Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası
Tarix: 13-12-2018, 09:35 | Çap et
Noyabrın 17-də AXCP sədri Əli Kərimli ətrafında “həbs şousu”nun yaradılması onun aktivləşməsi ilə nəticələndi. Kərimli uzun müddətdir ki, hətta yaddaşlardan silinmişdi. Avropaya sığınmış Orduxan Teymurxan barəsində cinayət işinin açılmasından sonra o da yenidən “xortlayıb”. Hansı ki, bu adam QRU-nun agenti olduğu ifşa edildikdən sonra öz qınına çəkilmişdi. Sanki bilərəkdən hakimiyyət daxilində hansısa qüvvələr gündəmdə olmayan şəxsləri “diriltməklə” məşğuldurlar.
Təsəvvür edin ki, noyabrın 17-yə qədər Azərbaycan siyasətində demək olar ki, Ə.Kərimli adı yox idi. AXCP sədri sosial şəbəkələrdə canlı yayımlar etməklə gündəmə gəlməyə çalışır, amma buna nail ola bilmirdi. Bir gün “KPZ”-də qalması sanki ona “nəfəs verdi”. AXCP sədri yaranmış fürsətdə müxalifət daxilində birlik çağırışlarına start verdi, hətta bunun üçün bəzi partiya rəhbərləri ilə görüşdü, öz liderliyi fonunda birliyin yaranması üçün hərəkətə keçdi.
O.Teymurxan da son aylarda demək olar sosial şəbəkələrdə qeyb olmuşdu. Avropada “söyüş müxalifət”inin əsasını qoyanlardan olan bu şəxsə qarşı cinayət işinin açılması və axtarışa verilməsi onu yenidən aktivləşdirdi.
Sual yaranır: belələrinin aktivləşməsi kimə lazımdır?
Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, bu ilin aprelindəki prezident seçkilərindən sonra hökumətdə aparılan böyük dəyişikliklər fonunda bütövlükdə hakimiyyətdə hər hansı bir qrup maraqlarının, komandalaşmanın, fərqli şəxslər, nazirlər çevrəsində kimlərinsə yer almasının, onların birinin digəri ilə rəqabətdə olması haqda deyilənlərin bir əsası yoxdur: “Tarixən belə olub ki, hakimiyyət sistemində müxtəlif maraqlar, düşüncələr, istəklər ola bilər. Hakimiyyət içərisində süni müxalifət yaratmaq, ”ölüləri diriltmək" cəhdləri sonuncu məsələyə aid edilə bilməz. Gəlin 17 noyabrda nə baş verdiyini xatırlayaq. Məsələ ilə bağlı youtube kanalından axan zəhərləri görəndə gerçəkdən insan təəccüblənməyə bilmir. 90-ci illərin “qəhrəmanları” unutmayıblar ki, şəhidlərin bu vətən üçün canlarından keçmələri bir dəyərə malikdir. Onların həmin dövrdəki siyasi hikkələri və qovğaları ayrı bir hesabda yer almalıdır. Adamlar Şəhidlər Xiyabanını Azadlıq meydanına, yaxud mitinq və keçə yürüşləri yerinə çevirmək istəyirdilər. Bunlar düşünmürlər ki, ruhlar danışmalı olsalar, dilə gəlsələr Əli Kərimli və çevrəsindəkiləri bu hərəkətlərinə görə suçlayardılar. Hakimiyyətdə təmsil olunduqları vaxtlar şəhidləri siyasətlərinə qatanlar hələ də o təfəkkürdən kənara çıxa bilməyiblər. 11 min manata görə bir neçə insanın narazılığını bütövlükdə Azərbaycanda şəhidə verilməyən hal kimi irəli sürəndə, istismar edəndə düşünməli idilər ki, özlərinin əsl xislətlərini nümayiş etdirəcəklər. 17 noyabrda bunu etdilər də. Onların bir neçə təbliğat materialını izləyəndə insan dəhşətə gəlir. Guya xiyabanın qarşısına qıfıl vurulacaqmış, ziyarətlər guya yasaq edilib. Əli Kərimlinin saxlanması heç bir halda onu süni şəkildə təzədən müxalif camiənin önünə çıxarmaq, ona hakimiyyətin önəm verdiyini göstərmək üçün deyildi".
Z.Oruc deyir ki, prezident İlham Əliyev hər addımda dövləti qurmağa çalışır, bütün xarici təhlükələrdən ölkəsini qoruyur: “2008-ci ildə Gürcüstanın timsalında Qafqazlar müharibə məkanına çevriləndə o zaman baş nazir olan Vladimir Putinə telefon zəngi etmək gerçəkdən böyük cəsarət tələb edirdi. Çünki Saakaşvilinin addımlarının fonunda avropalı liderlərinin Tiflisə getmələri, dəstək nümayiş etdirmələri ciddi təhlükələr yaratmışdı. Bu, ölkəmizin verdiyi hava xəttinin, yaxud sonrakı coğrafi yolun hesabına baş vermişdi. Hakimiyyətin rəqibləri o addımları ata bilərdilər? Əminliklə deyirəm ki, edə bilməzdilər. Bir tədbir belə təşkil etməyə cəsarətləri çatmazdı. Əli Kərimlinin siyasi boyuna, çəkisinə, daşıdığı düşüncələrə ən yaxşı qiyməti keçmiş silahdaşları verib. Elçibəydən sonra ən mühüm şəxslərin bir çox hissəsi gələcəklərini bu hakimiyyətlə bağladılar, yerdə qalanlar isə ən azından Əli Kərimlidən ayrılıblar. Hüquqi varislik uğrunda isə hələ də savaş getməkdədir”.
Deputat O.Teymurxanla bağlı məsələyə də toxundu: “Avropada müxtəlif xalqların yüz minlərlə nümayəndəsi yaşayır. Miqrasiya hərəkatları daimidir, əbədidir, qaçılmazdır. Hakimiyyətin müxtəlif qolları, təmsilçiləri, media mənsubları ayrıca bir neçə nəfərin adını çəkiblər. Onların tüfeyli, mənən düşkün, İŞİD təfəkküründə olduqlarını qabardıblar. Başqalarının niyə adları çəkilmir? Hətta Qənimət Zahid bir tribunanı götürüb, orada dezinformasiyalar yaymasına, təcrübəsinə uyğun bir sıra manipulyasiyalara əl atmasına rəğmən kimsə onun haqqında cinayət işi qaldırmır. Maksimum dərəcədə elə bir leksikon seçir ki, qarşı tərəfin özünün, ailəsinin, doğmalarının şərəf və ləyaqətinə toxunmasın. Biz də hər zaman virtual dialoq apardığımızı bildiririk. Amma Vidadi İsgəndərli kimi rəzil, mənən hər cür yaramazlığa qadir olan, özünü itirmiş və Avropanın casus şəbəkələrinin əlində alətə çevrilən birisi haqqında insanın danışmağa belə ağzına heyfi gəlir. Belə şəxslərə başqa nə münasibət olmalı idi? Bir neçə gün bundan öncə iki mühacirin 70 min avronun bölüşdürməsi uğrunda bir-birinə qarşı hansı qarğışları, söyüşləri etdiklərinin hər birimiz şahidi olduq. Bu adamların təfəkkürü ilə hakimiyyətin alternativini formalaşdırmaq mümkündür? Kiçik bir zaman kəsimində mənafelər toqquşan kimi hər cür lənətləri yağdırırlar. Demokratiyanı, Qərb dəyərlərini, liberalizmi onlarmı təmsil edirlər? Bu millət taleyini Orduxanlara bağlamalıdır? Bəzi anlarda kimlərinsə adlarının çəkilməsi onları məşhurlaşdırmaq, hakimiyyətin onlara önəm verdiyi anlamına gələ bilməz. On minlərlə insan bu hakimiyyətin xəttindən fərqli düşünür. Nələrləsə barışmaya bilərlər. Həmin qüvvələr iqtidarda təmsil oluna bilmirlər. Hansısa bir məmurun fəaliyyəti onları qane etməyə bilər. Azərbaycanı başqa bir şəxsin, yaxud şəxslərin rəhbərliyi altında görmək istəyirlər. Bu gün hər kəs öz mövqeyini bildirmək üçün geniş imkanlar əldə edir. Biz bunlardan qətiyyən narahat deyilik. Təhqir demokratiyanın simvolu ola bilməz. Bunu azadlıqlarla qarışdırmalı deyilik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
|