"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                 

AZƏRBAYCANLI DİNDAR İRANA AĞIZ AÇDI
Tarix: 4-05-2012, 11:54 | Çap et
AZƏRBAYCANLI DİNDAR İRANA AĞIZ AÇDI

HƏLƏ DƏ DOSTUMUZU DÜŞMƏNİMİZDƏN AYIRD EDƏCƏK SƏVİYYƏDƏ DEYİLİK

DİA.AZ: - Azərbaycan yenə də İranın təbliğat maşının hədəfindədir. Amma bu dəfə əleyhimizə öz vətəndaşlarımızın dili ilə kampaniya aparırlar. Söhbət Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri Faiq Vəlizadədən və onun Təbrizdə etdiyi çıxışından gedir. Maraqlıdır ki, Faiq Vəlizadə tam gücü ilə ermənilərə dəstək verən fars-molla rejimini bir müsəlman iqtidarı kimi qəbul edərək Azərbaycanın problemlərinin həllindən onlardan dəstək istəyir.

DİA.AZ bildirir ki, məhz bu çıxışı ilə də əslində Faiq Vəlizadə dolayısı ilə İranın antiAzərbaycan fəaliyyətinə də haqq qazandırmış olur. Hər halda, bu gün Azərbaycanda inanclı insanların siyasi təqiblərə məruz qalması heç də kiməsə rəvac vermir ki, öz ölkəsinin və dövlətinin milli maraqlarını konkret şəkildə Azərbaycana düşmən olan bir ölkəyə qurban versin. O zaman gərək Azərbaycanın siyasi müxalifəti də eyni uğurla Ermənistanla və yaxud da Azərbaycana düşmən olan bir başqa ölkə ilə əməkdaşlığa getsin. Təbii ki, bu olası iş deyil. Amma buna baxmayaraq, özlərini В«inanclı insanlarВ» adlandıran bir qrup bu gün əslində Azərbaycanda İslamın yox, İranın davasını aparırlar.

Hər halda, onlar da fars dəyirmanına su tökdükləri zaman bilməli idilər ki, İranın bir dövlət olaraq nə İslama və nə də şiəçiliyə aidiyyatı yoxdur və bu ölkə sırf olaraq fars şovinizminə xidmət etməkdədir. Əgər belə olmasaydı və əgər İran hakimiyyəti səmimi şəkildə İslama bağlı olsaydı, o zaman Azərbayanda hansı qüvvələrin hakimiyyətdə olmasına baxmayaraq, yenə də çoxluğu şiə olan Azərbaycan xalqına dəstək verməyində davam edərdi. Axı peyğəmbərimiz də buyurur ki, əgər pis adam özünün pis əməlindən yorulmursa, nədən sən yaxşılıq etməyindən yorulasan. Hətta qarşılıqsız olduğu halda belə…

Deməli, məsələ tamam fərqlidir. Və yazıqlar olsun ki, bu gün Azərbaycanda yetərincə saya malik insanlar da var ki, onlar İranın Azərbaycana hansı səviyyədə düşmən mövqedə dayanmasının fərqinə vara bilmirlər. Və fars-molla rejiminin dövlətimizə qarşı təbliğatında bir alət olmağa belə hazırdırlar.

Beləliklə, bu qəbildən olan və В«arannyusВ» portalında yer almış daha bir materialı diqqətinizə çatdırırıq:

В«Azərbaycan Respublikasında Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri Təbriz əhalisi və İran xalqının Azərbaycan Respublikasının məzlum xalqına kömək etməsini istədi.

Azərbaycan Respublikasında Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri höccətülislam Faiq Vəlizadə Təbrizdə keçirilən “Azərbaycan Olaylarına Hüquqi Baxış” konfransında deyib: Müsəlman olmağımız bizə dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq, müsəlmanların vəziyyətinə diqqət göstərməyimizi tələb edir. Bu arada Azərbaycan Respublikası yeni müstəqillik əldə etmiş bir ölkə kimi dünya müsəlmanlarının xüsusilə də İran müsəlmanlarının daha artıq diqqətinə ehtiyaclıdır.

F.Vəlizadə əlavə edib: Ayətullah Müctəhid Şəbistərinin Azərbaycandakı islami hərəkətləri himayə etməsi bizim üçün böyük bir qənimət hesab olunur.

Azərbaycan Respublikasından olan bu ruhani çıxışının əvvəlində müstəqillik illərində “Allahu-Əkbər” şüarı ilə sinələrini kommunistlər və ermənilərin tankları qarşısında sipər edən şəhidlərin ruhunu yad edərək, deyib: Bu gün bizim xalqımızın haqq və hüquqları 3 baxımdan pozulmaqdadır. Birincisi, biz hazırda müharibə şəraitində yaşayırıq. Ölkəmizin 20%-i o cümlədən 12 iri şəhərimiz ermənilərin işğalı altındadır. Bu məntəqədə 300-dən artıq məscid və 100-dən artıq imamazada dağıdılıb. Bir milyon iki yüz mindən çox Qarabağ müharibəsi didərgini qeyri-münasib yaşayış vəziyyətinə malikdir. Yalnız Xocalı faciəsində 3 min qadın əsir alınmış, 600 qadın və uşaq qətlə yetirilmişdir. BMT 4 qətnamə qəbul edərək, bizim işğala məruz qaldığımızı təsdiq etsə də, indiyə kimi Qarabağ vədigər işğal altında olan ərazilərin azad edilməsi üçün heç bir tədbir görülməyib və Azərbaycan hökumətinin mövqeyi də Qarabağla bağlı zülmün daha da şiddətlənməsinə səbəb olub. Çünki, bu məntəqələrin azad edilməsi məsələsində sionistlər və Qərbə bel bağlayır. Bu da ötən 20 ildə heç bir nəticə verməyib.

Höccətülislam Vəlizadə əlavə edib: Qarabağın azadlığı yoРґu mübariz azərbaycanlı gənclərə, bir neçə il öncə təkbaşına bir neçə işğalçını məhv edən şəhid Mübariz kimi gənclərə etimad etməkdir. Amma, təəssüflər olsun ki, Azərbaycan hökuməti xalqı elə bir istiqamətə aparır ki, din və əqidə xalqın əlindən alınsın və insanlar öz kimliyini itirsin.

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri Azərbaycan Respublikasında insanların haqq və hüquqlarının pozulmasının ikinci cəhətini hökumətin İslam dininə qarşı yönəlmiş siyasətləri adlandırıb və deyib: Hazırda 100-dən artıq günahsız və pak insan qondarma ittihamlar o cümlədən qanunsuz olaraq silah və narkotik maddə daşımaq, xuliqanlıq və vətənə xəyanət ittihamları ilə məhbəsdədir. Halbuki, onların yeganə günahı hicab qadağası və İslama qarşı digər məhdudiyyətlərə etiraz etməkdir.

Höccətülislam Faiq Vəlizadə Azərbaycan Respublikasında hicab qadağasının arxasında sionistlər və imperialistlərin dayandığını deyərək, vurğulayıb: Bu gün Azərbaycanda ictimai azadlıqlar əxlaq normaları və qanunlar ilə heç bir uyğunluğa malik deyil. Görəsən, Bakı rəsmiləri üçün dini və əxlaqi dəyərlərin heç bir önəmi yoxdur?

F.Vəlizadə Azərbaycan Respublikası hökumətinin Bakıda Avroviziya mahnı müsabiqəsi və Gey Paradın keçirilməsinə hazırlaşmasını habelə, bu tədbirlərin tənqidçiləri ilə rəftarlarını ölkədə insan haqlarının pozulmasının digər nümunəsi adlandırıb.

Höccətülislam Faiq Vəlizadə əlavə edib: Azərbaycan, kökləri bu ölkə xalqının dini vəmənəvi dəyərlərinə söykənən gözəl musiqiyə malikdir. Bu kimi musiqi ilə heç bir problemimiz yoxdur. Amma, Avroviziya mahnı müsabiqəsi əsasən homoseksualları himayə məqsədi ilə təşkil edilmiş bir tədbirdir. Vəonun Bakıda keçirilməsi bizə yaraşmaz. Həqiqətdə Qərb və sionizmin səyi bizim dərin köklərə malik olan mədəniyyətimiz və irsimizi yağmalamaqdır. Azərbaycan tarixində 70 il öncəsinə kimi bu kimi çılpaqlıq və hicabsızlıq olmayıb. Amma, İslam düşmənləri bir neçə onillik ərzində hicabı Azərbaycandan aldılar və indi xalq bir daha öz tarixi mahiyyəti və kimliyini geri qaytarmaq yolunda addımlamağa başladığı zaman, çalışırlar ki, Avroviziya mahnı müsabiqəsi və Gey Parad kimi tədbirlər həyata keçirməklə öz çirkinliklərini və mədəniyyətsizliklərini Azərbaycan xalqına da qəbul etdirsinlər.

O, sözlərinin davamında vurğulayıb: Hazırda bizim bir çox ana və bacımızın ermənilərin əsarətində olduğu bir şəraitdə, onları və işğal altında olan əraziləri azad etmək yerinə, ölkədə fəsad və əxlaqsızlığı rəvac vermək kimi ucuz işlərəüz tutan hökumətin bu kimi məsələlərə etiraz edən insanları ermənilərlə əlbir olmaqda ittiham etməsi rəvadırmı?

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri çıxışının sonunda dedi: Quranda buyurulanlara əsasən İslam ölkələri beynəlxalq izzət və etibarı Quran və İslam sayəsində əldə etməlidirlər. Və əmin olun ki, Azərbaycan xalqı da bir gün bu izzətə nail olacaq və kommunistlərin 70 il ərzində İslamı Azərbaycandan ayıra bilmədikləri kimi, Avroviziya mahnı müsabiqəsi kimi ucuz hərəkətlərə əl atanlar da buna nail ola bilməyəcəklərВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Dünən, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Dünən, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Dünən, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Dünən, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Dünən, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Dünən, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Dünən, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Dünən, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Dünən, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Dünən, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Dünən, 05:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru