Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                     Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... .....                     "Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar" .....                     Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU .....                     Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur .....                     "Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." .....                     Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR .....                     Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir .....                     Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb .....                     Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb .....                     Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir .....                     “Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” .....                     "Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                 

Siyasi münasibətlərdə yeni mərhələ: - iqtidar-müxalifət dialoqu gündəmə gəlir
Tarix: 18-03-2019, 08:20 | Çap et
Siyasi münasibətlərdə yeni mərhələ:
2019-cu ilin Azərbaycan tarixində təkcə sosial, iqtisadi islahatlar ili kimi deyil, həm də siyasi açılımlar ili kimi qalacağını artıq indidən söyləmək mümkündür. Ölkə prezidenti tərəfindən ard-arda çoxsaylı sosial xarakterli fərmanlar və sərəncamların imzalanmasının ardınca siyasi məhbus kimi təqdim edilən 50-yə yaxın məhbusun azad olunması siyasi islahatların da başlanğıcının əlaməti hesab edilir. Bir sıra siyasilər hesab edirlər ki, atılan addımlar Azərbaycanda fərqli siyasi sistemə, iqtidar-müxalifət münasibətlərinin yeni müsbət müstəviyə keçilməsinə gətirib çıxara bilər.

Görülən sosial yönlü müsbət tədbirlərin effektiv nəticələr verməsinə siyasi islahatların ciddi təsir edəcəyi bildirilir.

Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında deyib ki, 2019-cu il prosesləri yeni bir müstəviyə daşıya bilər: “Siyasi məhbusların həbsdən azad olunması gələcəkdə imkan verir ki, siyasi partiyalarla da dialoq yaransın və cəmiyyət barış, dialoq müstəvisində Azərbaycanın problemlərini həll edə bilsin. Azərbaycana da, Azərbaycanın problemlərinə də, regiondakı yerimizə, vəziyyətimizə də yaraşan barış və dialoqdur. Çünki bizim vəziyyətimiz olduqca çətindir. Həm Cənubi Qafqazda, həm dünyadakı yerimiz olduqca çətindir, böyük problemlərimiz var. Ya zəlzələdən, ya vəlvələdən Ermənistan-Azərbaycan münaqişəsi gəlib elə bir yerə dirənib ki, burdan yalnız dil, düşüncə, fikir, vətəndaş birliyi ilə çıxmaq mümkündür.

Bunun üçün isə ilk növbədə hakimiyyət elə adddımlar atmalıdır ki, cəmiyyətin müxtəlif düşüncəli adamlarını bir araya, bir masa arxasına gətirə bilsin. Güman edirəm ki, bu da o addımlardan biridir. Siyasi müxalifət daha çox hakimiyyətin bu addımlarını təqdir edərək, böyük açılımlar etməyə həm həvəsləndirməlidir, həm də təminat verməlidir. Təminat verməlidir ki, biz bunu qiymətləndiririk; bu, dəyərli addımdır və ardınca da müxalifətlə, o cümlədən demokratik seçkilərlə bağlı ciddi addımlar atılsın. Müxalifətin görməli olduğu iş əslində bu istiqamətdə hakimiyyətə dəstək verməkdir. Hər halda hakimiyyətə bir təminat verməlidir ki, biz atdığınız addımların arxasındayıq və bundan kiminsə sui-istifafə etməsinə imkan verməyəcəyik, ölkəmizi möhkəmləndirəcəyik”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında ilk növbədə cənab prezidentin atdığı humanist addımı alqışladığını dedi. O daha sonra atılan addımların iqtidar-müxalifət münasibətlərinə təsir edəcəyi barədə danışdı: “Bu, prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına yüksək rəğbəti, humanizm prinsiplərinə əsaslanmağı ilə bağlıdır. Prezident neçə-neçə ailələrə böyük sevinc bəxş etdi. Eyni zamanda, azadlığa çıxanlara da göz aydınlığı verirəm. Əminəm ki, onlar bu həbs müddətində öz fəaliyyətlərini götür-qoy ediblər. Mən çox istərdim ki, onlar Azərbaycan üçün daha üstün cəhətləri özündə ifadə edən, daşıyan, dövlətçiliyimizə töhfə verə biləcək vətəndaş kimi cəmiyyətdə fərqlənsinlər. Dövlətimizə, xalqımıza xidmət üçün hərə öz imkanları daxilində töhfəsini versin. Bir sözlə artıq onlar azadlıqdadırlar. Bu, çox yaxşıdır.

Ölkəmizin prezidenti, bildiyiniz kimi, 2018-ci ilin aprel seçkilərindən sonra dərin islahatlara başlayıb. Hələ prezident seçkiləri ərəfəsində söylədiyi fikirlər göstərirdi ki, artıq prezident seçkilərindən sonra Azərbaycan dövləti, cəmiyyəti özünün daha yüksək inkişaf mərhələsinə qədəm qoyacaq. Bu, dövlətçiliyimizin yeni bir diqqəti cəlb eləyən, cəmiyyətimizi möhkəmləndirən, xalqla prezidentin birliyini daha da yüksək səviyyəyə qaldıran bir mərhələ olacaq. Bu mərhələni prezident seçkilərindən sonra cənab prezidentimiz başladıb və bu gün də ciddi şəkildə davam edir.

Təkcə 2019-cu ilin yanvarından bu tərəfə həm iqtisadi-sosial islahatlar sahədə mühüm qərarlar verilib, həm vətəndaşların gözlədiyi problemli kreditlərə dair fərman, eyni zamanda, struktur dəyişiklikləri ilə bağlı islahatların dərinləşməsinə xidmət eləyən fərmanlar, sərəncamlar imzalanıb. Bu proses gedir. Eyni zamanda, əlbəttə, gözlənilirdi ki, artıq Azərbaycana kənardan bir təzyiq forması kimi istifadə olunan, “siyasi məhbus” adlandırılan insanlar da azadlığa çıxacaqlar. Əslində prezidentin atdığı addımların mahiyyəti və məntiqi bunu göstərməkdəydi. Prezidentin atdığı bu addımlar ölkəmizdə siyasi məhbus amili üzərində alver etmək istəyən daxildəki qüvvələri və xaricdəki antimilli qüvvələri susdurmağı bacardı. Prezident bir daha nümayiş etdirdi ki, o, ölkəmizdə sağlam siyasi mühitin olmasında maraqlıdır. Məncə, başlanan bu müsbət proses davam edəcək. İstisna deyil ki, məhkəmələr qaydasında da “siyasi məhbus” kimi adı hallanan bəzi məhbuslar azad edilsin".

F.Ağamalı vurğuladı ki, demokratik cəmiyyətdə iqtidarla bərabər, müxalifətin olması çox vacib şərtdir: “Bu, ölkəmizin də inkişafı üçün ciddi bir şərtdir. Çox arzu olunandır ki, iqtidarın bu və ya digər hərəkətlərini qəbul etməyən, özü buna başqa cür yanaşan müxalifət mövqeyində duran insanlar qanunun aliliyinə söykənərək bu fəaliyyəti göstərsinlər. Prezidentimiz hər bir vətəndaşa, məmura nümunədir. Çox yaxşı olar ki, vətəndaşımız, müxalifətçilər, məmurlar cənab prezidentdən nümunə götürsünlər. O zaman məmur-vətəndaş münasibətlərində, siyasi münasibətlərdə daha yüksək səviyyəli sivil münasibətlər hökm sürəcək. Bu gün Azərbaycanda siyasi baxımdan qarşıdurma elementləri, demək olar ki, yox dərəcəsindədir. Müxalifət partiyalarının mütləq əksəriyyəti öz fəaliyyətini Azərbaycan qanunvericiliyi çərçivəsində qururlar, iqtidarla onların dövlətçilik baxımından hər hansı bir problemləri yaşanmır. Bu cür üstün cəhətləri, əlbəttə, unutmaq olmaz. Cənab prezidentin sosial-iqtisadi islahatların ardınca imzaladığı məlum əfv fərmanı ölkəmizdə siyasi münasibətlərin daha da müsbət yön almasında şübhəsiz ki, ciddi təsirini göstərəcək. Müxalifətlə iqtidar arasında münasibətlərin daha yüksək səviyyədə qurulması üçün bundan sonra hər iki tərəfdən yeni addımlar atıla bilər. Müxalifət iqtidara qarşı qərəzli mövqedən imtina edərək konstruktiv mövqedə duran mövqe nümayiş etdirsə, əlbəttə, iqtidar tərəfindən də onlara doğru addımlar atıla bilər. Bizim çox ciddi problemimiz var - Qarabağ problemi. Torpaqlarımızın işğalda olması bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Burada iqtidar-müxalifət anlayışı tamamilə kənara qoyulmalıdır. Birmənalı olaraq bu anlayışdan imtina edib hər birimiz işğaldakı torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni etməliyik. Bununla bağlı iqtidarla müxalifət arasında dialoq da təşkil oluna bilər. Ölkəmizin, ola bilsin ki, sosial-iqtisadi inkişafı ilə bağlı, digər vacib məsələlərlə bağlı iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqlar da təşkil oluna bilər. Bunlar siyasi mühit üçün də faydalı olar. Gələcəkdə bütün bunların olmasını istisna etmirəm”.

Deputatın sözlərinə görə, eyni zamanda, təbii ki, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün də bundan sonra dövlət başçısının siyasəti daha ardıcıl xarakter daşıyacaq: “Xüsusi olaraq vətəndaş cəmiyyətinin güclənməsində mühüm rol oynayan QHT-lərin, medianın fəaliyyəti bundan sonra, məncə, daha intensiv xarakter daşıyacaq. Onların bu və ya digər layihələrdə iştirakına geniş imkanlar açılacaq. İctimai rəyin formalaşmasında, dövlətçiliyimizdə xüsusi töhfələr vermək üçün güclü imkanlara malik Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətində də bundan sonra geniş imkanlar yaradılacaq. Bir sözlə, Azərbaycan getdikcə daha güclü bir cəmiyyətə, daha güclü ölkəyə çevrilməkdədir. Ölkə prezidentinin atdığı addımların mahiyyətində və məntiqində ciddi bir hədəf durur. Bu da yaxın zaman kəsiyində Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaq üçün onun iqtisadi, sosial inkişafı ilə bərabər, həm də güclü vətəndaş cəmiyyətinin olması mühüm şərtdir. Mənə belə gəlir ki, artıq biz buna doğru ciddi addımlar atmaqdayıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Bu gün, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Bu gün, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Bu gün, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Bu gün, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Bu gün, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Bu gün, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Bu gün, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Bu gün, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Bu gün, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Bu gün, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:57
“Rusiya ilə əlaqəm qalmayıb, Vətən daha yaxşıdır” – Milyarder Fərhad Əhmədov
Bu gün, 09:54
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru