Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi .....                     Şəhid qardaşına vəzifə verildi .....                     Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib .....                     Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR .....                     Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib .....                     Paşinyan Apostol Kilsəsinin bu keşişlərini .....                     Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək .....                     Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır .....                     AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb .....                     Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib .....                     “Sputnik-Azərbaycan”da əməliyyat keçirilir .....                     Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər .....                     Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb .....                     Rüfət Səfərovun məhkəməsi keçirildi .....                     Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb .....                     “İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB .....                     Paşinyan keşişlərə: .....                     Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu .....                     Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                     İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                     "Niyə yaslarda bunları stola qoyurlar?" .....                     Azərbaycan XİN-də yeni idarə yaradılıb .....                     KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər .....                     Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb .....                     Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ .....                     "Məsələ yoluna qoyulacaq" .....                     “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” .....                     Kaya Kallas Mirzoyanla görüşüb .....                     Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! .....                     Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi .....                     SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... .....                     Pezeşkian qonşularla münasibətlərdən danışdı: .....                     Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... .....                     Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq .....                     Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                 

Hafiz Hacıyev Aslan İsmayılovu məhkəməyə verir: - “Balıq adı ilə fəxr edirəm”
Tarix: 18-08-2017, 13:50 | Çap et
Hafiz Hacıyev Aslan İsmayılovu məhkəməyə verir:
Tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədəki şəxsi hesabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ünvanına sərt ittihamlarla çıxış edib. Partiya sədrini “Balıq” adlandıran vəkil onun obyektlərindən, iş adamları ilə mal mübadiləsindən və bu kimi digər məsələlərdən söz açıb.

Hafiz Hacıyev Modern.az-a bildirib ki, Aslan İsmayılovu yenidən məhkəməyə verəcək:
“Mən istər Qərbi Azərbaycan, istərsə də Azərbaycanda həmişə ermənilərlə mübarizə aparıb qalib gəlmişəm.

O, Azərbaycanda “SOROS” fondunun təmsilçilərindən biridir. Bu günlərdə övladına toy etdi. Ora gələn paketlərin hamısında soyadlarını dəyişən ermənilərin adları qeyd olunub. Bu hadisələrin hamısı Hafiz Hacıyevə qarşı həmin toyda cızılmış planlardır. Bilmirəm, hüquq-mühafizə orqanları bunun nəyinə dözür?.
Hafiz Hacıyevin övladları dövlət qulluğunda işləyir. Soruşmaq lazımdır ki, Aslan İsmayılovun oğlu harada işləyir?.. Onun oğlu bütün günü Azərbaycana qənim kəsilən ingilislər, digər qüvvələrlə bir yerdədir. Aslan İsmayılov bilməlidir ki, Əli Kərimli, Cəmil Həsənli ilə iştirak etdiyi həmin toyda nə danışıbsa, hamısı bizim əlimizdədir. Mən balıqçılıq üzrə elmlər namizədiyəm və onun kimi deyiləm”.
H. Hacıyev Aslan İsmayılovun “Balıq” ifadəsi haqqında da fikir bildirib:
“Hafiz Hacıyev “Xruşovka”da qalır. Bütün jurnalistləri də dəvət edirəm gəlib baxsınlar. O, qeyd edib ki, mənim qızımın adına ev var. Qətiyyən belə deyil, yalandır. Əgər həmin ev varsa, onun oğluna verirəm.
Bəli, mənim əmim uşaqlarının Göygöldə quşçuluq fabriki var. Fərqi nədir, ya Mürvət, ya Əli ya Vəlidən cücələr alındı?. ..Danışdıqlarının hamısı cəfəngiyyatdır.
Mən “balıq” adı ilə fəxr edirəm. Balıq təmiz sularda üzür. Onun kimi dövlətimə, xalqıma xəyanət etmirəm. Yaxın günlərdə onu məhkəməyə verəcəm. O zaman Hafiz Hacıyevin qalibiyyətinin şahidi olar”.
İş adamı Mürvət Həsənli də Aslan İsmayılovun ona qarşı iddialarına cavab verib.
““Adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Bu gün Aslan İsmayılovun Hafiz Hacıyev haqqında yazdığı hədyanları oxuyanda bu atalar sözü yadıma düşdü” – M. Həsənli bildirib. O əlavə edib:

“Əvvəla, ona görə ki, şəxsən mənimlə məhkəmə çəkişmələrində bircə dəfə olsun, məhkəməyə gəlməyən bu adam Hafiz Hacıyevə qarşı eyni ittihamı irəli sürürdü. Əgər həqiqətən də məhkəmədən yayınmaq hüququn işləməsi üçün bu qədər vacibdirsə, Aslan İsmayılov özü niyə bu addımı atmır? Axı Hafiz Hacıyevdən fərqli olaraq, o, hüquqşünasdır və hüquqa, qanuna birinci növbədə özü hörmət etməli, başqalarına nümunə olmalıdır.
Mümkündür ki, Aslan İsmayılov bu iradımı hüququn ədalətsizliyi ilə izah etsin, Azərbaycan məhkəmələrinin obyektiv qərar çıxaracağına inamsızlığını əsas gətirsin. Elədirsə, onun öz rəqibini məhkəməyə verməsini, ədalətinə inanmadığı hakimin hökmündən mədəd ummasını necə başa düşək?
“Biz ki deyilik rəiyyət, bizlərə nə şəriət” anlayışını özünün həyat fəlsəfəsinə çevirən Aslan İsmayılova antik dövrün ən böyük filosofu Sokratın öz həyatı bahasına ödədiyi hüquqa sayqısını nümunə gətirmək yerinə düşərdi.

Rəvayətə görə, çıxarılacağı məhkəmədə ölüm hökmüylə cəzalandırılacağı bilinən filosofa tələbələri gizlənməyi təklif edirlər. Sokratın cavabı isə konkret olur: “Mən başqalarına hüquqa hörmət göstərməyi təlqin etdiyim halda, özüm onun cilvəsindən qaça bilmərəm. Əks halda özüm yaşayar, sözüm ölər. Sözünün heç bir dəyəri qalmayan diridənsə, sözü ədəbi yaşayan ölü olmaq daha şərəflidir”.
Bildirildiyinə görə, Sokrat bu düşüncəylə məhkəməyə gedir, son sözünü deyir və zəhər içib hüquqa hörmətin nümunəsini öz ölümü bahasına yaradaraq, həyatdan köçür.

Hüquqşünas kimi Aslan İsmayılov da sözünün ötkəmliyi üçün ilk növbədə hüquqa hörmətini ortaya qoymalı, daha sonra başqalarından da eyni addımı gözləməlidir. Hər halda, onu bu dürüstlüyünə görə, Sokratdan fərqli olaraq, ölüm də gözləmir.
Aslan İsmayılovun adını özgəsinə qoyduğu digər xüsusiyyəti hər kəsi təhqir etdiyi halda, Hafiz Hacıyevi məhz bu ittihamla məhkəməyə verməsidir. Sözsüz ki, öz ləyaqətinə, şərəfinə hörmət edən adam başqasının ünvanına haqsız daş atmamalıdır. Həm də öz qapısı şüşədən olduğu halda. Heç uzağa getməyək, Hafiz Hacıyev haqqında paylaşdığı son statusunda belə, bu adam gül ağzını natəmizliklərdən qoruya bilməmiş, fikrini təhqir və söyüşlərlə ictimaiyyətə çatdırıb. Həmin statusda onun ən tərbiyyəli sözü isə “Balıq Hafiz” kəlməsi olub.

Yəqin razılaşarsınız ki, bir insanı icra etdiyi vəzifəsinə görə aşağılamaq, ilk növbədə, hüquqşünasa yaraşmaz. O başqa söhbətdir ki, Hafiz Hacıyevin keçmişdə daşıdığı vəzifə nəinki aşağılanmağa layiq deyil, əksinə, hər kəsin can atdığı statusdur. Bir ölkənin naziri, konsern rəhbəri olmaq yüzlərlə aslanismayılovların yatsa da yuxusunda belə görə bilməyəcəkləri məziyyətdir.
Vəkillik etmək hüququnu itirmiş bu adamın “Fairmont” restoranında oğluna etdiyi 300 min manatlıq toyun vəsaitinin haradan qazanması daha çox mübahisəyə açıqdır.

Haqqında bəhs etdiyim həmin statusda diqqətimi cəlb edən bir başqa məqam isə, Hafiz Hacıyevin yaratdığı kənd təsərrüfatı müəssisəsi üçün heç bir vergi verməməsiylə bağlı iddiadır. Adını vəkil qoyan Aslan İsmayılov hələ də bilmir ki, kənd təsərrüfatı müəssisələri vergilərdən azad olunub. Bu savadla insanların hüququnu qorumağa iddia edən vəkil zəhmət çəkib qanunlarla maraqlansa, daha xeyirli addım atar. Nə yazıq ki, Aslan İsmayılovun elə bir dərdi yoxdur. Çünki o problemləri hüquqi müstəvidə yox, facebook səhifəsində ona-buna söyüş yağdırmaq və şantajla həll etməyə çalışır.

Statusun həmin hissəsində Aslan İsmayılov mənim bostanıma da daş atmağı unutmayıb. İddia edir ki, guya, mən Aslan İsmayılovu zərərsizləşdirmək üçün Hafiz Hacıyevə bu il mayın 17-də 19 min 100 ədəd cücə hədiyyə etmişəm. Doğrusu, Aslan İsmayılovun özünə bu qədər dəyər verməsi məni xeyli təəccübləndirdi. Ona görə ki, nə mən bu qədər bədxərcəm, nə də Hafiz Hacıyev o qədər “Allahsız”dır ki, Aslan İsmayılovu ifşa etmək üçün 20 min cücə istəyə”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:51
Şəhid qardaşına vəzifə verildi - FOTO
Bu gün, 14:42
Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Bu gün, 14:37
Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Bu gün, 14:34
Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:33
Paşinyan Apostol Kilsəsinin bu keşişlərini "qardaşlarım" adlandırdı...
Bu gün, 13:07
Zəngilanda 5-ci yaşayış məhəlləsinin layihələndirməsinə 1.3 milyon xərclənəcək
Bu gün, 13:05
Ermənistan sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırdır - Mirzoyan
Bu gün, 13:01
AIİ Ermənistana 270 milyon avro vəsait ayırıb
Bu gün, 12:58
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - SƏN DEMƏ...
Bu gün, 12:53
Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər - Kallas
Bu gün, 12:50
Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığın müzakirəsinə başlayıb - Mirzoyan
Bu gün, 12:48
Rüfət Səfərovun məhkəməsi keçirildi
Bu gün, 12:42
Rüşvət almaqda təqsirləndirilən Xəzər rayon komissarı və işçilərinin məhkəməsi başlayıb
Bu gün, 12:37
“İsrail dronları Azərbaycandan qalxıb?” sualına İran XİN-dən CAVAB - AKTUAL
Bu gün, 12:31
Paşinyan keşişlərə: - Kilsəni murdarlamayın
Bu gün, 12:23
Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:20
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03
Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55
Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51
Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43
Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37
Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33
Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24
Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01
Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00
Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54
24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:48
Başını itirmiş Putin Rusiyası... - BUNDAN SONRA...
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru