“Ermənistan NATO ilə münasibətlərində səmimi deyil”
Tarix: 24-06-2017, 09:08 | Çap et
 Ermənistandakı Serj Sərkisyan hakimiyyətinin Moskvaya qarşı ikili oyunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturayanın İrəvana bugünlərdə etdiyi səfəri zamanı üzə çıxıb. Məlum olub ki, Ermənistan prezidenti və parlamentin spikeri Aro Babloyan Rusiya ilə qarşıdurma səviyyəsində olan NATO-nun rəsmisinə xeyli isti mesajlar verib. Serj Sərkisyan NATO-nun baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, “gələcək planları müzakirə etsinlər”. Ermənistan hakimiyyətinin Rusiyaya qarşı planları isə daha çox parlament spikeri ilə müzakirələrdə ortaya çıxıb. Spiker NATO ilə əlaqələri daha da genişləndirmək üçün Brüsseldən hərəkətlilik istəyib. C.Appaturay isə Ermənistan rəsmisini arxayın edib ki, tezliklə NATO-nun xüsusi proqramı elan olunacaq ki, orada Ermənistanın maraqları təmin ediləcək. Bu bəyanat Ermənistan mətbuatında ciddi ajiotaj yaradıb. Mediaya açıqlamasında C.Appaturay əlavə edib ki, Ermənistanla NATO-nun münasibətləri “əladır” və İrəvanın Əfqanıstandakı sülhməramlı kontingentinin tərkibinin genişləndirilməsi gündəmdədir. NATO rəsmisi əlavə edib ki, 120 nəfərlik kontingentin tərkibinin genişləndirilməsi Ermənistanin müdafiə naziri Vigen Sərkisyanın Brüsselə səfəri zamanı müzakirə olunacaq.
Ekspertlər isə hesab edir ki, NATO ilə ciddi tərəfdaşlıq, real yaxınlaşmanın olması təkcə Ermənistan hakimiyyətinin deyil, “bütün erməni xalqının” sonunu gətirə bilər.
Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan NATO ilə münasibətlərində səmimi deyil. Ermənistan hakimiyyəti siyasi oyun oynayır, manevr edir: “Rusiyaya mesaj verirlər ki, bizi sonadək ciddi dəstəkləməsən NATO-ya qoşularıq. Ermənistan KTMT-nin üzvüdür. KTMT-nin baş katibi ermənidir, KTMT-nin bir sıra qurumları Ermənistanda fəaliyyət göstərir. Rusiya Ermənistan sənayesini bu ölkənin borcu müqabilində öz əlinə keçirib, Ermənistanda Rusiyanın böyük hərbi bazası yerləşir. Rusiya istənilən an Ermənistanda hakimiyyəti dəyişmək imkanındadır. Belə bir reallıq ortada olduğu halda Ermənistan iqtidarının Rusiyadan üz çevirib NATO-ya qoşulması inandırıcı deyil, İrəvan, sadəcə, manevr edir, həm də NATO-nu aldadır. Serj Sərkisyan rejiminin NATO-ya qoşulmaq qədər cəsarətli olması real deyil. Sərkisyan tükdən asılı vəziyyətdəydi, onu Rusiya xilas etdi. İndi Moskvaya arxa çevirsə, Kreml onu asar. Hətta Sərkisyan NATO məsələsində səmimi olsa belə, onun arzusu indiki vəziyyətdə xülya olar. Moskva onu elə bu arzusu, xülyası ilə dəfn edər. Ermənistan adlı dövləti Rusiya yaradıb, ermənilərin taleyini həmişə ruslar müəyyənləşdirib. İndiki zamanda da Ermənistan adlı dövlətin mövcudluğunu ruslar təmin edir. Odur ki, NATO-ya meyllənmək görüntüsü yaratmaq şantaj və Rusiyadan əlavə nələrsə almaq məqsədi güdür. Baxmayaraq ki, Rusiya son zamanlar Ermənistanın bütün arzularını yerinə yetirir, görünür, ermənilərin başqa umacaqları da var. Bu məsələnin altında daha ciddi mətləblərin yatdığını söyləsək yanılmarıq”. Politoloqun sözlərinə görə, nəzəri cəhətdən hesab etsək ki, Rusiya Ermənistanın NATO-ya qoşulmasına imkan verdi, lakin Ermənistanın NATO-da etibarlı müttəfiq olması mümkün deyil: “Ermənistan NATO-nun içində araqarışdıran, bur qurumu içindən sarsıdan Rusiya casusu rolunu oynayacaq. NATO-ya daxil olan dövlətlər bunu bilməlidirlər. Mən heç vaxt Ermənistanı NATO-nun tərkibində görə bilmirəm”.
Q.Hüseynli vurğuladı ki, Ermənistanın NATO-ya yaxınlaşmasından o halda Azərbaycan Qarabağ məsələsində xeyir görə bilər ki, İrəvanın NATO ilə yaxınlaşması siyasi oyun olmasın, səmimi istək olsun: “Belə olduğu halda Kreml Ermənistanı ağır cəzalandırmaq yollarına əl atar. Bu yollardan biri də Qarabağ məsələsində ermənilərə dəstəkdən imtina edilməsi, Azərbaycanın yolunun açılması ola bilər. Lakin yuxarıda qeyd etdiyim kimi, Ermənistanın NATO-ya yaxınlaşma görüntüsü yaratmasının oyun, manevr olduğu ehtimalı daha böyükdür”. \\musavat.com\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
|