Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                     'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... .....                     “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü .....                     Türkiyə-Ermənistan sərhədi açılır? .....                     Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı .....                     "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" .....                     Xankəndində terror: NƏYƏ İŞARƏDİR? .....                     NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim .....                     "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" .....                     Naxçıvanda daha bir narazılıq... .....                     Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                 

Azad Rəhimova ağır ittihamlara YAP-dan reaksiya
Tarix: 18-08-2016, 08:58 | Çap et
Azad Rəhimova ağır ittihamlara YAP-dan reaksiya
Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı gündəmin əsas mövzularından birinə çevrilib. İndiyə qədər bir qızıl belə qazanılmaması, xüsusilə yunan-Roma güləşçimiz Rəsul Çunayevin yarımfinalda erməni rəqibinə məğlub olması sosial şəbəkələr və mətbuatda ciddi müzakirələrə səbəb olub.

Əsas tənqidi fikirlər isə gənclər və idman naziri Azad Rəhimovun ünvanınadır. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz feysbuq səhifəsində Çunayevin məğlubiyyətinin ardından A.Rəhimovu sərt tənqid edən status paylaşıb. Statusda bu fikirlər yer alır: “Bir neçə gün əvvəl yazmışdım ki, Azad Rəhimovu işdən azad edib, məsuliyyətə cəlb etmək lazımdır. Bu gün Çunayev erməniyə uduzandan sonra fikrimi dəyişdim. Azad Rəhimovun dərisini soyub, cəmdəyini sabun bişirməyə göndərmək lazımdı. Mən olimpiada, dünya və Avropa çempionatlarında bizimkilərin erməni itlərinə uduzduqlarını görməmişdim. Hər halda, xatırlamıram. İndiki məğlubiyyət Azad Rəhimyanın xidmətidir”.

QAT sədrinin bu fikirləri sensasiya doğurub. Nazir barədəki sözlərinə görə onun məhkəməyə verilə biləcəyi barədə fikirlər dolaşır. A.Nağı “Yeni Müsavat”a açıqlamasında paylaşdığı statusun arxasında dayandığını söylədi: “Azad Rəhimov nazir kimi öz funksiyalarını icra edə bilmir. Bu yarışmada onun nazir olduğu illərdə fəaliyyətsizliyi üzə çıxdı. Olimpiada 4 ildən bir olur. Buna ciddi şəkildə hazırlaşmaq lazım idi. Bu, xalqın, dövlətin ciddi göstəricisidir. Orada bütün millətlər təmsil olunur. Qazaxların, özbəklərin necə uğurlu çıxışlarının şahidi oluruq. Əvvəldən ciddi hazırlığımız olmayıb. Əvvəlki olimpiada da nailiyyət qazanan idmançıların arxayınlaşdıqları göründü. Ölkədə idmançı yetişdirmək əvəzinə xaricdən idmançı gətirib milliləşdirirlər. Başqa ölkələrdə də bu tipli idmançılar olur. Amma onlar həmin ölkələrdə yaşayırlar, orada doğulublar. Tələm-tələsik birini gətirib Azərbaycan vətəndaşı edərək, idman yarışlarına çıxarmaq çıxış yolu deyil. Bu nöqsanlara öz reaksiyamı bildirdim. Düzdür, idmançıların da günahları var. Amma nəzərə almaq lazımdır ki, seçim nazirlik tərəfindən aparılır. Onlara nəzarəti nazirlik etməlidir. Erməni ilə Çunayev yarışmırdı. Sanki ona tapşırıq verilmişdi ki uduzmalısan. Bürünc medal üçün Rəsul koreyalı ilə görüşdü. Bir fəndlə təmiz qələbə qazandı. Elə bir erməni ilə görüşən Çunayev deyildi. O, ermənidən zəif deyildi, əksinə, daha güclü idi. Qəribə suallar meydana çıxır. Təşkilat rəhbəri, ictimaiyyət nümayəndəsi olaraq, öz narahatlığımı bildirirəm. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Azad Rəhimovun ermənilərə sevgisini görmüşəm. Bir açıqlama vermişdi ki, çox təəssüf Azərbaycanda keçirilən yarışlara ermənilər gəlmirlər. O zaman bildirdim ki, deyəsən, o çaşıb. 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Oyunlarında ermənilərin iştirak etməyəcəklərindən Azad Rəhimov təəssüfləndiyini dilə gətirmişdi. O bilmir ki, ermənilər iştirak edə bilməzlər, ən azından müsəlman deyillər. Bu hallar rüsvayçılıqdır. Nazir bunlara cavab verməlidir. Onu məhkəməyə vermək fikrim yoxdur. Amma o məni məhkəməyə verərsə, o zaman fikirlərimi məhkəmədə əsaslandırmağa, müdafiə etməyə hazıram”.

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov naziri tənqid edənləri qınadı: “Hazırda yarışma davam edir, idmançılarımızın iştirakı bitməyib. Bu günə qədər gümüş və bürünc medallarımız var. Arzu edək ki, qızıl medalımız da olsun. İdmandan anlayışı olanlar bilməlidirlər ki, bu bir yarışmadır, xüsusilə olimpiada idmanın nüvəsidir. Hər bir idmançı çalışır ki, orada uğur qazansın. Olimpiadaya düşən idmançı zəif olmur. İdmançı neçə mərhələdən keçəndən sonra olimpiadaya vəsiqə qazanır. Keçən yarışda Azərbaycan həm idmançıların, həm də məşqçilərin sayı baxımından yarışda uğurla iştirak etdi. Ölkəmizdə cənab prezidentin rəhbərliyi altında idmana çox böyük qayğı var. Avropanın ən aparıcı yarışları ölkəmizdə keçirilib. Bu idmanımızın göstəricisidir. Orada tamam başqa mühitdir. Burada psixoloji durum, qida, digər idmançıların vəziyyəti var. İdmançının görürsən ki, əhval-ruhiyyəsi yaxşı olur, nəticədə uğurlu çıxış edir, birdən də əksi oldu. İdmanda əhval-ruhiyyə çox önəmlidir. Qabaqcadan tənqidi fikir səsləndirmək, Azərbaycan idmanına kölgə salmaq düzgün deyil. Son illərdə idmanımızın bütün sahələri inkişaf edib. Olimpiadaya uzun mərhələlərdən sonra gəlib çıxmağın özü bir qəhrəmanlıqdır. Rəsul Çunayevin məğlubiyyətini bu qədər müzakirə etməyin tərəfdarı deyiləm. Fransa bir dəfə dünya çempionu futbolda oldu. Amma sonrakı çempionatda uduzdu, geri qayıdan zaman xalq oyunçuları gül-çiçəklə qarşıladı. Bir idmançı udanda onu qəhrəman edirlər, amma sonradan uduzanda başqa cür reaksiya verirlər. İdmanda güclülər vuruşur, burada psixoloji durum, əhval-ruhiyyə bəzən həlledici olur. İdmançı düşünür ki, udsam necə olacaq, uduzsam hansı rəylər formalaşacaq. Ona görə də bu proseslərə səbirlə yanaşmaq lazımdır. Kimin-kimlə qərəzi varsa, özləri aydınlaşdırsınlar. Ümumi idmanla bağlı fikirlərimi dedim. Nazirlə bağlı məsələyə toxunmuram. Amma bir insanı təhqir etmək doğru deyil. Əgər işində nöqsan varsa, bunu arqumentli şəkildə ortaya qoymaq lazımdır. Bir şəxsin təhqir olunması ümumiyyətlə yolverilməzdir. Əgər tənqid belə etmək istəyirlərsə, yenə də arqumentli şəkildə əsaslandırılmalıdır. Söyüş-təhqirlə məsələ həll olunmur”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov hesab edir ki, olimpiadaya yanaşma tərzi qüsurludur: “İdmanda idmançının milliyyəti olmur. İki idmançı meydana çıxanda biri digərinin milliyyətini düşünəcəksə, istədiyi kimi hərəkət edəcək, yəni peşəkarlıq olmayacaq. Peşəkar idmançı hər şeyi unutmalıdır. Rəsul Çunayevi qınayırlar. O həmin mərhələyə qədər rəqibindən bir döyüş artıq keçirmişdi. Özü də ağır döyüşlər olmuşdu. Olimpiya çempionunu məğlub etmişdi. Yorğunçuluqdan əlavə, o, 6 kiloqram çəki salaraq, 66 kiloqramda yarışırdı. Bu baxımdan, erməniyə məğlub olmasında təəccüblü heç nə görmürəm. Yarışlarda hər iki tərəfin bir-birilərinin üzərində qalibiyyətləri olub. Bu məsələni şişirtmək doğru deyil. Qızıl medalımızın olmaması ilə bağlı da tənqidlər var. Amma unutmayaq ki, qızıl medal qazanmaq şansımız hələ var. Əminəm ki, bu olacaq. Sərbəst güləşçilərimiz mübarizəyə başlayıblar ki, onlar daim ölkəmizə medallar gətirirlər. Boks yarışında iki idmançımız yarımfinalda, biri də 4/1-dədir. Onlardan final oyunu gözləyirik. Ən azı bundan sonra iki qızıl medal qazanacağımıza inanıram”.

Gənclər və İdman Nazirliyinin ittihamlarla bağlı mövqeyini almağa çalışsaq da, mümkün olmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru