GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                 

“Fəaliyyətimdə fasilənin yaranması düşünülmüş şəkildə deyildi”
Tarix: 26-08-2017, 08:37 | Çap et
“Fəaliyyətimdə fasilənin yaranması düşünülmüş şəkildə deyildi”
Bu gün Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının 70 yaşı tamam olur. Hər zaman mətbuata açıq olan, son 6 ayda qəfil mətbuatdan gedən yubilyarla bunun səbəbləri və indiyə qədər keçdiyi həyat yolu barədə söhbət etdik.

- Fəzail bəy, artıq 70 yaşınız tamam olur. Qəzetimiz adından sizi təbrik edir, uzun ömür arzulayırıq. Bu yaşa qədər gəlib çıxmaq insana hansı hissləri yaşadır?


- Təbrikə görə sizlərə təşəkkür edirəm. Əslində 70 yaşa çatmağın özü böyük fəaliyyət hesab olunur. Çünki hər bir kəsin bu yaşa gəlib çatması təəssüflər olsun ki, bir çox hallarda mümkün olmur. Açığını söyləyim ki, 70 yaşa çatanda bir təəssüf hissi istər-istəməz insanda yaranır. Məsələn, mən də təəssüf hissi yaranır ki, nədən birdən-birə gəlib bu yaşa çatdım. Bu həyat nə tez məni 70-in zirvəsinə qaldırdı? Eyni zamanda, təbii olaraq, 70 ildə keçdiyin yola nəzərə salırsan. Harada səhv etmisən, düzgün addım atmamısan, nələri başqa cür etsəm daha yaxşı olardı kimi özünə hesabat verirsən. Amma ətrafında səni başa düşən, sənin qayğına qalan həyat yoldaşını görürsən, eyni zamanda, səni əhatə edən övladlarını, gəlinlərini, nəvələrini görürsən. Onların da sənə olan istəyini, sevgisini hiss edirsən. Bunun özü də məndə çox böyük, xoş hisslər yaradır. Tanrıya şükür edirəm ki, məni gətirib 70 yaşa qədər çatdırdı, bu yaşı, taleyi mənə verdi.


- Fəzail Ağamalı üçün bu yaşa gəlib çatmaq asan yoxsa çətin oldu?


- Asan olmadı. Yaşımın müəyyən dövrlərində qayğılı yaşamışam. Gənclik dövründə insan indiki kimi həyatı dərk edə bilmir, qiymətləndirmir. Ona görə həyatın pis və ya yaxşı keçməsinin əhəmiyyətinə varmırsan. Bu, qayğısız, cavanlıq illəridir. Bu, hamıda düşünürəm ki, eyni cür baş verir. Mən də o günləri xatırlayanda düşünmürdüm ki, zaman tez gedir, əksinə deyirdim ki, bir az yaşa dolsaydım, daha yaxşı olardı. Ancaq yaşa dolduqca, həyatı dərk etdikcə, həyatın verdiyi xoş, uğurlu anlarla bərabər, onun çətinlikləri içərisində də yaşamalı olursan. Əsas məsələ ondadır ki, mən bir qayda olaraq, sevincli, ən xoş günlərimdə belə nə eyforiya qapılmışam, nə də çətin, çox ağrılı-acılı günlərimdə əyilmişəm. Sınmamışam, özümü toparlayıb həyatımı davam etdirmişəm. Həyat təbii ki, ziqzaqlıdır. Yaxşı günləri də, durğunluq günləri də, çətin günlər də var. Bu hallar bütün insanlarda olduğu kimi məndə də olub. Amma bütövlükdə çönüb arxaya baxanda keçmiş olduğum ömür yolunu qiymətləndirərkən Tanrıma şükür edirəm. Şükür edirəm ki, taleyim hər halda 70 yaşı vərəqləyərkən onda peşmançılıq keçirmədiyim hisslərlə doludur.


- İndiyə qədər arzuladığınız ömrü yaşamısınız?


- Şəxsi həyat baxımından götürəndə arzuladığım həyatı yaşamışam. Bu həyatı özüm qurmuşam, özüm-öz qayğıma qalmışam, ailəmin qayğısına da özüm qalmışam. Çətinliklərim olduğu zaman kənardan mənə maddi cəhətdən kömək olmayıb. Çünki valideynlərimin vəziyyəti elə durumda olub ki, onların mənə kömək etmək imkanları olmayıb. Ailəmiz çox böyük olub. Ona görə tələbəlik illərindən başlayaraq, özüm-özümü maddi cəhətdən təmin etmək barədə düşünmüşəm. Sonrakı illərdə də eyni düşüncədə olmuşam. Belə düşünmüşəm ki, əslində həyat bu cür olmalıdır. İctimai-siyasi baxımından ömrümün vacib hissəsini sərf etdiyim fəaliyyətə gəldikdə isə, burda da təəssüf hissi keçirməyə əsasım yoxdur. 23 yaşımda ali məktəbi bitirmişəm, dərhal universitetdə müəllimliyə başlamışam, özümdən yaşlı insanlara dərs demişəm.

Elm yolunda müəyyən uğurlu addımlarımı atmışam, yüksək maaş almışam, 36 yaşımda kafedra müdiri olmuşam. Bu həmin dövrdə çox böyük nailiyyət hesab olunurdu. Sonrakı 1988-ci illərdən üzü bəri artıq bütün xalqımız kimi mən də kataklizmlər içərisində yaşamışam. Əslində arzumun çiçəklənməsinin bir ömrünü yaşamışam. Bu anlar mənim üçün çox möcüzəli, xoş anlar olub ki, Azərbaycanın azadlığı uğrunda mübarizədə mən də varam. Allah bu taleyi mənə qismət etdi. Taleyin vermiş alın yazısı, yaşadığın ömür o zaman xoş olur ki, sənin gənclik illərində düşündüyün, amalına çevrilən, hətta məsləkin üçün ölümə getməyə hazır olan yolun yolçusu olursan. Bu da böyük bir xoşbəxtlikdir. Eyni zamanda, o yol səni gətirib zirvələrə çıxarır, o yolun bəhrəsini görürsən. Azadlığı xalqınla birlikdə aparmaqla bərabər, həm də qazanılan dövlət müstəqilliyinin vermiş olduğu imkanlar daxilində yaşayırsan, o günləri görürsən. Görürsən ki, millətin azad, dövlətin müstəqildir, artıq sayılıb-seçilən dövlətlər içərisində varsan, bayrağın dalğalanır, himnin səslənir, dünya miqyasında uğurlu addımlar atırsan, dünyanın bir çox ciddi xarakter daşıyan layihələri Azərbaycanda uğurla həyata keçirilir. Dövlətimiz bu gün dünyanın hörmət etdiyi ən ləyaqətli ölkələrdən birinə çevrilib. Əlbəttə, bunların hamısı məni son dərəcə sevindirir. Deyirəm şükürlər olsun ki, mən xalqımın azadlığı uğrunda mübarizəyə qoşuldum, eyni zamanda milli dövlətçiliyimizin qurulması uğrunda mücadilədə iştirak etdim. Artıq qurulan güclü və qüdrətli bir ölkənin vətəndaşı kimi onun əldə etdiyi nailiyyətlərin içərisində sən də yaşayırsan. Bunu sözlər ifadə etmək çox çətindir.

“Fəaliyyətimdə fasilənin yaranması düşünülmüş şəkildə deyildi”

- 70 yaşdan öncəki zamana baxanda hansı xoş və ya ağır hissləri xatırlayırsınız?


- Gənclik dövründə hər kəsin arzuları var. Bu dövrdə ən böyük sevincim 1966-ci ildə Bakı Dövlət Universitetinə qəbulum oldu. Bu çox böyük sevinci idi. Sonrakı illərdə ailə həyatı qurmağım, övladlarımın dünyaya gəlməsi mənə böyük sevinc bəxş elədi. Bunlar etiraf olunmalıdır. Şəxsi həyatımda bunlarla bərabər övladlarımın ailə qurması, onların toyunda böyük sevinc içərisində qol götürüb oynamağım, ən xoş hisslərin təsiri altında özümü belə unutmağım, nəvələrimin dünyaya gəlməsi, onların əhatəmdə olması ən sevincli günlərimdir. Bu hər kəsdə olduğu kimi, məndə də bu hisslər ən aparıcı yerdə durur. Mənim üçün ən kədərli günlər valideynlərimi itirməyim oldu. Anamın itkisi, ondan qabaq qardaşımın 52 yaşında vəfatı məni çox sarsıtdı. Qardaşımdan bir il sonra anam dünyasını dəyişdi. Bunlar mənə sarsıdıcı zərbələr vurdu. Hətta qardaşımın vəfatından 7 gün sonra infarkt keçirdim.


Mənim üçün bu gün ən kədərli anlardan biri işğal olunmuş torpaqlarımızın erməni işğalı altında qalmasıdır. Səmimi şəkildə etiraf edirəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti kimi, bu məni də sıxmaqdadır. Torpaqlarımızı itirə-itirə gedirik. 1828-ci ildən üzü bəri torpaqlar itirilib. Dünyanın beynəlxalq gücləri bu torpaqları alaraq, parça-parça edərək, müxtəlif millətlərin arasında bölərək, ərazilərimizi 86.6 min kvadrat kilometrə qədər kiçiltdilər. Onun da 20%-i bu gün işğal altındadır. Kədərli anlarım xüsusi olaraq ondadır ki, doğulduğum Zəngəzura gedə bilmirəm. Bu torpağımızın kəndləri, otlaqları, düzənlikləri, bulaqları, dağları, təpələri tez-tez yuxuma girir. Çox təəssüf edirəm ki, oraları gedib görə bilmirəm. Bu məndə çox ağrı yaradır, əzab verir. Millətimiz, dövlətimizlə bağlı hər hansı bir itki baş verəndə, xoşagəlməz hadisələr olanda onun ağrısını dövlətimizi, xalqımızı sevən hər bir vətəndaş kimi məni də incidir.


- Bu günə qədər yaşadığınız həyatı yenidən yaşamaq imkanı qazansaydınız, nələr edərdiniz?


- Etdiklərimi yəqin ki, yenə də edərdim. Çalışardım ki, şəxsi həyatımda buraxmış olduğum nöqsanların, səhvlərin sayı az olsun. İmkan daxilində orada səhvləri buraxmayım. Amma ictimai-siyasi, iş fəaliyyətimdə tam səmimiyyətlə deyirəm ki, elə bir ciddi səhvə yol verməmişəm ki, bu gün onun peşmançılığını çəkim. Amma ailə ilə, özümün şəxsi həyatımla bağlı səhvlərim olub.


- 70 yaşa çatan bir insan kimi arxasınca bu yaşa doğru gələnlərə nə sözünüz var?


- Onlara ilk növbədə, möhkəm cansağlığı arzulayıram. Bu vəziyyətdə gəlib 70-i haqlasınlar, 80-90-a doğru addımlasınlar. Arzulayardım ki, onlar da bu yaşa çatanda, dönüb arxaya baxanda peşmançılıq hissləri keçirməsinlər. Həyatlarını elə qursunlar ki, o peşmançılıq hissləri onlara heç zaman əziyyət, əzab verməsin. Xalqımıza təmənnasız hansı sahədə çalışmalarından asılı olmayaraq, xidmət etsinlər, dövlətimizi sevsinlər, müstəqillik kimi ali nemətimizi qoruyub saxlamaq üçün bütün varlıqları ilə buna hazır olsunlar. Bizə müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmləndirilməsində müstəsna xidmətləri olan ulu öndərimiz Heydər Əliyevi düzgün qiymətləndirsinlər. Ulu öndər kimi hər zaman xalqımız və dövlətimizi sevsinlər. Azərbaycanı böyük uğurlara doğru aparan, dövlətimizi dünya miqyasında daha yüksək səviyyədə tanıdan, ulu öndərimizin siyasi xəttini uğurla yerinə yetirən cənab prezidentimizə hər zaman dəstək olsunlar. Çünki keçib gedən zaman sübut etdi ki, İlham Əliyev dünya miqyasında tanınan, hörmət edilən ən güclü dövlət xadimlərindən biridir. Bunu xalqımız doğru qiymətləndirib, onunla bərabər olmalıdır.


- Mətbuatdan 6 ay idi ki, uzaq idiniz. Bununla bağlı müəyyən iddialar meydana çıxdı. Xüsusilə səhhətinizdə ciddi problemlərin olduğu deyilir...

“Doğulduğum Zəngəzurun kəndləri, otlaqları, düzənlikləri, bulaqları, dağları, təpələri tez-tez yuxuma girir”

- Əslində dincəlmək istədim. Mətbuata hər zaman açıq olmuşam. Jurnalistlərin mənə ünvanladıqları sualları cavabsız buraxmamışam. Düşünmüşəm ki, bu peşə sahiblərini diqqətdə saxlamaq, onların suallarına hörmətlə yanaşmaq lazımdır. Hər kəs bildiyi cavabı verməli, əgər bilmirsə, etiraf etmək lazımdır. Jurnalistlə xoş əhval-ruhiyyə ilə ayrılmaq lazımdır. Bu müstəqil Azərbaycan mətbuatının yaranmasından üzü bəri fəaliyyətimin başlıca istiqamətlərindən biri olub. Düşünürəm ki, mən düz etmişəm.

Çünki siyasətçinin fəaliyyətini ortaya qoyan, onu tanıdan, xalqa çatdıran mətbuatdır. Mətbuatın yerini və rolunu düzgün qiymətləndirməyən siyasətçi düşünürəm ki, yetərincə dərin siyasətçi deyil. Fəaliyyətimdə fasilənin yaranması düşünülmüş şəkildə deyildi. 1988-ci ildən üzü bəri hər zaman gündəmdə olmuşam. Hətta bunu çox hörmətli, dəyərli baş redaktorunuz Rauf Arifoğludan soruşa bilərsiniz. Çünki o da hər zaman gündəmdə olub, daim proseslərdə fəal mövqe sərgiləyib. 1988-ci ildən bu yana bir dəfə də olsun proseslərdən uzaq olmamışam. Ola bilsin ki, səhhətimdə bəzi xırda problemlər olanda bir mətbuatdan uzaq qalmışam. Amma bu zaman da fəaliyyətimə heç zaman fasilə verməmişəm.


Son 29 ildə bu ilin aprelinin sonlarına qədər sağlam həyat tərzini davam etdirmişəm. Açığı, apreldə dincəlmək istədim. Həqiqətən çox yorulmuşdum. Hiss edirdim ki, yorulmuşam. Hətta tək-tənha belə dincəlməyə ehtiyacımın olduğunu hiss etdim. Bunun üçün vaxtı ilə istirahətə getdiyim yerə yenə getdim, müayinədən keçdim. Bəlli oldu ki, tənginəfəsliyim var. Dərinə gedəndə gördülər ki, bu problemi aradan qaldırmaq üçün artıq çəkim mane olur. Ondan azad olmalıydım. Beləliklə tamamilə həkimlərin nəzarəti altına keçdim. Sonradan Türkiyədə oldum, müalicəmi davam etdirdim. Son iki ayda isə Azərbaycandayam. Yenə telefonlarımı açmadım. Çünki həkimlər imkan daxilində telefonlardan uzaq durmağımı istədilər. Dedilər ki, çalış mənfi emosiyaları qəbul etməyəsən. İnsanın barmağına belə tikan batanda onun əsəbləri nə qədər gərilirsə, hamımıza bəllidir. Ona görə də insanın səhhətində hər hansı bir problem olanda bu onun psixologiyasına da ciddi təsir edir. Həkimlər də bu baxımdan əlavə qıcıq yarada biləcək informasiyaların qəbul edilməməsi üçün telefondan uzaq durmağımı söylədilər. Mən də telefonu kənara qoyub düşündüm ki, fərz edək 88-ci illər kimi telefon yoxdur. Bu gün də telefonlarım bağlıdır. Oğlumun telefonu ilə sizə zəng edirəm. Yenə də telefonumu açmağı düşünmürəm. Əgər zəruri olanda bir neçə portal ilə, eyni zamanda, yazılı mətbuatdan sizsiniz ki, sizinlə bu və ya digər şəkildə əlaqə quracam, münasibətləri yaşadacam.


“Yeni Müsavat” qəzeti ilə hər zaman əməkdaşlığım olub, doğrudur, bəzi hallarda bu əməkdaşlıq gərgin olub, bu qarışıqlı ittihamlarla, ədalətli-ədalətsiz hücumlarla müşahidə olunsa da, yenə də təmkinimi itirməmiş, əməkdaşlığımı davam etdirmişəm. Bu gün sizlərlə əməkdaşlığım ən yüksək səviyyədədir. Qarışıqlı hörmətə əsaslanan, ədalətə söykənən əməkdaşlıq mövcuddur. Ona görə zəruri hallarda sizinlə mütləq əlaqə saxlayacam. Ola bilsin ki, əvvəlki nömrələrim işləməsin. Yəqin ki, yenisini işlədəcəm və təbii ki, sizin mətbuata verəcəm. Sizinlə əməkdaşlığımı yenə də qoruyacam.
Məni doğum günümdə yada saldığınız üçün başda Rauf Arifoğlu olmaqla bütün əməkdaşlarınıza, şəxsən sizə minnətdarlığımı bildirirəm. Mənə diqqət ayırdınız, onun üçün Allah sizə ömür versin. Siz də 70-ə çatıb, 80-90-a doğru gedin.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru