"Media əslində mühüm vasitədir və onun missiyası çox önəmlidir"
Tarix: 5-04-2018, 08:58 | Çap et
 Aprelin 11-i Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Kütləvi informasiya vasitələrinin seçkilərdə rolu qanunlara yanaşı, medianın beynəlxalq standartlarına və etikasına əsaslanmalıdır. Bu barədə bir çox beynəlxalq təşkilatların çağırışlarında da ifadə edildiyi kimi, kütləvi informasiya vasitələri istənilən ölkədə seçki dövründəki fəaliyyətlərin ədalətli və şəffaf şəkildə göstərilməsi, vətəndaşların öz gələcəklərini müəyyən etdiyi əhəmiyyətli zaman kəsiyində əhatəli məlumatlar ala bilməsi üçün mühüm funksionallığa malikdir.
Maraqlıdır, seçki kampaniyası başlayandan bu günə kimi Azərbaycan mediasının fəaliyyəti necə olub?
Media eksperti Ələsgər Məmmədli Modern.az saytına açıqlamasında deyib ki, seçki prosesində medianın fəaliyyətini daha dəqiq qiymətləndirmək üçün hökmən monitorinq metodologiyasından istifadə olunmalıdır:
“Təbii ki, mən monitorinq aparmadığım üçün detallı danışa bilməyəcəm. Buna baxmayaraq bu istiqamətdə ümumi, olmazsa-olmaz şərtlər var. Birinci növbədə seçkilər zamanı media üzərinə düşən əsas vəzifə həmin prosesdə vətəndaşları maksimum maarifləndirmək və doğru seçim etməsinə yardım etməkdir. İkinci önəmli məqam vətəndaşların informasiya təminatı tam verilməlidir. Yəni vətəndaşlar seçkilərdə kimlərin iştirak etdiyini, prosesin necə davam etdiyini bilməlidir. Təbii ki, medianın üzərinə düşən ən önəmli öhdəlik Seçki Məcəlləsinin 77-88-ci maddələri arasında göstərilib. Bu, bütün tərəflərə bərabər yanaşılmasıdır. Çünki media özü tərəf deyil, sadəcə tərəfdar yarışı əks etdirən aynadır. Lakin bizdə seçkilər yalnız Seçki Məcəlləsinə görə İctimai TV və radio yayımlarında ödənişsiz müzakirə edilə bilir. 168 saatlıq yayım ərzində cəmi 3 saat. Bu, hətta 2 faiz belə efir vaxtı demək deyil. Digər tərəfdən media reklam qiymətləri müəyyən edib Mərkəzi Seçki Komissiyasına göndərib. Məsələn, “Xəzər” televiziyasının praym taymında 1 dəqiqəlik qiymət 7000 manatdan çoxdur. Bu cür astronomik rəqəmlərin qoyulmasının tərcüməsi əslində “mənə toxunmayın, reklam verən deyiləm” deməkdir. Çünki normalda fikirlərini cəmiyyətə çatdırmaq üçün inanmıram ki, hansısa namizəd 10 dəqiqəlik yayıma 70 min manat versin”.
Ekspert qeyd edib ki, hazırda hətta elektron medianın mümkün qədər seçki ilə bağlı proseslərdən tamamən uzaq qalması və seçki yoxmuş kimi davranması müşahidə edilir:
“Maşın sürdüyüm üçün gündəlik radio dinləyirəm. Eyni zamanda televiziya xəbər və proqramlarını da mümkün qədər ekspert kimi izləyirəm. Sanki mediaya əmr verilib ki, seçkilərdən danışılmasın və ya məlumat verilməsin. Yalnız sosial media üzərindən bəzi işlər görülür. Bu da maarifləndirici olmayan, daha çox mizah, satira xarakterli işlərdir. Seçkilər ancaq bu çərçivədə müzakirə olunur. Əlbəttə, bu, bir ölkənin, xüsusilə demokratik idarəli və bu standartı davam etdirmək istəyən bir ölkənin öz gələcəyinə nə qədər biganə olmasının nümunəsidir. Media əslində mühüm vasitədir və onun missiyası çox önəmlidir. Məsələ tək özlərinin pul qazanması üçün deyil, eyni zamanda yaşadıqları dövlətin demokratikliyi çərçivəsində qiymətləndirilməlidir. Buna uyğun davranmaq məcburidir, amma təəssüf ki, buna nə nəzarət , nə də ictimai tələb var”.
Media eksperti Zeynal Məmmədli deyib ki, Azərbaycan mediası cəmiyyətə adekvat hərəkət edir:
“Yəni cəmiyyət necə passivdirsə, mediamız da elədir. Sanki seçki dönəmini yaşamırıq. Müxtəlif kəsimlərin davranışlarını izləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizdə seçki prosesi olduğu hiss olunmur. Cəmiyyətdə də buna təpki yoxdur. Media buna uyğun davranır. Azərbaycan mediasında plüralizm oturuşmayıb. Sanki alternativ media özünə bəraət qazandırır. Yəni hazırda Azərbaycana yaraşmayan situasiyanın şahidi oluruq”.
Müsahibimiz deyib ki, seçki təcrübəmizin olmadığı 1918-ci illərlə indiki zamanı müqayisə edəndə kəskin fərqlər olduğunu görərik:
“Həmin dövrdə “Azərbaycan” qəzetində bütün kəsimlərin baxışları öz əksini tapırdı. Amma indiki rəsmi qəzetlərə baxın. Ümumiyyətlə indi çap mediası öz ruhunu itirib. Saytlar da əhalinin hansı hissəsini əhatə edə bilər ki? Təəssüf ki, bu qədər seçkiyə layiq olmadığımız bir dövrü yaşamamışıq. Hətta sovet dövründə medianın fəallığı nəzərə çarpır, bunun sayəsində seçki atmosferi yayılırdı. Fikir verin, prezidentliyə namizədlərin komandaları ilə bağlı əhalidə heç bir məlumat yoxdur. Məsələ orasındadır ki, əhali də buna maraq göstərmir və normal olaraq media da bu istiqamətdə hər hansı addım atmır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
• Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30 |
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12 |
|
|
|
• Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11 |
|
|
|
• Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04 |
|
|
|
• Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55 |
|
|
|
• Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50 |
|
|
|
• Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45 |
|
|
|
• Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43 |
|
|
|
• Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
• İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38 |
|
|
|
• Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32 |
|
|
|
• İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
• Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
• DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13 |
|
|
|
• "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11 |
|
|
|
• Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08 |
|
|
|
• Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03 |
|
|
|
• Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59 |
|
|
|
• Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56 |
|
|
|
• “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09 |
|
|
|
• Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07 |
|
|
|
• Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05 |
|
|
|
• “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00 |
|
|
|
• Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Dünən, 14:58 |
|
|
|
• Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Dünən, 14:53 |
|
|
|
• Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Dünən, 13:21 |
|
|
|
• Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Dünən, 13:19 |
|
|
|
• Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Dünən, 13:16 |
|
|
|
|