Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? .....                     Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik .....                     Zatulin Rusiyanın məkrli planını açıqladı .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb .....                     Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... .....                     İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? .....                     İş adamının oğlunun ölüm səbəbi məlum oldu .....                     "Niyə yaslarda bunları stola qoyurlar?" .....                     Azərbaycan XİN-də yeni idarə yaradılıb .....                     KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər .....                     Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb .....                     Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ .....                     "Məsələ yoluna qoyulacaq" .....                     “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” .....                     Kaya Kallas Mirzoyanla görüşüb .....                     Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! .....                     Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi .....                     SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... .....                     Pezeşkian qonşularla münasibətlərdən danışdı: .....                     Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... .....                     Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq .....                     Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək? .....                     “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? .....                     Bakıda kişi kirayə qaldıqları evdə dostunu .....                     Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… .....                     Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir .....                     Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb .....                     Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək .....                     Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı .....                     24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? .....                     Başını itirmiş Putin Rusiyası... .....                     Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında .....                     Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır .....                     İki əsr geridə qalan Pyotr təfəkkürü... .....                     “Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama .....                     "Vergini bu qiymətlə necə ödəyək?" .....                     Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR... .....                     Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək .....                     ABŞ və Hindistan saziş imzalamağa yaxındır .....                 

"Ermənilər o qədər peşmandılar ki..." - İcra başçısı
Tarix: 12-08-2017, 08:57 | Çap et
"Ermənilər o qədər peşmandılar ki..."
İndi Qarabağla bağlı durumun hansı həddə olduğunu, bu vəziyyətin nə ilə nəticələnəcəyini kimsə hətta təxmin belə edə bilmir. Yayın bu isti günlərində sərhədboyu və təmasboyu mövqelərdə hərarət yenidən artdı, düşmən təxribatının qarşısı alındı. Görünən budur ki, işğalçı Ermənistan mövqeyindən geri çəkilmək niyyətində deyil. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla Qarabağdan danışdıq.

- Bayram müəllim, sizdən Qarabağı soruşmağa gəlmişəm. Siz həm icma rəhbəri olaraq qarabağlılarla daim təmasdasınız, həm Qarabağla bağlı proses haqda kifayət qədər məlumatlısınız. Odur ki, ilk olaraq soruşmaq istəyirdim, Qarabağdan nə xəbər var?

- Desəm ki, bu saat Qarabağdan çox sevindirici xəbər var, düz olmaz. Belə bir xəbər yoxdur. Amma ümumən hadisələrin gedişatı bizim xeyrimizədir. Bütün dünya bilir ki, erməni burada bir oyuncaqdır. Bugünkü Ermənistan hakimiyyəti təkcə bizim düşmənimiz deyil, həm də erməni xalqının düşmənidir. Körpə uşaqları snayperlə, mərmi ilə öldürmək insanlıqdan uzaq hərəkətlərdir, biz son günlərdə bunun bir daha şahidi olduq. Ancaq Azərbaycan əsgəri bunun cavabını verir. Bu gün xalq öz ordusuna, Ali Baş Komandana arxayındır, ALİ Baş Komandan, ordu, xalq birdir. Azərbaycanda bu gün hamı cənab prezidentimizə etibar edir. Kimlərsə boş-boş danışa bilər, amma onlar da başqalarının qarşısında hesabat verirlər deyə, bu iddialarla çıxış edirlər. Amma özləri bilər, bizim belələri ilə işimiz yoxdur. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır.

- Kabinetinizin girişində mərhum Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur” fikri əks olunub. Bu gün Şuşasız, Qarabağsız olan Azərbaycanla bağlı düşüncələriniz necədir?

- Deməzdim ki, Azərbaycan Qarabağsızdır, Şuşasızdır. Bu, müvəqqəti hadisədir. Bu gün bizim ölkə başçımız ulu öndərin siyasətini uğurla davam etdirir. Qələbə Azərbaycan xalqının olacaq. Bilirsiniz ki, möhtərəm prezidentimiz həmişə Avropada, Amerikadakı yüksək tribunalardan çox böyük cəsarətlə sözünü deyib ki, Azərbaycanın ərazi bütövlüyünün güzəşt edilməsindən söhbət gedə bilməz! Mən də istəyirəm ki, sülh olsun, çünki özüm də o müharibəni görmüşəm. İnanmıram ki, Qarabağ müharibəsindən hansısa ailə əzab-əziyyət çəkməsin, yaxınını itirməsin. Ona görə də məsələnin sülh yolu ilə həlli daha yaxşıdır. Yəqin ki, bizim möhtərəm prezidentimizin apardığı siyasət uğurla nəticələnəcək.

- Müsahibəyə gələrkən erməni xəbərlərinə baxdım. Ermənistanın xarici işlər nazirinin müavini Köçəryanın Azərbaycanı müharibə ilə təhdid etməsi diqqətimi çəkdi. Ermənistan rəhbərliyinin bu cür həyasız davranışları təsdiqləyir ki, savaşın alternativi yoxdur. Siz hesab etmirsinizmi ki, danışıqların mənası yoxdur?

- Onlardan nə gözləyəsən? Azərbaycana qarşı iddiaları bir kənara qoyaq, əgər onlar Türkiyəyə hücum edəcəklərini iddia edirlərsə, siz bunlardan nə ağıl gözləyirsiniz? Hansı ki, Türkiyə ordusuna görə dünyada ön sırada dayanan dövlətlərdən biridir.

- Sizə elə gəlmirmi ki, onlara bu sərsəm fikirləri dedirdən qüvvə var?

- Unutmayın ki, arxalarındakı o qüvvənin özünün çətinlikləri, problemləri var. Unutmayaq ki, Türkiyə də NATO-nun üzvüdür və Alyans Türkiyənin təhlükəsizliyinə cavabdehdir.

- Bayram müəllim, Rusiya-Ermənistan hərbi birləşmələri yaradılandan sonra təkliflər var ki, Türkiyə və Azərbaycan da analoji addım atsınlar. Siz bu barədə nə təklif edirsiniz?

- Mən möhtərəm prezidentimizin apardığı siyasəti dəstəkləyirəm. Xeyli müddət öncə kimlərsə demişdi ki, azərbaycanlılar torpaqlarını düşmənə təhvil verdilər... Onda mən dedim ki, əgər bizim 20 faiz torpağımız müvəqqəti işğal olundusa, 80 faizini saxlaya bilmişik. Biz Bakını, Gəncəni, Sumqayıtı, Azərbaycanın digər yerlərini ermənidən təmizləyə bilmişik. Ermənilər o qədər peşmandılar ki... Bir neçə gün bundan qabaq bir bakılı erməninin danışığına qulaq asdım, Bakıdan ötrü onların burnunun ucu göynəyir.

- Amma faktiki illər keçir, Qarabağda işlər görülür, yeni nəsil o torpaqları özününkü sayır. Kiçik tutumlu təyyarələr Şuşaya uçur...

- Belə məsələlər mənim ən ağrılı yerimdir. Mən Şuşalıyam. Amma onlar iki nəfərlik təyyarələr gətirib nümayiş etdirirlər, bunlar idman oyuncağı kimi bir şeydir. Biz MİQ-29 kimi döyüş təyyarələrimizi nümayiş etdiririk, onlar da həmin oyuncaqları. Bu, bəs etmirmi?

- Zaman-zaman Azərbaycan əraziləri qəsb edilib, illər keçib, taleyimizlə barışmışıq. Sizdə Qarabağla bağlı belə bir narahatlıq varmı? Qarabağı Göyçənin, Zəngəzurun taleyi gözləyirmi?

- Bilirsiniz necədir, bizdəki ailə tərbiyəsi dünyanın heç bir ölkəsində yoxdur. Biz sülhsevər, beynəlmiləl olmuşuq həmişə. Bakı dünyanın ən beynəlmiləl şəhəri olub. Elə bu gün dünyada elə hadisələr baş verir ki... Amma Bakı multikulturalizmin mərkəzi elan olunub, bu, dünyaya bir örnəkdir, həm də xalqımızın mədəniyyətindən, tərbiyəsindən xəbər verir.

- Amma düşmən bizim bu keyfiyyətimizdən istifadə edir...

- Əlbəttə, istifadə edəcək, çünki “düşmən” deyirsən. Amma biz vaxtilə sovet ordusuna və sovetlər birliyinə arxayın olduq. İstər sovetlər birliyinin rəhbərliyi, istərsə də Azərbaycanın keçmiş rəhbərliyinin səriştəsizliyi öz rolunu oynadı. Üstəlik, vəzifə uğrunda mübarizə nəticəsində torpaqlarımızın 20 faizini itirdik. Ən əsası odur ki, o dövrdə Azərbaycanın rəhbəri olmadı. Ancaq bu gün Qarabağı Zəngəzurun, Göyçənin taleyi gözləmir. Bizim möhtərəm prezidentimiz dünya prezidentləri içərisində aparıcı şəxsiyyətdir, bunu bütün dünya görür. Gəlin görək cənab prezident Azərbaycan xalıq üçün nələr eləmir, hansı şəraitlər yaratmır? Cənab prezident nəinki bu gün, hətta 20-50 il bundan sonra ilə bağlı düşünür, addımlar atır, çalışır ki, bu xalq gözəl yaşasın. Rayonlara görüşlərə gedəndə baxıram, bizim regionlar tanınmaz dərəcədə inkişaf edib.

- Yeri gəlmişkən, yay aylarında harada istirahət edirsiniz? Xüsusilə də gəncliyi Şuşada, İsa bulağının başında keçmiş adamın indi istirahət elədiyi ünvan çox maraqlıdır.

- Mən heç yerdə istirahət eləmirəm, elə evimdə oluram. Mənim istirahətim yoxdur. Şuşa işğal olunandan sonra mənim istirahətim olmayıb. İnşallah qismət olsa, Şuşada istirahət eləyəcəyəm.

- Yəni o vaxtdan yay tətilində hansısa xarici ölkəyə, mavi dalğalı dənizlərin sahillərinə getməmisiniz?

- Xeyr, heç vaxt olmayıb. Olmayacaq da.

- Yəni əhd eləmisiniz?

- Yəqin ki. Mən Şuşanın gözəlliklərini qoyub başqa yerdə necə istirahət eləyə bilərəm? O gözəl guşələrin hamısı mənə doğma diyarımı xatırladır. Çünki təbiət gözəllikləri Şuşada daha çox təcəssüm olunub. Ona görə də mən Şuşanı başqa yerə dəyişə bilmərəm. Özü də daxilimdən istirahət etmək keçməyib heç vaxt. Hər zaman belə düşünmüşəm ki, Şuşasız istirahət mənə halal deyil.

- Xalq artisti Mənsum İbrahimov danışırdı ki, darıxanda gedib Ağdamın “dördyol”undan o tərəfə baxıb geri qayıdır. Siz Qarabağ üçün, Şuşa üçün darıxanda hara gedirsiniz?

- Mən o tərəflərdəki rayonlarımıza gedəndə Kirsin havasını ciyərlərimə dərindən çəkirəm. Məsələn, may ayının 8-də biz Şuşanın işğal gününü Cocuq Mərcanlı kəndində andıq. Ora yaxındır, Kirsin havasını duyuruq. Həm də Şuşa məscidinin eynisi tikildi orda. Mən o atmosferdə özümü Şuşaya çox yaxın hiss elədim. İmkan düşəndə Ağdam tərəfə də gedirəm.

- Rəhmətlik Məmməd Aslan son illərində Yardımlıya gedirdi, deyirdi Kəlbəcərin havasını ordan alır. Siz Şuşanın havasını hansı rayondan alırsınız? Elə bir rayon varmı?

- Yox... Yoxdur... (Fikrə gedir) Azərbaycan çox gözəldir. Amma Şuşanın əvəzi, alternativi yoxdur. Şuşanın füsunkar gözəlliyi, ab-havası, Şuşa ziyalıları təkrarolunmazdır. Demək olar ki, mən hər gün xəyalən Şuşaya gedib-gəlirəm.

- Bu duyğularla baş-başa qalanda özünüzü bir az da aciz saymırsınız ki? Yəni erməni quldurlar Şuşada kef çəkir, biz də özümüzçün xəyallar qururuq...

- Yox. Aciz hesab eləmirəm. Biz niyə özümüzü aciz saymalıyıq ki? Azərbaycan ordusu çox qısa müddətdə nəinki Dağlıq Qarabağı və bitişik rayonları, hətta Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarını azad etməyə hazırdır. Möhtərəm prezidentimiz sağ olsun, Azərbaycan ordusunun bütün maddi-texniki bazası, silah arsenalı yüksək səviyyədədir. Ən əsası odur ki, bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin, Azərbaycan ordusunun torpaqları azad etmək həvəsi var. Bax, bu kabinet şahiddir, 2016-cı ilin aprel hadisələrində 50-dən artıq hərbi xidmətə yaşı çatmayan uşaqları qəbul etmişəm. Onlar gəlirdilər ki, müəllim, biz döyüşə getmək istəyirik! Şuşalı uşaqlar idi. Sonra hərbi komissar var idi, indi dəyişib, o da dedi ki, çağırış yaşı çatmış gənclər, hətta yaşlılar döyüşə getmək üçün ona müraciət ediblər. Bu, bizim insanların torpağa bağlı olmasının, əraziləri işğaldan azad etmək niyyətinin əyani nümunəsidir.

- Azərbaycanın gücü və iradəsi var, buna kimsə şübhə edə bilməz. Eyni zamanda erməni komandanlıq etiraf edir ki, əsgərlər döyüşməmək üçün postlardan qaçırlar. Elə isə düşmən ölkə işğalı davam etdirməkdə niyə israr edir, onları buna vadar edən səbəb nədir?

- Bizdən fərqli olaraq, ermənilərdə qüvvələr var ki, öz xalqına zor tətbiq etməklə onları məcburiyyət qarşısında qoyurlar. Mən erməni ilə qonşu olmuşam. Erməni ilə bir yaşamışıq, dostluq etmişik, xeyrə-şərə getmişik. Mən ermənini tanımıram? Çox olanda erməninin 1-2 uşağı olub. Bu uşağı ona görə böyütmür ki, gedib Azərbaycan əsgərinin gülləsinə tuş gəlsin, hərbi hissədəki özbaşınalığın qurbanı olsun? Erməni ordusunda bu gün baş verənlər elə erməni xalqına qarşı düşmənçilik nümunəsidir. Mən bilirəm ki, onlar yaşlı adamları pul gücünə postda saxlayırlar. Digər tərəfdən də, mən Dağlıq Qarabağı çox yaxşı tanıyıram, vaxtilə ermənilərin yaşadığı əksər kəndlərdə olmuşam. Axı, Dağlıq Qarabağda o qədər erməni əhali yoxdur ki, o boyda ərazidə əsgər saxlamaq mümkün olsun.

- Xaricdən köçürülən ermənilər də var...

- Nə qədər köçürüləcək ki? Suriyadan, Livandan aldadılıb gətirilmiş ermənilər var. O ermənilərin vaxtilə normal həyatı, iş-gücü olub. İndi onları aldadıb Qarabağa gətiriblər. Burada nə işlə məşğul olacaqlar? Ermənistan hakimiyyəti diasporadan müəyyən vəsait alır ki, bu köçürülənləri Qarabağda saxlasın. Amma tutaq ki, Laçın, Kəlbəcər, Şuşa, Zəngilan, Qubadlıda 300-500 erməni məskunlaşdırıldı. Onlar arada nə iş görəcək? Özü də Suriyadan gələn erməni o qədər də axmaq deyil. Məgər o bilmirmi ki, bu torpağın sahibi Azərbaycandır və aprel döyüşləri təkrar oluna bilər?

- İcma rəhbəri kimi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləriniz olurmu? Onlara nə deyirsiniz?

- Bəli, görüşlər olur. İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istər digərləri ilə görüşdə sözümü deyirəm ki, mən o vaxt bu işlərdən razı olacağam ki, doğma Şuşamda olacağam. Nə qədər ki, Şuşamda deyiləm, onların işindən razı qala bilmərəm... Onlar bəzən birgəyaşayışın mümkün olmasına şübhə ilə yanaş0ıblar. Demişəm Azərbaycanda ağsaqqal sözünə hörmət var, əgər övladlarımıza desəm ki, möhtərəm prezidentimiz məsləhət bilib, biz barışığa gedirik, birgə yaşayacağıq, onda mənim övladlarım mənə qulaq asacaq...
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Etirazdan sonra keçirilən qalmaqallı imtahanda ciddi narazılıq: Suallar satılıb? - FOTOLAR
Bu gün, 12:12
Ermənistan-Azərbaycan sülh sazişini dəstəkləyirik - İran XİN
Bu gün, 12:03
Zatulin Rusiyanın məkrli planını açıqladı - Moskva Bakıdan bunu tələb edir
Bu gün, 11:55
"Baksol yolu"nda 28 yaşlı oğlanın kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb - DETALLAR
Bu gün, 11:53
Yekaterinburq QƏTLİAMINA... dırnaqarası baxsaq... - AKTUAL
Bu gün, 11:50
İran Ermənistana kömək edə bilər, Azərbaycan İsrailə yox? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
İş adamının oğlunun ölüm səbəbi məlum oldu
Bu gün, 11:43
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
Bu gün, 11:38
Azərbaycan XİN-də yeni idarə yaradılıb - BUNDAN SONRA...
Bu gün, 11:36
KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər - Lavrov
Bu gün, 11:33
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:31
Sədərək gömrüyünün ƏRƏBZƏNGİLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 11:22
"Məsələ yoluna qoyulacaq" - Rusiyadan Azərbacyanla bağlı açıqlama
Bu gün, 11:19
“Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər, Rusiya üçün yaxşı olmayacaq” - deputat
Bu gün, 11:17
Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün, 11:13
Balaş, ora sənin şəxsi kanalın deyil, həyatımdan iki il aldınız, cavab verəcəksiniz! - Kənan MM
Bu gün, 11:11
Gözü kor olan qadın Cahid Şahbazovla birlikdə bu şəxsləri ittham etdi - VİDEO
Bu gün, 11:10
SOCAR-da yeni KÜTLƏVİ İXTİSAR DALĞASI... - Həm də aşağı vəzifəlilər üçün...
Bu gün, 11:03
Pezeşkian qonşularla münasibətlərdən danışdı: - yeni bir fəsil başlayır!
Bu gün, 10:55
Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bu gün, 10:51
Bizə deyirlər ki, Əliyevin dediyi kimi edin, hər şey yaxşı olacaq - İskəndəryan
Bu gün, 10:43
Şəkidə ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Görünəni odur ki...
Bu gün, 10:37
Möminə xatun türbəsinin bərpasına neçə milyon manat xərclənəcək?
Bu gün, 10:35
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? - Hüquq-mühafizə orqanları araşdırma aparır
Bu gün, 10:33
Bakıda kişi kirayə qaldıqları evdə dostunu BIÇAQLADI
Bu gün, 10:24
Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Bu gün, 10:10
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir - İLGİNC FAKTLAR
Bu gün, 10:07
Keçmiş deputat Hüseyn Abdullayevin şikayəti təmin olunmayıb - QƏRAR
Bu gün, 10:01
Yekaterinburqda amansızlıqla öldürülən azərbaycanlıların nəşi bu gün axşam gətiriləcək - AÇIQLAMA
Bu gün, 10:00
Rusiyada azərbaycanlılara qarşı yeni «soyğun» planı - Putin müharibənin xərcini miqrantlara yükləyir
Bu gün, 09:54
24 il əvvəl baş vermiş cinayət hadisəsi niyə indi Rusiyanın yadına düşdü? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:48
Başını itirmiş Putin Rusiyası... - BUNDAN SONRA...
Bu gün, 09:45
Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
Bu gün, 09:41
Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
Bu gün, 09:29
İki əsr geridə qalan Pyotr təfəkkürü... - deputatdan REAKSİYA
Bu gün, 09:25
“Eurofighter” qırıcılarının Türkiyəyə satışı ilə bağlı Britaniyadan açıqlama - KİV
Bu gün, 09:15
"Vergini bu qiymətlə necə ödəyək?" - ETİRAZ VAR...
Bu gün, 09:12
Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:06
Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 08:59
ABŞ və Hindistan saziş imzalamağa yaxındır - “Politico”
Bu gün, 08:57
İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür - ANIM
Bu gün, 08:48
OPTİMALLAŞDIRMA adı altına ÖZBAŞINALIQ... - Əgər QANUN buna yol vermirsə...
Bu gün, 08:45
Burda xarab məhsul satırlar, həm də... - GİLEY
Bu gün, 08:38
Müştərilər `Kontakt Home`la NƏ ETSİN? - AKTUAL
Bu gün, 08:28
Rus icmasının sədr müavini heyrət içində - “Əsl şokdur! İnana bilmirəm!”
Bu gün, 07:23
Etnik təmizləmə aparan Rusiya öz içindəki qeyri-rusları NƏ EDƏCƏK? - AKTUAL
Bu gün, 06:53
İranın məğlubiyyət sindromu: Tehranın avantürası Bakıya sıçraya bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 06:43
Rusiyada şovinizm dövlət səviyyəsinə keçib - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi - TƏFƏRRÜAT
Bu gün, 06:29
Xamenei niyə Azərbaycanla müharibə aparır? - VİDEO
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru