“Saxta sənədlərə görə Əli Kərimlini həbs gözləyir, ona görə... mənim də adımı hallandırırlar”
Tarix: 15-04-2017, 09:23 | Çap et
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı “Yeni Müsavat”a müsahibəsində son günlər AXCP üzvləri ilə yaşadığı qalmaqaldan danışıb. R.Hacılı AXCP ilə bağlı bir sıra məqamları açıqlayıb, baş verənlərə aydınlıq gətirib. Onunla müsahibəni təqdim edirik.
- Ramin bəy, bir az öncə eviniz yanmışdı. Hazırda vəziyyət nə yerdədir?
- Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu hadisə ilə bağlı təhqiqat aparır. Təhqiqatın nəticəsi bizə təqdim olunacaq. Bundan başqa Nizami Rayon İcra Hakimiyyətinə və Qaçqın və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Onlardan da hələ ki cavab gözləyirik. Yəni bu işlə bağlı gözləmə mövqeyindəyik.
- AXCP üzvləri tərəfindən sizin saxta partiya sənədi düzəldərək azərbaycanlıların Avropaya mühacirət etməsinə şərait yaratmanız iddia edilir. Bu iddiaya münasibətinizi bilmək istərdik.
- Birincisi, onu qeyd edim ki, o partiyanın möhürü ya sədrdə, ya da sədrin etibar etdiyi kimdəsə olur. Əli Kərimli heç zaman öz möhürünü mənə etibar etməyib. Bu baxımdan onun möhürünün məndə olma ehtimalı da yoxdur. Avropada da oturum üçün müraciət edən şəxslərin təqdim etdikləri sənəddə saxta möhür olarsa, onları faciə gözləyər. Ona görə də düşünürəm ki, sosial şəbəkədə bu məsələni işıqlandıran Gözəl Bayramlı yaxşı araşdırsın ki, möhürü kimə verib və bu işləri hansı şəxslər görüblər. Təbii ki, o zaman hər şey ortaya çıxar. Baxın, burada məsələ ondan ibarətdir ki, AXCP-nin sədri təhlükə altına düşüb. Çünki bu saxta sənədlərə görə onu həbs gözləyir. Bundan yayınmaq üçün bir neçə ay öncə Razi Nurullayevin adını hallandırıb, onun üstünə atdılar, daha sonra bir neçə şəxsin bu məsələdə adını çəkdilər, indi də növbə mənə çatıb. Mənim adımın hallandırılmasının səbəbi ondan ibarətdir ki, bizim turizm və xaricdə təhsil şirkəti var. Ora gedən insanlardan soruşurlar ki, sizin vizanızı kim alıb. O da cavab verir ki, filan şirkətdən Ramin Hacılı bizə konsultasiya edib. Cəbhəçilər də fikirləşiblər ki, Ramin Hacılı da bu işlə məşğuldursa, onun da adını hallandıra bilərik. Bundan başqa heç bir qənaətə gələ bilmədim. AXCP-nin Azərbaycanda ən yaxşı bacardığı iş şər-böhtan atmaqdır. Bundan başqa isə heç bir fəaliyyətlərinin şahidi deyilik. Ancaq şər və böhtanla məşğuldurlar.
- Kimlərsə sizə oturum almağa yardım etmək üçün müraciət edibmi?
- Sosial şəbəkələrdə yazılan rəylərdə də AXCP-nin üzvləri qeyd edirlər ki, biz Ramin Hacılıya bu barədə müraciət etmişdik, nə qədər çalışsaq da o, “qarmağa” düşmədi. Yəni bunu özləri də etiraf ediblər. Təbii ki, cəhd etsələr də, cəhdləri puça çıxıb, əllərində də fakt yaranmayıb. Bu rəyləri oxuyanda Gözəl Bayramlı da başda olmaqla bütün partiya rəhbərliyi gərək ki, məsələnin mahiyyətini biləydilər.
- AXCP rəhbərliyi ilə daha öncə aranızda hər hansı bir anlaşılmazlıq olubmu? Birdən-birə sizi nə üçün hədəfə aldılar?
- AXCP rəhbərliyi ilə aramızda bundan öncə də bir neçə dəfə anlaşılmazlıq olub. 2008-ci ildə bizim İran səfirliyi qarşısında aksiyamız olmuşdu. O zaman AXCP Gənclər Komitəsi bizi hakimiyyətə qarşı yox, İrana qarşı fəaliyyət göstərməkdə ittiham etmişdi. Bizə qarşı “hakimiyyəti niyə söymürsünüz” ittihamları ilə hücuma keçib, cavablarını da almışdılar. Daha sonra isə 2012-ci ildə mən Azərbaycan Avropa Hərəkatının prezidenti olub, Brüssel tərəfindən tanınanda həmin partiya yenə qıcıqlanmışdı. Çünki onların hədəfləri o qurumu almaq idi. Hətta Qənimət Zahidin sənədləri də Beynəlxalq Avropa Hərəkatına təqdim olunmuşdu. Ancaq o keçmədi, mən keçdim. Beynəlxalq Avropa Hərəkatının prezidenti Bakıya gələndə də məni ləkələməyə çalışırdılar. Daha sonra isə mən onları çox sərt formada qınayıb, ittiham etdim. Sonuncu dəfə 2014-cü ildə mən Ümid Partiyasına keçən ərəfədə siyasi fəaliyyətimi partiyada davam etdirmək və deputatlığa namizədliyimi verməm üçün təkliflə çıxış etmişdilər. Bu təkliflərinə də yox deyib, Ümid Partiyasını və “125-lər” klubunu seçdim. İndi yenə də hücuma keçiblər. Hətta “Azadlıq” qəzetində mənim guya seçkiləri saxtalaşdırmam barəsində də yazı yazdılar. Bu cür hallar daima olur. Çünki həmin partiya hər şeyə bolşevik təfəkkürü ilə yanaşır. "Kim bizdən deyilsə, düşmənimizdir" prinsipi ilə fəaliyyət göstərirlər. Həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında yalnız özlərinin təmiz, ana müxalifət olmalarını göstərməyə çalışırlar.
- Tez-tez qalmaqallara çəkilirsiniz. Bir neçə il öncə də Müsbət Dəyişiklik gənclər hərəkatının rəhbəri Bəxtiyar Hacıyevlə qalmaqalınız olmuşdu. Onunla münasibətiniz indi necədir?
- Mən heç zaman kimləsə səbəbsiz, durduğu yerə konfliktə getmirəm. Konfliktlərdən qaçan adamam. Mənim sadəcə olaraq bir niyyətim var. Bu da ondan ibarətdir ki, Azərbaycanda biz hamımız xoşbəxt olub, vətənimizdə yaşayaq. Ölkə olaraq onsuz da bizim kifayət qədər düşmənlərimiz var. Düşünürəm ki, bu baxımdan bir-birimizə düşmən olmamalıyıq. Bəxtiyar Hacıyevlə konfliktim olubsa, deməli, ilk addımı atan o olub. Buna əmin ola bilərsiniz. Mən də onun layiqli cavabını verdim və o susdu. Növbəti addımı nə olacaqsa, cavabını da alacaq. Yalnız mənə qarşı edilənlərin cavabını verirəm. Heç kimlə düşmənçiliyə getmirəm. Bu günə qədər hər hansı xarici ölkələrdən, yüzlərlə təklif almışam ki, hər hansı ölkədə oturum, Azərbaycanı “baltalayım”. Ancaq bu yolları seçməyib, vətənimdə qalmağı, dövlətimə, ölkəmə xidmət yolunu seçmişəm. Bütün səfərlərdən də vaxtlı-vaxtında Azərbaycana qayıdıb, fəaliyyət göstərməyə çalışmışam. Çox təəssüf ki, bunu qiymətləndirmirlər. Mən burada çəkdiyim əziyyətin əvəzində hər hansı bir ölkəyə gedib, orada çox rahatlıqla yaşaya bilərdim.
Getmək imkanım bu gün də var, daha öncə də olub. Ancaq vətənimi seçmişəmsə, burada nələrsə etməyə çalışırsamsa, deməli, bu qiymətləndirilməli, bunun üçün yollar açılmalıdır. İndiyə qədər mühacirətə getməyi düşünməmişəm və getmək fikrim də yoxdur. Düşünürəm ki, dünyanın hər bir ölkəsində baş verən proseslərdə uğurun səbəbi, həmin ölkənin vətəndaşlarının mühacirət, və ya intihar yolunu deyil, vətənləri üçün nələrsə etmək yolunu tutmalarından başlayıb. Hesab edirəm ki, Azərbaycanı nə “Human Rights Watch” nə beynəlxalq təşkilatlar, nə də hər hansı tarixi dövlət düzəltməyəcək. Azərbaycanı xalqımız öz dövləti, müxalifəti, iqtidarı, ictimai birlikləri ilə həmrəy şəkildə bir-birinə sevgi bəsləyərək gücləndirməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|