İflic duruma salınan Azərbaycan səhiyyəsi... .....                     Qiyas cehizə görə intihar edib? .....                     Paşinyan Rusiyanın baş nazirini aldada bildi .....                     Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                     Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... .....                     "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar" .....                     Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                     Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur .....                     "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." .....                     Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR .....                     Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir .....                     Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb .....                     Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb .....                     Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir .....                     “Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” .....                     "Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                 

Partiya sədrlərinin seçki qeydləri: Kim razı, kim narazıdır? - SORĞU
Tarix: 23-01-2020, 09:11 | Çap et
Partiya sədrlərinin seçki qeydləri: Kim razı, kim narazıdır?
Artıq 5 gündür ki, deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Seçkiqabağı təşviqat 8 fevral saat 08:00-a qədər davam edəcək.

Siyasi partiyalar seçkisiqabağı mühiti və seçkiyə hazırlıq prosesini necə qiymətləndirir? Namizədlər görüşlərini sərbəst keçirə bilirmi?

AXCP sədri, 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayev Cebhe.info-ya açıqlamasında seçki mühitini belə qiymətləndirib:

“İmzatoplama kampaniyasında hər hansı problemlə üzləşmədik. Normal şəkildə topladığımız imzaları Dairə Seçki Komissiyasına təqdim etdik və qeydə alındıq. İndi isə təbliğat-təşviqat kampaniyası başlayıb. Bu prosesdə də hər hansı bir qanunsuzluq və bizə qarşı müqavimət yaradılmasıyla rastlaşmamışıq. Deyərdim ki, bütün namizədlər Dairə Seçki Komissiyasının müəyyən etdiyi yerlərdə görüşlərini problemsiz keçirə bilirlər. Bu günə qədər problem yoxdur”.

Razi Nurullayev televiziya kanallarında debatların təşkil olunmaması məsələsinə də toxunub. O deyib ki, İmişli Seçki Dairəsindən namizədliyini irəli sürdüyü və görüşləri kəndlərdə keçirdiyi üçün televiziya kanallarında debatlara o qədər də maraq etmir:

“Bu səbəbdən televiziyada çıxış etmək o qədər də marağımda deyil. Çünki burada insanlarla birbaşa, üzbəüz görüşürəm və sözümü çatdırıram. O cümlədən, internet televiziyalarında istifadə edirəm. Bu baxımdan, televizyalarda debatların keçirilməsinin əhəmiyyətli olub-olmayacağını düşünməmişəm. Hər halda olsaydı, normal ola bilərdi. Digər yandan, hər bir dairədən 20-30 qeydə alınmış namizəd var və onları bir dairə üzrə televiziyada efir vaxtı ilə təmin etmək çox çətin olar”.

15 saylı Yasamal I Seçki Dairəsindən qeydə alınan namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı təbliğat dövrünün 3 həftədən ibarət olmasına təssüflənib:

“Bütövlükdə ölkə üzrə qapalı və açıq görüşlər üçün yalnız 272 yer ayrılıb. Bu da 2010-cu ildəki seçkilərdəkindən 20 dəfə azdır. Açıq hava görüşləri üçün ayrılan yerlər çoxsaylı seçicilərin toplaşması və onların asanlıqla gəlib gedə bilməsi üçün uğurlu məkanlar deyil. Başlıcası televiziyalarda pulsuz efir vaxtı verilmir, debatlar, diskussiyalar təşkil olunmur. Debatları və diskussiyaları ictimai olmayan seçkiləri əlbəttə ki, normal, azad, ədalətli seçki hesab etmək mümkün deyil. Müsavat Partiyası 60 seçki dairəsindən 64 namizədlə seçkilərdə iştirak edir. Faktiki olaraq Yeni Azərbaycan Partiyasından sonra ən çox namizədlər seçkilərdə iştirak edən partiyayıq. Amma Yeni Azərbaycan Partiyası Müsavat Partiyası ilə debata çıxmaqdan, ictimai diskussiyada iştirak etməkdən imtina edir. Seçki Məcəlləsinin 155.2-ci maddəsində namizədlərə pulsuz efir vaxtının verilməsi nəzərdə tutulub və bu maddədə 60-dan çox dairədə namizədin qeydə alma tələbi yoxdur. Odur ki, Mərkəzi Seçki Komissiyası əslində bütün namizədlərə pulsuz efir vaxtının verilməsini təmin etməyə borcludur. Ancaq bundan imtina edir. Biz İctimai Televiziyaya müraciət etmişik. Seçki kampaniyası dövründə Müsavat Partiyasına həftədə 3 dəfə yarım saat olmaqla pulsuz efir vaxtı verilməsini tələb etmişik. Çünki seçkilərin olub-olmamasında asılı olmayaraq İctimai Televiziya plüralizmi təmin etmək, ölkədə olan müxtəlif siyasi fikirlərin orada müzakirə edilməsini təşkil etmək üçün yaranmış bir televiziyadır. Təəssüf ki, bu televiya öz funksiyalarını yerinə yetirmir, yalnız hakimiyyətə dəstək verməklə məşğuldur. Bütün bu aspektləri və seçki komissiyalarının tam olaraq hakimiyyətin nəzarəti altında olmasını nəzərə alsaq, seçkilərin azad və ədalətli olacağına inanmaq sadəlövhlük olardı”.

35 saylı Xətai Seçki Dairəsindən namizədliyi qeydə alınan Ümid Partiyasının sədri İqbal Ağazadə də fikirlərini bölüşüb:

“Hər halda proses davam edir, baxacağıq. Sərbəst görüşlərimizi keçirə bilirik. Amma bəzi icra hakimiyyətlərinin müdaxiləsini də dana bilmərik. Onlar başqa namizədlər üçün xüsusi üstünlük və şərait yaratmağa cəhd göstərirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Sərdar Cəlaloğlu seçkiqabağı mühitdən razı olmadığını dilə gətirib:

“Mərkəzi Seçki Komissiyası ölkədə seçki əhval-ruhiyyəsini, seçki ab-havasının yaradılması istiqamətində qanunda nəzərdə tutulmuş heç bir addım atmır. Seçki təşviqatı dövlət tərəfindən aparılmır. Dövlət televiziyalarında ümumiyyətlə, seçki ilə bağlı xalqa məlumat verilmir, xalq seçkiyə çağırılmır. Bu da onu göstərir ki, müəyyən qüvvələr ölkədə seçkilərin azad və demokratik keçirilməsində, eləcə də xalqımızın geniş şəkildə seçkidə təmsil olunmasında maraqlı deyil. Təbii ki, belə bir vəziyyətdə namizədlərin də aparıldığı təşviqat yüksək səviyyədə ola bilməz. Qanuna görə, Dairə Seçki Komissiyası seçicilərlə namizədlərin görüş və debatlarını təşkil etməlidirlər. Yəni bunların heç biri yoxdur. Biz özümüz imkanlarımız daxilində fərdi qaydada işlər aparırıq. Amma bunların da çox böyük nəticəsi olmayacaq. Çünki faktiki olaraq təşviqat mərhələsinin bitməsinə çox az vaxt qalıb və həm maddi, həm də vaxt imkanlarımız kifayət qədər məhduddur. Bu baxımdan, bu seçkilərin də əvvəlki seçkilərdən ciddi bir mənada fərqlənməyəcəyi qənaətindəyəm”.

“AĞ” Partiya başqanı, 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Tural Abbaslının sözlərinə görə, seçki üçün əlverişli mühit yaradılmayıb:

“Qanunvericilikdə seçkinin təbliğat- təşviqat kampaniyasını elə bir vəziyyətə salıblar ki, bu əlverişli mühit sayıla bilməz. İstər təbliğat-təşviqat kampaniyası müddətinin azlığı, istər efir vaxtının qiymətinin fantastik, yəni saniyəsinin 65 manata müəyyən olunması, yaxud təşviqat lövhələrinin azlığı, ancaq məntəqələrin qarşısında olması, habelə seçicilər üçün ayrımış qapalı məkanların azlığı əlverişli mühitin olmaması deməkdir. Bu seçkilərdə partiya olaraq 14 nəfərlə təmsil olunuruq. Məcburuq ki, təbliğat kampaniyasının hazırkı dönəmində ən sərfəli metodlardan istifadə edək. İndiki məqamda görüşlər o qədər də uğurlu metod deyil. Nəzərə alaq ki, seçicilərin də marağı o qədər yoxdur. Çox az sayda insan toplaşır. Biz daha çox təşviqat materiallarımızın və fikirlərimizi seçicilərə çatdırırıq. Həmçinin sosial şəbəkələr üzərindən təbliğatımızı qururuq. Mütəq qanunvericilik və hakimiyyətin seçkilərə yanaşması fəlsəfəsi də dəyişməlidir ki, seçkiyəbənzər bir proses keçirilə bilsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Bu gün, 11:30
Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Bu gün, 11:23
Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Bu gün, 11:15
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Bu gün, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Bu gün, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Bu gün, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru