Deputatdan valideynlərə ÇAĞIRIŞ вЂ” “Dərhal məhkəməyə müraciət edin”
Tarix: 29-08-2017, 10:31 | Çap et
 Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa birinci sinfə gedən uşaqlarla bağlı valideynlərə çağırış edib.
“Ölkə.Az”-ın məlumatına görə, çağırışda deputat valideynləri Konstitusiyada göstərilən məqamlardan yararlanmağa və övladlarını birinci sinfə qəbul etmək istəməyən şəxslərlə bağlı məhkəməyə müraciət etməyə səsləyib:
“Artıq neçə gündür ayrı-ayrı insanlardan üzərimə xahişlər yağır. Bəlkə də son 20 gündə 20-yə yaxın tanışdan, dostdan, tanımadığım vətəndaşlardan müraciət alıram ki, bəs uşağı birinci sinifə qəbul etmirlər, bəhanə də budur ki, məktəbdə boş yer yoxdur. Yaxud da öncədən qeydiyyatdan keçməyib. Hələ litsey adlanan məktəblərdə 1-ci sinif uşaqları üçün guya sınaq imtahanı keçirilib, guya lazımi balı toplamadıqlarına görə məktəbə qəbul etmələri mümkün deyil. Anlayıram ki, məktəblərdə yerlə bağlı problem var, müəllimələrin sinifə götürəcəyi şagird sayı üçün də limit var, yəni obyektiv çətinliklər mövcuddur və bunu sadəcə həmin məktəblərin müdürlərinin üzərinə ittiham olaraq yönəltmək istəməzdim. İnsanlara kömək etmək də imkanım xaricindədir, çünki bütün günü götürüb məktəblərə məktub yazmalıyam ki, bəs filan uşağı məktəbə götürmək sizin borcunuzdur, xahiş edirəm borcunuzu yerinə yetirin. Ancaq bütün bunların həm də bir biabırçılıq tərəfi mövcuddur. Birinci sinfə gedən uşaq ümumiyyətlə niyə sınaq imtahanından və ya müsabiqəsindən keçməlidir? Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi var. Yazılır ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir! Buyurun, uşaq evinə yaxın məktəbdə oxumaq istəyir, valideyn niyə dağa-daşa düşməlidir uşağını məktəbə qoymaq üçün? Əslində biz dövlət olaraq cəhalətdən, kriminaldan qurtulmaq üçün vətəndaşa yalvarıb övladını məktəbə cəlb etmək əvəzinə, vətəndaş yalvarır ki, mənim uşağımı məktəbə götürün! Valideynlərin tək çıxış yolu var: Evinizə yaxın köşkdən Azərbaycan Respublikasının Konstitusuyası yazılmış kitabçanı alıb onun 42-ci maddəsinin altından xətt çəkin və sizin uşağı məktəbə götürə bilmərik deyilən kimi, istənilən vəzifəli şəxsi bu maddəni oxumağa məcbur edin! Yenə də bir nəticə ortaya çıxmasa, dərhal məhkəməyə müraciət edin. Narahat olmayın, məhkəmə mütləq xeyrinizə qərar çıxaracaq, çünki əks halda Konstitusiya pozulmuş olacaq. Neçə illərdir bizdə dərslər sentyabrın 15-i başladığına görə, gündəmdən sentyabrın 1-də qeyd etməyə alışdığımız Bilik günü və ya bayramı deyilən məfhum tamamilə yoxa çıxıb. Bu əslində məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir. Təhsilə gec başlamaq sübh tezdən günəş işığının 3-4 saatını yuxuda keçirməyə bənzəyən bir durumdur. İndi 1 sentyabrda yenə də məktəb olmayacaq, Bilik bayramı da olmayacaq, ancaq nə xoş ki, Qurban bayramı məhz həmin gün olacaq. Bu bayramın da fəlsəfəsi budur ki, Yaradana şükr etmək üçün ona qurban kəsməlisən. Kəsəcəyin qurban da adamdan olmaz, mütləq bəlli heyvan cinsindən olmalıdır. Bu o deməkdir ki, adamdan qurban kəsilmirsə, onun təhsilini də, biliyini də nəyəsə, kiməsə qurban vermək olmaz! Odur ki, kimsə ilk başlanğıcdan körpə fidanlarımıza stress yaşatmasın, bütün səlahiyyətli şəxslər anlamalıdırlar ki, məktəbdə oxumağa başlamaq ali məktəbdə oxumaq deyil, dövlət tərəfindən təmin olunan hüquqdur!”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovun mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmayıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12 |
|
|
|
|