“AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                 

“Müxalifət düşərgəsində İlham Əliyevə rəqib yoxdur” - deputat
Tarix: 25-12-2017, 08:45 | Çap et
“Müxalifət düşərgəsində İlham Əliyevə rəqib yoxdur”
Bu gün ölkə əhalisini narahat edən əsas məsələlərdən biri icbari tibbi sığortanın nə zaman həyata keçiriləcəyi məsələsidir. İki rayon üzrə pilot layihəsi həyata keçirilsə də, bütövlükdə ölkənin icbari tibbi sığortaya keçilməsi 2019-cu ilə qalıb. Deputat, Yeni Azərbaycan Partiyasının Nəsimi təşkilatının sədri Məlahət İbrahımqızı “Yeni Müsavat” qəzetinə müsahibəsində əvvəlcə bu məsələ ilə bağlı suallarımızı cavablandırdı.

- Məlahət xanım, siz artıq dördüncü çağırışdır ki, parlamentdəsiniz. Bunu da bilirik ki, parlamentə səhiyyə sahəsindən gəlmisiniz, özünüz vaxtilə tibb işçisi olmusunuz. İcbari tibbi sığortaya keçidin gecikməsinin səbəbi nədir, niyə proses bu qədər ləng gedir?

- Çox təşəkkür edirəm, önəmli məsələ barədə sual verdiniz. Bu gün Azərbaycanda ağırlığı olan sosial problemlər içərisində səhiyyə xidməti, icbari sığorta ən vacib məsələdir. İcbari tibbi sığorta uğurla həyata keçirilərsə, daha biz millət vəkilləri, yaxud hökumət nümayəndələri vətəndaşın xəstəliyi və ya əməliyyat məsələsi ilə bağlı vəsait, donor axtarması kimi problemlərlə üzləşməyəcəyik. Bu gün Azərbaycanda millət vəkillərinin qarşılaşdığı iki əsas məsələ var: məşğulluq və sağlıq məsələsi. İşlə təmin olunma məsələsində xeyli irəliləyişlər var. Ədalət naminə deməliyik ki, bacarığı, biliyi, kamil təhsili olan şəxslərə kifayət qədər iş var. Biz diplom sahibi olanlardan danışmırıq, gözəl təhsil almış, kamil insanlardan bəhs edirik. Sovet dövründə cəmiyyətimizdə diplom xəstəliyi var idi, valideyn düşünürdü ki, övladı hara olursa, olsun diplom alsın. Müstəqillik dövründə məhz diplom “ixrac” edən bir sıra mənasız təhsil müəssisələri haqlı olaraq qapadıldı. Səhiyyəyə gəldikdə, elm, texnologiya, tibb elmi inkişaf etdikcə insanların ehtiyacları da artır. Məsələn, vaxtilə bizdə orqan köçürülməsi inkişaf etməmişdisə, indi vəziyyət xeyli dəyişib. Biz millət vəkilləri olaraq təəssüf ki, belə problemlərə dəstək verə bilmirik. İldən-ilə büdcəmiz artdıqca sosial yönlü problemlərin həllinə diqqət ayrılmağına baxmayaraq, insanların tələbatının artması, eləcə də icbari tibbi sığortanın hələ tam tətbiq olunmaması ilə əlaqədar belə problemlərlə üzləşirik. 2017-ci ildə Mingəçevir və Yevlaxda pilot layihə kimi icbari tibbi sığorta tətbiq olundu. Biz Səhiyyə komitəsi olaraq pilot layihələrdə davamlı olaraq iştirak edirik. Eyni zamanda Əhliman Əmiraslanovun rəhbərliyi ilə komitəmizin iclaslarını Yevlax və Mingəçevirdə də keçirdik. Əhali çox məmnundur. Növbəti il daha bir rayonda - Astarada pilot layihə həyata keçiriləcək. Bilirsiniz, islahat radikal, inqilabi formada həyata keçiriləndə çox vaxt fəsadlar ortaya çıxır. Bəzən bizim insanlar deyir Gürcüstanda icbari tibbi sığorta var, bizdə yoxdur. Düzdür, Gürcüstanda bu, bütün ölkə üzrə tətbiq olunub, amma çox ciddi problemləri var. Çünki icbari tibbi sığortanın ən vacib şərtlərindən biri infrastrukturun müasir standartlara cavab verməsidir. Bizim bölgələrimizdə müasir standartlara cavab verən səhiyyə infrastrukturu olmasa, o infrastrukturu istifadə etmək qabiliyyətinə, təhsilinə malik tibb işçilərimiz yoxdursa, icbari tibbi sığortaya keçməkdən danışmağın faydası belə yoxdur. Amma artıq bu sahədə də böyük uğurlarımız var. Mən əminəm ki, 2019-cu ildə ölkəmiz tamamilə icbari tibbi sığortanın tətbiqinə keçəcək. Çünki bundan ötrü prezidentimizin, dövlətin ciddi siyasi iradəsi var.

- Günümüzün reallığı budur ki, bir çox insanları sözün həqiqi mənasında xəstə salan onların banklardan asılılığı oldu. Baxmayaraq ki, bank faizlərinin aşağı salınması, kreditlərlə bağlı yüngülləşdirici qərarların verilməsi haqda parlamentdə də çoxsaylı çağırışlar oldu, amma nəticə dəyişmədi. Bəs, 2018-də insanları bu məsələlərlə bağlı xoş xəbərlər gözləyirmi?

- Həqiqətən ciddi, ağrılı məsələdir. Mən də belə problemləri olan çox insanlarla rastlaşıram. Bizim bir sıra banklarımız həqiqətən də vətəndaşa qarşı soyğunçuluqla məşğul oldu. O bankların çoxu bağlandı. Həmin bankların işçiləri qapı-qapı, müəssisə-müəssisə gəzirdilər, zorla vətəndaşa yüksək faizlə kredit verirdilər. Bəlkə də vaxtilə sovet totalitar rejimində, sosial mülkiyyəti dövründə yaşadığına görə əhalimiz maliyyə idarəetməsi, maliyyə mədəniyyəti barədə geniş maariflənə bilmədi. Ona görə vətəndaşlar bu kreditləri götürüb ödəyəcəyini düşündü və elə bir burulğana düşdü ki, buradan çıxa bilmədilər. Xarici ölkələrdə kiçik məbləğdə belə kredit götürəndə kreditordan elə ciddi sənədlər istəyirlər. Çox təəssüf ki, bizim bağlanan bankların əksəriyyəti soyğunçuluqla məşğul oldu, əhalinin maliyyə savadının azlığından sui-istifadə etdi. Odur ki, bu gün xeyli insanın böyük miqdarda borcu var. O insanların bir qismi evlərindən çıxarılıb. Məhkəmələrdə də kredit işləri çoxdur, ancaq məhkəmələr qərar verə bilmir və bu işlərin ucu-bucağı görünmür. Məhkəmələrin qərarının icrası ilə bağlı da ciddi problemlər mövcuddur. Yəni çox ziddiyyətli vəziyyət yaranıb. Hesab edirəm ki, 2018-ci ildə bank kreditləri ilə bağlı hansısa ciddi qərarlar qəbul olunmalıdır. Məsələn, Nəsimi rayonunda Xutor deyilən ərazi metrostansiya tikintisi ilə əlaqədar plana düşüb. İnşallah, bu yaxınlarda orda növbəti metrostansiya açılacaq. Bakı Metropoliteni də vaxtilə burada yaşamış insanlara kompensasiya verdi, ailələr köçürüldülər. Əhali də bundan çox razı idi. Amma Metropolitenin hesabı “Texnkabank” ASC-də idi. Keçən il bank bağlandı. Nəticədə həm Bakı Metropoliteninə ziyan dəydi - çünki ordakı hesab hələlik dondurulub - həm də vətəndaşlar çıxılmaz vəziyyətdə qaldı. Təsəvvür edin, əhalinin köçürüldüyü yerdə tikinti gedir, amma bunlar hələ pullarını ala bilməyib. Mən dəfələrlə müraciət etmişəm bununla bağlı. Ancaq indi biz o vətəndaşlara ancaq bunu deyirik ki, gözləyin. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun istiqamətdə hansı qərar verəcəyini gözləyirik.

- Beynəlxalq Bankın keçmiş rəhbərliyi vaxtilə mənimsədikləri milyardları ölkə iqtisadiyyatına yönəltsəydilər, yaxud vətəndaşlara güzəştli şərtlərlə kredit versəydilər, vəziyyət başqa cür olardı...

- Tamamilə sizinlə razıyam. Beynəlxalq Bankın timsalında deyək, onların dağıtdığı dövlət vəsaiti xalqın büdcəsidir, hər bir vətəndaşın zəhməti, alın təridir. Elə bu bankın rəhbərliyində olan şəxslərin hesabına çoxsaylı vətəndaşımız əziyyət çəkirlər.

- Yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişənlərin sayının artması da hazırda müzakirə olunan məsələlərdəndir. Xüsusilə də piyada ölümləri ilə bağlı faktlar çoxalır. Belə hallarla bağlı nə etmək olar?

- Bizim Azərbaycanda bir şey çatmır: ictimai qınaq. Avropanın inkişaf etmiş ölkələrində bir nəfər insanların gözü qarşısında piyada keçidi üçün zolaq, yaxud yeraltı-yerüstü keçid ola-ola, bir nəfər qadağan olunmuş yerdən keçsə, digər insanlar onun üstünə hücum çəkər, ən azı ciddi tənqid edərlər. Amma çox təəssüf ki, Azərbaycanda ictimai qınaq yoxdur.

- Tütün məmulatlarının məhdudlaşdırılması istiqamətində qanun qəbul olundu. Hələ icraya yönəldilməyib, amma görünən budur ki, elə də asan olmayacaq. Bununla bağlı nələr təklif edirsiniz?

- Elə bu da çox vacib məsələdir. Siqaretin sağlamlığa çox ciddi zərəri olmaqla yanaşı, ətraf mühitimizə mənfi təsiri də danılmazdır. Bu gün bütün dünyada ekologiyanın problemləri qlobal dəyər kimi qiymətləndirilir. Atmosferin sərhədi yoxdur ki. Nikotin, siqaret tüstüsü ətrafa da yayılır, yalnız siqaret çəkəni zəhərləmir. Mən təmiz hava almaq istəyirəmsə, siqaret çəkən niyə mənim hüququmu pozmalıdır? Yaxud insanlar var ki, siqaret tüstüsünə ciddi allergiyası var. Artıq biz qanun qəbul etdik, cərimələr də var. Ancaq maarifləndirmə lazımdır, bir də ciddi ictimai qınaq. Elə məsələlər var ki, onunla bağlı qanunun qəbuluna da ehtiyac yoxdur. Biz ata-ananı, vətəni sevməklə, şəhidlərimizə dəyər verməyimizlə bağlı qanunmu qəbul etməliyik? Elə dəyərlər var ki, qanunlardan da üstündür, “yazılmamış qanunlar” deyirlər. Yəni elə davranışlar var ki, onlara əməl olunmalıdır. Hər şeyə görə cəzaların sərtləşdirilməsi də yaxşı hal deyil, bununla millətin imici korlanar. Ona görə də biz daha çox qınağı artırmalıyıq. Bakıda nə qədər gözəl istirahət parkları var. Gedirsən, baxırsan ki, qarşısındakı adam tum qabığı tullayır yerə. Heç kəs də onu qınamır ki, ay qardaş, ay bacı, niyə bunu edirsiniz? Yəni insan digər canlılardan fərqli olmalıdır. Bu gün Afrikada insanlar artıq mədəni səviyyədə yaşamağı özlərinə təlqin ediblər. İndi biz Azərbaycanda cəzaları, cərimələri artırdıqca başqa millətlər bizə o qədər də yaxşı baxmaz. Avropada məişət tullantıları atılan yerlərə kameralar qoyublar ki, kim kənara tullantı atırsa, onu izləyir və yüksək məbləğdə cərimə edirlər.

- Ailələrdə baş verən qətllər, zorakılıqlar da artır. Bunun səbəbi nədir?

- Həqiqətən, bu, çox ürək ağrıdan, narahatedici məsələdir. 21-ci əsrdə humanizmdən, bəşəri dəyərlərdən danışdığımız halda, insanlar özlərinin ailə üzvlərini, hətta ata-anasını, övladını, bac-qardaşını qətlə yetirir. Bu, artıq mənəviyyat məsələsidir. Çox təəssüf ki, bu kimi hadisələr artıb. Hesab edirəm ki, bunun səbəbləri cəmiyyətdə araşdırılmalı və qarşısının alınması üçün ciddi tədbirlər planı hazırlanmalıdır.

- Məlahət xanım, ilin son günləridir. Yeni il ərəfəsində adətən, əfv sərəncamı imzalanırdı və bu dəfə də gözlənti var idi. Amma deyəsən, bu dəfə əfv olmayacaq.

- Mən sizə ənənəvi cavab verəcəyəm. Əfv komissiyası daimi komissiyadır, komissiya üzvlərinə də vaxtaşırı müraciətlər gəlir. Amma əfv fərmanını imzalamaq möhtərəm prezidentimizin səlahiyyətindədir. Ona görə də biz möhtərəm prezidentimizin səlahiyyəti ilə bağlı heç nə deyə bilmərik. Bu il cənab prezidentin təşəbbüsü ilə parlamentdə bir qanun qəbul olundu - cəzaların humanistləşdirilməsi ilə bağlı. Həqiqətən də bu, çox tarixi, yüksək qiymətləndirilən bir sənəddir. Cənab prezidentin bu təşəbbüsündən sonra Dövlət quruculuğu və hüquq siyasətində bütün qanunlara ciddi düzəlişlər və dəyişikliklər edildi, parlamentdə qəbul olundu. Yəqin ki, inşallah 2018-ci ildən bu, tətbiq olunacaq. Bu tətbiq olunduqda isə Əfv Komissiyasının da işi xeyli yüngülləşəcək. Cənab prezident sağ olsun ki, belə bir qərar qəbul etdi. Təkcə cəzaçəkmə müəssisələrində minlərlə məhkum var. Onların özü dövlətin üzərində bir yükdür. Dövlət onların xərclərini öz boynuna götürür, bu məsələ hökumətin üzərindədir. İkincisi də dövlət siyasətinin humanistləşdirilməsi çox mühüm hadisədir. Cəzaçəkmə müəssisələrində bu qanunun şamil olunacağı minlərlə məhkum var. Ancaq sözsüz ki, qanunun tətbiqi elə də asan deyil, onların işləri maddə-maddə təhlil olunmalıdır.

- REAL sədri İlqar Məmmədovla bağlı nə gözlənilir?

- İlqar Məmmədov gərək özü əfv üçün müraciət etsin ki, onun məsələsinə baxılsın. Əfv Komissiyasının əsasnaməsinə görə, mütləq ya məhkum özü, ya ailə üzvü müraciət etməlidir. Adam özü müraciət etmirsə, o, necə əfv oluna bilər? Mən açığı, onun hansı maddələrlə mühakimə olunduğunu dəqiq bilmirəm. Amma hesab edirəm ki, müraciət məsələsində qeyri-adi bir şey yoxdur. Üzr istəmək, “bağışlayın” demək o qədərmi çətindir?

- Gələn il prezident seçkiləridir. Rəhbərlik etdiyiniz YAP-ın Nəsimi təşkilatının namizədi kimdir?

- Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının namizədi bəllidir. 2003-cü ildən bu günə qədər YAP-ın namizədi möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Əslində o, yalnız YAP-ın deyil, xalqın mütləq əksəriyyətinin namizədidir. Hesab edirəm ki, 2018-ci il prezident seçkilərində müxalifət düşərgəsində İlham Əliyevlə rəqabət aparacaq heç bir namizəd yoxdur. Azərbaycanın bugünkü reallığı onu sübut edir ki, prezident İlham Əliyev alternativsiz namizəddir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru