Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası .....                     “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” .....                     Müştərinin pulunu geri qaytarmır! .....                     Növbəti ölkə Türkiyə olacaq! .....                     Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər .....                     "Səhhətimə görə maşınmı da satmışam" .....                     Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır .....                     Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır .....                     Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir .....                     General sərəncamdan təqaüdə göndərildi .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb .....                     Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib .....                     Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək .....                     DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb .....                     Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib .....                     "Kapital Bank"da yeni təyinatlar olub .....                     BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb .....                     “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı .....                     İran Ukraynaya nota verib .....                     “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                 

“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Tarix: 23-09-2017, 08:31 | Çap et
“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlaması ortaya bir sıra suallar çıxarıb. ÜAK məsələsi Azərbaycanla Rusiya arasında ciddi soyuqluğa gətirib çıxara bilərmi? Azərbaycan etirazını məsələn, Rusiyadan silah alışını azaldacağını bəyan etməklə ortaya qoya bilər, yoxsa bu vəziyyəti daha da gərginləşdirər? ÜAK-ı başqa ad altında qurum təsis etməklə brəp eləmək olmazı?

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələdə aydın olmayan bəzi məqamlar var. Ola bilsin bu, əlimizdə kifayət qədər informasiya olmamasından qaynaqlanır: “Məsələn, rəsmi Bakının bu quruma niyə bu dərəcədə həyati önəm verdiyini anlamaq çətindir. Əlbəttə, ÜAK Azərbaycan dövlətinə və hakimiyyətinə yaxın bir qurum idi, Rusiyada bir növ ”ikinci səfirlik" kimi fəaliyyət göstərirdi. Lakin ÜAK-ın ləğvini sakit qarşılayıb, diqqəti onun yerində yeni bir təşkilat qurmağa yönəltmək olmazdımı? Bunun əvəzində biz onu müşahidə etdik ki, Azərbaycan hökuməti bütün diqqətini ÜAK-ın ləğvi prosesini dayandırmağa yönəltdi, bu məqsədlə prezident Putin də daxil olmaqla, Rusiya siyasi rəhbərliyinə ardıcıl müraciətlər, çağırışlar ünvanladı. Mən düşünürəm ki, Azərbaycanın bu reaksiyası və problemi açıq müstəviyə çıxararaq siyasiləşdirməsi heç də Moskvanın xoşuna gəlmədi. Onlar bunu Rusiyanın hüquq sisteminə, Rusiyadakı hüquqi prosedurlara müdaxilə cəhdi kimi qiymətləndirdilər. Məncə, ÜAK məsələsində Rusiya tərəfinin geri addım atmamasının səbəblərindən biri bu ola bilər. Yəni Kreml nümayiş etdirmək istədi ki, Rusiya məhkəmə-hüquq sistemi müstəqildir və istər ölkənin siyasi rəhbərliyi, istərsə də başqa dövlətlər onun işinə təsir göstərə bilməz. Lakin aydındır ki, Kreml istəsə, məhkəmə qərarına müdaxilə edə və təşkilatın ləğvini əngəlləyə bilərdi. Rusiya kimi dövlətlərdə bu mümkündür. Elə Azərbaycan tərəfi də bunu gözləyirdi. Rusiya hakimiyyəti bu addıma getmədi. Bunun səbəblərindən biri, qeyd etdiyim kimi, Rusiyada məhkəmə hakimiyyətinin müstəqilliyini və siyasi iqtidardan asılı olmadığını nümayiş etdirmək ola bilər. Digər səbəb isə, düşünürəm ki, siyasi xarakterlidir və ÜAK-ın Azərbaycan dövlətinə yaxınlığı ilə bağlıdır. Moskva Rusiya azərbaycanlılarının əksəriyyətini öz ətrafında birləşdirən güclü bir təşkilatın Azərbaycan dövləti ilə yaxınlığını axıra qədər qəbul edə bilmədi. Dövlətlərarası münasibətlər nə qədər yaxşı olursa olsun, prezident Putin belə məsələlərə, yəni digər dövlətlərin rusiyadaxili məsələlərdə hər hansı rol oynamasına və təsir gücü əldə etməsinə yaxşı baxmır. Ona görə də, istisna deyil ki, ÜAK-ın Azərbaycan dövlətinə və hakimiyyətinə yaxınlığı onun ləğvində xüsusi rol oynayıb".

