Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                 

“Müharibə etsək, heç bir dövlət müdaxilə etməyəcək”
Tarix: 25-12-2017, 08:29 | Çap et
“Müharibə etsək, heç bir dövlət müdaxilə etməyəcək”
Dekabrın 20-də Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun 54 yaşı tamam oldu. “Yeni Müsavat”ın müxbiri olaraq, Etimad bəylə doğum günü, Qarabağ əlillərinin durumu və digər gündəmdə olan məsələlərlə bağlı söhbət etdik.

- Etimad bəy, sizi təbrik edirik. Müharibədə iştirak edən bir döyüşçü üçün 54 il ömür yaşamaq asandır?

- Təbriklərinizə görə təşəkkür edirəm. Düşünürəm ki, hər hansı bir insanın vətənin müdafiəsində xidmətləri varsa, yaşa dolduqca bunu diqqətində saxlayır və vətən üçün nələrsə etdiyini hər zaman düşünür. Bu da onun üçün qürurverici bir hiss olur.

- Geridə buraxdığınız ad günləri içərisində ən yaddaqalanı hansıdır?

- 40 yaşımın tamam olması ən çox yaddaqalan olub. Bu da məhbəsdə baş verib. Bilirsiniz ki, 2003-cü ildə məlum hadisələrlə bağlı bir qrup tanınmış müxalifət liderləri ilə məhbəs həyatı yaşamışam. 40 yaşımı orada həmin məhbəs yoldaşlarımla birlikdə çox gözəl keçirmişəm.

- Sizi bu doğum gününüzdə ilk təbrik edən kim oldu?

- 1992-ci ildən bu günə qədər, yəni Qarabağ Qaziləri Birliyi yaranandan bəri təşkilatın rəhbərliyində təmsil olunan şəxslərin hər birinin doğum günü yüksək səviyyədə qeyd olunub. Biz hamımız bir-birimizin ad günlərinin vaxtını əzbərləmişik. Bunun üçün də hamı bir-birini təbrik edir, ilk təbrikçi olmaq istəyir (Gülür). Bu il 54 yaşımla bağlı məni ilk təbrik edən xanımım oldu. “Şərq” qəzetində o təbrik yayılıb və sosial şəbəkələrdə də geniş yayılıb. Bundan sonra çoxsaylı şəxslərin təbriklərinin şahidi oldum. Bu da mənim üçün çox xoş oldu ki, insanlar nəyəsə dəyər verib, təbrik edirlər.

- Etimad Əsədov nə zamansa bu yaşa çatacağını gözləyirdi?

- Mən dindar adamam. Bizim üçün uzun görünən bu ömür əslində çox qısadır. Dahilərin dediyi kimi, ölüm qaşla-göz arasındadır, hər an baş verə bilər. Ona görə də hər an ölümümü gözləyən bir şəxs kimi, ömrü də verən Allahdır düşüncəsi ilə yaşamağa davam edirəm. Nə vaxtsa ömrümüz başa çatanda bu da Allahın təqdiri olacaq.

- Arzularsız, məqsədsiz insan yoxdur. 54 yaşınızda bunlara çatmısız?

- Müharibədə ağır yaralanıb, bir ayağımı itirmişəm, kəllə-beyin travması almışam. Bəzən düşünürəm ki, əlil olmasaydım, aqibətim necə olardı? Uzun müddət Rusiyada yaşamışam. Oranın vətəndaşı ola-ola Azərbaycana gələrək, könüllü şəkildə müharibəyə qoşulmuşam. Əlil olduqdan sonra da Bakı şəhərində qeydiyyata düşmüşəm. Hər bir kəsin alın yazısı var, bu da mənimkidir. Bəlkə də Azərbaycana gəlib, müharibədə iştirak edib, əlil olmasaydım, taleyim daha dəhşətli olardı. Qəbul etmişəm ki, mənim alın yazım budur. Bu da məni çox sevindirir ki, budur mənim alın yazım. Bütün insanların arzu-istəkləri olur. Mənim arzu-istəyim çox da böyük olmayıb. Aza qane olan adamam. Namaz əhli olduğum üçün nəfsimi cilovlamağa çalışmışam. Normal yaşayışı, dolanışığı daim istəmişəm. Sosial problemlərin içərisində qalmaq istəməmişəm. Allah yaratdığı hər bir bəndənin ruzisini verir, onlardan biri də mən olaraq, ruzimi Allah verib.

- Minlərlə əlilə rəhbərlik etmək çətindirmi?

- Çox çətindir, həm də məsuliyyətlidir. Bir az rəhmli olursansa, insanların problemlərinə içindən yanaşırsansa, bu daha çətinlik yaradır. Düşünürəm ki, çox şərəfli bir işdir. Açığını deyim ki, Qarabağda döyüşən insanların böyük əksəriyyəti yüksək savada malik olmayan insanlardır. Öz haqlarını bir o qədər də yüksək səviyyədə bilmirlər. Belə olan təqdirdə imkanı olan hər bir kəsin bu yolda fəaliyyət göstərməsi çox vacibdir. Mən tək deyil, təşkilatdakı insanlarla bunları birlikdə edirik.

- Əlillərin problemləri kifayət qədərdir. Onları bu problemlərdən azad edə bilirsiniz?

- Bir insanın yaxşı mənada başqasına köməyi dəyirsə, bu onda xoş hisslər yaradır. Biz bir təşkilat olaraq, bu işləri üzərimizdə missiya olan insanlar kimi həyata keçirməyə çalışırıq. Düşünürəm ki, bizlər doğru yoldayıq. Təşkilatımızın rəhbərliyində təmsil olunuruqsa, nizamnaməyə əməl etmək, o çərçivədə fəaliyyət göstərmək borcumuzdur. Bu gün həqiqətən problemlər kifayət qədər çoxdur. Amma zaman-zaman biz bunların bir çoxunun öhdəsindən gəlməyi bacarmışıq. Bu gün də biz problemləri aidiyyəti qurumların qarşısında qaldırırıq. 1994-cü il 18 avqustda biz bir çox həlli vacib məsələləri ölkə rəhbərliyinin qarşısında qaldırmışıq. Rəhmətlik Heydər Əliyev o zaman - 26 avqustda 193 saylı fərman imzalamışdı və bir çox problemlərin həlli orada öz əksini tapmışdı. Əsas problemlər mənzil, müalicə və minik avtomobilləri idi. Artıq o vaxtdan bu problemlər öz axarına düşüb. İndiyə qədər növbəlilik əsasında mənzillər verilir və digər bu kimi problemlər getdikcə həll olunur. Qarabağ əlillərinin övladlarının pulsuz təhsil almaları ilə bağlı cənab prezidentə müraciət ünvanlamışdıq. Bu da öz müsbət nəticəsini verdi. Hazırda əlil övladları dövlət və özəl universitetlərdə təhsil haqqı ödəmədən təhsil alırlar. 7 minə yaxın əlil artıq mənzillə təmin olunub. Hər il 250-300 əlil evlə təmin olunur. Minik avtomobilləri də növbəli şəkildə verilir. Hazırda ciddi problemlər də mövcuddur. Hələ 2014-cü ildə cənab prezident Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı 20 milyon vəsait ayırmışdı. Təəssüflər olsun ki, bizə məlum olmayan səbəblərdən 3 milyona yaxın vəsait İqtisadi-İnkişaf Nazirliyinin günahı ucbatından hələ də aidiyyatı quruma ödənilməmişdir. Bu vəsait də hazırda tikintisi yarımçıq qalmış 80 mənzilin tam hazır olmasına yetəcək qədərdir. Bu da əlil və şəhid ailələri arasında ciddi narazılıqlara səbəb olur. Digər problemlərdən biri də rayonlarda tikilən fərdi mənzillərlə bağlıdır. Mənzillər tikilir, əlillərə verilir, amma orada kommunal xətlərin çəkilişində problemlər var. Aidiyyəti qurumlar - “Azərişıq” və “Azərqaz”ın rayon idarələri, eləcə də icra hakimiyyətləri kommunal xətlərin çəkilməsində biganəlik göstərirlər. Adları çəkilən bu qurumlar onlardan bunun üçün 4-6 min manat civarında vəsait tələb edirlər. Bundan əlavə, əlillərə və şəhid ailələrinə verilməli olan icbari şəxsi sığorta (qan pulu) verilmir. Bütün instansiyaları keçmişik, amma konkret nəticə yoxdur.

- Bir zamanlar siyasətdə çox aktiv idiniz. Amma həbsdən çıxdığınız son 12 ildə siyasi fəaliyyətlə demək olar məşğul deyilsiniz. Bu arada ölkənin əsas müxalif qurumlarından sayılan Ümid Partiyasının qərargahında fəaliyyət göstərməyiniz siyasətin hələ də içərisində olmağınız anlamına gəlmirmi?

- Mən özümü heç vaxt siyasətçi saymamışam, heç vaxt da siyasətlə məşğul olmamışam. Ola bilər ki, zaman-zaman Qarabağ döyüşçüsü kimi bir sıra məsələlərə bildirdiyim mövqe siyasətçi kimi qəbul olunmağıma səbəb olub, amma bu əsla belə deyil. Onu deyim ki, Qarabağ müharibəsi iştirakçıları çox aktiv təbəqədir. Hüquqlarımızdan istifadə edərək, seçib-seçilmək hüququndan bəhrələnərək seçkilərdə iştirak edirik. Bizim əhatə dairəmiz çox genişdir, bütün ölkəni əhatə edirik. Bütün rayonlarda şöbələrimiz və ya nümayəndəliklərimiz fəaliyyət göstərir. Nəticədə bu da bütün ölkə boyunca seçkilərdə aktiv iştirakımıza səbəb olur. Biz sadəcə, ofisimiz olmadığına görə burada yerləşirik. İqbal Ağazadə yaxın dostlarımdan biridir. Onunla birlikdə məhbəs həyatı keçirmişik. Ondan öncə də dostluğumuz mövcud olub. Bir dost kimi qərargahında bizə yer ayırıb, Allah razı olsun. Burada böyük otağımız var. Bütün kommunal və digər xərclər onun hesabınadır.

- Azərbaycanda prezident seçkilərinin vaxtı artıq məlumdur. Gələn il oktyabrın 17-də keçiriləcək seçkilərdə sizlərin də namizədi olacaqmı? Bəlkə ilk dəfə olaraq, Qarabağ əlilləri öz namizədi ilə seçkilərə getsinlər...

- Təbii ki, belə bir hal ola bilər və bu ölkəmizdə demokratiyanın göstəricisi olar. Biz də kimliyindən asılı olmayaraq, o döyüşçü yoldaşımıza dəstək olarıq. Seçkilərə hələ 10 ay var və qərarımız barədə hələ nəsə deməyə çətinlik çəkirəm. Bu seçkilərdə qəti deyə bilmərəm, namizədimiz olacaqmı? Amma parlament və bələdiyyə seçkilərində daim iştirak edirik.

- Tək siyasətçi prezidentliyə namizəd olmur. Özünü siyasətçi adlandırmayan Etimad Əsədov ölkə rəhbərliyinə iddiaçı olsa necə?

- Doğrudur, dünyanın inkişaf etmiş ölkələrində belədir. Son olaraq, Amerikada biznesmen Donald Trampın qələbəsini unutmaq olmaz. Bizim ölkədə də belə hal baş verərsə, normal qarşılamaq lazımdır. Amma özümü siyasi proseslərin içərisində görmədiyimə, dövlət idarəçiliyinin ağır yükünü görərək, bunun nə qədər məsuliyyətli olduğunu düşünərək, özümü o postda görmürəm. Lakin üzümüzə gələn seçkilərdə dəstəklədiyimiz namizəd olacaq. Biz aktiv təbəqə kimi seçki proseslərindən kənarda qalmırıq. Bütün iddiaçılar məlum olandan sonra biz də seçici kimi mövqeyimizi açıqlayacağıq. Ən layiqli namizədə səs verilməsi üçün çağırışlarımız da olacaq. Biz təşkilatımızın bütün strukturları ilə məsləhətləşib qərar veririk. Düzdür, bəzi şəxslər iddialarını artıq açıqlayıblar. Amma düşünürəm ki, seçkilərə hələ 10 ay var və indidən danışmaq tez olar.

- Vaxtı ilə bir sıra müxalif qurumlarla çiyin-çiyinə idiniz. İndi isə sanki aranızda soyuqluq var...

- Yenə deyirəm, biz heç vaxt siyasətlə məşğul olmamışıq. Sadəcə, seçkilərdə hansısa bir qurumlarla birlikdə aktiv olmuşuq. İndinin özündə də istər müxalifət, istərsə də, iqtidar qurumları olsun, hər birinə hörmət edirik. Heç biri ilə yaxın əlaqələrimiz yoxdur. Müxalif qurumlardan ən aktiv olanlardan biri Ümid Partiyasıdır ki, biz İqbal Ağazadə ilə tez-tez görüşürük, eləcə də, YAP rəhbərliyi ilə də əlillərin müəyyən problemləri ilə bağlı görüşlərimiz olur.

- Qarabağ döyüşçülərinin dövlət vəzifələrində təmsil olunmalarında sanki ciddi problemlər var. Yaxınlarda deputat Zahid Oruc maraqlı bir təkliflə çıxış etdi. Sizcə, real olacaqmı?

- Zahid bəy Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müavinlərindən birinin Qarabağ əlili olmasını təklif etdi. Ona təşəkkür edirəm! Əslində biz bir QHT olaraq fəaliyyətimizi bu nazirliklə əməkdaşlıq şəraitində həyata keçiririk. Mövcud problemlərin birgə həll olunmasına nail oluruq. Sözügedən nazirlikdə bir nəfərin nazir müavini olmağındansa, parlamentdə bir nəfər Qazinin millət vəkili kimi təmsil olunması daha effektli olardı.

Son parlament seçkilərində namizədlərimiz oldu, amma hansı səbəblərdən seçilə bilməmələri barədə nəsə deyə bilmərəm. İstərdim ki, Zahid Oruc daha aktiv olsun və bizlərin orada təmsilçiliyini etsin. Nə qədər çox deputat bizə dəstək olsa, problemlərimizi daha asanlıqla və qısa zamanda həll edə bilərik.

- Dağlıq Qarabağ istiqamətində gedən prosesləri necə dəyərləndirirsiz?

- Hazırda bütün müsəlman dünyası müharibə alovu içərisindədir. Dünyada gedən proseslərin fonunda biz torpaqlarımızı azad edə bilmiriksə, bu çox ciddi problemdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ancaq sülhdən danışırlar, amma unutmaq olmaz ki, dünyanın heç bir yerində müharibə ilə alınan torpaq sülhlə geri qaytarılmayıb. Ermənilər bundan istifadə edərək, öz xeyirlərinə bəhrələnirlər. Düşünürəm ki, biz müharibə etsək, heç bir dövlət müdaxilə etməyəcək, yalnız bəyanatlar verəcəklər. Keçən zaman bizim əleyhimizə işləyir. Vətəni anamızla müqayisə ediriksə, anamıza təcavüz olunmasına dözməməliyik. Partizan hərəkatının yaradaraq ermənilərin bizim torpaqlarımızda rahat oturmasına imkan veməməliyik. Bu da beynəlxalq aləmə, ermənilərin havadarlarına bu xalq torpaqlarının işğalda qalmasına razı olmayacağını sübut edəcəkdir.

- Qüdslə bağlı bir olan müsəlman dünyası Qarabağla bağlı niyə bir ola bilmir?

- Çox yaxşı haldır ki, qardaş Türkiyə İslam Həmrəyliyi Təşkilatının hazırkı rəhbəri olaraq Qüds məsələsində çox aktiv rol oynadı, islam ölkələrini bir araya toplaya bildi. Qarabağ məsələsinə gəldikdə isə, bu problemə tamam fərqli yanaşma var. Türkiyə bu işdə də öncüllük edə bilər, necə ki, Qarabağ münaqişəsi ilə bağlı bizə tam dəstək verir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru