"Himnə necə münasibət bəsləməyi bilmirlər" - deputat
Tarix: 7-11-2017, 08:51 | Çap et
 Himn dövlətin simvollarından, atributlarından biridir. Hər bir dövlətin öz himni var. Milli himnimizin yaranması ilə bağlı hələ 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurası qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi müsabiqə elan edib. Lakin Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. Yalnız 1992-ci il mayın 27-də Milli Məclis “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilən “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi. Bu gün isə təəssüflə qeyd etmək lazımdır ki, bəzi dövlət məmurları, millət vəkilləri, yüksək vəzifəli şəxslər tədbirlərdə himn səslənən zaman onu oxumağa cəhd göstərmir. Sadəcə, ayaq üstə dinləyib, sonda alqışlamaqla kifayətlənirlər.
Lakin digər ölkələrdə, xüsusən də qardaş Türkiyə dövlətində məmurlar dövlət himninə çox böyük sayğı ilə yanaşırlar. Türkiyədə himn səslənəndə təkcə ayağa qalxıb, sayğı duruşu göstərmək yetərli sayılmır. Ən yüksək vəzifəli şəxsdən tutmuş, ən sadə vətəndaşa qədər hər kəs öz himninə layiqli sayğı nümayiş etdirir, sonadək ifa edir. Məlumata görə, bu ölkədə şagird himni oxuya bilməyəndə onu sinifdən xaric edirlər.
Qeyd edək ki, milli himnimizin bərpa olunması 1991-1992-ci illərdə türkoloq-alim, parlamentin elm, təhsil və mədəniyyət komissiyasının sədri Firudin Cəlilovun rəhbərliyi altında həyata keçirilib. Himnə olan sayğısızlıqla bağlı Firudin Cəlilov açıqlamalarının birində bildirmişdi:
“Milli himnimizin ifa olunması yarıtmaz haldadır. Bu məsələdə dövlətçilik prinsiplərini əsas götürüb milli himnimizə böyük məhəbbət hissi aşılamaq, hətta yeri gəlsə, bu yolda radikal addımlar atmalıyıq”.
Ötən il ABŞ səfirliyinin əməkdaşı Stefan Gaysinin ABŞ-ın müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyinin keçirdiyi rəsmi qəbulda dövlət himnimizi oxuması böyük maraq doğurmuşdu. Çünki ABŞ səfirliyinin əməkdaşından fərqli olaraq əksər yerli məmurlar öz milli himnini oxumaqdan çəkinirlər. Bəs səbəb nədir, məmurlar, deputatlar dövlətimizin rəmzi olan himnimizin sözlərini bilmirlər, ya sadəcə, onu oxumağı özlərinə sığışdırmaq istəmirlər? Ümumiyyətlə, protokol qaydada himni oxumaq kimi bir qayda varmı?
Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı danışarkən “sevmirlər, oxumurlar” - deyə qeyd etdi: “Heç kimi saymırlar, özlərini bu millətdən hesab etmirlər, ona görə də himnə belə etinasız yanaşırlar. Yad kimi sadəcə dinləyirlər. Buna nə izahat verəsən?
Müstəqilliyin yarandığı illərdə məmurlar, millət vəkilləri himni oxuyurdular. Amma indi tam bir etinasızlıq var. Təkcə himnə deyil, milli atributlara, dilə, tarixinə, ədəbiyyatına etinasızlıq var. Şahidi oluruq ki, bəzi məmurlar öz dilini əcnəbi kimi bilirlər. Danışıqlarına baxanda elə bilirsən ki, sanki əcnəbidirlər. Dərsliklərdə tarixi, xəritəni saxtalaşdırırlar, Qarabağ sözü dilinə gəlmir, Cənubi Azərbaycan mövzusu ümumiyyətlə onların gündəmində yoxdur və sairə. Vətən onlar üçün ancaq qazanc mənasında yaxşıdır.
Protokolda belə bir qayda yoxdur. Bunu kağıza yazmaq lazım deyil ki. İnsanda heysiyyət, milli ləyaqət, qeyrət, vəzifə məsuliyyəti deyilən bir hiss olmalıdır".
Millət vəkili Fazil Mustafa da himni oxumayan məmurları qınayıb:
“İnsanları nəyəsə məcbur etmək doğru deyil. Ən azından insanlar düşüncələri, dünyagörüşləri ilə bunu etməyə borcludur.
Müstəqilliyin ilk illərində vətənpərvərlik daha güclü idi. İndi isə bu sahədə səngimə var. Ümumiyyətlə, bir tendensiya olaraq bu istiqamətdə müəyyən natamamalıqlar var. Çox insanlar hələ də himnin tam mahiyyətini anlamır, himnə necə münasibət bəsləməyi bilmirlər". Millət vəkili də protokolda himni oxumaq kimi bir məcburiyyət olmadığını, bunun, sadəcə, mənəvi məsələ olduğunu vurğuladı. \\musavat.com\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 14:57 |
|
|
|
• 2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Bu gün, 14:49 |
|
|
|
• DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39 |
|
|
|
• Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35 |
|
|
|
• Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
• Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19 |
|
|
|
• Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18 |
|
|
|
• Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16 |
|
|
|
• Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11 |
|
|
|
• Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06 |
|
|
|
• “Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56 |
|
|
|
• “Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54 |
|
|
|
• Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53 |
|
|
|
• “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35 |
|
|
|
• “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32 |
|
|
|
• Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30 |
|
|
|
• “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25 |
|
|
|
• Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19 |
|
|
|
• “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13 |
|
|
|
• İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10 |
|
|
|
• Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04 |
|
|
|
• Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02 |
|
|
|
• "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58 |
|
|
|
• MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44 |
|
|
|
• Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26 |
|
|
|
• Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24 |
|
|
|
• Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16 |
|
|
|
• Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12 |
|
|
|
• Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06 |
|
|
|
• Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58 |
|
|
|
• Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56 |
|
|
|
• Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33 |
|
|
|
• Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31 |
|
|
|
• "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24 |
|
|
|
• “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22 |
|
|
|
• Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17 |
|
|
|
• "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15 |
|
|
|
• Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07 |
|
|
|
• BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03 |
|
|
|
• İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53 |
|
|
|
• Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45 |
|
|
|
|