“ABŞ özü tətbiq etdiyi sanksiyalardan əziyyət çəkir”
Tarix: 3-01-2018, 12:17 |
Çap et
ABŞ Maliyyə Nazirliyi sanksiyaların tətbiq ediləcəyi Rusiya rəsmilərinin və biznesmenlərinin siyahısını fevralın 2-dək müəyyən etməlidir. Bu tədbirlərə sözü gedən şəxslərin bank köçürmələrinin, daşınmaz mülkiyyət sövdələşmələrinin və başqa təsisatlarının məhdudlaşdırılması daxildir.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ bu sanksiyalarla Rusiyanı bir çox məsələlərdən təcrid etmək istəyir:
“Bu siyasət dünya nizamının tənzimlənməsinə mənfi təsir göstərir. Sanksiyalar dünya iqtisadiyyatının problemlərini artırmaqdan başqa bir iş görmür”.