“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” .....                     Bu gün Elçibəyin doğum günüdür .....                     İsrail də atəşkəsə eyni şərtlə razılaşıb .....                     İrandan gözlənilən açıqlama gəldi .....                     İsrail və İran tam atəşkəsə razılaşıblar .....                     İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi .....                     Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib .....                     Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                 

Elçibəy iqtidarının fevral səhvləri
Tarix: 26-02-2016, 08:51 | Çap et
Elçibəy iqtidarının fevral səhvləri
1992-93-cü illər AXC hakimiyyətinin fevral ayı bir sıra mühüm hadisələrlə yadda qalıb. 23 il öncənin bu günlərində baş verən iki mühüm hadisə həmin dövrdə yaşayanların, Elçibəy iqtidarında təmsil olunanların yaddaşlarından silinməyib.

Söhbət Azərbaycan ordusunun 2-ci korpusunun komandiri Sürət Hüseynovun əsgərləri Ağdərədən geri çəkməsi və Elçibəyin həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevlə 8 saatlıq görüşündən gedir. Məhz bu iki mühüm hadisəni Elçibəy hakimiyyətinin süquta uğradılmasına gedən yolda başlanğıc hesab edirlər.
Bu hadisələrdən sonra AXC-Müsavat hakimiyyəti süquta uğramaqdan qurtula bilmədi. Sonrakı bütün proseslər Elçibəy iqtidarının əleyhinə işlədi. Mərhum prezident fevral ayındakı hadisələrə görə bəzən tənqidlərə də məruz qalır. Səbəb Elçibəyin S.Hüseynova etdiyi güzəştlər, onun xəyanətindən sonra qətiyyət göstərməməsi və prezident ola-ola H.Əliyevlə 8 saatlıq görüşü göstərilir.

Bu qədər uzun görüşə ehtiyac nə olub? Bu sualın cavabı hələ də tapılmayıb. Doğrudur, keçən müddətdə Elçibəy hakimiyyətinin süqutunun başlanğıcı hesab olunan hər iki hadisə ilə bağlı həmin iqtidarın rəhbərliyində təmsil olunan şəxslərdən bəzilərinin açıqlamaları olub. Amma nədənsə bu açıqlamalarda gizlədilən nüanslar sezilir.

Elçibəy hakimiyyətinin baş naziri olmuş Pənah Hüseynin 1997-ci ilin fevralında “7Gün” qəzetinə verdiyi müsahibədə Əbülfəz Elçibəy və Heydər Əliyev arasındakı 8 saatlıq görüş barədə dedikləri, bəlkə də indiyə qədər həmin hadisə ilə bağlı deyilən ən doğru fikirlərdir. Pənah bəyin həmin fikirlərini oxucularımızın diqqətinə yenidən çatdırırıq: “...Cəmiyyətdə Əbülfəz Elçibəylə Heydər Əliyevin 8 saatlıq görüşü barədə çox söz-söhbətlər dolaşır.

Hərçənd ki, bu görüş xalq yaradıcılığı motivləri ilə xeyli zənginləşib. Nə isə... Biz o vaxt idarəçilikdə təxminən Amerika modelini əsas götürən bir islahat hazırlamışdıq. Həmin islahat Nazirlər Kabinetinin ləğvini nəzərdə tuturdu. Məhz Heydər Əliyevlə görüşdən sonra onun məsləhətləri nəticəsində Elçibəy həmin islahatdan imtina etdi. Və bundan sonra mənim baş nazir olmaq zərurətim meydana çıxdı”.

AXC-Müsavat hökumətinin Rusiyadakı səfiri Hikmət Hacızadə bildirdi ki, bu iki hadisənin Elçibəyin iqtidardan getməsinə aidiyyəti yoxdur: “Elçibəyin devrilməsi Rusiyanın Baş Qərargahının kəşfiyyatı tərəfindən çoxdan planlaşdırılırdı. Onlar bizi açıq şəkildə hədələyirdilər. Sonda da Surət Hüseynovu qabağa verdilər. Ona görə də Ağdərə hadisəsinin və Heydər Əliyevlə olan 8 saatlıq görüşün Elçibəyin hakimiyyətdən getməsinə səbəb olması barədə fikirlər doğru deyil. Açığı, görüş barədə eşitmişəm, amma orada olmamışam. Ona görə də nədən söhbət getdiyini bilmirəm. Amma görənlər deyir ki, 8 saatlıq görüşün çoxu xatirələrə həsr olunub. Hər ikisinin mehriban söhbət etdiklərini deyirlər. Elçibəy Heydər Əliyevin inzibati bacarıqlarını dəyərləndirirdi. Ondan ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində istifadə etmək istəyirdi. Elçibəy deyirdi ki, o bacarıqlı, bilikli şəxsdir, niyə bir yerdə olmayaq, müstəqillik yolunda birlikdə çalışmayaq. İnanmıram ki, 8 saatlıq görüşdə xəyanət ola. Elçibəylə Heydər Əliyev çoxdan tanış idilər. Azərbaycan çərçivəsində baş verən hadisələrdə öndə olan şəxslər idilər. Niyə görüşməməliydilər? Belə görüşlər olur və təbiidir”.

Elçibəy hökumətinin mətbuat və informasiya naziri olmuş Sabir Rüstəmxanlı bildirdi ki, ən böyük səhvləri ölkə daxilində olan qüvvələrin güclərini nəzərə almamaları olub: “Həmin dövrdə hakimiyyət daxilindəki prosesləri nəzərə almadan müxalifətin, Elçibəyin hakimiyyətə gəlməsi tez idi. O dövrdə müxalifət çox güclü idi. İstənilən hakimiyyəti iradəsinə tabe etdirə bilərdi. Bu baxımdan həmin dövrün iqtidarını istədiyimiz istiqamətə yönəltmək daha doğru idi, nəinki hakimiyyətə gəlmək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36
Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32
İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26
İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Dünən, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Dünən, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Dünən, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Dünən, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Dünən, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Dünən, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Dünən, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Dünən, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru