Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                     İrəvan Moskvanın əsəblərini tarıma çəkir .....                     Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? .....                     Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                     Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb .....                     Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb .....                     Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ .....                     Zurabişvili ermənilərə “dayı” deməyə başladı .....                     Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir .....                     Qubada əsas söz sahibi kimdir? .....                     İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib .....                     15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... .....                     Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? .....                     Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... .....                     Vüqar Əhmədov idarə rəisi təyin etdi .....                     Moskvada Zəngəzur planı ifşa edildi .....                     Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... .....                     “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Buta” klinikasının gözdən-könüldən uzaq işləri .....                     "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" .....                     İşçilər bunları bilməlidir... .....                     ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək .....                     Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                 

"Onlar yalnız xaricə getdikdən sonra söyüşləri, ortaya qoyduqları “əxlaqları” ilə tanınıblar" - Aynur Camalqızı
Tarix: 26-10-2018, 09:18 | Çap et
"Onlar yalnız xaricə getdikdən sonra söyüşləri, ortaya qoyduqları “əxlaqları” ilə tanınıblar"
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında gündəmin aktual mövzuları ilə bağlı suallarımızı cavablandırıb.

Öncə bu günlərdə 5 yaşı tamam olan axar.az saytı barədə danışan Aynur Camalqızının müsahibəsinin birinci hissəsini təqdim edirik:

- Aynur xanım, öncə sizi media strukturunuza daxil olan axar.az saytının 5 illiyi münasibətilə təbrik edirik. Nə deyə bilərsiz, axar.az Azərbaycan mediasına, xüsusilə yeni mediaya nə verdi?

- Təbriklər üçün çox təşəkkür edirəm. Axar.az-ı komandamızın uğuru sayıram. Bu, mənim çox dəyər verdiyim media quruluşlarından biridir. Düşünürəm ki, axar.az-ın Azərbaycan onlayn mediasında özünəməxsus yeri və auditoriyası var. Bu auditoriya kifayət qədər sanballı və intellektualdır. Siz təsəvvür edin ki, onlayn və tiraj üçün bütün medianın şouya, açıq-saçıq materiallara qaçdığı bir məqamda axar.az-da bu tip materiallar, hətta versək belə, demək olar, oxunmur. İlk gündən axar.az açıq-saçıqlıqdan, 18+ xəbərlərindən tam imtina etdi və oxucusu da bu cür formalaşdı. axar.az-ın kifayət qədər böyük oxucu auditoriyası ciddi ictimai, siyasi və sosial mövzular, təhlillər tələb edir, komandamız da gün ərzində bunları istehsal etməyə çalışır. Sizi inandırıram ki, ən tirajlı şou saytının ən çox oxunan “sarı” materialından qat-qat daha artıq tirajla axar.az-da siyasi təhlillər, siyasi yükü olan xəbərlər oxunur.

Adi bir misal deyim: Prezidentin hərgünkü - bunu xüsusi vurğulayıram - sərəncam və fərmanlarına axar.az-da baxış sayı adətən günün trendinə çevrilir. Bu, əlbəttə ki, bizim oxucu auditoriyamızın kimliyi və maraq dairəsini izah etmək baxımından, məncə, kifayət edir. Yəni axar.az ilk gündən bu kursu götürdü və sevinirəm ki, heç vaxt açıq-saçıq foto-video dərc etməyən, maqazin xəbərlərinə qaçmayan ciddi ictimai-siyasi bir saytın sarı mediadan daha tirajlı olacağına inamımız, başqa sözlə desək, Azərbaycan oxucusunun intellektinə, dünyagörüşünə, səviyyəsinə güvəncimiz nəticə verdi.

Mən yerli medianı da ciddi izləyirəm və təmsil elədiyim digər saytlarda da bu göstəricilərin fərqli olduğunu bilirəm. Bu, bir daha təsdiqləyir ki, axar.az öz ətrafına ciddi və intellektual oxucu auditoriyası toplaya bilib, özünü təsdiqləyib, Azərbaycan mediasına öz üslubunu təqdim edib. Qərbdə və Avropada, yaxın qonşularımız olan Rusiya və Türkiyə mediasındakı yeni tendensiyalara daha tez reaksiya verir. Düşünürəm ki, bu, Azərbaycan mediasında da yenilikdir, nümunədir: qısa xəbərlər, lakonik şərhlər, region və dünyadakı prosesləri izləmək imkanı verən yığcam informasiyalar... Müasir oxucu, bilirsiz, səbirsiz oxucudur və sosial şəbəkələr həyatımıza elə daxil olub ki, media az qala hər gün “möcüzə” yaratmaqla, böyük çətinliklə onların diqqətini özünə çəkir...

- Auditoriya qazanmısız, bəs para da qazana bilirsizmi?

- Azərbaycan mediasında - “Alexa”nın göstəricilərinə əsasən deyirəm - xəbər saytları siyahısında ilk onluqdayıq. Bu, məncə, çox yaxşı göstəricidir. Amma baxmayaraq ki, axar.az güclü və nüfuzlu saytdır, buna adekvat pul qazana bilmirik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Devalvasiyadan sonra artıq şirkətlər reklama çox pul ayırmaq istəmirlər. Ona görə də biz istədiyimiz nəticəni əldə edə bilmirik.

- Dünyada jurnalistika yenə də qorxulu və riskli peşəyə çevrilməkdədir. Son bir ildə təkcə Avropa İttifaqı ərazisində üç jurnalist amansız şəkildə qətlə yetirilib. Sonucu bolqar jurnalist Viktoriya Marinova çox qəddarlıqla öldürüldü. Sonra “Vaşinqton Post”un ərəb əsilli əməkdaşı Camal Qaşıqçı öz ölkəsinin Türkiyədəki konsulluğunda doğrandı. Belə bir situasiyada Aynur Camalqızı media qrupuna daxil olan jurnalistləri qoruya bilirmi, onlar haqqında düşünürmü və Azərbaycandakı mühiti necə qiymətləndirir? Azərbaycan mühiti də jurnalistika üçün təhlükəlimi sayılır?

- Müasir dünya məgər təkcə jurnalistlər üçünmü təhlükəlidir? Dünya təəssüf ki, artıq çox amansız, çox qəddar bir mərhələyə daxil olub. Dünyanın bir çox bölgələrində müharibələr gedir, terror dalğası hökm sürür. Məsələn, Suriyada hər gün insanlar müharibə və terrorların qurbanına çevrilməkdədir. İnsan ölümü faciədən çox, statistikaya dönüb. İnsanlar humanitar fəlakət yaşayır. Yaxud Əfqanıstandakı terror hadisələri, Ukraynada gedən proseslər, Krımda ötən həftə təhsil müəssisəsində həyata keçirilən terakt... Dediyim odur ki, bəşəriyyət bu gün bəlkə də tarixinin ən təhlükəli dövrünü yaşayır. Xalqlar ədalət axtarışındadır. O isə yoxdur. Əgər terror, müharibə varsa, o yerdə jurnalistlərin ölməsi də təəssüf ki, adi haldır. Bunun qarşısını almaq mümkündürmü? Ədalət olmadan təbii ki, yox. Bütün dünyada sülh bərqərar olmalıdır. Amma gəlin görək, fövqəldövlətlər müharibələrin qarşısını almaq istəyirmi? Çox təəssüf ki, böyük dövlətlərin liderlərinin bu yöndəki çıxışları populizmdən o tərəfə keçmir. Son olaya - Türkiyədə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülən Camal Qaşıqcı olayına gəlincə, təbii ki, barbarlıqdır, anti-humanizm aktıdır. Qaşıqcı bir müxalif mövqeli jurnalist idi və öz ölkəsini tərk etmişdi. Amma müxalif düşüncəyə görə bir jurnalisti o qədər qəddarcasına qətlə yetirmək və beynəlxalq skandal lazım idimi? Ən müxtəlif versiyalar var. Açığı, mən daha çox bu qətli Səudiyyə Ərəbistanındakı hakimiyyətdaxili qruplardan hansınınsa həyata keçirməsinə inanıram. Digər versiya isə budur ki, bu qətlin məhz Türkiyədə törədilməsi Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətlərini korlamaq məqsədi daşıyır. Səudiyyə Ərəbistanının küçələrində Türkiyə əleyhinə çıxışların artması haqda xəbərləri də nəzərə alın. Sualınızın Azərbaycanla bağlı hissəsinə gəlincə, ölkəmizdə nəinki jurnalistlər, bütövlükdə hamı və hər kəs üçün təhlükəsiz, sabit, sakit mühit var. Faktiki müharibə şəraitində yaşamağımıza rəğmən, nəinki paytaxt Bakıda, hətta rayonlarımızda, işğal altında olan ərazilərimizlə sərhəd bölgələrimizdə belə insanlarımıza heç bir təhlükə yoxdur. Azərbaycanda hər bir sahədə çalışan insanlar üçün kifayət qədər normal şərait mövcuddur. İnsanlar rahat şəkildə işləyə, yaşaya bilirlər. Eynilə jurnalistlərin də öz peşə fəaliyyətlərini həyata keçirməsi üçün heç bir təhlükə mövcud deyil. Ümumiyyətlə, hansısa təhlükədən söhbət gedə bilməz və buna görə dövlətimizə minnətdarıq.

- Konsulluqda Səudiyyənin indiki vəliəhd şahzadəsinin ən yaxın adamlarının iştirakı ilə bir jurnalist doğranıb. Bu hadisənin məhz Türkiyədə həyata keçirilməsi Türkiyəni etibarsızlaşdırma prosesidir. Lakin burada diqqəti çəkən bir məsələ Amerika kimi demokratiya qarovulçusunun Qaşıqçı qətliamına soyuq münasibətidir. Amerikanın bütün media quruluşları prezident Donald Trampı hədəf götürüb ki, prezident adekvat reaksiya vermədi. Prezidenti Səudiyyə Ərəbistanının üzərinə sərt getməməkdə, sanksiyalar tətbiq etməməkdə ittiham edirlər və bəyan edirlər ki, qətllə nəticələnməyən Skripal hadisəsinə görə Rusiyaya böyük sanksiyalar tətbiq etmisənsə, nədən jurnalistin doğranması kimi daha qəddar əməli təşkil edənlərə loyal reaksiya verirsən? Prezident Trampın timsalında Amerikanın Qaşıqçının qətlinə münasibəti bir jurnalist kimi sizə necə təsir edir?

- Açığı, mən o versiyaya daha çox inananlardanam ki, Qaşıqçının o cür qətlə yetirilməsi planında Amerikanın hər hansı bir formada rolu var. Xatırlayırsızsa, Tramp ABŞ-ın qoruması olmayacağı təqdirdə Səudiyyə Ərəbistanının heç iki həftə də dözə bilməyəcəyini və təhlükəsizliyini təmin edən ABŞ-a təzminat ödəməli olduğunu bildirmişdi. Bunun ardınca isə Ərəbistanın “daha qədim” bir dövlətçilik ənənəsinə malik olduğunu vurğulayan Məhəmməd ibn Salman təhlükəsizlik problemi yaşamadıqlarını, Amerikaya da hər hansı ödəniş niyyətlərinin olmadığını bildirdi. Digər bir məlumat da o idi ki, Amerika Səudiyyə Ərəbistanından Suriyadakı PKK terrorçularına 50 milyon dollar yardım edilməsini tapşırmışdı. Onlar isə maliyyəni ödəməkdən imtina etmişdilər. Bu baxımdan dolayısı ilə artıq sözə baxmayan Səudiyyə Ərəbistanına ağır dərs vermək planının işlənib həyata keçirilməsi versiyası da diqqətdən yayınmamalıdır.

- Demokratik prinsiplərin keşikçisi olduğunu iddia eləyən bir dövlət bu dərəcədə dəhşətli qətl hadisəsinə görə tamam başqa münasibət göstərdi. Türkiyə bunu açıqlaya bilmir, amma biz açıqlaya bilərik. Məlumdur ki, hər bir dövlət öz ərazisindəki səfirlikləri, konsulluqları dinlədir. Yəni bu baxımdan yanaşsaq, Qaşıqçının qətlə yetirilməsi prosesinin səs yazısı Türkiyə kəşfiyyatında mütləq var. Bizim fikrimizcə, məhz ilk gündən Qaşıqçının doğranaraq, işgəncə ilə öldürülməsi xəbərini dünyadakı ayrı-ayrı media quruluşlarının vasitəsilə Türkiyə xüsusi xidmət orqanları ortaya çıxardılar. Yəni mənim düşüncəm bundan ibarətdir ki, Qaşıqçının qətli Amerikanın planı deyil. Bu, Səudiyyənin indiyəqədərki fəaliyyətinin və Səud ailəsinin onları tənqid edənlərə münasibətinin davamıdır. Sadəcə, əvvəlkiləri ört-basdır eləyə biliblər, bunu ört-basdır eləyə bilmədilər...

- Bu da daha bir məntiqli versiyadır və əlbəttə, hansının doğru olması təbii ki, istintaq prosesində bəlli olacaq. Və şübhəsiz ki, Türkiyə baş verən qətlin detalları ilə bağlı yetərincə məlumatlıdır. Prezident Ərdoğanın açıqlamalarından da bu, aydın görünür. Yəqin ki, Türkiyə hamını narahat edən bir çox məsələlərə aydınlıq gətirəcək. Amma bütün hallarda bu, çox biabırçı və bir müsəlman dövlətinin - həm də İslam dünyasının liderliyinə iddia edən dövlətin - adına yaraşmayan hərəkətdir. Təəssüf ki, ərəb ölkələri ən azı Türkiyə qədər İslam adına hörmət gətirə bilmirlər. Dünyada onsuz da islamafobiya güclənir, müsəlman dövlətlərinə mənfi münasibət mövcuddur. Bu hadisə müsəlmanlara olan münasibəti bir qədər də tündləşdirəcək. Zənnimcə, təkcə Amerika yox, bütün dövlətlər Qaşıqçı hadisəsinə indikindən daha kəskin münasibət bildirməlidir.

- Keçək ölkəmizlə bağlı proseslərə. Bizim də “qaşıqçılarımız”, “şalasılarımız” var. (Gülüşmə) Son dövrlərdə Azərbaycanda və ölkə xaricində bir sıra müxalifət mövqeli insanlar sosial şəbəkələrdə söyüş kampaniyası həyata keçirirlər. Və bu kampaniya dayanmaq bilmir. Sizcə, bu prosesin qarşısını almaq üçün hansı mexanizmlər tətbiq olunmalıdır? Söyüşə söyüşlə cavab, yoxsa hansısa bir ideoloji xətt, təbliğat yürütməklə o kampaniyanı aparanları neytrallaşdırmaq lazımdır?

- Qeyd etdiyiniz proses həddən artıq ikrah doğuran və utancvericidir. Sosial şəbəkələrdə, xüsusən Yutubda dövlət rəhbərliyində təmsil olunan insanlara yönəlik o cür sözlər səsləndirənlərin əksəriyyətinin heç müxalifətə dəxli yoxdur. Uzun illər müxalifətdə olmuş insanlar da təsdiq eləyə bilər ki, onların çoxunun Azərbaycanda olarkən heç bir müxalif fəaliyyəti olmayıb. Onlar yalnız xaricə getdikdən sonra söyüşləri, ortaya qoyduqları “əxlaqları” ilə tanınıblar. Onların kampaniyasına qarşı ən yaxşı variantlardan biri “iqnor” etməkdir. Əlbəttə, burada bir psixoloji faktı da nəzərə almaq lazımdır: insanlar qadağan olunmuşa - bura söyüşdən tutmuş bütün əxlaq çərçivəsini aşan addımlar daxildir - daha çox maraq göstərir. Ona görə yox ki, onu dəstəkləyir və yaxud təqdir edir, ona görə ki, belə deyək, “ayıbın ölçüsünü” bilmək istəyir. Ona görə bu tərz videoların baxış sayı yüksək olur və şikayətlər də adekvat olmalıdır. Yəni baxışdan daha artıq şikayət tələb olunur. Bu isə mütləq təşkil olunmuş kampaniya tələb edir, çünki “abırsızdan abrını gözləmək” deyilən bir anlayış var bizim xalqın təsəvvüründə. Heç kəs əlinin çatmadığı, “ününün” yetmədiyi bir psixoloji problemi olan şəxsin diqqətini özünə çəkmək istəmir. Ancaq təşkilatlanmış formada ciddi kampaniya aparılarsa, bu, tam başqa mənzərə ortaya çıxarar.

Düşünürəm ki, ziyalılar, müxalifət liderləri də mütləq bu məsələdə mövqe və iş ortaya qoymalıdırlar. Söyüş ilk növbədə acizlik əlamətidir. Digər tərəfdən, ikrah yaradır və etiraf edək ki, söyənlər Azərbaycan müxalifətini həddən artıq hörmətdən salır. İlk növbədə müxalifət liderləri onların qarşısına çıxmalı və onların siyasi nüfuzunu zədələyən bu şəxsləri durdurmağa qalxmalıdır. Amma təəssüf ki, bəzən bunun əksini müşahidə edirik, onları bəzi müxalifət liderlərinin təlimatlandırdığı haqda da bilgilər var. Hesab edirəm ki, bu da acizliyin açıq etirafından başqa bir şey deyil.

- Belə fikirlər də var ki, hətta müxalifətin liderləri belə, onların mənəvi terrorundan qorxaraq onlara hər hansı bir çağırış və ya etiraz etməyə ehtiyatlanırlar...

- Bilirsinizmi, bu, ehtimaldır. Birincisi, baxır sən hansı formada reaksiya verəcəksən. İkincisi, burada müxaliflərin kiminsə müdafiəsinə qalxmasından söhbət getmir, məsələ dəyərlər, xalqın əxlaq ölçüləri, Azərbaycan dövlətinin simvollarına münasibət məsələsidir. Cəmiyyətə heç bir halda qəbul edə bilmədiyi söyüş, nifrət püskürülür, min illərdir formalaşan əxlaqi dəyərlərə hücum edilir. Buna necə səssiz qalmaq olar? Həzrət Əli deyirdi ki, əxlaqsızlıq səndən 5 ev o tərəfdə olanda etiraz et, yoxsa 5 günə evinə girəcək. Bu, bir, ya beş nəfərə qarşı deyil, dəyərlərimizə, milli heysiyyətimizə qarşı aparılan mənəvi terrordur və bunun siyasi deyilən heç bir çaları yoxdur. Bu mənəvi terrora qarşı isə hamı reaksiya verməlidir.

- Bir sıra hallarda da belə fikirlər irəli sürülür ki, Avropadakı söyüş müxalifətinin fəaliyyəti heç də özfəaliyyət deyil, onlar başqa qüvvələrin sifarişini yerinə yetirirlər. Bu deyilənlərdə həqiqət payı varmı? O adamlar hansısa ciddi planlar qurulacaq qədər əhəmiyyətli adamlardır?

(davamı var)
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10
Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05
Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58
Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56
“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48
“Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46
"Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru