Dünən, 09:10 |
|
|
|
|