“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri .....                     “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub .....                     PKK silahı yerə qoymağa başlayır .....                     Rüsvayedici məlumatlarla hədə-qorxu .....                     Bakının üzərindəki RUS PEYKİ... .....                     Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu .....                     Büyükfırat ailəsində eyni gündə iki faciə .....                     ADESA-dan insan ölümünə REAKSİYA .....                     Çörəyimizin duzu yoxdur, YOXSA... .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi .....                     Ersin Tatar Azərbaycana gəlir .....                     Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... .....                     Gürcüstanda daha bir nazir istefa verib .....                     Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib .....                     20 yaşlı qızın faciəli ölümü .....                     Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                     Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                     İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                 

“Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüb”
Tarix: 29-08-2017, 09:04 | Çap et
“Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüb”
Son 17 ildə Azərbaycan müxalifətinin lider problemi yaşadığı göz önündədir. Xüsusilə mərhum prezident Əbülfəz Elçibəyin ölümündən sonra bu məsələ daim aktual olub. Onun kimi birləşdirici bir siyasətçinin olmasına daim ehtiyac duyulur və bu tipli bir şəxsin Elçibəyin davamçıları sırasından çıxmaması suallar doğurur.

Hazırda ölkə müxalifətinin liderlərinin tam əksəriyyəti zamanında Elçibəy komandasının üzvü olublar, indinin özündə də hər birinin rəhbərlik etdiyi siyasi təşkilatlar mövcuddur ki, bu təşkilatlar demokratik düşərgənin əsasını təşkil edirlər. Artıq uzun illər müxalif camiədə təmsil olunan liderlər də belə bir problem yaşadıqlarını açıq şəkildə etiraf edirlər. “Yeni Müsavat”ın ötən saylarının birində geniş müsahibəsi gedən sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn də bu məsələni dilə gətirmiş, demokratik düşərgənin lidersizlikdən əziyyət çəkdiyini, bu problemin həlli yollarını tapmağın vacibliyini vurğulamışdı.

Çoxları düşünür ki, müxalif liderlərin şəxsi ambisiyaları, bir-birilərinə güzəştə getməmələri, eləcə də onların bəziləri arasında olan soyuq münasibət bu problemi ortaya çıxarıb.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, indiki şəraitdə lider axtarmaq faydasızdır: “Düşünürəm ki, müxalifətdaxili lider axtarışı indiki zamanda faydasız fəaliyyətdir. Doğrudur ki, Əbülfəz Elçibəyin vəfatından sonra müxalifəti öz ətrafında birləşdirə biləcək lider olmadı. Buna həm liderliyə iddialıların şəxsi keyfiyyətləri imkan vermədi, həm də digər müxalifət təmsilçilərinin eqo və ambisiyaları mane oldu. Ancaq mən yenə də o fikirdəyəm ki, müxalifətin bugünkü vəziyyəti onun birləşdirici lider çatışmazlığından irəli gəlmir. Əgər indiki hakimiyyətin dönəmində keçirilmiş bütün seçkiləri diqqətlə nəzərdən keçirsək görərik ki, müxalifət hamısında demək olar ki, birgə mübarizə aparıb və həmin dönəmin özünün müxalif lideri olub. Düşünürəm ki, müxalifətin uğursuzluğunun səbəbi yeniliklərə açıq olmaması, öz daxilində heç bir islahat aparmaq istəməməsidir. Analiz edəndə görürük ki, müxalifətin 88-ci illərin meydan hərəkatından çıxan liderlərinin demək olar ki, hamısı xalqın nəzdində etibardan düşüblər.

Əsas məsələ onda deyil ki, bu məsələdə xalq nə dərəcədə haqlıdır. Əsas odur ki, etimad tükənib və müxalifət də bu etimadı bərpa etmək üçün heç bir addım atmaq potensialında deyil. Artıq zaman yeni dönəm üçün yeni yanaşma tərzləri və yeni siyasi simalar tələb edir. Baxın, özlərinə müxalifətin liderləri deyən siyasətçilər 92-93-cü illərdə hakimiyyətdə olan zaman Avropa, Kanada, Türkiyədə orta məktəbdə oxuyan şagirdlər indi dövlət başçılarıdır, ancaq bizdə hələ də eyni simalardır. ”Bugünkü ənənəvi müxalifət öz aralarından lider seçə bilərmi" sualına isə konkret deyə bilərəm ki, xeyr. Çünki bu insanlar artıq 25 ildir ki, bir-birilərini tanıyırlar və bir-birilərinin xarakter və xüsusiyyətlərinə bələddirlər. Əgər bu günə qədər ümumi bir dil tapa bilməyiblərsə, demək ki, bundan sonra da çətin taparlar. Nəinki öz aralarında ortaq dil tapıb vahid lider seçə bilmirlər, hətta 25 il əvvəl hakimiyyətdə olduqları zaman başlatdıqları düşmənçilikləri və intriqaları böyük həvəslə davam etdirirlər. Elçibəyin vəfatından sonra bəzilərinə elə gəlirdi ki, onlar bütün etiraz elektoratını öz ətraflarında rahatlıqla toparlaya biləcəklər. Ancaq göründüyü kimi, nəinki toparlaya bilmədilər, tam əksinə, Elçibəydən qalmış elektoratı da darmadağın etdilər. Ümumiyyətlə isə lider axtarışını ənənəvi müxalifətin gündəmdə qalmaq üçün istifadə edə biləcəyi son faydasız cəhd kimi qiymətləndirirəm".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev P.Hüseynin dediklərində həqiqətlərin çox olduğunu bildirdi: “Hörmətli Pənah bəy dediklərində haqlıdır. Həqiqətən də Azərbaycan müxalifətində bu gün pramidal struktur mövcud deyil. Başqa sözlə, müxalif düşərgənin və narazı elektoratın əsas hissəsini ”qanadı altına" alan şəxsiyyət mövcud deyil. Bu acı reallıq, ilk baxışda subyekt mahiyyəti daşıyır. Pənah Hüseyn Azərbaycan siyasətində nadir şəxslərdəndir ki, onun siyasi təcrübəsi nəzəri biliklərə istinad edir. Belə təcrübəli şəxsin hadisəyə səthi qiymət verməsi ilə razılaşa bilmirəm. Əgər hörmətli Pənah Hüseyn Elçibəy dönəmini nəzərdə tutursa, o haqlıdır. Zaman keçdikcə, Elçibəyin birləşdirici və ümumiləşdirici missiyası daha qabarıq görünməyə başlayıb. Mən elə mərhum prezident Elçibəyin timsalında Pənah Hüseynin fikrinə münasibət bildirmək istərdim. Biz 89-93-cü illərdə xalq hərəkatının lideri Elçibəyin liderlik nümunəsini görmüşük. Həqiqətən də hərəkatda ümumi istəklərin bir nəfərin timsalında cəmlənməsi mühüm amildir. O zaman xalq hərəkatı böyük nəticələr əldə etmiş, hətta hakimiyyətə də gəlməyi bacarmışdı.

Biz sonradan Bakıya döndükdən sonra vəfatına qədər 1997-2000-ci illər arasında da Əbülfəz Elçibəyi siyasi fəal gördük. Eyni şəxsin 2 müxtəlif dövrdə tamamilə fərqli nəticəli fəaliyyətinin şahidi olmuşuq. Deməli, şəxsiyyətin mövcudluğu həlledici deyil, vacib olsa da, mühit və dövran, rəqibin kimliyi və gücü də siyasi proseslərə həlledici təsir gücünə malik olur. Eynilə Nemət Pənahlını da misal göstərmək olar. 88-ci il meydan hərəkatının şəksiz lideri olan Pənahlı da, bu gün nəticə göstərə bilmir. Beləliklə, Pənah bəyin fikrini inkişaf etdirərək onu demək istəyirəm ki, lidersizliyimiz faktdır. Lakin liderlərimizin olduğuna əminəm. Eyni zamanda əminəm ki, şərait yaranan kimi millət içindən öz həlledici şəxsiyyətini ortaya çıxaracaq. O dövrün və məqamın tələblərinə uyğun kim məsuliyyəti üzərinə çəkəcəksə, lider də o olacaq. Ötən əsrin sonlarında insanımızın əksəri nə Elçibəyi, nə Pənahlını, nə də ki, digər liderləri, o cümlədən Pənah Hüseyni tanımırdı. Lakin həmin adlar 2-3 ilin içində tarix yaza bildilər. İnanıram ki, aramızda növbəti dönəmin lideri yaşayır. Sadəcə olaraq, ya obyektiv, ya da subyektiv səbəblərdən situasiyanın dəyişməsi yeni dönəmin liderini ortaya çıxaracaq".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Bu gün, 17:26
“Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:23
PKK silahı yerə qoymağa başlayır
Bu gün, 17:18
Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Bu gün, 17:16
Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Bu gün, 17:11
Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Bu gün, 17:07
Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Bu gün, 17:02
ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Bu gün, 16:57
Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:51
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Bu gün, 16:46
Ersin Tatar Azərbaycana gəlir
Bu gün, 16:42
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Bu gün, 16:40
Gürcüstanda daha bir nazir istefa verib
Bu gün, 16:35
Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:05
20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Bu gün, 15:03
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru