Mask dövlət işinə qayıda bilər .....                     İlham Əliyev açıq və net danışdı... .....                     Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... .....                     Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... .....                     "Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?" .....                     GDU ilə bağlı ŞOK FAKTLAR... .....                     Naxçıvanda KTN sistemi ağlar günə qalıb .....                     "TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var .....                     Bura elə turist gəlməsə, yaxşıdır... .....                     Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... .....                     Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... .....                     ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... .....                     Paşinyan üçün ciddi SİQNAL .....                     “Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” .....                     Trampın Əliyevin çıxışını paylaşması... .....                     Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                 

"Biz bayram günlərində də işləyəcəyik" - YAP-dan açıqlama
Tarix: 19-03-2020, 09:09 | Çap et
"Biz bayram günlərində də işləyəcəyik"
Azərbaycanda koronavirusla əlaqədar xüsusi rejim elan olunub. Bakıya giriş-çıxış məhdudlaşdırılıb, ölkədaxili qatarların hərəkəti dayandırılıb, təhsil müəssisələri bağlanıb, toy və yas məclisləri qadağan edilib, kütləvi tədbirlər, bayram şənlikləri ləğv olunub, hər yerdə dezinfeksiya işləri aparılır.

Bir sözlə, respublikada aktiv həyat dayanıb və koronavirus pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu da özlüyündə iş yerlərində, müxtəlif təşkilatlarda fəaliyyətə təsirini göstərib.

Artıq siyasi partiyalar, firqələr də koronavirusa qarşı çırmanaraq iş rejimində dəyişikliklər ediblər. Çünki partiyalar da kütləvi toplanış yerləri sayılır.

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, tədbirlər təxirə salınıb.

Hakim partiya rəsmisi qeyd etdi ki, rayon təşkilatları və Mərkəzi Aparat işini davam etdirir: “Biz bayram günlərində də işləyəcəyik. Partiyanın rəsmi saytında rayon təşkilatlarının əlaqə nömrələri yerləşdirilib. Kimin sözü, müraciəti varsa, əlaqə saxlaya bilər".

Siyavuş Novruzov: “Dezinfeksiya işləri aparılır, bayram günləri işləyəcəyik”

S.Novruzov qeyd etdi ki, partiyada dezinfeksiya işləri aparılıb, iclaslar təxirə salınıb: “Amma iqtidar partiyası olaraq bayram günləri işləyəcəyik”.

Vətəndaş Həmrəyli Pariyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı da qəzetimizə söylədi ki, artıq 10 gündür qəbullar dayandırılıb:

“İşçilərin bir hissəsini evə buraxmışıq, gündəlik vacib olan işləri görənlər qərargaha gəlirlər. Qəbul vaxtının ləğvini də aprelin 15-nə kimi uzatmışıq, rayon təşkilatları ilə gediş-gəlişi dayandırmışıq”.

Sabir Rüstəmxanlı: “Qəbullar dayandırılıb, dezinfeksiya işləri aparılıb, bu qədər vahimənin yaranması boşuna deyil”

VHP sədri bildirdi ki, partiyanın ofisində bir neçə dəfə dezinfeksiya işləri aparılıb: “Bütün masalar, pəncərələr dezinfeksiya olunub. Hər kəs özünü qorumalıdır.

Bu qədər vahimənin yaranması boşuna deyil. Ancaq qorxmaq yox, tədbirlər görmək lazımdır. İnsanlar küçələrdə çox vaxt keçirməsinlər, təmas azalmalıdır".

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da qərargahda tədbirlərin ləğv olunduğunu açıqladı. Onun sözlərinə görə, dezinfeksiya işləri aparılıb, hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub, ofisdə işləyənlər gigiyenik qaydalara ciddi şəkildə riayət edirlər, martın 19-da günün ikinci yarısından hər kəs tətilə buraxılacaq.

Fəzail Ağamalı: “Ofisdə hər kəs tibbi maskada gəzir, gediş-gəliş qadağan olunub”

F.Ağamalı Novruz bayramının ilk günlərində Salyan və Neftçalada seçicilərlə görüşlər nəzərdə tutub, lakin koronavirus təhlükəsi ilə əlaqədar təxirə salmalı olub:

“Ümumi vəziyyətə uyğun olaraq, məcbur qalaraq addım atdıq. Təəssüf ki, seçicilərlə görüş alınmadı. Ayın sonuna qədər gedişatı izləyib, ona uyğun addımlar atacağıq”.

Deputat Razi Nurullayevin sədri olduğu yeni AXCP-nin sədr müavini Ehtiram Mehdiyev də bildirmişdi ki, qabaqlayıcı tədbirlər görülür, ofisin girişində dezinfeksiya üçün spirtlər qoyulub.

Onun sözlərinə görə, iclaslar və tədbirlər təxirə salınıb: “Razi Nurullayev millət vəkili kimi İmişlidə sakinlərlə göruşlər keçirir. Amma partiya olaraq hesab edirik ki, qabaqlayıcı tədbirlər lazımdır”.

Bundan əlavə, parlament partiyası olmayan ADP, KXCP, AĞ Partiya və digər təşkilatlar da koronavirusla bağlı önləyici addımlar atıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (Covid-19) bağlı son məlumatı açıqlayıb. Təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 198 543, yeni yoluxanların sayı 326 nəfərdir. Bildirilib ki, indiyədək yeni koronavirusdan 7 988 nəfər ölüb. Xəstəliyə yoluxanlardan 82 779 nəfər sağalıb ki, onlardan 1100 nəfəri yeni sağalanlardır.

Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub: “Azərbaycanda koronavirusa yoluxma halları əsasən İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib”.

Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mask dövlət işinə qayıda bilər - “Bloomberg”
Bu gün, 06:36
İlham Əliyev açıq və net danışdı... - nəyisə gizlətmədi...
Bu gün, 06:32
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... - HAMI FAYDALANACAQ...
Bu gün, 06:28
Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:13
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?"
Bu gün, 06:07
GDU ilə bağlı ŞOK FAKTLAR... - SƏN DEMƏ...
Bu gün, 06:01
Naxçıvanda KTN sistemi ağlar günə qalıb - dövlət təcili müdaxilə etməzsə...
Bu gün, 05:57
"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var - FOTOFAKT
Bu gün, 05:42
Bura elə turist gəlməsə, yaxşıdır... - AXI NİYƏ?..
Bu gün, 05:37
Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... - demək istədilər ki...
Bu gün, 05:32
Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... - AKTUAL
Bu gün, 05:25
Paşinyan üçün ciddi SİQNAL - NƏ BAŞ VERİR?
Bu gün, 05:14
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” - Rəşid Mahmudovdan İDDİA
Bu gün, 05:12
Trampın Əliyevin çıxışını paylaşması... - təsadüfi deyil...
Bu gün, 05:09
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55
Peskov DEYİR Kİ...
Dünən, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru