GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                 

“Rusiya münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur” - deputat
Tarix: 18-10-2017, 08:13 | Çap et
“Rusiya münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur”
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov günün bir sıra aktual mövzuları ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Elman bəy, Rusiya Ermənistana 200 milyon dollar kredit verir və bu kredit ermənilərin müasir silah almağına yönələcək. Sizcə, niyə Rusiya belə addımlar atarkən, Azərbaycanın maraqlarını nəzərə almır?

- Bu, əvvəla, Cenevrə danışıqları öncəsi Ermənistan prezidentinin mövqelərini möhkəmləndirməyə xidmət edirdi. Ermənistan prezidentində onsuz da Rusiyanın hesabına formalaşmış arxayınçılıq sindromu bir qədər güclənib. Sərkisyan özünü arxayın hiss edir ki, Rusiya istənilən halda ona dəstək verəcək. Nəzərə alsaq ki, bu kreditin də beş il ərzində üç faiz ödənişi reallaşdırılıb, bu o deməkdir ki, olduqca yüngül şərtlərlə işğalçı ölkəyə verilmiş bir kreditdir. Ermənistanın bu gün daha çox əhalinin sosial rifahı, dilənçi vəziyyətində olan əhalisinin iqtisadi problemlərinin həlli ilə bağlı kreditə ehtiyacı var. Lakin kredit verilməsi hərbi təyinat üzrə reallaşırsa, deməli, bunun məqsədi birbaşa hərbi münaqişə ilə bağlı olur, Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqenin daha da möhkəmlənməsi mövqeyinə xidmət göstərir.

- Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür. Məntiqlə bitərəfliyini qorumağa borcludur. Bitərəf qalmaq əvəzinə işğalçı tərəfə dəstək verməsi münaqişəyə hansı təsirləri göstərir? Azərbaycan buna ciddi etirazını bildirməlidirmi?

- Bizim ictimaiyyətimizi, xalqımızı narahat eləyən məsələ odur ki, hərbi dəstəyi Ermənistana sıradan olan bir dövlət göstərmir, bu addımı atan Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkədir. Vasitəçilik missiyası neytrallıq, obyektivlik tələb edir. Amma biz görürük ki, Rusiya bir yandan həmsədrdir, bir yandan da tərəflərdən birini silahlandırmaqla məşğuldur. Bu da nəticə münaqişənin həlli imkanlarına arxadan endirilmiş bir zərbədir. İctimaiyyət haqlı olaraq bildirir ki, ya Rusiya vasitəçilik missiyasından imtina edib Ermənistanın yanında yer alsın, ya da vasitəçi kimi qalmaq istəyirsə Ermənistana belə yardımlar etməsin, eyni vaxtda iki stulda oturmaq olmaz. Bu davranış sülh prosesinə çox böyük zərbədir və təbii ki, Azərbaycanın maraqlarına toxunan məsələdir. Ona görə də bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Rusiyada çox gözəl bilirlər ki, Azərbaycan dövləti, ölkə prezidenti balanslı xarici siyasət həyata keçirir və atdığı addımlar da heç zaman Rusiyanın əleyhinə olmayıb. Azərbaycan hər zaman qonşu dövlət olaraq Rusiya ilə qonşuluq münasibətlərinə sadiq qalıb, bərabər hüquq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə üstünlük verib. Xüsusilə Avropa Şurası Parlament Assambleyasında Rusiyaya qarşı sanksiyalar tətbiqi məsələsi gündəmə gələndə Azərbaycan bu sanksiyaların əleyhinə olub və Rusiyanın mövqeyini müdafiə edib. Ona görə də bütün bu reallıqlar fonunda Rusiyanın belə bir addım atması təbii ki, Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır. Biz güman edirik ki, Rusiya rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Belə addımların atılması şübhəsiz ki, Azərbaycanın Rusiya ilə əlaqələrinin dostluq və qonşuluq münasibətlərinə çox böyük kölgə salan bir hadisə kimi dəyərləndirilə bilər.

Rusiya, sadəcə olaraq, münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur. Yəni manipulyasiya edir. Lazım gələndə bu münaqişədən Azərbaycana, lazım gələndə Ermənistana qarşı təzyiq üçün istifadə edir. Nəticə etibarilə münaqişənin həlli imkanlarına çox böyük zərbə endirir. Bu, Rusiyanın vasitəçi kimi üzərinə götürdüyü öhdəliklərlə daban-dabana ziddir.

- Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişinin imzalanmasına hazırlıq gedir. Noyabr ayında Azərbaycan prezidenti Brüsselə Avropa Birliyinin zirvə toplantısına dəvət edilib. Rusiyanın Ermənistanı silahlandırması barədə qərarı Azərbaycanı Avropa Birliyi ilə yaxınlaşmaqdan çəkindirmək üçün ola bilərmi?

- Bu variant istisnadır. Silah məsələsi bununla bağlı deyil. Moskva çox gözəl bilir ki, Azərbaycanın balanslı, çoxvektorlu siyasəti var. Bizim ABŞ-la, Avropa Birliyi ilə ikitərəfli tərəfdaşlıq münasibətlərimiz Rusiya əleyhinə deyil. Bir şeyi də yaddan çıxarmaq olmaz ki, Azərbaycan Ermənistandan və Avropa Birliyi “Şərq Tərəfdaşlığı”nın digər ölkələrindən fərqli olaraq Avropa Birliyi ilə assosiativ sazişin imzalanması ilə bağlı da heç bir zaman danışıqlar aparmayıb. Azərbaycan Avropa Birliyi ilə ikitərəfli strateji tərəfdaşlıqla bağlı bir sənəd üzərində iş aparır. Onu da biz hazırlamışıq, bizə təqdim edilməyib, yəni şərtləri biz müəyyən etmişik. O sənəddə də heç bir dövlət əleyhinə, o cümlədən Rusiya əleyhinə heç bir məqam yoxdur. Rusiya öz müttəfiqi hesab etdiyi, əslində öz forpostu olan Ermənistanın noyabr ayının 24-də Avropa Birliyi ilə imzalayacağı gözlənilən sazişlə bağlı Ermənistana təzyiq göstərmir, Ermənistana hər hansı bir təsir mexanizmini işə salmır. Əslində Rusiya Ermənistana silah verməyi dayandırmalıdır. Bunu etmir. Ona görə də Avropa Birliyi məsələsi Rusiya üçün əsas ola bilməz.

- Ermənistan 200 milyon dollar dəyərində silah aldıqdan sonra Azərbaycanın silah arsenalına bərabər silaha sahib olmuş sayılacaq?

- Bu, qeyri-mümkündür. Əvvəla, Azərbaycan Rusiyadan başqa Türkiyədən, Pakistandan, İsraildən və digər ölkələrdən ən müasir silahlar alıb və alır. Bir çox hallarda Rusiya Ermənistana artıq aktuallığını itirmiş silahları satır. Bizim müqayisə oluna bilməz səviyyədə hərbi potensialımız var. Ermənistan 200 milyon dollarlıq kreditin hesabına Rusiyadan bir qədər asılı vəziyyətə düşməklə silah alır, Azərbaycan isə nağd şəkildə ən müasir silahlar ala bilir. Məsələn, bu hərbi sirr deyil, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarının birində dedi ki, təkcə İsraildən 1,5 milyardlıq silah-sursat almışıq. Daha böyük rəqəmlər Rusiya ilə bizi bu sahədə bağlayır. Yəni Azərbaycanın milyardlarla dollarlıq ən müasir silahlarının yanında Ermənistanın kredit hesabına aldığı bir neçə milyonluq silahı çox azdır.

- İraq dövləti öz ərazisi olan Kərkükə ordu yeridərək silahlı kürdlərdən geri aldı. Bu hadisəyə dünya dövlətləri mane olmadı və qarşı çıxmadı. Bu hadisə Azərbaycana işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlamaq üçün bir fürsət rolunu oynaya bilərmi?

- Kərkük mərkəzi İraq hakimiyyətindən kənarda qalmışdı və özünü muxtar bir əyalətin şəhəri kimi aparırdı. De-yure İraqın tabeçiliyində sayılsa da de-fakto bu tabeçilik kağız üzərindəydi. İraq hökuməti öz dövlətlərinin ərazisində hərbi əməliyyatlar keçirdi və Kərkükü azad etdi. Bu hadisədən sonra Qarabağ məsələsi ilə paralellər gətirmək istənilir. Amma bir məsələ var ki, Qarabağ münaqişəsi artıq beynəlxalq münaqişəyə çevrilib. Bu münaqişə təkcə Ermənistan-Azərbaycan münaqişəsi deyil. Bu münaqişədə beynəlxalq birliyin oyunçuları var. Burada Rusiya, İran, Türkiyə amili var. Bu münaqişədə ABŞ var, Avropa Birliyi, NATO var. Nə qədər oyunçular var ki, Qarabağ münaqişəsi ilə bu və ya digər səviyyədə bağlıdır. Onların mövqeyi üst-üstə düşəndə bu münaqişənin həlli ola bilər. İndiki halda Azərbaycanın İraq hökuməti kimi addım atması bizə qarşı beynəlxalq təzyiqlə müşahidə oluna bilər. Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Beynəlxalq hüququn bu tələbləri icra olunsun, bizim başqa bir istəyimiz yoxdur. Lakin biz indiki vəziyyətdə hərbi əməliyyatlara başlasaq, beynəlxalq birlik bizim əleyhimizə çıxacaq, ikili standart özünü göstərəcək. Ancaq BMT-nin nizamnaməsinin 51-ci maddəsinə görə ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Biz bu hüquqdan istifadə edib torpaqlarımızı hərbi yolla azad etmək hüququnu özümüzdə saxlayırıq. Sadəcə bugünkü reallıqda hələ ki, danışıqlar limitinin tükənmədiyinə inam qalır.

- ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Bu dinləmələrdən nə gözləyirsiniz?

- Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə Birləşmiş Ştatların və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən əvvəl belə dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını çıxarır. Məsələ burasındadır ki, ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs isə daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Onun bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hampariyanla görüşməsi və görünür, elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir. Komissiyanın məlumatında 2016-cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamofob mərkəzlər aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi üstünlüyü qəbul edə bilmir.

Helsinki Komissiyası bu günə qədər heç olmasa bircə dəfə də olsun Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salmayıb. İşğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirməyib və onu ittiham etməyib. Ona görə də Smitin təşkil edəcəyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa, belə döyüşlər tez-tez təkrarlana bilər.

- Sentyabr ayında bir qrup Türkiyə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfər etmələri separatçı rejimin təmsilçiləri ilə görüş keçirmələri Azərbaycanın Baş Prokurorluğunun onlar barəsində cinayət işi açması ilə nəticələndi. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq Türkiyənin müvafiq orqanları həmin şəxslərlə bağlı hansısa tədbir görməyib...

- Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmələri Azərbaycan sərhədlərinin pozulmasıdır və təbii ki, cinayət tərkibli davranışdır. Bu fakt təkcə Azərbaycan qanunvericiliyi çərçivəsində yox, həm də Türkiyə qanunlarının pozulması kimi dəyərləndirilməlidir. Yəni Türkiyə vətəndaşları başqa bir ölkənin ərazisinə qanunsuz səfər etməklə, bu ölkənin sərhədlərini pozmaqla qardaş ölkənin qanunlarına görə də cinayət əməlinə yol veriblər. Bu baxımdan da, Türkiyə prokurorluğu oxşar presedentlər zamanı, məsələn, PKK terrorçularına münasibətdə sərgilədiyi davranışları Qarabağa qanunsuz səfər edənlərə qarşı da nümayiş etdirməlidir. Fakt kifayət qədər ictimailəşib, səfər edən şəxslər öz qanunsuz əməlləri ilə bağlı mətbuata geniş açıqlamalar veriblər. Azərbaycan ictimaiyyəti qardaş ölkədən həmin şəxslərlə bağlı qanunun tələb etdiyi addımı atmağı gözləyir. Ümid edirik ki, Türkiyə dövləti, ölkə rəhbərliyi Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətlərinə ləkə ola biləcək bu hadisələrlə bağlı lazımi ölçülər götürəcək, dostluğumuzun, qardaşlığımızın bundan sonra da davam etdirilməsi üçün adekvat addımlar atacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru