“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                 

"Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər" - Aynur Camalqızı
Tarix: 2-02-2019, 10:46 | Çap et
"Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər"
Siyasi partiyalar hər il Mərkəzi Seçki Komissiyasına, hər rüb Vergilər Nazirliyi və DSMF-yə hesabatlar təqdim etməlidir. Bu hesabatlar, onların nəticələri niyə ictimaiyyətə açıqlanmır?

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Onun sözlərinə görə, hesabat təqdim etməyən və yaxud şəffaf fəaliyyət göstərməyən siyasi qurumların cərimələnməsi qanunvericiliklə nəzərdə tutulur:

“Mövcud qanunvericiliyə görə, maliyyə hesabatı verməyən və yaxud yanlış məlumat göndərən siyasi partiyalara maliyyə sanksiyaları tətbiq edilməli, vergi yoxlamaları aparılmalı, hətta qeydiyyat məsələsinin ləğvi gündəmə gəlməlidir. İndiyə qədər hansısa partiyanın sanksiyalarla üzləşdiyini müşahidə etməmişik və yaxud bu barədə məlumat ictimailəşdirilməyib. Səbəbi bizim üçün olduqca maraqlıdır”.

A.Camalqızı qeyd edib ki, bəzi radikal partiyaların maliyyə mənbələri haqda kifayət qədər ciddi ittihamlar səsləndirilir və bu, hətta Milli Məclis deputatlarının belə reaksiya verdiyi səviyyəyə çatıb:

“Məsələn, uzun müddətdir qərargahı olmayan AXCP-nin hansı prinsiplə və necə fəaliyyət göstərdiyi, necə maliyyə hesabatı verdiyi bizim üçün maraqlıdır. Əgər bu partiya qərargahının olmaması səbəbindən maliyyə hesabatları təqdim etmirsə və yaxud fəaliyyət göstərmədiyi haqda hesabat təqdim edirsə, onda Ədliyyə və Vergilər nazirliklərinin araşdırmasına böyük ehtiyac var. Çünki keçirdikləri kütləvi aksiyalara xərclənən maliyyənin haradan və necə əldə edildiyi göstərilməlidir. Ən azı plakatların hazırlanması, təbliğat vasitələri, sosial şəbəkələrdə reklamların verilməsi, səsgücləndirici qurğuların icarəsi, icarəyə götürülən avadanlıqların aksiya keçirilən əraziyə daşınması, aksiyanın təşkilat komitəsinin rabitə, nəqliyyat və digər xərcləri – mən hələ aksiya iştirakçılarına paylanan qeyri-rəsmi vəsaitlərdən danışmıram – ciddi maliyyə tələb edir. Bütün bunlar necə həll edilir? Bizim Ədliyyə və Vergilər nazirliklərindən bu məlumatları əldə etmək haqqımız var. Bu məlumatların sözügedən nazirliklərə təqdim edilməsi isə onların öhdəliyidir”.

A.Camalqızı qeyd edib ki, bu prosesdə şəffaflığın olmaması, naməlum maliyyə qaynaqları ciddi şübhələrin yaranmasına gətirib çıxarır:

“Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər. Azərbaycan kifayət qədər həssas bölgədə yerləşir, müharibə şəraitindəyik və düşmən erməni diasporunun ölkəmizə qarşı müxtəlif beynəlxalq donor təşkilatları vasitəsilə fəaliyyət göstərdiyi vaxtaşırı ortaya çıxır. Biz necə əmin ola bilərik ki, onların maliyyələşmə mənbəyi erməni lobbisinə aid deyil?”

Politoloqun sözlərinə görə, son vaxtlar ölkə daxilində “5-ci kolon”un aktivləşdiyini hər kəs müşahidə edir:

“Təəssüflər olsun ki, onlar təkcə xaricdəki antiazərbaycan qüvvələrdən, erməni lobbisindən deyil, həm də Azərbaycanın imicinə zərbə vurmaq istəyən, xalqla prezident arasındakı inam, etimad bağını dağıtmaq istəyən ölkə içindəki bəzi qruplardan da bu və ya digər formada dəstək alırlar. Yanvarın 19-da Milli Şuranın aksiyasındakı cüzi artım da əslində o cəsarətin göstəricisi idi. Aydındır ki, ölkə başçısının ortaya qoyduğu genişmiqyaslı struktur islahatları bəzi qüvvələri sözün əsl mənasında narahat edir. Müxalifət vasitəsilə hakimiyyətə güc göstərmək istəyənlər anlamır ki, Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birlik illərlə qazanııb. Bu birliyi və həmrəyliyi qırmağa onların nə gücü, nə də maliyyəsi yetər. Əslində, ictimai asayişin pozulması narahatlığı olmasaydı, müxalifətin yanvarın 26-da keçirəcəyi mitinqə də Bakı Şəhər İcra Hakimiyyəti icazə versəydi, inanın ki, Novxanıdakı mənzərənin “Məhsul”da şahidi olacaqdıq. 200-300 nəfərlik “möhtəşəm aksiya” ilə Əli Kərimli “meydan” oxuyacaqdı. Çünki 25 ildir bu proseslərin yaxından izləyənlər bilir ki, həmişə belə olub: mitinqlərə 2000 nəfərlə başlayan radikal müxalifət ikinci, üçüncü dəfədən sonra meydanda 200 nəfər iştirakçı ilə qalıb. Dünya dəyişir, inkişaf edir, radikallar isə 90-cı illərin əvvəllərində ilişib qalıb. Onlar anlamaq istəmir ki, bunca inkişaf yolu keçən Azərbaycanda çoxminli etiraz aksiyaları artıq arxivə gömülüb. O zaman Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Qarabağ ağrısı ilə meydanlara gələn azərbaycanlılar söz deməyin, şikayət etməyin, etiraz etməyin daha sivil yollarını görürlər. Bu yol müxalifətin aksiyalarında bağırmaq deyil. Gözümüzün önündə onlarca örnəyi var bunun. “Azərenerji”nin ixtisara düşmüş əməkdaşlarının müraciətinə ölkənin Birinci vitse-prezidenti dərhal reaksiya verirsə, işdən çıxarılanlar anında işlə təmin olunursa, müxalifətin düzənlədiyi aksiyaya kim gəlsin və niyə gəlsin?”

A.Camalqızı bildirib ki, xalq Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin abidəsi önündə yalandan qışqıranların, bu böyük kişiləri “liderim” adlandıran şəxslərin mahiyyətinə son 25 ildə çox yaxından bələd olub:

“Həmin Elçibəy Əli Kərimlinin satqınlığı barədə nə demişdi? “Bir əlindən mən tutmuşam, bir əlindən hakimiyyət”. İndi “sizi qələbəyə özüm aparacam” deyə hətta yanaşı dayandığı partiya sədrlərini belə görməzlikdən gələn və saçı-saqqalı ağarmasına, müxalifətdə qocalmasına baxmayaraq, 30 ildir “iddialı gənc” olmaqda davam edən Ə.Kərimlinin şəxsi ambisiyalarına, ətrafındakıları daim güdaza vermək istedadına kim şübhə edir ki! Diqqət edirsinizsə, bu qrupun yanında bəzi beynəlxalq təşkilatların ayırdığı qrant layihələrlə çalışan 5-3 gəncdən başqa heç kim yoxdur. Ümumiyyətlə, heç bir ideoloji bazası, daxili və xarici siyasətə konseptual baxışı olmayan bir şəxsin yanında ömrünü müxalifətdə keçirdiyi üçün bu yaşda daha başqa bir işə yaramayan şəxslərdən başqa kim ola bilər?”

Politoloq sonda qeyd edib ki, partiyaların maliyyə şəffaflığı təmin edilərsə, onda “5-ci kolon” da gün işığına çıxar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru