Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır .....                     Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu .....                     Neft Fondundan 317 minlik qəribə tender: .....                     Mədinə Bağırova təqaüdə göndərildi .....                     Vaşinqtondan NƏ GÖZLƏYƏK? .....                     Mixail Qusman Bakıya gəldi .....                     Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır .....                     Rusiyadakı miqrantların yaxınlarının nəzərinə .....                     Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi .....                     SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: .....                     AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u .....                     Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib .....                     41 dərəcəyədək isti gözlənilir .....                     ABŞ ordusu Cənubi Qafqazda: .....                     Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi .....                     Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? .....                     Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar .....                     Məşhur “tender kralı” yarım milyon borca düşüb .....                     Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... .....                     Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu .....                     Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək .....                     Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar .....                     Ərdoğan Kiyevə səfər edəcək .....                     İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal .....                     İran “Müdafiə Şurası”nı niyə yaradıb? .....                     Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... .....                     Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir .....                     İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik .....                     "Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb .....                     Səhiyyə Nazirliyində yeni təyinat .....                     Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... .....                     Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                 

Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
Tarix: 16-01-2020, 08:36 | Çap et
Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
9 fevral növbədənkənar parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Seçkinin daha bir mərhələsi-namizədlərin qeydə alınması prosesi isə başa çatmaq üzrədir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. 20 siyasi partiyanın sırasında ən çox sayda namizəd irəli sürən və ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Hakim partiya 125 seçki dairəsinin 123-dən deputatlığa namizəd irəli sürüb.

Ana Vətən Partiyasının, BAXCP-nin, Böyük Quruluş Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının 60-dan yuxarı namizədi irəli sürülüb. Vəhdət Partiyası və digər parlament partiyaları isə hərəsinə bir namizədlə seçkiyə qatılıblar.

Parlamentdə olmayan partiyalardan isə ən çox namizədlə seçkiyə qatılan Müsavat Partiyasıdır.

Müsavatın 82 namizəd irəli sürdüyü bildirilir. Lakin namizədlərinin indiyə qədər neçəsinin rəsmi qeydə alındığı barədə məlumat açıqlanmayıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın iki namizədi irəli sürülüb və qeydə alınıb. Bir nəfər isə müstəqil olaraq seçkiyə qatılıb: “Partiyamız seçkilərlə bağlı real vəziyyəti nəzərə alaraq iki nəfərlə seçkiyə qatılmaq qərarı verdi. Parlament partiyası olmaq üçün bir nəfər deputatın da olması yetərlidir”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya rəsmi 14 namizəd irəli sürüb. Namizədlərdən biri Türkiyədən gələ bilmədiyi üçün imza vərəqələrini seçki komissiyasına qaytara bilməyib. Ancaq digər imza vərəqələri götürənlərin hamısı imza vərəqələrini təhvil veriblər: “15 yanvara qədər AĞ Partiyadan 7 namizəd rəsmi qaydada qeydə alınıb. 6 namizədin isə qeydə alınmasını yaxın iki gündə gözləyirik. Ümid edirəm onlar da qeydə alınacaq. Bununla da AĞ Partiya ən gənc partiya olmasına baxmayaraq parlament seçkilərində ən çox namizədlə çıxış edən partiyalardan biri olacaq. Mən bunu artıq özümüz üçün ilkin uğur hesab edirəm”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə bildirdi ki, ADP tərəfindən 24 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 19 nəfəri müvafiq dairələrə sənədlərini təqdim edib. 15 yanvara olan məlumata görə hələ ki 8 nəfərin namizədliyi qeydə alınıb: “Digərləri isə sənədlərini təqdim edib və qeydiyyata alınmasını gözləyirlər. Seçkinin indiyə qədərki mərhələsindəki durumdan, namizədlərin qeydiyyatı prosesindən bir o qədər də razı qalmadıq. Çünki bəzi təsadüflər üzündən bizim ən güclü namizədlərdən biri qeydiyyatdan keçmədi. Partiyanın bir sıra məsələlərinə başı qarışdığı üçün lazım olan sənədləri toplamağa vaxtı çatmadı. Bəzi üzvlərimizə müəyyən məsələlərdə maneçilik törətdilər, qeydiyyat məsələsini 5-6 gün gecikdirdilər. Amma faktiki olaraq imza toplama kampaniyasını başa çatdıran namizədlərimiz sənədlərini təqdim edib və artıq bir neçəsi də qeydə alınıb. Hər halda düşünürəm ki, ilkin mərhələ ümumən müvəffəqiyyətlə keçdi. İndiki şərtlər daxilində bundan artıq nailiyyət əldə edə bilməzdik. Partiyanın maliyyə imkanları həddindən artıq azdır. Vətəndaşlarda seçki fəallığı sıfır səviyyəsindədir. Bu şərtlər altında seçkiyə gedən partiyanın nailiyyəti yüksək olmamalıdır. Reallıqda da bu cürdür. Bununla yanaşı, seçkidə nəticə əldə edəcəyimizə ümid edirik".

AMİP katibi Əli Orucov isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə start verilərkən AMİP 17 dairə üzrə namizədlə qatılıb: “Əvvəlki seçkilərdən fərqli olaraq az namizədlə qatılmağımızın da səbəbi ondan ibarət idi ki, partiyanın potensialını bütün ölkə üzrə dağıtmayaq və konkret dairələr üzrə namizədlərin uğurlu kampaniyasına yönəldək. Təəssüflər olsun ki, bürokratik əngəllər, yerlərdə yaradılan problemlər səbəbindən irəli sürülən namizədlərin hamısı prosesi sonadək apara bilmədilər. Hazırda 8 seçki dairəsi üzrə seçkilərin ikinci mərhələsinə, təşviqat-təbliğat mərhələsinə gedirik. Ümid edirəm ki, prosesi bu 8 namizədlə uğurla başa vuraraq AMİP-i parlament partiyasına çevirə biləcəyik. Çünki namizədlərin hər birinin şansı yüksəkdir və parlamentdə də yüksək səviyyədə təmsil oluna bilərlər”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, 15 yanvara olan məlumata əsasən hələlik 10 namizədləri qeydə alınıb.

Yeni AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, seçkidə ümumi olaraq 4 namizədlə iştirak edirlər: “Onlardan üçünün namizədliyi qeydə alınıb. Partiya olaraq bizim qeydiyyatımız olmadığına görə partiya üzvləri müstəqil şəkildə namizədliklərini verib. Bu seçkidə fəal şəkildə iştirak edilir. Tanınmış namizədlərimiz arasında partiyanın sədri Razi Nurullayev namizədliyini verib və qeydiyyata alınıb. Partiyanın sədr müavini Ehtiram Mehdiyevin də namizədliyi qeydiyyata alınıb. Mən də namizədliyimi vermişəm. Bir neçə üzvümüz də müstəqil olaraq seçkilərə qatılıb".

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkidə iştirak edən siyasi partiyaların namizədlərinə İctimai Televiziya və radioda ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutulur. Lakin bu şərtlə ki, siyasi partiyanın ən azı 60 dairədə deputatlığa namizədi qeydə alınmış olsun. 15 yanvara olan statistikaya görə, hələlik ödənişsiz efir hüququnu yalnız YAP əldə edib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04
Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02
Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01
Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58
Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55
Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53
Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49
Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33
AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30
Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22
41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12
Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08
Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar - “Nezavisimaya qazeta”
Bu gün, 12:05
Məşhur “tender kralı” yarım milyon borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 12:01
Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... - GƏLİŞMƏ
Bu gün, 11:57
Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:53
Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı
Bu gün, 11:51
Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar - FOTO
Bu gün, 11:44
Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41
İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36
İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28
Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24
Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22
İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru