Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                 

“İNSANLAR YAP-A SIĞORTA AGENTLİYİ KİMİ BAXIRLAR”
Tarix: 28-04-2012, 13:24 | Çap et
“İNSANLAR YAP-A SIĞORTA AGENTLİYİ KİMİ BAXIRLAR”

“İCTİMAİ PALATA YAXINLARDA DAĞILA BİLƏR”

Bütöv Azərbaycan Gənclər Təşkilatının rəhbəri Ruslan İzzətli Teleqraf.az-a müsahibə verib. Redaksiyamızın qonağı olan R.İzzətli Bütöv Azərbaycan məsləsi, Vətəndaş Koalisiyasının yaranma məqsədi, ölkədəki problemlər, müxalifətin vəziyyəti və bir sıra digər məsələlərdən danışıb.

- Əvvəlcə BAGT-nin fəaliyyəti ilə bağlı məlumatını maraqlı olaradı. Hazırda hansı istiqamətlər üzrə iş aparırsınız?

Məqsədimiz təşkilatın adından da göründüyü kimi Azərbaycanın ərazi bütövlüyünün, demokratiyanın bərpa olunmasıdır. 3 il öncə təşkilatımız elə də güclü deyildi. Bu gün isə 11 rayon şöbəmiz və bir çox universitetlərdə özəklərimiz var. Fəaliyyətimiz dövründə istər Quzey, istər Güney Azərbaycanda insan haqları və demokratiya problemi, həmçinin Güney Azərbaycanda davam edən fars mollar rejiminin basqısına qarşı Fransada, Türkiyədə, Gürcüstanda və bir çox ölkələrdə görüşlər, tədbirlər keçirmişik.
3 il öncə Güney Azərbaycan problemi ilə məşğul olmaq daha çətin idi. Çünki Elçibəy dünyasını dəyişdikdən sonra gənclərdə ruh düşkünlüyü yaranmışdı. Bu gün isə bir çox universitetlərdə və regionlarda bütöv Azərbaycan məsələsi ilə məşğul olan nəinki gənclər, hətta ziyalılar da var. Azərbaycanın quzeyində antidemokratik rejimin olması insan haqlarının pozulması, ifadə azadlığının olmaması bizim işimizə bir çox problemlər yaradır. Amma buna baxmayaraq sıralarımız genişlənir. Bu gün təşkilatın daxilində Qadın haqları mərkəzi, demokratiya mərkəzi və Qarabağ departmenti fəaliyyət göstərir. Bunlarla yanaşı, artıq bir ildir Türkiyə modelinə əsasən siyasi liderlik akademiyası yaratmışıq ki, burada da CV-lərlə seçilmiş gənclərə liderlik dərsləri keçirilir. Dərslər iqtisadiyyat, sosial problemlər, debat bacarıqları, lider necə olmalıdır və s. mövzuları əhatə edir. Bu model bəlkə də azərbaycanda bir ilkdir. Məqsədimiz tərəfdaşlarımızın daha savadlı, daha güclü olmasına çalışmaqdır.

- Digər gənclər təşkilatları ilə əməkdaşlıq edirsinizmi?

- Ümumiyyətlə, bütün tədbirlədrə qabartmışam ki, ölkədə siyasi və ideoloji mövqeyindən asılı olmayaraq Azərbaycan gəncliyi bir araya gəlməlidir. Çünki hazırda gəncliyin ümumi bir problemi var – İlham Əliyev hakimiyyəti. Bu hakimiyyətə qarşı solçu da, liberal da, milliyətçi də bir yerdə olmalıdır. Amma təəssüflər olsun ki, gənclərimiz arasında ideoloji dava gedir. Bu doğru yol deyil. Hakimiyyət daxilində müəyyən qüvvələr var ki, biz gənclər arasında problem yaratmağa çalışırlar. Bizim yaratdığımız Vətəndaş Koalisiyasının əsas məasədlərindən biri gəncləri bir araya gətirməkdir. Məsələn bizim Koalisiyamızdakı digər tərəf liberal gənclərdir, biz isə milli demokratlarıq. Bizim aramızda ideoloji faktor yoxdur. Onlar da vətənini sevir, Azərbaycanın bütövlüyünü, demokratiyanı istəyir, biz də bu yöndə fəaliyyət göstəririk. . Nə qədər ki, hazırkı rejim var, nə qədər ki, anti-demokratiya, insan haqları yoxdur, mediaya basqılar var, heç bir ideologiyadan söhbət gedə bilməz. Ona görə də biz çalışırıq hər bir təşkilat, partiya ilə sıx əməkdaşlıq edək. Əlaqələrimiz də alınır. Onu da deyim ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının bir çoxu müstəqil deyil. Bir təşkilat var, üzdə müstəqildir,amma adi bir tədbirə dəvət etdikdə, deyirlər məsləhətləşək sonra gələk. Təşkilatın sədri kiminlə məsləhətləşməlidir? Təbii ki, asılı olduğu partiyadan. Məncə gənclər sektoru özü bir güc olmalıdır. Hətta elə bir güc olmalıdır ki, partiya rəhbərləri gənclərlə razılaşmalıdır, nəinki gənclər partiya rəhbərləriylə. Baxın mitinqlərə. Ən çox çıxış edən, ən çox etiraz edən də gənclərdir. Sosial şəbəklərdə aktivlik göstərən gənclərdir, vicdan məhbuslarının əksəriyyəti gəncdir.Yəni bütün proseslərdə gənclər irəlidə, üzdədir.

- Müxalifət Partiyaarındakı vəziyyəti, ümumən bu düşərgədəki durumu müşahidə etməmiş deyilsiniz. Bu xüsusda fikirləriniz da maraqlı olardı…

- Müxalifətin durumunu 8 aprel mitinqi göstərdi. Biz müxalifəti tənqid edəndə onların “Fan klubu” adamı satqın çıxarır. Qələbə meydanında, Azadlıq, Fəvvarələr meydanında mitinq etmiş bir müxalifətin bu gün 20-ci sahəyə getməsi onların nə qədər zəiflədiyinin göstəricisidir. Sual verirəm onlara: Bəs niyə ötən il 20-ci sahəyə getmədiniz? Əgər 20-ci sahə daha yaxşıdırsa niyə 16 nəfər dostumuzun həbsinə şərait yaratdınız? Necə dostumuz universitetdən qovuldu, Cavid Mehrəliyev Avropaya sığındı. Ailələrinə basqı oldu. Hakimiyyətin əxlaqsız siyasətini bilə-bilə niyə bu yola getdiniz? İndi isə “Eurovision” yarışması ərəfəsində 20-ci sahədə mitinq keçirməklə hakimiyyətə demokratik imic yaradırsınız. İlham Əliyevin intellektual institutları çox ciddi işləyir. Mitinqi 20-ci sahəyə salmaqla hakimiyyətin əlinə tutalqa verdilər ki, o da qərbə və Avropa dövlətlərinə göstərsin ki, baxın, bizim ölkədə demokratiya var.

Uğursuzluq sindiromuna məruz qalan partiyalar hər zaman problemi özlərində yox, başqalarında görürlər. Nə qədər gec deyil partiyalarda gəncləşmə getməlidir. Yaşı ötmüş insanlar partiyalaradan uzaqlaşmalıdır. İqtidarda da eyni səhnədir. Nə fərq oldu?



- Adını çəkdiyiniz partiyalar İctimai Palatada təmsil olunur. Belə çıxır ki, sizin ümumən palataya da inamınız yoxdur…

- İctimai Palata yarananda prinsiplər qəneedici idi, insanlar həvəslə bu quruma qoşulurdu. Böyük ümidlər var idi. İndi isə İctimai Palata demək olar ki, AXCP və Musavatın birliyinə çevrilib. Baxın, 8 aprel mitinqinə bir tərəf Əli Kərimlini qabardırdı, digər tərəf də İsa Qəmbəri. Axı İctimai Palata İsa Qəmbərlə Əli Kərimlinin deyil. Bu gedişlə İctimai Palata yaxınlarda dağıla bilər. Təbii ki, orada mübarizə aparan dəyərli dostlarımız var. Amma seçdikləri strategiya ümidləri doğrultmadı. Bilirsiniz, bu ölkədə güclü müxalifət yox, güclü iqtidar olmaq lazımdır. Bizim partiyalar ana müxalifət davası edir. Düşünürəm ki, güclü olmaq üçün müxalif partiyalarının hamısı birləşməlidir.

- Bayaq bir fikir işlətdiniz ki, partiyalarda təcili gəncləşmə prosesi getməlidir. Sizcə bu gün partiyalarda rəhbərliyi öz çiyinlərinə götürə biləcək potensiala malik gənclər varmı?

- Bir zamanlar Mirmahmud bəy də, İsa bəy də, Əli bəy də bizim yaşlarda olublar. Sadəcə onları proseslərə çəkənlər olub. Deyirlər lider gənc yoxdur, tanınmış gənc yoxdur. Bu gün hansı qəzet, televiziya və ya sayt gəncləri çağırıb görüşürlər, debatlar keçirir? Sağolun ki, yenə siz gənclərin fikirlərinə yer ayırırsınız. Qəzetlərə baxırıq, ancaq şablon şəxslər, eyni şəkillər, eyni fikirlər. Azad media, televiziya olmayan ölkədə liderlikdən danışmaq mənasızdır. Sayt, qəzetlər, hətta partiya rəhbərləri gəncləri dəvət edib onlarla debat keçirməlidirlər. Ondan sonra bilmək olar ki, güclü gənclər var və ya yoxdur.



- Sizin mövcud hakimiyyətə münasibətiniz, yeridilən siyatlə bağlı fikirləriniz bəllldir. Yani doğrudanmı bu ölkədə hər şey qara rəngdədir?



- Ağ rəngdə nə ola bilər ki? Götürək Bakını. Hər gün söküntü, hər gün tikinti. Konkret bir arxitektura xətti yoxdur. Hacıbala əlinə alıb ağardıcını, rəngləyə-rəngləyə gedir.

Bir nəfərdə çıxıb demir ki, Bakı rütubətli şəhərdir, sən nə qədər də ağartsan 1 həftə sonra yenidən qaralacaq. Bu qədər pul yeyintisi var. Sosial problemlər baş alıb gedir. Şəhid ailələrinin, Qarabağ qazilərinin ciddi problemləri var. Qarabağ qazisi 140 manat pensiya ilə dolanır. Təhsil sahəsi bərbad gündədir. Azərbaycan universitetləri dünyanın reytinq siyahılarında utancverici yerlərdə qərarlaşıblar. Azərbaycan büdcəsinin 93 faizi neft gəlirlərilə formalaşır. Qeyri-neft sektoru inkişaf etmir. Son 3 ayda 12 əsgərimiz dünyasını dəyişib. Azad media, televiziya yoxdur. Hakimiyyətlə xalq arasında uçurumlar var. Maraqlıdır ki, yarım milyon üzvünün olduğunu, müxalifətin gözdən düşdüyünü iddia edən YAP, müxalifətdən yenə də qorxur? Özlərinə güvənirlərsə niyə müxalifətin qarşısını alırlar? Çünki özləri də bilirlər ki, əhalinin 90 faizi bu hakimiyyəti bəyənmir.

İnsanlar YAP-asığorta agentliyi kimi baxırlar. YAP-a üzv olmaq iş yerlərində və ya digər yerlərdə sığortalanmaq kimi bir şeydir. Xalq bir qığılcım gözləyir. Fürsət düşən kimi hakimiyyətdaxili qüvvələr də onlara qarşı çıxacaq.

- Doğrudanmı elə hesab edirsiniz ki, möbcud hakimiyətinin fəaliyyətində bir mücbət nümunə belə yoxdur?

- Qəbələ ilə Oğuz arasında yeni yolun çəkilməsi yaxşı hal ola bilər. Lakin bu ölkənin çox ciddi priblemləri var. Bir ölkəni gücləndirən onun iqtisadiyyatı, təhsili və ordusudur. Bunlar yoxdursa nə qədər yol çəksək də, nə qədər bahalı avadanlıqlar alsaq da ölkə üçün heç bir xeyri olmayacaq. Bu ölkənin 20 ildir Qarabağ problemi var, təhsil, iqtisadiyyat problemi var. Ordu bərbad gündədir. Müdafiə naziri İran səfərində rus dilində danışır , xarici ölkələrdə bayrağımız tərsinə asılır və sairə. 1-2 faiz müsbət nəsə ola bilər, amma ümumilikdə götürsək, vəziyyət çox ağırdır. Bu rejimin Azərbaycan gəncliyinə qarşı qısqanclığı var. Gənclərin problemləri bunları qətiyyən maraqlandırmır.

- Bu gün partiyaların Bütöv Azərbaycan mövzusuna münasibəti və diqqəti sizi qane edirmi?

- Adnan Menderesin bir sözü var. Deyirdi ki, Türkiyədə bəziləri demokrat olur ki, qərbin xoşuna gəlsin. Bizim bəzi partiyalar da qərbin və beynəlxalq təşkilatların xoşuna gəlmək üçün müəyyən şeylərdən keçirlər. Elçibəy qədər milliyyətçi, Bütöv Azərbaycançı olmayıb. Bu gün KXCP Əbülfəz Elçibəy yoluna ən sadiq partiyadır. Güney Azərbaycan məsələsinə də Mirrmahmud bəyin hər zaman xüsusi diqqəti olub. Bir tək KXCP bu mövzunu müəyyən qədər gündəmdə saxlayır. Amma ümumi götürsək, Bütov Azərbaycan məsələsinə ciddi diqqət ayrılmır.

- Bütöv Azərbaycanla bağlı gözləntiləriniz nədir? Sizcə bu arzunun gerçəkləşməsi üçün nə baş verməlidir?

- Əvvəlcə onu qeyd edim ki, hər bir təşkilatın, ideologiyanın çox güclü və xarizmatik liderə ehtiyacı var. Bu gün İrana qarşı ciddi basqılar var. ABŞ prezident seçkisindən sonra İranla bağlı məsələnin həllini əsas hədəf kimi müəyyənləşdirəcək. Biz elə bir gücdə olmalıyıq ki, İrana basqı olan zaman ən azı mədəni muxtariyyat ala bilək. Əgər biz bunu etməsək Güney Azərbaycan məsələsi ən az əlli il qalacaq. Ona görə də Quzey Azərbaycandakı partiyalar, daha çox hakimiyyət ciddi lobiçiliklə məşğul olmalıdır. Güneydə bu məsələlərlə bağlı çox ciddi işlər gedir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru