Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi .....                     “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” .....                     16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı .....                     "Şokdaydım, baxırdım ki, nə edəcək" .....                     Bu ölkə İrana nüvə başlığı verəcək .....                     Paşinyan Sərkisyan və Köçəryan barədə: .....                     İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var .....                     Abşeronda da Namiq Məmmədov adlı birisi var... .....                     Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb .....                     "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU .....                     9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? .....                     "AES təhlükəsizlik problemləri yaradır" .....                     Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub .....                     “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” .....                     “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” .....                     Bakıya gətirilən 5 manatlıq ət: .....                     Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü .....                     Moskva Bakıdan küsüb: nə üzlə?! .....                     “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb .....                     Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb .....                     Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı .....                     Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir .....                     İranda rejim dəyişikliyi xaos yaradacaq .....                     “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır .....                     Xalq Bank Milli Depozit Mərkəzinə .....                     Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi .....                     Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb .....                     Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: .....                     Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı .....                     Məhərrəm İncə CHP-yə qayıdıb .....                     ABŞ Prezidentindən İsrailə çağırış: .....                     Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı .....                     İran səfiri Qətər XİN-ə çağırılıb .....                     “PAŞA Bank”ın departamentinə direktor təyin edildi .....                     “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                 

“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Tarix: 26-04-2016, 09:24 | Çap et
“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Azərbaycan müxalifətinin öndə gedən simalarından olan Qərbi Azərbaycanlılara Qayıdış Birliyinin sədri, “EL” hərəkatının sədr müavini və Milli Şuranın keçmiş üzvü Köçəri Nağıbəylinin siyasi proseslərdən uzaqlaşdığı müşahidə olunur. Təsadüfi deyil ki, son 1 ildə demək olar ki, onun mətbuat səhifələrində bir açıqlamasına belə rast gəlməmişik. Nağıbəyli əsasən fikirlərini ara-sıra sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırır.

O, siyasi proseslərdən son ildə uzaqlaşdığını təsdiqləyərək, buna səbəb kimi anasının vəfatını göstərdi: “Anamın ili çıxmamış siyasi proseslərdə iştirak etmək etik cəhətdən düzgün olmazdı. Ona görə proseslərdə iştirak edə bilmədim. Anamın ili fevralda çıxdı. Bizdə adət-ənənə var. Yasımızı yola verməmiş, başqa proseslərdə iştirak etmirik. Gələcək baxımından təbii ki, vətənimiz, ərazi bütövlüyümüz, torpaqlarımızın işğaldan azad edilməsi üçün gedən proseslərdə siyasi xadim kimi iştirak edəcəm. Hazırda siyasi proseslərdə susqunluğun olduğu ortadadır. Amma buna birmənalı cavab vermək mənim üçün çətindir. Çünki son bir ildəki proseslərdən uzaq olmuşam. Liderlik hər şəxsin işi deyil. Fəaliyyətimizdə səhnədən gediş yoxdur. Proseslərdə olmasam da, təşkilatımız daim baş verənlərə münasibətini bildirib. ”EL" hərəkatının sədri Eldar Namazovun səhhətində son iki ildə problemlər oldu. Ona görə proseslər bir qədər uzandı. Artıq o, müalicəsini başa vurub, aktiv siyasətə qayıdır.

Onunla görüşmüşəm. Yaxın zamanlarda siyasətdə gedən proseslərdə Eldar müəllim aktiv iştirak edəcək. Onunla daim birlikdə fəaliyyət göstərmişik, yenə də belə olacaq. Bundan sonra Milli Şura və başqa qurumlarda təmsil olunmaq fikrim yoxdur. Amma müxalifətin toparlanmasına böyük ehtiyac var. Yeni bir güc mərkəzi yaradılmalıdır. Müxalifətdə intriqa aparanlarla birlikdə olmaq bəri başdan düzgün deyil. O şəxslər bəllidir. Əgər bir-biri ilə intriqa aparacaqlarsa, birliyə ehtiyac qalmır. İllər öncə yaratdığımız İctimai Palata böyük işlər gördü. Hazırda belə bir qurumun yeri görünür. Ziyalıların və öndə gedən siyasətçilərin yeni birliyinə ehtiyac var. Belə bir birlik yaranarsa, biz də iştirak edərik. Çünki güclü müxalifət olmasa, güclü dövlət də olmayacaq".

“EL” hərəkatının sədr müavini son bir ildə siyasi proseslərdə bəzi dəyişikliklərin olduğunu söylədi: “Siyasi məhbusların hamısı tam azad olunmayıb. Amma ötən ay bəziləri prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı. İqtidar bu prosesi davam etdirib, bütün məhbus siyasiləri azad etməlidir. Düşmənçiliyə son qoyulmalıdır. Qarabağ boyda dərdimiz var. İqtidar daxilində də islahatlara ciddi ehtiyac var. Qohumluğa görə vəzifələrə təyin olunma hallarına son qoyulmalıdır. Yalnız qeyd etdiyim yollarla Qarabağ savaşında daha önə gedə bilərik. Qarşıdan önəmli günlər gəlir. İqtidar bundan istifadə edib, siyasi məhbusları azad etməli, Avropadan gələn təzyiqlərin qarşısını almalıdır. Milli birlik buradan yaranır. Özüm də vaxtilə günahsız həbsdə olmuşam. Bunun nə demək olduğunu yaxşı bilirəm”.

K.Nağıbəyli aprelin əvvəllərində cəbhədə baş verən gərginliyə də münasibət bildirdi: “Hadisələr başlayanda, buna biganə qala bilməzdim. Mən də öz fikirlərimi bildirdim ki, hər kəs ordunun yanında olmalıdır. Belə də oldu. Düşünürəm ki, torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır. İqtidar, müxalifət və xalq Qarabağ məsələsində bir arada oldu. 4 günlük savaşda dünya Azərbaycan ordusunun bacarığını gördü. Şəxsən cəbhədə baş verənləri böyük uğur hesab edirəm. 25 ildən sonra ilk dəfə idi ki, xalqımızın üzü gülürdü, ruh yüksəkliyi yerində idi. Bu, çox sevindirici hadisə idi. Qarabağ məsələsində sülh yolu ilə baş tutmadı, hərbi yolla bu məsələni həll etmək lazımdır. Rusiya onsuz da daim erməninin yanında olub. Ermənilər kimdirlər ki, bizə qarşı mübarizə aparsınlar. Rusiya faktoru olsa da, bizim də arxamızda Türkiyə, Pakistan kimi böyük orduları olan, dünya siyasətində önəmli yerləri tutan ölkələr var. Daim ölkəmizlə bir yerdə olduqlarını deyirlər. Mənə elə gəlir ki, Rusiyadan və Ermənistandan çəkinmək lazım deyil. Onlar bizim torpaqları qaytarmırlarsa, hərbi yolla azad etməyə məcburuq. Ordumuzun hər cəhətdən güclü potensialı var. Özüm daxil olmaqla, istənilən yerə gedib torpaqlarımızı azad etməyə qadirik”.

Köçəri Nağıbəyli müdafiə naziri Zakir Həsənovdan da söz açdı: “Zakir Həsənovdan tam razı qaldım. O, peşəkar zabit, hərbçidir. Nizam-intizamı sevən şəxsdir. Hər halda, göz qabağındadır. Səfər Əbiyevlə Zakir Həsənov arasındakı fərqi görməmək mümkün deyil. Müxalifətdə olsaq da, gərək obyektivliyi söyləyək. Hər şeyə qara demək düzgün olmazdı. İndiki vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Hərbidə olanlardan maraqlanmışam ki, Zakir Həsənov orduda da ciddi intizam yaradıb, qələbə əhval-ruhiyyəsini gücləndirib”.

Müsahibimiz son günlərdə “talış separatizmi” məsələsinin gündəmə gəlməsinə də toxundu: “Bu məsələyə qərbi azərbaycanlı kimi yox, bir vətəndaş kimi münasibət bildirirəm. Azərbaycanın ərazi bütövlüyü hər bir vətəndaş tərəfindən dəstəklənməlidir. Talış və digər məsələləri ortaya atanlar zaman-zaman çirkin siyasətlərindən istifadə ediblər. Məqsəd çaxnaşma yaratmaqdır. Bir neçə şəxsi talış millətinin simasında qələmə vermək düzgün deyil. Talışlar bizim kimi Qarabağda can qoyublar, qan töküblər. Sadəcə, bəzi avaraları ortaya atırlar. Onlar da düşmənin agentləri ola bilərlər. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu vahid dövlətdir. Bu dövlətin bayrağın altında bir olmalıyıq. Rusların ölkəmizdəki bölücü fəaliyyətləri baş tutmayacaq. Azərbaycan türkləri burda yaşayan digər xalqlarla dost olub. Heç bir millət bizdən pislik görməyib. Burada türkün yaşayışı necədirsə, talışınkı da elədir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08
“Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04
16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02
"Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00
Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06
Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03
İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00
Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59
Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48
"Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47
9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Dünən, 17:38
"AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Dünən, 17:35
Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Dünən, 17:29
“Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Dünən, 17:26
“Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Dünən, 17:24
Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Dünən, 17:18
Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Dünən, 17:10
Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Dünən, 17:04
Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Dünən, 17:02
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Dünən, 16:58
Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Dünən, 16:53
İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Dünən, 16:46
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Dünən, 15:48
Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Dünən, 15:42
Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Dünən, 15:39
Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Dünən, 15:32
Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Dünən, 15:28
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Dünən, 15:22
Məhərrəm İncə CHP-yə qayıdıb
Dünən, 15:18
ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Dünən, 15:14
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Dünən, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Dünən, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Dünən, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Dünən, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Dünən, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Dünən, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Dünən, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Dünən, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Dünən, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Dünən, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Dünən, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Dünən, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Dünən, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Dünən, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Dünən, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru