“Müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib” - deputat
Tarix: 5-02-2019, 08:33 | Çap et
 Bəzən tənqidçilər hesab edirlər ki, Azərbaycanda müxalif düşərgə özünü “sözəbaxan” aparır. İqtidar onlara mitinq icazəsi verirsə, mitinq keçirirlər, vermirlərsə, razılıq almaq üçün ciddi dirəniş göstərmirlər. Bu, doğrudanmı belədir?
“Radikal müxalifət bundan əvvəlki parlament seçkilərinə qatılmadı. Daha öncəki seçkini isə uduzub. Biz demokratik cəmiyyətdə yaşayırıq və hər kəsin gücü seçkidə özünü göstərir”.
Bu fikirləri “Yeni Müsavat”a deputat Musa Quliyev müxalif qüvvələrin iqtidara təzyiq gücünün olmaması barədə danışarkən söylədi. Deputat təklif edir ki, müxalifət payızda keçiriləcək bələdiyyə seçkilərində iştirak eləsin və iqtidara gücünü nümayiş etdirsin: “O ki qaldı müxalifətin mitinqinin təsiri nəticəsində dövlət hansısa addımlar atır, bu, çox gülünc fikirlərdir. Dövlət idarəçiliyi təcrübəsi olanlar bilir ki, hökumət planları əvvəldən qurur, layihələr həyata keçirir. Azərbaycan hökuməti öz işini görür. Hakimiyyət hər hansı addımı kiminsə iddialarına uyğun atmır. Ona görə mitinqdən bir həftə sonra addımlar atılmır. Belə fikirlər aksiyada iştirak edənlərin aldadılması üçün bir tryukdur”.
M.Quliyev müxalifətin mitinqlərdə səsləndirdiyi şüarlara görə təəssüf edir: “Əfsus ki, müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib. Məsələn, Gürcüstanın Axalakalaki vilayətində erməni terrorçusuna abidə qoydular. Amma mitinqdə sinəsini cıranlar Gürcüstanın Bakıdakı səfirliyinin qarşısına toplaşmadı, aksiya keçirmədi, bir kəlmə söyləmədilər. Biz bilmirik, bəlkə abidəni qoyanlarla eyni mənbədən maliyyələşirlər? Yaxşı olar, bu suala cavab versinlər”.
Siyasi şərhçi Hikmət Hacızadə müxalif qüvvələrin iqtidara təzyiq gücünün azalmasının səbəbləri barədə bildirdi ki, mübarizə üçün münbit şərait olmalıdır: “Azərbaycanda olmayan da elə bu mühitdir. Müxalifət heçə endirilib, hökumət müxalifətlə teatr göstərə bilir”.
Politoloqun fikrincə, hökumətə nə boyda teatr lazımdırsa, müxalifətə o qədər yer verir: “İstəsə qapı-pəncərələri bağlaya bilər, interneti, televiziyanı bloklayar. İstəyəndə mitinqə icazə verir, istəmirsə vermir. Əhalidə tərpəniş olmalıdır. Mitinqlərdə kütləvilik yoxdur. İcazəsiz aksiyalara 200-300 adam gəlir.
İlk növbədə gənclər üçün meydan olmalıdır ki, o da yoxdur. Yaşlı müxalifət gözləyir ki, gənclər yeni ideyalarla gəlsin, formalaşsın. Amma cavanları da sıxırlar. Əhali etirazlara qarışmırsa, bu şəraitdə müxalifətdə olanları qəhrəman sayıram. Belə vəziyyətdə nə isə etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, müxalifətdə qalanları da incidirlər, yaxınlarını işə götürmürlər. Amma belə davam edə bilməz, böhran dərinləşəcək. Ona görə islahatlar lazımdır".
AĞ Partiyanın başqanı Tural Abbaslı isə müxalifətin hakimiyyətə təzyiq edə bilməməsində günahı daha çox birincilərdə görür:
“Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur. Müxalifətin gücü narazı elektoratdır. Əgər onlar hakimiyyətin cizdiyi dairədə müxalifətçilik edə bilirsə, deməli, narazı qüvvələri yanına ala bilməyiblər. Çünki hakimiyyət qədər yaşı olan müxalifət xalq üçün etimadsızlaşıb. Artıq bəzilərini ləqəblərlə xatırlayırlar. Müxalifət öz daxilində yenilənməlidir”.
T.Abbaslının sözlərinə görə, narazı elektoratın tələbatına uyğun təşkilatlar, strukturlar təqdim olunmalıdır: “Mitinq keçirirsən, telefon nömrələrinə sonra zənglər olunur, təqiblər başlayır. Müxalifət narazıların təhlükəsizliyini də düşünməlidir. Bunun üçün yeni platformalar tapmalıdır, sosial şəbəkələr, müasir mediadan istifadə olunmalıdır. Taktika dəyişməsə, hakimiyyətə təsir imkanları çətin olacaq. Müxalifət iqtidar qarşısında zəifdirsə, o demək deyil hakimiyyət güclüdür. Sadəcə, bu düşərgə öz metodlarını yeniləsə, iqtidarın hansı gücə malik olduğu üzə çıxar”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51 |
|
|
|
• “Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46 |
|
|
|
• Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43 |
|
|
|
• İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41 |
|
|
|
• "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38 |
|
|
|
• “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34 |
|
|
|
• Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28 |
|
|
|
• Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25 |
|
|
|
• "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23 |
|
|
|
• "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18 |
|
|
|
• ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14 |
|
|
|
• "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12 |
|
|
|
• Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09 |
|
|
|
• GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
• "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58 |
|
|
|
• 3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45 |
|
|
|
• Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31 |
|
|
|
• Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28 |
|
|
|
• 'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09 |
|
|
|
• "Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03 |
|
|
|
• Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02 |
|
|
|
• Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59 |
|
|
|
• Litva Rusiyaya nota verib
Dünən, 17:58 |
|
|
|
• Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55 |
|
|
|
• “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53 |
|
|
|
• Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50 |
|
|
|
• Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
• Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43 |
|
|
|
• Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28 |
|
|
|
• Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19 |
|
|
|
• Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16 |
|
|
|
• Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08 |
|
|
|
• Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55 |
|
|
|
• Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53 |
|
|
|
• Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
• Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42 |
|
|
|
• LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38 |
|
|
|
• Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35 |
|
|
|
• Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27 |
|
|
|
• “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26 |
|
|
|
• Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23 |
|
|
|
• Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19 |
|
|
|
• TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04 |
|
|
|
• "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59 |
|
|
|
• “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48 |
|
|
|
• Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45 |
|
|
|
|