Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                 

“Heç bir ölkədə müsəlmanlar düzgün namaz qılmır...” - partiya sədri
Tarix: 8-06-2017, 09:07 | Çap et
“Heç bir ölkədə müsəlmanlar düzgün namaz qılmır...”
..30 ilə yaxındır siyasət meydanında olan ADP sədri Sərdar Cəlaloğlu son illər gözlənilmədən müsəlman ibadətinə başlamaqla yanaşı, İslam aləminin tarixini, müasir durumunu və ayrıca Qurani-Kərimi tədqiq edir.

İxtisasca həkim olsa da, əsasən fəlsəfi-siyasi araşdırmalar aparan, bir neçə fəlsəfi əsərin müəllifi olan bu alim siyasətçi iddia edir ki, Quran bu günədək müsəlmanlar, ayrıca İslam alimləri tərəfindən düzgün öyrənilməyib və sadə insanlara doğru anladılmayıb. Sərdar Cəlaloğlu bu istiqamətdə tamamilə yeni, original elmi-ilahi konsepsiya, metodologiya yaratdığını söyləyir...

Yaşadığımız bu Müqəddəs Ramazan günlərində Moderator.az əməkdaşının Sərdar bəylə “Quran və müsəlmanlar”,”Quran ayələrinin zahiri və batini izahı”, “İslam aləmi və Qərb dünyası”, “Dünyəvi dövlət başçısı və İslam”, “Siyasətçi və İslam”,” Qarabağın işğalı və İslam” və s. mövzularda silsilə mükalimə-müsahibələrini dəyərli oxucuların mühakiməsinə buraxırıq:

(Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz: moderator.az/news/180558.html )

- Sərdar bəy, söhbətimizin əvvəlində deyirsiz ki, İslam aləminin xristian dünyasından elmi-texniki və iqtisadi-siyasi baxımdan geridə qalmasının səbəbi Quranın doğru anladılmamasıdır. Amma Allah Quranda buyurur ki, yəhudilərin Tövratı, xaçpərəstlərin İncili də tarixən ayrı-ayrı din xadimləri tərəfindən hakim zümrələrin maraqları naminə təhrif edilib(Qurani-Kərim, əl-Bəqərə, 75-79, ən-Nisa, 46, əl-Maidə, 14-15, əl-Ənam, 91 və s.). Belə olduğu halda necə deyə bilərik ki, iudaistlər Tövratı, xristianlar isə İncili doğru anladıqları üçün inkişaf ediblər? Axı onların doğru anlayıb-anlamamaları bir yana, Allahın kəlamları hesab edilən Kitabları özləri tərəfindən saxtalaşdırılıb. Yəni belə çıxır ki, İslam ölkələrinin tənəzzülünə səbəb yalnız Quranın yanlış anladılması deyil...

- Mən demədim ki, xristian və yəhudilər Tövrat və İncilə əsaslanıb qabağa gediblər...

“Orta əsrlərdə İngiltərədə corabını çıxaran qadınları yağda bişirirdilər...”

- Siz demişdiniz ki, xristian dini Qərbin inkişafına şərait yaratdı.

- Yox, belə deməmişəm. Əksinə, XIX əsrdən sonra Avropalılar başladı Quranı oxumağa. Hötenin “Qərb-Şərq” divanı, Məhəmməd peyğəmbər(s) haqqında şeirləri, Spinozanın Quranla bağlı fikirləri o vaxt meydana çıxdı. Yəni Avropa alimləri Quranı oxuyandan sonra anladılar ki, Tövrat və İncili düzgün başa düşmürlər. XVI əsrdən başlayaraq Qərbdə Quran ayələri əsasında çox böyük elmi kəşflər edildi. Məsələn, Qalileyin Yerin Günəş ətrafında fırlanması haqqında nəzəriyyəsi, Lourensin dalğa nəzəriyyəsi və s.. Həmin alimlər məhz Quranı oxuyandan sonra bunları dərk etmişdilər. Siz bilirsizmi, Quranla tanışlığadək avropalılar indiki müsəlmanlardan min dəfə geri qalırdılar. İngiltərədə qadın kişilərin yanında corabını çıxaranda bunu Şeytana uymaq kimi anlayır və onu qaynar yağda bişirirdilər. Bəs necə oldu ki, birdən-birə xristianlar ayıldılar? Çünki Quranla tanış oldular. İntibah dövrü məhz yəhudi və xristianların Tövrat və İncilin təhrif olunmasını anladıqdan sonra başladı...

“Klassik fizikanın bütün kəşfləri Qurandan götürülüb...”

Mən tam ciddiyyətlə deyirəm: klassik fizikanın bütün kəşfləri Qurandan götürülüb. Eləcə də Avropanın fəlsəfi, ədəbi fikirlərinin də inkişafı məhz Quranla tanışlıqdan sonra başlayır. Amma müsəlmanlar əksinə, Qurandan uzaqlaşmağa, küfrə, cəhalətə doğru getməyə başladılar. Odur ki, hazırda İslam aləmi bərbad durumdadır...

- Axı Quran məntiqi ilə yanaşdıqda heç bu gün Avropa və Amerikanın, eləcə də İsrailin inkişafını gerçək inkişaf adlandırmaq olmaz?

- Bəli. Məsələ bundadır ki, Qərb Quranın elmi tərəfini götürüb, əxlaqi tərəfini yox. Odur ki, onlarda elmi-texniki inkişaf var, amma mənəvi deqradasiyaya uğrayblar. Təəssüf ki, bu gün müsəlman ölkələrində nə mənəvi, nə də elmi-texniki inkişaf var. Mən də deyirəm ki, bütün dünyanın çıxış yolu Quranın elmi ilə əxlaqını birgə qəbul etməkdədir...

“Quran ayələrinin göyü var...”

- Bəs sizin təklif etdiyiniz üslublarla Quran ayələrinin zahiri və batini mənalarını necə anlamaq olar?


- Dünyada iki cür elm var: biri Allahın göndərdiyi səmavi elm, bir də dünyəvi elmlər. Sizcə, Allahın nazil etdiyi kitab ilə insanın yazdığı adi kitabları eyni metodla başa düşmək olarmı? Quranı biz adi kitab kimi necə oxuya bilərik? Hansısa ayədə yazır ki, namazı belə qıl, dəstəmazı belə al. Bunu ilkin mənada anlamalıyıq? Bəs onda səmavi kitabla dünyəvi kitabın fərqi nə oldu? Səma göy deməkdir. Səmavi kitab o deməkdir ki. Quran ayələrinin göyü var. Siz Qurana planometriya kimi baxırsız. Halbuki, Quran fəza həndəsəsinin prinsiplərinə uyğundur. Ayələrin batini onların fəzasıdır. Məsələn, “Bismillahir Rəhmanir Rəhim”. Bunun bir zahiri var, bir də biri-birinin içərisinə yerləşdirilmiş 7 mənası. Quranda deyilir ki, biz göyü 7 təbəqədən yaratdıq. Həmin 7 təbəqə ayələrin batinində 7 müxtəlif gerçəyin, mənanın gizlədilməsini əks etdirir. Ona görə də siz Quranın zahirindən nəyisə öyrənməyə çalışırsınızsa, ümumiyyətlə, heç nə öyrənə bilmirsiz.
Quran ehkamdır. Ehkam isə mütləq həqiqət deməkdir. Fəlsəfə də sübut edib ki, insan idrakı mütləq həqiqəti dərk edə bilməz. “Allahdan başqa Allah yoxdur” deyəndə sən onu necə dərk edirsən? Axı bu, Quran ayəsi olduğundan mütləq həqiqətdir. Məsələn, “Yusif “surəsində Züleyxanın Yusifi sevməsindən danışır. Biz bunu niyə elə başa düşməlyik? Yəni Quranın zahirini heç bir insan dərk edə bilməz. Müsəlmanlar isə Quranın zahirini həyatlarına tətbiq etdiklərinə görə Quranla heç bir əlaqələri yoxdur və küfrə düşüblər. Mən dünyanın 20-30 ölkəsini gəzmişəm, istər Azərbaycanda, istərsə də digər heç bir ölkədə müsəlmanlar namazı doğru qılmırlar...
Bəs biz Quranı necə dərk etməliyik? Söhbətimizin əvvəlində dediyimiz kimi, necə ki, məscidə gedib qəlbində gizli namaz qılırsan, Quranın batinini də elə dərk edirsən. Zahirini oxuyub batinindən dərk edirsən. Sənin zahiri ilə işin yoxdur. Əgər zahirinə diqqət edəcəksənsə, bil ki, küfrə gedəcəksən. Çünki fəlsəfə qanunlarına görə mütləq həqiqət dərkedilməzdir...

- Axı bu, ilahi elmin deyil, əqli elm olan fəlsəfənin qanunudur? Yəni fəlsəfə Allahdan gəlmir...

- Fəlsəfə də Allahdan gəlir, elm də Allahdan gəlir, təcrübə də...

- Ehkamın mütləq həqiqət olması barədə fikri hansısa bir alim, yəni bir insan deyib. Bu, onun şəxsi, subyektiv fikridir. Necə ki, sizin bayaqdan dedikləriniz də sizin subyektiv fikirlərinizdir...

- Təbii. Bunu alim deyib. Allah da deyir ki, mən zatım haqqında sizə bilgi verməmişəm. Əgər Allah bunu verməyibsə, biz onu dərk edə bilmərik. Allah sənə bir bilgi verir. Amma deyir ki, sən onu dərk edə blməzsən. O halda nə etməlisən? Onun batinini öyrənməlisən. Biz elmi də elə öyrənirik. Məsələn, insan ilk dəfə mobil telefonu görəndə bilir ki, o nədir? Xeyr. Yalnız onun təlimatı əsasında daxilinə girib işlətdikdən, detallarına nüfuz etdikdən sonra dərk edir ki, bu, rabitə vasitəsidir. Quranla bu dünya eynidir. Dünya əşyalarla ifadə olunur, Quran isə sözlərlə. Necə ki, biz hər hansı bir əşyanın daxilinə nüfuz edib onun mahiyyətini öyrənirik. Quranın da sözlərinə baxıb batinini öyrənməliyik. Yoxsa bu dünyəvi kitab deyil ki, söz mənanı sənə bildirsin. Buradan gəlinən daha bir nəticə odur ki, Quran ayələrinin sözlərinin işarə funksiyası yoxdur. Məsələn Yaradan Quranın “Hud” surəsinin 7-ci ayəsində buyurur ki, Allah su üzərində ikən yeri, göyü yaratdı. Əgər yaradılış su üzərində olubsa, məntiqlə su yaradılmayandı. Su yaradılmayandırsa, deməli, Allah kimi əbədidir. Yəni ayəni zahirindən başa düşəndə bu nəticəyə gəlinir.

- Quranda suyun necə yaradılmasına işarə edən ayələr yoxdur ki?

- Axı Allah deyir ki, yaradılışı mən belə başlatdım. Taxtı suyun üzərində olarkən... Nə Tövratda, nə də Quranda öncə suyun yardılmasından söhbət getmir. Tövrata görə, suyun yaradılması təxminən 4-cü gün olub. Bəs onda dediyimiz ayəni necə başa düşək? Əgər biz suyu su kimi yox, başqa bir mənaya işarə etdiyini götürsək, ayənin mənası aydın olacaq. Yox, bunu elə su kimi götürsək, küfrə gedəcəyik. Yəni hesab edəcəksən ki, su da Allah kimi əbədidir, sonsuzdur və yaradılışdan öncə olub.

“Quranın hər bir ayəsi eyni anda 4 varlıqla bağlıdır”

Beləliklə, bu nəticəyə gəlirik ki, Qurani-Kərimin bu cür anlaşılması təriqət və məzhəblərin yaranmasına, müsəlmanların İslamdan çıxmasına səbəb olub. Bəs bu halda biz Quranı necə öyrənməliyik. Allah buyurur ki, mən öz Nurumdan 4 varlıq yaratmışam: insan ruhu(buna biz idrak da deyə bilərik), bu dünya, mələklər və səmavi kitablar(ilahi elm). Deməli Quranın hər bir ayəsi eyni anda həm ilahi elm, həm ruh, həm dünya, həm də mələklərə aiddir. Siz sual edə bilərsiz ki, Allah Musa peyğəmbərdən danışırsa, bu dediyimiz 4 varlıqla necə bağlıdır. Bu sual ontologiyanı bilməməkdən irəli çıxır. Əgər biz bir tərəfi dairə, digər tərəfi, kvadrat, o biri tərəfi düzbucaqlı olan bir əşyaya baxsaq, hansı tərəfdən görsək, ona uyğun deyəcəyik ki, bu ya kvadratdır, ya dairədir və s. Buna deyirlər dimenzional ontologiya. Yəni varlıq əgər iki müxtəlif müstəvidə proyeksiya olunursa, onda onun bir yox, iki forması olur. İndi sən bir varlıq götür, onu 4 müstəvidə proyeksiya et. O zaman 4 müxtəlif varlıq alınacaq -düzdürmü? Allahın nuru var. O deyir ki, Quranı da, insan ruhunu da, mələkləri də, bu dünyanı da nurumdan yaratmışam. Nə dünya kitaba, nə ruh dünyaya, nə də ruh mələyə oxşayır. Deməli, dimenzional ontologiyaya uyğun olaraq Quran ayələri 4 səthdə proyeksiya olunan varlıqla bağlı olan cümlələrdir. Belə çıxır ki, biz mələklə bağlı ayəni yalnız mələklə bağlı, Musa peyğəmbərlə bağlı ayəni yalnız insanla bağlı, dünya ilə bağlı ayəni yalnız dünya ilə bağlı anlasaq, deməli, məntiqlə bizim ən yaxşı halda digər 3 proyeksiya ilə bağlı bilikdən xəbərimiz olmur. İkincisi, ayələrin dərinliyidir. Allah deyir ki, göyü necə təbəqədən yaratmışam- 7, yeri neçə təbəqədən yaratmışam -7, yerlə göyün arasında neçə yol var-7, 7-si enəndir, 7-si qalxan. Nə deməkdir bunlar? Quranda bu 7 yol- idrakın 7 mərhələdən keçdiyini göstərir. Allahın nurunun boşluqda dayandığı ən sonuncu nöqtə hissi idrak olunan obyektiv gerçəklikdır. Bunun içi nurdur, çölü qaranlıqdır. Niyə? Biz atomu parçalayanda görürük ki, qara bir kömürü parçalayanda bir atom Günəşdən də nəhəng bir işıq və istilik verdi. Bizim gördüyümüz bu formalar boşluqdur. Ona görə də Allah Quranda buyurur ki, bu dünyanın zahiri oyun-oyuncaqdır. Yəni bu dünyanın zahiri yoxluqdur. Məsələn, sənin baban var idi və sən onu görürdün. Bəs o necə oldu? Deməli, gördüyün o baban yoxluqdu. Sən əslində onun yoxluğunu görübsən. Bəs onun varlığı nədir? Onun həm dünyaya gəlməmişdən öncəki, həm dünyada olandakı, həm də axirətdəki ruhudur. Allah buyurur ki, əgər siz yoxluğa istinad edib onu varlıq kimi qəbul edirsizsə, bilin ki, siz oyun oynayırsız. Varlığı görmək üçün siz gərək batinə nüfuz edəsiniz. Bəs biz Quran ayələrinin içinə necə daxil ola bilərik? Hansı üsulla biz hissi idrak obyektlərini müəyyən ediriksə, həmin üsulla da ayələrin batininə daxil olmalıyıq. Tutaq ki, biz əqli yolla hər hansı bir obyektin içərisinə daxl olmuşuq. Və bütün fəlsəfə sübut edib ki, həqiqət 7 dərəcədən ibarətdir. Və istənilən alim, hətta Allahı danan ateist də deyəcək ki, həqiqət 7 dərəcədən ibarətdir. Quran deyir ki, bir-birinə zidd olan iki gerçəyin ikisi də doğrudur. Niyə? Biri bunun konkretliyinin, o biri isə mücərrədliyinin gerçəyidir.

“Qurani-Kərim niyə məhz ərəbcə göndərilib?”

Digər bir məsələ Quranın niyə məhz ərəbcə göndərilməsidir. Allah Quranda buyurur ki, siz heç düşünmədiniz, Mən bu Kitabı niyə ərəbcə göndərdim. Sonra da deyir ki, bu, anlayanlar üçün bir dəlildir. Başqa bir yerdə isə buyurur ki, ərəb dili -Mənim nişanəmdir. Bu o deməkdir ki, ərəb dilinə baxanda Allahın varlığını dərk edirsən. Bunu anlamaq üçün dilçiliyi də bilməlisən. Məlumdur ki, var flektiv dillər, bir də aqlünativ dillər. Yəni kökü sabit olmayan dillər və sabit kök və şəkilçidən ibarət olan dillər. Ərəb dili daxili flektiv dildir. Yəni kök daxildən dəyişilir. Məsələn, tərəf, ətraf; Allah deyir ki, Mən dünyanı yoxluqdan yaratmışam. Ərəb dili də yoxluqdan yaranıb. Əgər sən dünyanın yoxluqdan yaranmasını təsdiq edirsənsə, deməli, yoxluqdan yaradan gücün varlığını təsdiqləyirsən. Bax buna görə Yaradan deyir ki, ərəb dili mənim dəlilimdir. Artıq nişanə isə maddi dəlildir. Yəni gözünlə görməlisən. Mən Qurani-Kərimin ərəbcə yazılışına baxıram və görürəm ki, bu ayələrin piktoqrafıdır, yəni şəkillə yazısıdır. Məsələn, götürək ərəbcə Allah yazaq. “Əlif” hərfini yazanda sanki yoxluğa yuxarıdan aşağı xətt çəkirsən:
Ш§
Yuxarıdan aşağı düz bir yolla yoxluğa nazil edlməni bildirir.
Lam hərfini yazıram. Yuxarıdan aşağı düz xət çəkirəm, ancaq sonra sağa dönüb yuxarı qayıdıram:
Щ„
Allah deyir ki, hamınız Mənə doğru qaydacaqsınız. Eyni zamanda bu qayıtma yuxarıdan aşağıya nazil omanı inkar etdi. Deməli, “Lam” hərfi bütünlükdə inkarı bildirir. Özü də bura da iki “Lam”, deməli iki inkar var. Yəni, bunun biri bu dünyadakı hər şeyi inkar edən Allahı, digəri isə axirətdəki hər şeyi inkar edən Allahı ifadə edir...
Nəhayət, “ha” hərfini yazırıq:
Щ‡ЩЂ
Bu hərfi bir nöqtədən başlayırsan sonra uzantısı qayıdıb həmin nöqtədə də başa çatır. Bu da əvvəli ilə axırı üst-üstə düşən deməkdir. Allah deyir ki, Mən həm əvvələm, həm də axıram... Bir sözlə, Allah sözünün ərəbcə yazılışı Onun tam tərifini verir. Dünyada neçə müsəlman tanıyırsan ki, Quranı bu cür oxusun. Bax biz Quranı doğru anlamaq üçün onu belə oxumalıyıq...

- Sərdar bəy, sizin Quran üzərindəki araşdırma üslubunuz çox dərin və orijinaldır. Bunları anlamaq üçün fəlsəfədən, dilçilikdən tutmuş dəqiq elmlərədək hamısından xəbərdar olmalısan. Ancaq sizin bu söylədiklərinizdən bir neçə cümləni oxuyan adi oxucu Quranı əlinə almağa qorxacaq. Digər tərəfdən, sizin Quran ayələrinin zahirdən anlanmaması barədəki fikirlərinizdən belə çıxır ki, əstəğfürullah, Allah bizi aldadır, yaxud bizimlə alay edir. Adətən kimsə qorxduğu şəxsə, yaxud hiyləgərliyindən insanlara yalan danışır, yaxud fikirlərini kinayəli ifadələr, sətiraltı mənalarla deyər. Axı Allahın kimsədən çəkinəcəyi yoxdur. O, nəyə görə, sözlərini bizə birbaşa deməsin. İkincisi də, Allah heç vaxt doğru yola gəlmək istəyən biz bəndələri üçün belə çətinliklər yaratmaz. Çünki O, əl-Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. Amma sizin üslubunuz hədsiz çətinlik yaradır. Odur ki, İslam barədə bilikləri az olan və ya müsəlmanlığı yenicə qəbul etməyən şəxslərdə çaşqınlıq yarana bilər. Yəni insan düşünəndə ki, Quranın bütün ayələri birbaşa mənada anlaşılmamalıdır. Oruc haqqında, namaz haqqında, haram və halal qidalar haqqındakı ayələrdən şübhələnməyə başlayacaq. Məsələn, düşünəcək ki, bəlkə heç içki, donuz əti Quranda yazıldığı kimi haram deyil. Bu başqa mənanı ifadə edir. Beləliklə insanların beyninə şübhə toxumları səpiləcək və Allaha imanları sarsılacaq... Siz bunları nəzərə almısınızmı?

Davamı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09
Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru