Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? .....                     "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" .....                     Bakının mərkəzində Rusiya təhlükəsi .....                     Əmrullayevin çətiri altında özbaşınalıq .....                     Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası .....                     “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” .....                     Müştərinin pulunu geri qaytarmır! .....                     Növbəti ölkə Türkiyə olacaq! .....                     Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər .....                     "Səhhətimə görə maşınmı da satmışam" .....                     Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır .....                     Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır .....                     Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir .....                     General sərəncamdan təqaüdə göndərildi .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb .....                     Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib .....                     Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                 

“Mən müstəqilliyin tərəfdarı olmuşam” - Arif Rəhimzadə
Tarix: 20-10-2017, 08:53 | Çap et
“Mən müstəqilliyin tərəfdarı olmuşam”
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il keçdi. Üstündən illər keçsə də, yenə həmin tarixi günlə bağlı yazılarda növbəti dəfə müstəqilliyə qarşı olanlardan bəhs edildi, ünvanlarına tənqidlər yağdırıldı. Biz “Yeni Müsavat” olaraq tənqidlərə tuş gələn qarşı tərəfə tribuna verdik, növbəti dəfə onların arqumentlərini dinləmək istədik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ilə digər mövzulardan da danışdıq:

- Arif bəy, gec də olsa, Müstəqillik günü ilə bağlı sizi təbrik edirəm.

- Sağ olun, mən də sizi təbrik edirəm, cansağlığı arzulayıram.

- Təşəkkür edirəm. Arif bəy, deyəsən, sosial şəbəkələrdə yoxsunuz, eləmi?

- Varam. Ancaq sözün düzü, baxmağa vaxtım olmur.

- Öz adınızla varsınız?

- Bəli. Bu ildən facebookdayam. Ancaq çox aktiv deyiləm.

- Deməli, ordakı statuslardan, şərhlərdən xəbəriniz yoxdur. Qısaca deyim ki, müstəqilliklə əlaqədar təbriklərlə yanaşı, qınaqlar da oldu. O qınaqlara hədəf olan şəxslərdən biri də siz oldunuz. Müstəqilliyin əleyhinə səs verənlərdən biri kimi tənqid olunmağınızı necə qarşılayırsınız?

- Artıq 26 ildir müstəqilik, azı 25 dəfə buna cavab vermişəm və mənim artıq danışmağa sözüm yoxdur. Mən müstəqilliyə qarşı olmamışam, müstəqilliyin tərəfdarı olmuşam. İntəhası, mən demişəm ki, bu məsələ ümumxalq səsverməsi yolu ilə həll olunmalıdır. Burda nə pis şey demişəm ki?

- 1991-ci ilin 18 oktyabrında Ali Sovetdə Konstitusiya Aktına səs verdinizmi?

- Əlbəttə, səs verdim.

- Demək, 258 nəfərin sırasında siz də varsınız?

- Bəli.

- Amma adətən 1991-ci ilin 17 mart referendumunda SSRİ-nin saxlanmasının əleyhinə çıxan 43 deputatdan bəhs olunur. Həmin səsvermədə isə siz də daxil, böyük əksəriyyət SSRİ-nin saxlanmasına səs verib və buna görə qınaqlara tuş gəlirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Açığını deyim, bütün o məsələlər mənim yadımda deyil. Ancaq mən heç vaxt müstəqilliyə zidd çıxış eləməmişəm. Bunu dəfələrlə demişəm və yenə deyirəm. Mən hesab edirdim ki, o məsələni bir-iki nəfər yox, xalq müəyyən etməlidir, referendum nəticəsində məsələ öz həllini tapmalıdır.

- Axı mart ayında referendum keçirilmişdi və rəsmən elan olundu ki, guya Azərbaycan seçicisinin 76%-i SSRİ-nin saxlanmasına “hə” deyib. Siz bu nəticəyə inanırdınız?

- Vallah, indi bunu demək çətindir. O vaxt SSRİ-nin saxlanmasının tərəfdarları az deyildi.

- Bəs demək olarmı ki, o vaxtkı kommunist hakimiyyəti xalqın səsini saxtalaşdırıbmış?

- Bunu deməkdən ötrü gərək bir fakt olsun. Mən desəm ki, saxtalaşdırılıb, ya yox, doğru olmaz. Gərək bu, yoxlanılsın.

- Hər halda, ortaya suallar çıxır: yazda keçirilən referendumda SSRİ-nin saxlanmasına “hə” deyildi, amma ilin son ayındakı referendumda mütləq əksəriyyət “yox” dedi.

- Çünki gördülər ki, mümkün deyil. Ondan sonra hamı başa düşdü ki, SSRİ-nin qalması mümkün deyil. SSRİ-nin tərkibindəki böyük respublikalar ayrıldılar, dedilər ki, biz imperiyanı istəmirik. Artıq hamı başa düşdü ki, SSRİ-nin saxlanması mümkün olan şey deyil. Həm də bir il əvvəl 20 Yanvar hadisələri olmuşdu. Ondan sonra tamamilə başqa fikir yaranmışdı. Xalqın əksəriyyəti fikirləşdi ki, müstəqillik lazımdır. Sovetlərin mövqeyi insanlara təsir eləmişdi.

- Arif bəy, özünüz də dediyiniz kimi, siz mart ayında SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsinə tərəfdar olduğunuz halda, oktyabr ayında müstəqilliyə səs verdiniz. Aradakı o müddətdə sizin rəyinizi dəyişən hansı amillər oldu?

- Əsas SSRİ-nin, onun rəhbəri Qorbaçovun Azərbaycana münasibəti, hərəkətləri məndə də çox mənfi reaksiya yaratdı. Mən həmişə hesab etmişəm ki, Azərbaycan müstəqil olmalıdır. Çünki Azərbaycana həmişə təzyiq olub, bizə ögey münasibət bəsləyiblər. Çar vaxtında da, sovet dövründə də həmişə qonşulara nisbətən, biz müsəlman olduğumuz üçün bizə həmişə təzyiqlər, ögey münasibət olub. Məsələn, Azərbaycan SSRİ-də 15 respublika arasında özünü təmin edən 4 donordan biri idi. Yəni Azərbaycan daxil, bu 4 respublika özünü təmin etməkdən əlavə, digər 11 respublikaya Azərbaycanın qazancından vəsait ayrılırdı. Beləliklə, qalan 11 respublika büdcədən bəhrələnirdi. Elə bizim bədnam qonşularımız, həmçinin Gürcüstanın özü də... Hələ o vaxt belə bir təsəvvür var idi ki, Azərbaycan müstəqil yaşaya bilər və bu respublikanın iqtisadiyyatı, resursları buna imkan verir.

- O zaman hesablama var idimi ki, Azərbaycan ildə nə qədər vəsaiti digər respublikalara, o cümlədən ermənilərə ayırır?

- O vəsaiti birbaşa ermənilərə ayırmırdı. O vəsait İttifaq Fonduna göndərilirdi. Daha sonra o Fondda bölgü həyata keçirilirdi, bəlli öldürdü ki, kimə nə qədər düşür.

- Dediyiniz kimi, əks-arqumentlərə dəfələrlə cavab verdiyiniz halda, yenə də tənqid olunursunuz. Tez-tez belə fikirlər səslənir ki, müstəqilliyin əleyhinə çıxanlar indi onun bəhrəsini görürlər. Bu yanaşmaya münasibətiniz necədir?

- Müstəqilliyin əleyhinə çıxış edənlər kim olub? Mən bilmirəm.

- Siyahı var, mətbuatda da, sosial şəbəkələrdə də yayılıb.

- O siyahıdakıların əksəriyyəti müstəqilliyin əleyhinə çıxış etməyiblər. Onlar düşünüblər ki, müstəqilliyi əldə etməkdən, müstəqilliyə keçməkdən ötrü xalqın fikrini öyrənmək lazımdır.

- 43 nəfər ki, o zaman SSRİ-nin saxlanması barədə ümumxalq səsverməsinin keçirilməsinə qarşı çıxdı, mərhum Heydər Əliyev də onlarla birlikdəydi. Maraqlıdır ki, siz hər zaman Heydər Əliyevi müdafiə etsəniz də, bu məsələdə fərqli mövqedən çıxış etdiniz. Fikir ayrılığınıza səbəb nə oldu?

- Mən həmişə Heydər Əliyevin siyasətinə rəğbətlə yanaşmışam, onun kursuna uyğun hərəkət etmişəm. İntəhası, mənim də öz fikrim olub. Hesab etmişəm ki, bu məsələdə məsləhətləşmək, xalqın səsinə istinad etmək lazımdır.

- Səsvermədən əvvəl siz Heydər Əliyevlə məsləhətləşmişdinizmi?

- Yox, məsləhətləşməmişdim.

- Bəs sonradan sizə bununla bağlı nə isə dedimi, sizə irad bildirdimi?

- Yox, heç nə demədi. O, demokratik bir insan idi. Heç vaxt mənə irad bildirməmişdi.

- 18 oktyabrda 360 deputatın 258-i səsvermədə iştirak etmişdi. Bəs digər 100-dən artıq deputatın həmin mühüm gün sessiyaya qatılmamasının səbəbi nə idi?

- İndi bunu deməyə çətinlik çəkirəm.

- Arif bəy, yuxarıda haqqında danışdığımız 43 deputatdan sağ qalanların sayı azdır. Vaxtaşırı onların statusu, pensiya təminatı və s. bağlı məsələ qaldırılır. Bir sıra ölkələrdə bunun nümunəsi var. Azərbaycanda da bu istiqamətdə addım atıla bilərmi ki, necə deyərlər, arada halallıq olsun?

- Bu məsələ bir neçə dəfə müzakirə olunub, müxtəlif fikirlər səslənib. Son nəticədə məsələ onlar istədiyi kimi öz həllini tapmayıb. Mən bu “Tarix Nadir”ə kökündən baxsam da, onu analiz eləsəm də, onlara heç nə edə bilmərəm. Çünki onların fikirlərini müdafiə etməyən əsaslı dəlillər də olub, məsələ öz həllini tapmayıb.

- Bu məsələyə yenidən qayıtmaq olarmı?

- Yəqin ki, olar. Amma bu dövrdə yox.

- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq, prezident bununla bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu nəzərə alsaq, həmin deputatların statusuna baxılması da çox yaxşı addım olar, elə deyilmi?

- Əlbəttə. İş burasındadır ki, bizim qanunvericilik konstitusiya qəbul olunandan sonra yaranıb və keçmişdə olanlar nəzərə alınmayıb.

- Arif bəy, Azərbaycana qarşı Qərbin təzyiqləri barədə də fikirlərinizi bilmək istərdim. Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrin keçirilməsində məqsəd-məram, sizcə, nədən ibarətdir? Adətən Rusiyadan gələn təzyiqlərdən danışılırdı, son zamanlar Qərbdən təzyiqlər artıb. Nə baş verir?

- Ona görə təzyiq edirlər ki, Azərbaycan tam müstəqil, heç kimə baxmadan özünün ədalətli siyasətini aparır. Azərbaycanı o tərəfə də, bu tərəfə də çəkmək istəyirlər, ancaq deyir ki, yox, mən öz yolumu seçmişəm, öz yolunla getməliyəm. Bax, əsas səbəb budur. Bundan ötrü erməni faktorunu da, başqa şeyləri də istifadə edirlər. Son nəticə də belədir ki, Azərbaycanın üstünə düşüblər, ona hədə-qorxu gəlirlər, təzyiqlər göstərirlər. Amma Azərbaycan buna baxmayaraq, çox real və düşünülmüş xarici və daxili siyasət yürüdür. Bu siyasət çərçivəsində də öz fəaliyyətini həyata keçirir.

- Bəzi ekspertlər hesab edir ki, Azərbaycan Qərbdən gələn təzyiqlərə cavab olaraq yenidən Rusiyaya üz tuta bilər. Bu, mümkündürmü?

- İş burasındadır ki, Rusiya bizim ən böyük qonşumuzdur, bizə böyük təsiri var. Rusiyada çoxlu azərbaycanlılar yaşayır. Rusiyanın da, İranın da, Amerikanın da maraqlarını nəzərə almalıyıq. Bizim siyasətimiz də bax, bundan ibarətdir. Məsələn, Azərbaycanın öz müstəqil siyasətinin bariz nümunəsi odur ki, Krımın müstəqilliyini, Rusiyanın tərkibinə daxil edilməsini qəbul etməyib. Belə misallar çoxdur. Ona görə də təzyiqlərə məruz qalır.

- Cenevrə danışıqlarından sonra Ermənistan prezidenti bütün beynəlxalq hüquqa zidd olaraq dünyaya meydan oxuduğu halda, işğalçı ölkəyə nə Qərb, nə Rusiya tərəfdən təzyiq olmadı. Bunun səbəbi nədir?

- Birinci növbədə istəyirlər ki, əvvəlcə Azərbaycanı sındırsınlar, ondan sonra Ermənistana qarşı başlasınlar. Söhbət bundan gedir. Ona görə yox ki, erməniləri sevirlər. Düzdür, xaricdə ermənilərin təsiri azərbaycanlılardan çoxdur. İndinin özündə Amerika Ermənistana da, Dağlıq Qarabağa da maliyyə yardımı göstərir. Digər qonşu, lap müsəlman ölkələr də həmçinin. Belə hal var. Mən sizə deməliyəm ki, düzgünlük, ədalət, normal münasibət nə qədər götür-qoy etsən, hamısından çox yəqin ki, elə Azərbaycandadır.

- Arif bəy, təzyiqlər gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilərmi? Mümkündürmü ki, Qərb də, Rusiya də hakimiyyət başına öz namizədini gətirmək üçün hərəkətə keçib?

- Məndə belə təsəvvür yaranıb ki, Rusiya Azərbaycana çox da elə təsir göstərmir. Rusiyanın iqtisadi, digər maraqları var, ancaq Azərbaycanın siyasəti müəyyən qədər Rusiyanı da təmin edir. Rusiya tərəfdən bizə çox təhlükə görmürəm.

- Amma Ermənistanı silahlandırır. Elə bu yaxınlarda işğalçıya silah almaq üçün 200 milyonluq kreditin verilməsi təsdiqləndi. Bu, təhlükə deyilmi?

- Ermənistanı silahlandırır, çünki onun tərəfdaşıdır.

- Yəni dolayısı ilə təzyiqdir.

- Bəli. Rusiya iqtisadi maraqlarını güdür də. Ermənistana verir, bunun qarşılığında biz də almağa məcburuq.

- Azərbaycan bu təzyiqlərin qarşılığında Avrasiya Birliyinə qoşula bilərmi? Hazırkı situasiya nə deyir?

- Yəqin ki, indiki şəraitdə yox. Burada bir düzəliş olmasa, bu, çox çətin məsələdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36
İran Ukraynaya nota verib
Dünən, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23
PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Dünən, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Dünən, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Dünən, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Dünən, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Dünən, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Dünən, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Dünən, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Dünən, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Dünən, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Dünən, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Dünən, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Dünən, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Dünən, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Dünən, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Dünən, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru