Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                     Bakı Suriya-İsrail dialoqunda maraqlıdır .....                     İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi .....                     Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                 

“Siyasətdən gedəcəm” vədinə əməl etməyən kimdir - "...mən seçkiləri təyin eləyən adam deyiləm"
Tarix: 22-11-2019, 09:01 | Çap et
“Siyasətdən gedəcəm” vədinə əməl etməyən kimdir
2019-cu ildə növbədənkənar parlament seçkiləri keçiriləcəyi proqnozunun reallaşmaması bu proqnozu ilk dəfə irəli sürən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə yönəlik atmacalı fikirlərin səslənməsinə yol açıb.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, biriləri 2019-cu ilin axırlarınadək seçkilərin keçirilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edərək hətta mərc gəlməyə də qalxmışdı, ancaq həmin siyasətçi mərci uduzsa da siyasətdən getmək vədini yerinə yetirmədi: “Mərci uduzanın siyasət meydanını tərk edib-etməyəcəyini özü və izləyiciləri bilsin, amma hesab edirəm ki, hər kəs dediyi sözün fərqində olmalıdır, ələlxüsus da siyasi fəaliyyətlə məşğul olan şəxslər bu və ya digər məsələ ilə əlaqədar proqnoz verməyə qalxırlarsa ən azından hüquqa və fakta əsaslansalar daha doğru olar”.

Məsələ ilə bağlı Əli Əliyevlə də danışdıq. O bildirdi ki, növbədənkənar seçkilərin keçiriləcəyi iddiasının üzərində bu gün də qalır: “Mən bu iddianı irəli sürəndə musavat.com-un canlı efirində YAP-çı deputatlardan biri ilə debatda ”mərc də gəlməyə hazıram, sözümün də altından imza atıram" kimi ifadəni işlətmişəm, amma siyasətdən gedəcəyəm deməmişəm. Fikirlərimi əsaslandırmaq üçün analogiya da gətirmişəm. 2017-ci ilin yayında mən prezident seçkilərinin növbədənkənar keçiriləcəyi ilə bağlı bəyanat vermişdim. O vaxt da demişdim ki, əgər şərait uyğun olsa, 2017-ci ilin sonunda, olmasa 2018-ci ildə vaxtından əvvəl prezident seçkisi keçiriləcək. Sonra da demişdim ki, uyğun şərait olacaqsa, 2019-cu ildə növbədənkənar parlament seçkiləri də olacaq. Növbədənkənar prezident seçkiləri bilirsiniz ki, keçirildi.

Birincisi, mən seçkiləri təyin eləyən adam deyiləm, seçkilərin təyin olunması səlahiyyəti ölkə prezidentindədir. Mən bu gün də deyirəm və mövqeyimin üstündə dururam ki, Azərbaycanda parlament seçkiləri növbədənkənar keçiriləcək. Real siyasətlə məşğul olmayan adamlar, təsadüfi adamlar, boş yeri doldurmaq funksiyası daşıyan adamlar ağzına gələni danışa bilər. Bu, əsas deyil. Əsas siyasi məntiqi, hadisələrin inkişafını analiz etməkdir, onlara qiymət verməkdir. Mənim hesablamalarıma görə, növbədənkənar parlament seçkiləri iyul ayında olmalı idi. Onun da öz məntiqi var idi. Görürsünüz ki, ölkədə hansı proseslər getdi və gedir".

Əli Əliyev vurğuladı ki, onun 2019-cu ildə növbədənkənar seçkilər olacağı barədə proqnoz verməyinə səbəb hakimiyyətin bu ilin əvvəlindən davranış məntiqi idi: “Davranış məntiqi onu deyirdi ki, hakimiyyət dəyişikliklərə getmək zorundadır. Bu dəyişikliklər komanda dəyişikliyi, struktur dəyişikliyi, hakimiyyət idarəçiliyinin fəlsəfəsinə yönələn dəyişikliklər olacaq. Məgər biz bu il bu dəyişiklikləri müşahidə etmirik? Biz o dəyişikliklərin içindəyik. Azərbaycanın iqtidarı 2019-cu ildəki qədər ardıcıl olaraq müəyyən mənada xalqın xeyrinə addımlar atmamışdı. 2019-cu il başlayandan Azərbaycanda minimum əmək haqqı 2 dəfə artıb, ilk dəfə respublikanın prezidenti 2 fevralda gənclərlə görüşü zamanı dövlət himnini şəxsən ifa edib, Şamaxıda, Ağsuda baş verən zəlzələ zamanı camaatdan məktubları şəxsən yığdı, prezident camaatla selfi çəkdirir, cəmiyyətə yönəlik mesajlar verilir. Biz 16 il ərzində prezidentin təyin olunan nazirləri, icra başçılarını publika önündə qəbul edib təlimatlandırdığını görməmişdik. Bu da bu il baş verdi. Bizim ağlımıza gəlməzdi ki, hakimiyyətin əsas sütunlarından biri Ramiz Mehdiyev siyasi idarəçilikdən uzaqlaşdırılacaq. Bu da məhz 2019-cu ildə baş verdi. Mənim proqnozumda icra strukturlarında dəyişikliyin vacibliyi də var idi. 2019-cu ildə məhz bu istiqamət daha önə çıxmalı oldu. Ona görə də parlament seçkilərinin keçirilməsi bu il reallaşmadı. Əvvəl mən düşünürdüm ki, parlament seçkiləri olacaq, sonra icra strukturlarında dəyişikliklərə, struktur islahatlarına başlanacaq. Belə məlum oldu ki, parlament seçkilərini qeyd olunan məsələlərdən sonraya keçirdilər. 2019-cu ildə elə addımlar atıldı, elə dəyişikliklərə başlandı ki, bunlar heç də növbədənkənar parlament seçkiləri qərarının verəcəyi effektdən az olmadı, hətta deyərdim daha üstün oldu. Hesab edirəm ki, dəyişikliklərin önə çıxarılma ardıcıllığı prioriteti daha düzgün seçilib. Əvvəl qeyd olunan dəyişikliklər və struktur islahatları, sonra seçkilər keçirmək yolu seçildi. Doğru seçimdir. Elə addımlar atılıb ki, ölkənin fundamental həyatına daha ciddi təsir göstərəcək addımlardır. Biz yaxın zamanlarda növbədənkənar parlament seçkilərində bunun şahidi olacağıq. Bu dəyişikliklərin olacağının anonsunu siyasi partiya rəhbərləri sırasında ilk dəfə mən vermişəm. Həyat göstərir ki, mənim proqnozlarım gəlib yerini alır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru