"İndiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür"
Tarix: 21-11-2019, 08:34 | Çap et
 Son prezident seçkilərindən sonra bəzi siyasilər cari ilin sonunadək ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddiaları ilə çıxış edirdilər. Bu iddiaları reallaşmayanlar indi də gələn ilin yazında növbədənkənar seçkilər olacağından danışmağa başlayıblar.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib. O qeyd etdi ki, hətta biriləri 2019-cu ilin axırlarınadək seçkilərin keçirilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edərək “Yeni Müsavat”ın canlı efirində mərc gəlməyə də qalxmışdı. Ancaq həmin siyasətçi mərci uduzsa da siyasətdən getmək vədini yerinə yetirmədi: “Mərci uduzanın siyasət meydanını tərk edib-etməyəcəyini özü və izləyiciləri bilsin, amma hesab edirəm ki, hər kəs dediyi sözün fərqində olmalıdır, ələlxüsus da siyasi fəaliyyətlə məşğul olan şəxslər bu və ya digər məsələ ilə əlaqədar proqnoz verməyə qalxırlarsa ən azından hüquqa və fakta əsaslansalar daha doğru olar. Mən gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin yazda və ya payızda baş tutacağı iddiası ilə çıxış etməkdən uzağam. Sadəcə, seçki qanunvericiliyi ilə əlaqədar bir sıra müddəalara diqqət yetirməyi vacib hesab edirəm. Bildiyimiz kimi, 26 sentyabr 2016-cı il referendumu ilə Azərbaycan Konstitusiyasına edilmiş son düzəlişlərə əsasən prezident 7 il müddətinə seçilir. Son prezident seçkilərinin 2018-ci ildə keçirildiyini nəzərə alsaq, növbəti prezident seçkiləri 2025-ci ildə keçiriləcək. Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü prezident seçkiləri günü hesab edilir. Bu xüsusda növbəti prezident seçkilərinin 15 oktyabr 2025-ci ildə keçiriləcəyini demək olar. Parlament seçkilərinə gəlincə, konstitusiyanın 84-cü maddəsinə əsasən Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Deməli, konstitusiyaya müvafiq olaraq növbəti parlament seçkiləri 1 noyabr 2020-ci il tarixində, beş il sonrakı parlament seçkiləri isə 2 noyabr 2025-ci ildə keçirilməlidir. Beləliklə, qüvvədə olan qanunvericilik 2025-ci ildə prezident və parlament seçkilərinin 2 həftə fərqlə keçiriləcəyini nəzərdə tutur ki, bu da faktiki olaraq seçkilərin toqquşması deməkdir. Seçki Məcəlləsinin 2.4-cü maddəsinin Milli Məclis deputatlarının seçkiləri və prezident seçkisinin eyni gündə keçirilməsini istisna etdiyini də nəzərə alsaq, bu iki seçkidən birinin vaxtının dəyişdiriləcəyini yəqin etmək olar”. A.Əlizadə onu da dedi ki, bu zaman bir detala diqqət yetirməmək olmur. Milli Məclisə seçkilərin keçirilmə günü ilə bağlı müddəa konstitusiyada nəzərdə tutulduğu halda, prezident seçkilərinin keçirilmə gününü müəyyən edən müddəa Seçki Məcəlləsi ilə təsbit olunmuşdur: “Göründüyü kimi, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi üçün ilk növbədə qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac yaranır. Həmçinin konstitusion müddəa olduğu səbəbindən parlament seçkilərinin konstitusiya ilə müəyyən edilmiş konkret gündən fərqli zamanda keçirilməsi üçün konstitusiya düzəlişlərini özündə ehtiva edən ümumxalq səsverməsi - referendum keçirilməlidir. Doğrudur, konstitusiyanın 98-ci maddəsi bir sıra konkret hallar səbəbi ilə prezidentin Milli Məclisi vaxtından əvvəl buraxmaq səlahiyyətini tanısa da, indiki halda prezidentin vəziyyəti mürəkkəbləşdirərək bu addımı atacağı az inandırıcı görünür. Bu səbəbdən də növbəti parlament seçkilərinin öz vaxtında keçiriləcəyi, daha çox 2025-ci il prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi qənaətindəyəm”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, müxalifət düşərgəsi yekcins deyil. Həmişəki kimi, mövcud iqtidara, eləcə də, ümumiyyətlə, seçkilərdə iştiraka fərqli yanaşmalar var. Seçkilər yaxınlaşdıqca münasibətlər daha aydın görünəcək: “Heç şübhəsiz ki, daha yaxın siyasi xətt yürüdən partiyaların seçkidə bloklar şəklində iştirakının da şahidi olacağıq. İstənilən halda hesab edirəm ki, müxalif düşərgədə mövcud olan sağlam və konstruktiv qüvvələrin bir araya gəlməsi ümumi iş üçün faydalı olardı”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25 |
|
|
|
• ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17 |
|
|
|
• Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09 |
|
|
|
• Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07 |
|
|
|
• Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
• Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36 |
|
|
|
• Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34 |
|
|
|
• Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27 |
|
|
|
• "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24 |
|
|
|
• Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22 |
|
|
|
• İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18 |
|
|
|
• Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43 |
|
|
|
• Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41 |
|
|
|
• Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37 |
|
|
|
• Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12 |
|
|
|
• “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17 |
|
|
|
• Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15 |
|
|
|
• Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10 |
|
|
|
• "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05 |
|
|
|
• "Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Dünən, 07:30 |
|
|
|
• Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Dünən, 07:12 |
|
|
|
• Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Dünən, 07:05 |
|
|
|
• "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Dünən, 07:03 |
|
|
|
• UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Dünən, 06:00 |
|
|
|
• “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 05:57 |
|
|
|
• Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Dünən, 05:55 |
|
|
|
• Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Dünən, 05:48 |
|
|
|
• Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Dünən, 05:36 |
|
|
|
• FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Dünən, 05:20 |
|
|
|
• Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Dünən, 05:18 |
|
|
|
• Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Dünən, 05:05 |
|
|
|
• "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Dünən, 05:03 |
|
|
|
• Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Dünən, 04:58 |
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
2-08-2025, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
2-08-2025, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
2-08-2025, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
2-08-2025, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
2-08-2025, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
2-08-2025, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
2-08-2025, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
2-08-2025, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
2-08-2025, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
2-08-2025, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
2-08-2025, 15:40 |
|
|
|
• Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
2-08-2025, 15:36 |
|
|
|
• Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
2-08-2025, 15:29 |
|
|
|
• Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
2-08-2025, 15:25 |
|
|
|
• Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
2-08-2025, 15:21 |
|
|
|
|