Ekspertin sözlərinə görə, Rusiya uzun müddətdir Azərbaycanın onun inteqrasiya layihələrinə - Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Azərbaycanın bu yöndə qərarı hazırda böhran dövrünü yaşayan bu qurumların canlanmasına səbəb ola və onlara yeni nəfəs verə bilər: “Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının tutduğu mövqe də Moskvanı narazı salır. Hazırda həll prosesi Rusiyanın liderliyi altında aparılır və Kreml maraqlıdır ki, münaqişə məhz bu dövrdə, onun maraqları maksimum təmin olunmaqla həllini tapsın. Çünki proses uzandıqca məsələyə Qərbi təmsil edən vasitəçi ölkələrin-ABŞ və Fransanın müdaxiləsi ehtimalı artır, bu isə Rusiya üçün arzuolunmaz perspektivdir. Yəni Azərbaycanın ondan tələb olunan güzəştlərə getməməsi və bunun nəticəsində prosesin uzanması Moskvanı qıcıqlandırır. Son aylarda istər Lavrovun, istərsə də onun sözçüsü Zaxarovanın bəyanatlarında biz bu qıcığı hiss edirik. Ona görə də, istisna etmirəm ki, ÜAK-ın ləğvi Azərbaycan hakimiyyətinə ilk xəbərdarlıq ola bilər. Hadisənin dövlətlərarası münasibətlərə təsirinə gəldiksə isə, şübhəsiz ki, belə bir təsir var. Ən azı, ÜAK-ın ləğvi münasibətlərdə indiyədək müşahidə olunan pozitiv atmosferə uyğun gəlmir. Eyni zamanda, hər kəs gördü ki, Rusiya tərəfi Azərbaycanın təşkilatın ləğvinə yol verilməməsi barədə çoxsaylı müraciətlərini və çağırışlarını qulaqardına vurdu. Bu da neqativ məqamlardan biridir. Digər tərəfdən, ÜAK kimi güclü diaspora qurumunun ləğvi Azərbaycanın Rusiya ilə bağlı siyasətinin zərbə alması deməkdir və rəsmi Bakının reaksiyası da bunu göstərir. Lakin bütün bunlara baxmayaraq, mən münasibətlərdə ciddi böhranın yaranacağına inanmıram. Çünki Azərbaycan tərəfi bunda maraqlı deyil”.

Ş.Cəfərli qeyd etdi ki, ÜAK-a görə Rusiyaya cavab addımları atmaq risklidir və gərginliyi artıra bilər: “Rusiya ilə münasibətlərin pisləşməsinin hansı fəsadlara səbəb ola biləcəyini isə Bakıda yaxşı anlayırlar. Bu səbəblə, rəsmi Bakı maksimum çalışır və bundan sonra da çalışacaq ki, əlaqələr təhlükəli həddə qədər soyumasın. Lakin hər şeyə rəğmən Azərbaycan hakimiyyəti xarici siyasətdə ənənəvi balans siyasətinə sadiq qalmaq istəyir və birtərəfli seçim etməyə isti baxmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36
İran Ukraynaya nota verib
Dünən, 17:31
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23
PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Dünən, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Dünən, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Dünən, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Dünən, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Dünən, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Dünən, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Dünən, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Dünən, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Dünən, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Dünən, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Dünən, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Dünən, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Dünən, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Dünən, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Dünən, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Dünən, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Dünən, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Dünən, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Dünən, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru