“Azərbaycan yox, Ermənistan sülhə hazırlanmalıdır” - deputat
Tarix: 24-01-2019, 08:43 | Çap et
ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Parisdə keçirilən görüşündən sonra həmsədrlərin “Xalqların sülhə hazırlanması məsələsi müzakirə edildi” bəyanatı cəmiyyətdə birmənalı qarşılanmayıb. Eyni zamanda suallara səbəb olub ki, xalqları sülhə necə hazırlamaqdan söhbət gedir, xalqlar sülhə necə hazırlanmalıdır.
Bu barədə “Yeni Müsavat”a şərhində deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, sülhə hazırlamaq məsələsi qoyularkən Azərbaycan xalqı ilə erməniləri bərabər tutaraq müqayisə etmək yanlışdır: “Erməni cəmiyyəti aqressivdir. Çünki Ermənistan işğalçı dövlətdir, işğalçı dövlətin əhalisi hələ bu günə qədər Azərbaycanın torpaqlarını işğaldan geri qaytarmaq mövqeyini ifadə etməyib. Əksinə, uzun illər boyu erməni cəmiyyəti aqressiv cəmiyyət olaraq formalaşdırılıb, işğalçı, kriminal rejimin işğal mövqeyini dəstəkləmək ruhunda tərbiyələndirilib. Ona görə Ermənistan əhalisi, erməni cəmiyyəti sülhə hazırlanmalıdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmalıdır və indiki hakimiyyət bu məsələdə erməni xalqının dəstəyini qazanmalıdır. Əvvəlki rejim buna imkan vermirdi. Əvvəlki rejim öz hakimiyyətini möhkəmləndirmək üçün məhz işğal faktorundan istifadə edərək ”Böyük Ermənistan" kimi xülyalarla faşizm ruhunu özündə ifadə eləyən təbliğatla əhalini aqressiv mövqeyə kökləyirdi. Bu cür təbliğatla formalaşdırılan Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır".
F.Ağamalı qeyd etdi ki, Azərbaycan isə işğala məruz qalmış ölkədir, Azərbaycan xalqı Ermənistanın işğalçılıq addımlarından çox böyük məhrumiyyətlər yaşamış xalqdır: “Azərbaycan dünyada tolerant dövlət, xalq kimi qəbul edilir və xalqımız işğala son qoyulacağı halda ermənilərlə sülh şəraitində yaşamağa hazırdır. Biz mənfur, hiyləgər qonşu ilə bir arealda yaşamağa məhkumuq. Deməli, Azərbaycan Ermənistanla qonşuluqda sülh şəraitində yaşamağa məhkumdur. Dağlıq Qarabağda yaşayan ermənilər isə Azərbaycanın vətəndaşlarıdır. Biz həmin vətəndaşlarımızı da öz içimizdə qəbul etməliyik və edirik. Həmin vətəndaşlarımıza da digər azsaylı millətlərə mənsub vətəndaşlarımıza olan münasibətimizi tətbiq etməliyik. Bütün bunlar Ermənistan qoşunlarının bizim torpaqlarımızdan çəkilməsi və işğaldakı ərazilərimizin azad olunmasından sonra olmalıdır. Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, Azərbaycan xalqı təbii ki, onları qəbul etməlidir. Mən düşünürəm ki, Azərbaycan xalqı Ermənistan silahlı qüvvələrini bizim ərazilərimizdən çəkib apardıqdan sonra indi cəmiyyətimizdə mövcud olan Ermənistanın işğalçılıq siyasətinə qarşı aqressiv münasibət xeyli dərəcədə yumşalacaq. Çünki Azərbaycan xalqı ermənilərdən fərqli olaraq daha düşüncəli, daha realist, tolerant xalqdır. İşğal olunmuş torpaqlarımızın azad olunması üçün bu gün sülhə doğru addımlar atılırsa, biz bunu dəstəkləməliyik. Çünki müharibə olacaqsa, hamımızın övladlarının şəhid olması, əlil olması realdır. Ona görə də əgər məsələnin sülh yolu ilə həlli varsa, biz buna dəstək verməliyik. Elan etməliyik ki, bizim erməni xalqı ilə sülh şəraitində yaşamaq problemimiz yoxdur, təki ermənilər buna hazır olsunlar, təki işğalçı qüvvələr Azərbaycanın işğal olunmuş ərazilərindən getsinlər. Belə olan şəraitdə Azərbaycan xalqının ermənilərlə heç bir problemi olmayacaq”.
Deputat vurğuladı ki, Ermənistan əhalisinin sülhə hazırlanması kimi ağır, çətin miras keçmiş hakimiyyətdən Nikol Paşinyan hakimiyyətinə qalıb: “Paşinyan bu son dərəcədə vacib və çətin olan vəzifəni həyata keçirməlidir, onun başqa alternativi yoxdur. Əgər belə olmasa müharibə qaçılmaz olacaq. Müharibə də olsa artıq Ermənistan dövləti elə bir sarsıdıcı zərbə alacaq ki, o dövlətin yaşayıb-yaşamaması ciddi sual altında qalacaq. Mən güman edirəm bunu onlar anlamamış deyillər. Ancaq bunun üçün Paşinyan özünün dayaqlarını ciddi şəkildə möhkəmlətməlidir, ”müharibə partiyası" olan Respublikaçılar Partiyasını tamamilə siyasi cəhətdən axtalamalıdır və onu təsirsiz bir quruma çevirməlidir, bu partiyanın cinayətkar əməllərini ifşa etmək üçün çox cəsarətli addımlar atmalıdır. Hələlik Nikol Paşinyan Ermənistan xalqının dəstəyinə malikdir. O, bu dəstəkdən nə qədər gec deyil, istifadə etməlidir və Ermənistan əhalisini aqressiv şəkildə formalaşdıran Respublikaçılar Partiyasının bütün dayaqlarını məhv eləməlidir.
Eyni zamanda öz xalqına izah etməlidir ki, onların işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməkdən başqa yolu yoxdur, Ermənistanın Azərbaycan və Türkiyədən təcrid siyasəti ölkəni ağır duruma salır və fəlakətli vəziyyət yaradır, çıxış yolu qonşu dövlətlər olan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasıdır, bunun üçün də ərazi iddialarından imtina etmək lazımdır. Paşinyan erməni xalqının qarşısında məsələ qoymalıdır ki, ya biz buna gedib Ermənistan dövlətini qoruyub saxlamalı və inkişaf etdirməliyik, ya da bütün bunlardan imtina edib Ermənistanı məhvə aparan müharibə yolunu tutmalıyıq. Erməni xalqına bu fikrin təlqin olunması Ermənistan dövlətinin qorxaqlığı kimi təqdim olunmalı deyil, bildirilməlidir ki, reallıq bundan ibarətdir. Paşinyan rejimi bundan qorxmalı deyil. Çünki başqa variant yoxdur. Yayılan məlumatlara görə, Tovuz rayonunun Əlibəyli kəndi ilə qonşu olan Ermənistan kəndində Ermənistan ictimai televiziyası “Dünənin dostluğu - bu günün düşmənçiliyi” ilə bağlı bir sorğu aparıb. Bu sorğuda ermənilər dünənə qədər Azərbaycan xalqı ilə dostluğu, münasibətlərin yüksək səviyyədə olmasını dilə gətirib. Bu cür layihələri Ermənistan hökuməti, ictimai qüvvələri, mediası davam etdirməlidir, öz xalqlarını aqressivlikdən daşındırmalıdır və sülhə hazırlamalıdırlar. Onlar da, beynəlxalq təşkilatlar da, Minsk Qrupu da bilməlidir ki, işğala son qoyulacaqsa, Azərbaycan xalqı sülhə hazırdır, Ermənistan xalqını sülhə hazırlamaq lazımdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|