“Müəyyən qüvvələr Rusiya ilə aramızda problem yaratmağa çalışır” - deputat
Tarix: 28-05-2019, 08:47 | Çap et
 Rusiya Ermənistanın hərbi-strateji müttəfiqidir. Bu bir faktdır ki, Kreml ermənilərin işğalçılıq siyasətini pisləmir. Əksinə, Cənubi Qafqazda onların ən böyük tarixi havadarı Rusiyadır.
İrəvanda iqtidarlar dəyişə bilər, prezidentlər əvəzlənə bilər, lakin rusun təbəəsi olmaqdan, vassalkıqdan xilas ola bilmirlər. Halbuki Moskva üçün Ermənistandan daha çox Azərbaycan faydalı ola bilər.
Bizim iqtisadi potensialımız imkan verir ki, Kreml İrəvandan əlini çəkərək Bakı ilə daha açıq qonşuluq münasibətləri qursun. Yetər ki, Qarabağ problemi həll olsun, Azərbaycan Rusiya ilə bir çox məsələlərdə uzlaşmağa hazırdır. Lakin biz Rusiyanı buna inandıra bilməmişik. Moskva ilə qonşuluq münasibətləri müttəfiqlik səviyyəsinə gəlib çıxmır, vaxtaşırı Azərbaycana təzyiqlər belə göstərilir.
Bəziləri isə belə düşünmürlər. Azərbaycanın Rusiyadan daha çox Avroatlantik məkana inteqrasiyasının perspektivli olduğunu hesab edirlər.
“Bu gün Rusiya-Azərbaycan münasibətlərində hər hansı problem, tərəflər arasında anlaşılmayan bir məsələ müşahidə olunmur. İki ölkə arasında mehriban qonşuluq əlaqələri mövcuddur. Nə Rusiya Azərbaycanın, nə Azərbaycan Rusiyanın daxili işlərinə qarışmır, ikitərəfli əməkdaşlıq genişlənməkdədir, iqtisadi müstəvidə münasibətlər inkişaf etməkdədir”.
Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, deputat Aydın Mirzəzadə dedi.
Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara və eləcə də Azərbaycanda yaşayan ruslara dövlətlər tərəfindən qarşılıqlı hörmət göstərilir: “Ortaya çıxan hər hansı lokal insidentlərin isə operativ şəkildə müvafiq strukturların müdaxiləsi ilə həllinə çalışılır. O baxımdan indiki şəraitdə Rusiyadan narazı qaldığımız xüsusi məsələ yoxdur.
Təbii ki, Rusiyanın Ermənistanın işğal siyasətini pisləməsini istərdik. Lakin rus-erməni münasibətlərinin tarixi kökləri var. Bu əlaqələrin qısa müddətdə azalacağın ümid bəsləmək sadəlövhlük olardı".
A.Mirzəzadə qeyd etdi ki, bu gün Azərbaycanla Rusiya arasında silah satışı var, erməni diasporasının əlaqələrinə baxmayaraq, bizim diasporalar fəaliyyət göstərir.
Deputat hesab edir ki, Rusiyaya Ermənistandan daha çox Azərbaycanın ona lazımlı olduğunu inandırmaq üçün münasibətlərin səviyyəsi aşağı düşməməlidir: “Müəyyən qüvvələr iki ölkə arasında problem yaratmağa çalışırlar.
Ancaq o provokasiyalara getmək olmaz. Həmçinin Rusiya-Türkiyə-Azərbaycan arasında üçtərəfli əlaqələri gücləndirmək, inkişaf etdirmək zəruridir. Sadəcə, həm Rusiyada, həm Azərbaycanda müəyyən müxalif dairələr var, onlar münasibətlərin inkişaf etdirilməsinə yox, əlaqələrin unudulmasına çalışırlar. Habelə, xaricdən gələn tapşırıqlar əsasında fəaliyyət göstərənlər var. Azərbaycan isə Ermənistan istisna olmaqla, bütün qonşu respublikalarla mehriban dostluq münasibətlərini saxlamağa çalışır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07 |
|
|
|
• Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
• Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59 |
|
|
|
• Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56 |
|
|
|
• Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40 |
|
|
|
• Araz Abdullayev evləndi
Bu gün, 10:34 |
|
|
|
• Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23 |
|
|
|
• SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58 |
|
|
|
• “Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45 |
|
|
|
• Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39 |
|
|
|
• “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25 |
|
|
|
• Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15 |
|
|
|
• Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05 |
|
|
|
• İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56 |
|
|
|
• Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54 |
|
|
|
• Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08 |
|
|
|
• Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07 |
|
|
|
• Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05 |
|
|
|
• Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
• “Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58 |
|
|
|
• Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56 |
|
|
|
• Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48 |
|
|
|
• Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
• Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44 |
|
|
|
• Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42 |
|
|
|
• Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40 |
|
|
|
• "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31 |
|
|
|
• Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28 |
|
|
|
• Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22 |
|
|
|
• İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19 |
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39 |
|
|
|
|